Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   ...   39   40   41   42   43   44   45   46   47

KONFRANS VƏ SƏRGİLƏR 
 
Təhsildə İKT 
124 
“FASİLƏSİZ PEDAQOJİ TƏHSİLDƏ ELEKTRON TƏLİM 
TEXNOLOGİYALARININ TƏTBİQİ” MÖVZUSUNDA ELMİ-METODİK 
KONFRANS 
 
Təhsil  Nazirliyinin  Fasiləsiz  Pedaqoji  Təhsil  üzrə  Koordinasiya  Şurası,  Azərbaycan 
Dövlət  Pedaqoji  Universiteti,  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  İnformasiya 
Texnologiyaları  İnstitutu  və  Azərbaycan  Müəllimlər  İnstitutunun  15  İyun  -  Milli  Qurtuluş 
Gününə  həsr  etdikləri  respublika  miqyaslı  elmi-metodik  konfrans  belə  adlanırdı.  Elmi-
metodik konfransın keçirilməsində əsas məqsəd son illər ölkəmizdə, xüsusilə də Azərbaycan 
Dövlət  Pedaqoji  Universitetində  pedaqoji  təhsilin  informatlaşması  sahəsində  əldə  olunan 
təcrübənin  konseptual,  metodoloji  və  texniki-texnoloji  aspektlərinə  dair  elmi-metodik 
tədqiqatların  nəticələrinin  pedaqoji  ictimaiyyətə  çatdırılması  və  elmi  ideyalar  mübadiləsinin 
həyata keçirilməsi olmuşdur. 
Konfransda  Təhsil  Nazirliyinin  əməkdaşları,  İnformasiya  Texnologiyaları  İnstitu-
tunun, Təhsil Problemləri İnstitutunun, Azərbaycan Müəllimlər İnstitutunun rəhbər şəxsləri və 
əməkdaşları,  Fasiləsiz  Pedaqoji  Təhsil  üzrə  Koordinasiya  Şurasının  elmi  katibi  Kamil 
Məcidov  iştirak  edirdilər.  Eyni  zamanda,  konfransda  respublikamızın  ali  pedaqoji  və  orta 
ixtisas təhsili müəssisələrinin nümayəndələri, sahə üzrə aparıcı elmi-tədqiqat müəssisələrinin 
alim  və  mütəxəssisləri,  informatika  ixtisası  üzrə  kadr  hazırlığını  həyata  keçirən  ali 
məktəblərin  əməkdaşları,  habelə  Gəncə,  Mingəçevir,  Lənkəran  və  Naxçıvanın  ali  təhsil 
müəssisələrinin təmsilçiləri iştirak edirdilər. Konfransa Türkiyə, Rusiya və Cənubi Koreyadan 
olan bir neçə mütəxəssisin məqalələri də daxil olmuşdur. 
Konfransı giriş  sözü  ilə  Fasiləsiz Pedaqoji Təhsil üzrə  Koordinasiya Şurasının  sədri, 
ADPU-nun  rektoru,  AMEA-nın  müxbir  üzvü,  professor  Yusif  Məmmədov  açdı.  Rektor 
Y.Məmmədov konfransın  ərsəyə gəlməsində göstərdikləri köməyə görə, AMEA-nın  müxbir 
üzvü, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, professor Rasim Əliquluyevə, Bakı 
Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf 
Zamanova,  Təhsil  Problemləri  İnstitutunun  direktoru,  professor  Abdulla  Mehrabova  və 
təşkilat  komitəsinin  digər  üzvlərinə,  həmçinin  ADPU-nun  Kompyuter  Mərkəzinin 
əməkdaşlarına öz minnətdarlığını bildirdi. 
ADPU-nun  rektoru,  professor  Y.Məmmədovun  çıxışında  iki  istiqamət  diqqəti  cəlb 
edirdi:  1993-cü  il  15  iyun  tarixinin  müasir  Azərbaycan  dövlətinin  müstəqilliyinin 
qorunmasında yeri və fasiləsiz pedaqoji təhsildə elektron təlim texnologiyaların rolu. 


KONFRANS VƏ SƏRGİLƏR 
 
Təhsildə İKT 
125 
Ulu  öndər  Heydər  Əliyevin  «müstəqilliyi  qorumaq  onu  qazanmaqdan  daha  çətindir» 
fikrinə  istinad  edən  natiq  1988-1993-cü  illərdə  Azərbaycanda  baş  verən  ictimai-siyasi 
hadisələri, respublikamızın parçalanma təhdidi ilə üz-üzə qaldığını, başqa sözlə, 1993-cü ilin 
15 iyun gününə gedən yolun xarakteristkasını verdi, Azərbaycan dövlətçiliyinin nicat yolunu 
xalqımızın  ümummilli  lider  Heydər  Əliyevin  respublika  rəhbərliyinə  dəvət  edilməsində 
görülməsi fikrini təqdir etdi. 
Ulu  öndər  Heydər  Əliyevin  Azərbaycana  qayıdışı  xalqımıza  nə  verib,  Azər-
baycanımızı  hansı  bəlalardan  xilas  edib?  Natiq  məqam-məqam  bu  sorğuları  cavablandırdı: 
«Ümummilli  Liderin  Azərbaycana  rəhbərliyə  qayıdışı  bizə  müstəqil  Azərbaycanı  verdi,  bu 
gün onun xalqımıza bəxş etdiyi müasir, suveren Azərbaycan Ulu Öndərin özünün etibar etdiyi 
Azərbaycan  Prezidenti  möhtərəm  cənab  İlham  Əliyevin  məqsədyönlü  siyasətinin  nəticəsi 
olaraq  gündən-günə  inkişaf  edir,  dünyanın  qüdrətli  dövlətləri  ilə  bir  sırada  inamla 
addımlayır».  Bu  fikirlərimə  istinadən  mübaliğəsiz  söyləyə  bilərəm  ki,  -  söylədi  rektor 
Y.Məmmədov, - 15 iyun 1993-cü il tarixi bugünkü müstəqil, suveren Azərbaycan dövlətinin 
İKİNCİ DOĞUM GÜNÜ sayıla bilər. 
Elmi-pedaqoji konfransın mövzusuna gəlincə… 
Hamıya məlumdur ki, 2001-ci ildə Avropa Şurasına üzv olan respublikamız Avropaya 
inteqrasiya yolunu tutmuşdur ki, bu inteqrasiyanın tərkib hissələrindən biri də Azərbaycanda 
informasiya cəmiyyətinin yaradılmasıdır. İnformasiya cəmiyyəti informasiya-kommunikasiya 
texnologiyalarının inkişafı nəticəsində formalaşan biliklər cəmiyyəti, bu cəmiyyətin səciyyəvi 
cəhəti  isə  informasiya  texnologiyalarının  insan  həyatının  bütün  sahələrinə  nüfuz  etməsidir. 
Burada  başlıca  şərt  bilik,  informasiya  və  onların  səmərəli  tətbiqidir.  Heç  bir  siyasi 
ambisiyalara «diqqət yetirməyən» bu cəmiyyət bütün sədləri aşaraq informasiya mübadiləsinə 
imkan verir. 
Azərbaycan  təhsilinin  dünya  təhsil  sisteminə  inteqrasiyası  respublikamıza  nə 
verəcəkdir?  ADPU-da bu istiqamətdə hansı işlər görülmüşdür? 
İnnovativ  təhsil  tədrisdə  innovasiyaların  yaradılması,  inkişafı,  yayılmasına  istiqa-
mətlənmiş  prosesdir.  Bunun  üçün  müvafiq  kadr  potensialı  olmalıdır.  Bu  zaman  təhsildə 
müəllimin rolu və statusunun dəyişməsi, təhsil vasitəsi ilə cəmiyyətin texnoloji, sosial-iqtisadi 
sifarişinin reallaşması müşahidə edilir. Azərbaycanın 2005-ci ildən təhsil sahəsində Boloniya 
prosessinə  qoşulmasını  bu  istiqamətdə  atılan  ilk  addım  kimi  dəyərləndirmək  olar.  Bundan 
əlavə,  ADPU-da  əyani  şöbədə  kollokvium,  semestr  və  dövlət  imtahanlarının  informasiya-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə