Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   ...   39   40   41   42   43   44   45   46   47

KONFRANS VƏ SƏRGİLƏR 
 
Təhsildə İKT 
126 
kommunikasiya  texnologiyaları  vasitəsilə  götürülməsi  respublikamızın  ali  təhsil  ocaqları 
sırasında ilk uğurlu nəticə hesab edilə bilər. 
Bunun  üçün  universitetdə  hələ  2007-ci  ildə  Kompyuter  Mərkəzinin  yaradılmışdır. 
2009-2010-cu  dərs  ilində  mərhələ-mərhələ  tətbiq  edilməklə  kollokviumların,  semestr  və 
dövlət  imtahanlarının  da  informasiya-kommunikasiya  texnologiyalarının  köməyi  ilə  gö-
türülməsi işi əyani şöbədə tamamilə başa çatdırılmışdır. Universitet əməkdaşları arasında bu 
istiqamətdə  maarifləndirmə  işinin  aparılması,  başqa  sözlə,  kompyuter  kurslarının  təşkili  və 
kursu bitirənlərə sertifikatların  verilməsi, 2008-ci  ilin dekabrında  «Təhsildə İKT»  jurnalının 
qeydiyyatdan keçirilərək fəaliyyətə başlaması, elektron dərsliklərin yaradılması istiqamətində 
işə başlanılması və s. ADPU-da təhsilin Avropaya inteqrasiyası işində universitetin əldə etdiyi 
uğurlu nəticələrdən hesab edilə bilər. 
Çıxışını  bu  vacib  amillər  üzərində  quran  ADPU-nun  rektoru  Y.Məmmədov  dedi: 
«Yaxşı  bilirsiniz ki, respublikamızda  «2009-2013-cü  illərdə  Azərbaycan  Respublikasının  ali 
təhsil  sistemində  islahatlar  üzrə  Dövlət  Proqramı»  və  «2008-2012-ci  illərdə  Azərbaycan 
Respublikasında təhsil  sisteminin  informasiyalaşdırılması üzrə  Dövlət Proqramı»  icra edilir. 
Təhsildə «Fasiləsiz Pedaqoji Təhsil» strategiyası tədbirlər planı həyata keçirilən bu islahatlar 
proqramlarının  tərkib  hissələrindən  biridir.  Hazırda  respublikamızda  bu  istiqamətdə  ciddi  iş 
aparılır. 
Rektor  Y.Məmmədov  daha  sonra  sözünə  davam  edərək  dedi:  «İnformasiya  tex-
nologiyalarının  kəşfindən  və  onun  həyatımıza  tətbiqinin  genişlənməsindən  sonra  dünyada 
bilik,  elm  çatdıran  informasiyaların  sayı  həddindən  artıq  çoxalıb.  Artıq  istər  ümumtəhsil, 
istərsə  də  ali  təhsil  ocaqlarında  əvvəlki  illərin  tədris  qaydaları  ilə  işləmək  çox  hallarda 
səmərəsiz olur. Çünki bu halda müasir informasiya axını ilə ayaqlaşmaq, başqa sözlə, oxuyub 
çatdırmaq  mümkün  olmur.  Bu  səbəbdən  də,  şübhəsiz  ki,  yeni  texnologiyaların,  o  cümlədən 
elektron texnologiyalarının köməyindən istifadə məsələsi gündən-günə aktuallaşır». 
Müasir informasiya cəmiyyətində tələbə lazımi məlumatı axtarmaq, təhlil etmək, yeni 
informasiya yaratmaq, bu əsasda mövqe formalaşdırmaq, qərar qəbul etmək və qərarı həyata 
keçirmək kimi vərdişlərə yiyələnməlidir. Müasir müəllimin başlıca vəzifəsi tələbəyə (şagirdə) 
nəyi  isə  öyrətmək  deyil,  öyrənməyi  öyrətməkdir.  Bunun  üçün  müəllim  özü  daim  inkişafda 
olmalıdır. 
Əgər  əvvəllər  müəllim  əsas  informasiya  mənbəyi  idisə,  indi  müəllim  informasiya 
mənbələri  ilə  tələbə  arasında  vasitəçi  funksiyasını  yerinə  yetirir.  Müəllim  tələbəyə  infor-
masiya-kommunikasiya  texnologiyalarınının  köməyindən  bəhrələnməklə  səmərəli  iş 


KONFRANS VƏ SƏRGİLƏR 
 
Təhsildə İKT 
127 
metodlarını, informasiya proseslərini öyrətməlidir. Bu xüsusiyyətlər isə özlüyündə ali təhsilin, 
o cümlədən pedaqoji təhsilin məzmun və texnologiyasını təkmilləşdirməyi tələb edir. Müasir 
pedaqoji təhsilin  məqsədi  informasiya cəmiyyətinin  tələblərinə uyğun  yeni  müəllim kadrları 
hazırlamaqdır». 
Zamanla ayaqlaşmaq, başqa sözlə, informasiya-kommunikasiya texnologiyaları vasitə-
lərinin köməyindən  bəhrələnməklə  müəllimin öz bilik səviyyəsini artırması respublikamızda 
müəllim  nüfuzunun  aşağı  düşməsi  kimi  narahatlıq  doğuran  bir  halın  aradan  qaldırılması 
yolunda olduqca mühüm amildir, - söylədi rektor Y.Məmmədov. 
Təqdir  olunan  hal  artıq  respublikamızda  Azərbaycan  Texniki  Universiteində  və 
Azərbaycan  Dövlət  İqtisad  Universitetində  öz  həllini  tapmışdır.  BDU-da  da  bu  qabaqcıl 
təcrübənin tətbiqi istiqamətində iş gedir. 
*** 
Plenar  iclasda  «Təhsilin  informasyalaşdırılmasıın bəzi aktual problemləri» (məruzəçi 
AMEA-nın  müxbir  üzvü,  İnformasiya  Texnologiyaları  İnstitutunun  direktoru,  professor 
Rasim  Əliquliyev)  və  «Ali  pedaqoji  təhsilin  innovativ  inkişafında  informasiya  texnolo-
giyalarının rolu» (məruzəçi ADPU Kompyuter Mərkəzinin direktoru, dosent İlham Əhmədov) 
mövzularında  iki  məruzə  dinlənildi,  Azərbaycan  Təhsil  Problemləri  İnstitutunun  direktoru, 
professor Abdulla Mehrabov ürək sözlərini söylədi. 
AMEA-nın  müxbir  üzvü,  İnformasiya  Texnologiyaları  İnstitutunun  direktoru, 
professor  Rasim  Əliquliyev  məruzəsində  dedi:  «Hələ  2002-ci  ildə  ümummilli  lider  Heydər 
Əliyev tərəfindən Azərbaycan Respublikasında cəmiyyətin müxtəlif sferalarında informasiya-
kommunikasiya texnologiyalarının geniş tətbiq olunmasını nəzərdə tutan milli strategiya irəli 
sürülmüşdü.  Bu  ideologiya  dövlət  başçısı  cənab  İlham  Əliyev  tərəfindən  konkret  addımlar 
atılmaqla daha da inkişaf etdirildi. 2004-cü ildə orta ümumtəhsil məktəblərində informasiya-
kommunikasiya texnologiyalarının geniş tətbiqi və onun davamı olaraq 2008-2012-ci illərdə 
Dövlət Proqramının qəbul edilməsi ölkəmizdə, ümumiyyətlə, informasiya cəmiyyəti ideologi-
yasının geniş tətbiqinə bariz nümunədir. Ona görə də, təhsilin informasiyalaşdırılması, ümumi 
götürdüksə  isə  təhsildə  islahatların  aparılması  Azərbaycan  dövlətinin  dünyaya  inteqra-
siyasında ən mühüm vasitələrdən biridir… 
Etiraf etməliyik ki, respublikamızda təhsilin  infomatlaşdırılması  istiqamətində  müəy-
yən  işlər  görülmüş  olsa  da,  bu,  bir  qədər  pərakəndə  xarakter  daşıyır.  Bu  istiqamətdə  elmi 
araşdırmalar  aparılması,  konfransların  keçirilməsi,  hesab  edirəm  ki,  yeni  Azərbaycanın, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə