Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   ...   39   40   41   42   43   44   45   46   47

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
115 
Danışma  bacarığı  üçün  söhbət  (chat)  otaqları  və  skype  istifadə  edilməsi,  birbaşa 
danışma  bacarıqlarını  inkişaf  etdirmədə  faydalı  olmaqdadır.  Bu  yolla  xarici  dil  öyrənənlər, 
hədəf  dili  ana  dil  olaraq  danışan  natiqlərlə  danışma  imkanlarına  sahib  ola  bilərlər.  Bundan 
başqa  rəqəmsal  video  vasitəsilə  yazılan  danışıqları  dinləyərkən  özünü  qiymətləndirmə  və 
tənqid etmə imkanı da var. Bu cür danışıq fəaliyyətləri müəllim və şagird qruplarına da anında 
və davamlı imkanlar verir. 
Oxuma bacarığı üçün bütün mətnləri rəqəmsal mühitdə əldə etmək mümkün olmaqda 
və  hər  fərd  öz  öyrənmə  sürətinə  görə  mətnləri  araşdırma  imkanına  malik  olmaqdadır. 
Müəyyən dildə yazılmış xüsusi materialları əldə etmək də bu texnologiyaları istifadə etməklə 
daha da asan olur. 
Yazma  bacarığını  inkişaf  etdirmək  üçün  də  informasiya  texnologiyaları  böyük 
imkanlar verir. İnternet vasitəsilə əlaqə qurmaq, xüsusilə e-poçt vasitəsilə aparılan yazışmalar, 
yazma  bacarığını  istifadə  etməni  ön  plana  çıxarmışdır.  Məktub,  məlumat  və  məqalə  kimi 
yazılanları  nəzərdən keçirmə  və düzəltmə əməliyyatları  mətn prosessoru proqramı  vasitəsilə 
yerinə  yetirildiyindən  informasiya  texnologiyalarını  istifadə  etmə  gedərək  əhəmiyyət 
qazanmaqdadır. 
İKT-nin dil bacarıqlarının inkişafında istifadə edilməsinə əlavə olaraq dilçiliyi və dil 
öyrənmə metod və texnikalarına kömək edir. İKT ilə dilçilik arasındakı əlaqələr daha çox yeni 
nəsil  lüğətlərin  istifadəsində,  "Corpus"  işlərində  və  danışıq  dili  analizlərində  əhəmiyyət 
daşıyır. 
Xarici  dil  öyrənmə  metod  və  texnikaları  məzmununda,  İKT-nin  istifadə  edilməsi 
faydalı  tapşırıqlar,  proqram  paketləri  və  Veb  əsaslı  tətbiqlərlə  məna  qazanmaqdadır.  Bu 
tətbiqlə,  məktub  yoldaşlığı,  layihə əsaslı  fəaliyyətlər, "Webquest", "Tandem öyrənmə", səsli 
və görüntülü tərcümə proqramlarına yer verilməkdədir. 
Bu  məzmunda  aparılan  dil  ünsiyyət  proqramları,  "Ehtimal  irəli  sürmə  oyunları, 
Telefon  rol  oyunları,  Əhvalat  anlatma,  Masaüstü  nəşriyyat  proqramları,  Afişa  və  poster 
hazırlama,  "Menyu"  hazırlama,  Məhsul  etiketləri  hazırlama,  Turist  broşuraları/Qəzet 
/Jurnal/Reklam hazırlama kimi ola bilər. Professional proqramlar, Şəkil-mətn uyğunlaşdırma, 
Boşluq  doldurma,  Dialoq  yazma,  Tələffüz  çalışması,  Çoxdan  seçməli  suallar,  Söz  bankı 
yaratma,  Təcrübələri  paylaşma,  Veb  yarışmaları,  Dəyişmə  layihələri,  Diskussiya  mövzuları, 
Təqdimat  proqramları,  Danışan  sözlər,  Obyekti  tanı,  Natiqlik  dərsləri,  Sevimli  rənglər, 
Sifətlər və ölkələr, Bazar araşdırması, Qarşılıqlı mesajlaşma, Əhvalat tamamlama, Söz təkrarı, 
Öyrədici diskussiyalar və Forumlar kimi öyrənmə fəaliyyətləri təşkil edilə bilər. 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
116 
NƏTİCƏ 
İKT-nin  təhsil  sistemində  aktiv  istifadə  edilməsi  ilə  bərabər  müəllimin  sinif  daxi-
lindəki rolu da dəyişməyə başlamışdır. Müəllim, bilikləri ötürmə rolunu tamamlamış, bunun 
yerinə  yol göstərici  və  istiqamətləndirici rolunu  boynuna götürməyə  başlamışdır. Müəllimin 
yeni rolları arasında mövzu məzmununun ötürülməsində və öyrənmə fəaliyyətlərinin inkişaf 
etdirilməsində istiqamətləndirici olma, texnoloji qaynaqların istifadəsində qiymətləndirici, öy-
rənmə xidmətlərini təqdim etmədə yol göstərici və öyrənmə materialları üçün qiymətləndirici 
olma rollarını boynuna götürmüşdür. 
İnformasiya texnologiyalarının əsas götürüldüyü öyrənmə yanaşması, yeni təlim-tədris 
strategiyalarının təyin olunmasını da ortaya çıxarmışdır. Həm  şagirdlərin  bu texnologiya  ilə 
dil  öyrənmələrini,  həm  də  müəllimlərin  təlimi,  təhsil  proqramlarını  hazırlamada  İKT-dən 
istifadə etməni zəruri hala gətirmişdir və xüsusilə də informasiya bacarıqlarını inkişaf etdirmiş 
olan  fərdlərə  görə  bir  tənzimləmə  aparılmasını  əsas  götürmüşdür.  Öyrənmə  prosesinin  qiy-
mətləndirmə  mərhələsi də ənənəvi qiymətləndirmələrdən çox,  məhsuldarlıq qiymətləndirmə, 
özünüqiymətləndirmə  portfolyo  qiymətləndirmə  kimi  alternativ  qiymətləndirmələri  istifadə 
etməni ön plana çıxarmışdır. 
TƏKLİFLƏR 
-
 
Xarici  dil  müəllimlərinin  təlimində  İKT-nin  müvəffəqiyyətlə  istifadə  edilməsi 
üçün  həm  müəllimlərin,  həm  də  şagirdlərin  informasiya  bacarıqlarını  inkişaf  etdirmələri 
lazımdır; 
-
 
İnformasiya  texnologiyalarını  sinif  daxilində  müvəffəqiyyətlə  tətbiq  etmək  üçün 
təhsil proqramlarının bu məqsədlə hazırlanması və informasiya texnologiyaları ilə inteqrasiya 
olunması təmin edilməlidir; 
-
 
Texniki  problemlərin  aradan  qaldırılmasında  texniki  personal  cəlb  edilməli  və 
kifayət sayda mütəxəssis cəlb olunmalıdır; 
-
 
Bütün müəllimlərin kompüter savadının olması təmin edilməlidir; 
-
 
Hər  bir  məktəb,  informasiya  texnologiyaları  ilə  təchiz  edilməlidir.  Bu  məqsədlə, 
məktəb şəbəkəsi qurulmalı, veb əsaslı öyrənməyə və e-öyrənməyə keçid təmin edilməlidir; 
-
 
Öyrənən  avtonomluğu,  özünüyoxlamaqla  öyrənmə  kimi  mövzularda  müəllim  və 
şagirdlər məlumatlandırılmalıdır; 
-
 
Virtual  mühitdə  xarici  dil  müəllimlərinin  birlikdə  layihə  həyata  keçirmələri  və 
məlumat və tətbiqdəki yaxşı nümunələri paylaşmaları təmin edilməlidir; 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
117 
-
 
Hər  məktəbdə  xarici  dil  müəllimləri  üçün  bir  təlim  mərkəzi  yaradılmalı  və  veb 
mühitində biliklər əldə etmə bu mərkəzdən təmin edilməlidir. 
 
ƏDƏBİYYAT 
1.
 
Altun, A. (2005). Eğitimde İnternet uygulamaları. Ankara: Anı Yayıncılık 
2.
 
Demirel, Ö. ve A. Altun (2007) . Öğretim Teknolojileri ve Materyal Tasarımı. Ankara: PegemA 
Yayıncılık, 2007 (Ortak yazarlı) 
3.
 
Demirel,  Ö.  “DynEd  and  ELP  Embedded  ELT  SANKO  Model”  Computer  Assisted  Language 
Learning  (CALL)  Conference  organized  by  the  Private  SANKO  Schools,  Department  of  Foreign  Languages. 
Gaziantep: 28 April 2007 
4.
 
Garrison, D. R & Kanuka, H. (2004). Blended Learning: Uncovering its Transformative Potential 
in Higher Education. İnternet and Higher Education 7 (2), 95-105. 
5.
 
Haris, P. (2001) Goin’ mobile. http://www.learningcircuits.org/2001/jul2001harris.html 
6.
 
Hopper, K. (2003). Reasons to go hybrid. Distance Education Report 7 No 24 D 15 
7.
 
Kearsley, G. (2000). Online education: Learning and teaching in cyberspace. Belmont, 
8.
 
CA: Wadsworth/Thomson Learning. 
9.
 
Khan, B. H. (1997).Web-based instruction (WBI): What is it and why is it? In B. H. Khan 
10.
 
(Ed.),  Web-based  instruction  (pp.  5-18)  Englewood  Cliffs,  NJ:  Educational  Technology 
Publications. 
11.
 
MEB, (2006-7) Milli Eğitim İstatistikleri, Örgün Eğitim, Ankara: MEB Basımevi 
12.
 
Mutlu,  M.E.  H.U  Yenigün  ve  N.  Uslu  (2006).  Açıköğretimde  mobil  öğrenme. 
http://www.bilgi.aof.edu.tr /yayınlar/2006/acıkogretimde_mobil_ogrenme.pdf 
13.
 
Osguthorpe, R. T. & Graham, C. R. (2003). Blended Learning Environments. Quarterly Review of 
Distance Education. 4 (3), 227-233 
14.
 
Roblyer, M.D. ve Edvards, J. (2000). Integrating educational technology into teaching. Upper 
 
 
 
 
 
 
 
 
 
                                     


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə