Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   ...   36   37   38   39   40   41   42   43   ...   47

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
110 
7.
 
Haşlaman, T., Kuşkaya-Mumcu, F., ve Usluel, Y. K. (2008).Integration of ICT Into The Teaching-
Learning Process: Toward A Unified Model, paper presented at World Conference on Educational Multimedia, 
Hypermedia & Telecommunications (ED-MEDIA), Vienna, June 30-July 4, Austria. 
8.
 
ISTE  (2004).  The  National  Educational  Technology  Standards.  (14  Ağustos,  2004) 
 
9.
 
Jedeskog, G. & Nissen, J. (2004). ICT in the Classroom: Is Doing More Important than Knowing? 
Education and Information Technologies, 9(1), 37-45. 
10.
 
Koszalka,  T.  &  Wang,  X.  (2002).  Integrating  technology  into  learning:  A  summary  view  of 
promises and problems. Educational Technology & Society, 5(1), 179-183. 
11.
 
Kuşkaya-Mumcu,  F.,  Haşlaman,  T.  ve  Usluel,  Y.K.  (2008).  Teknolojik  pedagojik  içerik  bilgisi 
modeli  çerçevesinde  etkili  teknoloji  entegrasyonunun  göstergeleri,  International  Educational  Technology 
Conference (IECT) 2008, 6 – 8 Mayıs. Eskişehir, Anadolu Üniversitesi. 
12.
 
Mumtaz,  S.  (2000).  Factors  Affecting  Teachers’  Use  of  Information  and  Communications 
Technology: a review of the literature.
 
Journal of Information Technology for Teacher Education, 9(3), 319-333 
13.
 
Richards,  C.  (2006).  Towards  an  integrated  framework  for  designing  effective  ICT-supported 
learning  environments:  The  challenge  to  better  link  technology  and  pedagogy.  Technology,  Pedagogy,  and 
Education, 15(2), 239-255. 
14.
 
Van  Den  Berg,  R.,  Vandenberghe,  R.,  Sleegers,  P.  (1999).  Management  of  innovations  from  a 
culturel-individual perspective. School Effectiveness and School Improvement, 10(3), 321-351. 
15.
 
Velle, L. B., McFarlane, A., Brawn, R. (2003). Knowledge transformation through ICT in science 
education: a case study in teacher,driven curriculum development- Case Study 1. British Journal of Educational 
Technology, 34(2), 183-199. 
 
 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
111 
XARİCİ DİL MÜƏLLİMLƏRİNİN TƏHSİLİNDƏ İNFORMASIYA 
TEXNOLOGİYALARININ YERİ 
 
Prof. Dr. Özcan DEMİREL 
Hacettepe Üniversitesi Eğitim Fakültesi 
 
XÜLASƏ 
Bu  mqalədə,  informasiya  texnologiyaları  və  istifadəsi  mövzusunda  məlumat  verildikdən  sonra, 
müəllim  təhsilində  xüsusilə  də  xarici  dil  müəllimlərinin  təhsilində  necə  istifadə  ediləcəyi  mövzusu 
üzərində  dayanılmışdır.  Türkiyədə  təxminən  40.000  xarici  dil  müəlliminin  hər  üç  ildən  bir  yeni 
inkişafdan  xəbərdar  edilməsi  məqsədilə  təkmilləşdirmə  kurslarının  təşkil  edilməsi  nəzərdə 
tutulmaqdadır.  Ancaq  bütün  qaynaqlar  səfərbər  edilsə  belə  bunu  reallaşdırmanın  çətinliyi  qarşısında 
informasiya  texnologiyaların  dövrəyə  girməsi  bu  problemin  həlli  kimi  görülməkdədir.  Bu  tətbiqin 
müvəffəqiyyətli  olması  üçün  əvvəlcə  dil  müəllimlərinin  informasiya  bacarıqlarını  inkişaf  etdirmə  də 
daxil olmaq üzrə həm Milli Təhsil Nazirliyinə, həm də pedaqoji fakültələrinə uyğun bir proqram modeli 
yanaşmanın həyata keçirilə biləcəyi üzərində təkliflər təqdim edilmişdir. 
Açar  sözlər:  informasiya  texnologiyaları,  informasiya  bacarıqları,  təkmilləşdirmə 
kursları, proqram modeli 
 
GİRİŞ 
Elm  və texnologiyadakı sürətli  inkişaf,  həyatın  hər mərhələsin təsir etməkdə və  yeni 
informasiya  texnologiyalarını  daha  səmərəli  istifadə  etmək  günün  tələbi  kimi  ortaya  çıx-
maqdadır. İnformasiya texnologiyalarının istifadəsi ənənəvi təhsil tətbiqlərini zənginləşdirmiş 
və  yeni  öyrənmə  formalarının  yaradılmasına  imkan  vermişdir.  Yeni  texnologiyaların  təhsilə 
inteqrasiyası ilə müəllimin rolu dəyişməyə başlamış və bu hal müəllim təhsilinə təsir etmişdir. 
İnformasiya  texnologiyalarının  təhsildə  səmərəli  istifadə  edilməsi  ilə  ənənəvi  təlim-
tədris  prosesi  də  diskussiya  mövzusu  olmuşdur.  21-ci  əsrdə  müəllim  və  şagirdlər  yeni 
texnologiyaları  istifadə  etməkdə  müəyyən  imkanlar  əldə  etmişlər  və  bu  imkanlarla 
informasiya  əldə  etmə,  yeni  biliklər  formalaşdırma  və  bu  bilikləri  səmərəli  istifadə  etməyi 
bacarmışlar.  Bütün  bu  texnoloji  dəyişmələr,  dil  öyrənmə  prosesinə  və  xarici  dil  öyrətmə 
üsullarına təsir etmişdir. 
İnformasiya texnologiyalarının təhsil sahəsində istifadəsi 
İnformasiay  və  kommunikasiya  texnilogiyası  (İKT),  informasiyanın  yaradılması, 
toplanması,  yığılması,  işlənməsi,  yenidən  əldə  edilməsi,  yayılması,  qorunması  və  bunlara 
köməkçi olan vasitələr olaraq təyin oluna bilər.  Kompüter, İnternet, video, peyk xəbərləşmə 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
112 
sistemləri, GSM sistemləri, GPRS, GPS sistemləri bir bütün olaraq İKT anlayişına daxildirlər. 
Bundan  başqa  mobil  öyrənmə  və  qarışıq  öyrənmə  yanaşmaları  da  bu  baxımdan  gözdən 
keçirilməlidir. İKT, təlim-tədris fəaliyyətlərini dəstəkləməkdə və bu dəstək, kompüter və İKTt 
texnologiyası istifadə edilərək yerinə yetirilməkdədir. 
Təhsildə İnternet əsaslı TV və video istifadəsi, İKT baxımından əhəmiyyət daşımaq-
dadır. Fakt və hadisələri vizual və səsli olaraq, hərəkətli olaraq tamaşaçılara təqdim etmə im-
kanını  təmin  edən  televiziya,  audiovizual  vasitə  olaraq  təhsildə  əhəmiyyətli  funksiyaları 
reallaşdırmaqdadır.  Aktual  hadisələr  ilə  müəyyən gün  və  həftələrə əlaqədar anma,  ya da  bu 
hadisələri  qeyd  etmə  proqramlarının  sinifdə  gətirilərək  bunların  şagirdlər  tərəfindən 
dinlənilməsi  və  müzakirəsinə  kömək  etməkdədir.  Məlumat  verici  proqramlar,  müxtəlif 
sənədlilər,  təlim  filmləri  və  xəbərlər  videoya  yazılaraq  lazım  olduğunda  şagirdlərə  təqdim 
edilə  bilər.  Təhsildə  TV-dən  istifadə,  çox  zaman  əvvəlcədən  yazılmış  olan  video-kaset  və 
video-disklərin istifadəsi kimi baxıla bilər ( Altın və Atəş, 2007). 
Öyrədici video vasitələr slaydlar, hərəkətli görüntülər kimi hazır görüntülər, məsələn 
film  və  video  kasetləri  ilə  səsli  konfransla  birləşdirilən  biristiqamətli,  ya  da  ikiistiqamətli 
görüntü və ikiistiqamətli səsdən ibarət eynizamanlı hərəkətli görüntülər ehtiva edir. Keçmişdə 
televiziya  verilişi  yalnız  kabel,  peyk,  ya  da  qurudakı  sistemlərlə  reallaşdısa,  ancaq  indiki 
vaxtda  İnternetin  sürətindəki  artım,  texnologiyadakı  inkişaf,  istifadəçilərin  artması  və  rabitə 
tariflərinin  düşməsi  ilə  TV  verilişlərini  İnternet  üzərindən  ödənişsiz  və  qanuni  olaraq  əldə 
etmək mümkündür. Bundan başqa yalnız İnternetdə olan, kabel peyk, ya da başqa bir sistemlə 
nümayiş olunmayan TV verilişləri də ortaya çıxmışdır. 
Mobil öyrənmə (m-öyrənmə) : Mobil öyrənmə, fərdlərin kabelsiz cihazlar, ya da mobil 
rabitə  vasitələri  ilə  istədikləri  informasiyanı  əldə  etmələrini  təmin  edən  öyrənmədir.  Haris 
(2001),  mobil  öyrənməyi,  mobil  kompüter  texnologiyası  ilə  İnternetə  vasitəsilə  öyrənmənin 
qarışığı  olaraq  təyin  etməkdədir.  Mobil  öyrənmə,  vasitə  və  texnologiyaları  dizüstü 
kompüterlər, tablet kompüterlər, PDA (Personal Digital Assistant), telefonlu cib kompüterləri, 
cib kompüterləri, media pleyerler və MP3 pleyerlər ilə ağıllı telefonları ehtiva edir (Mutlu və 
başqaları, 2006). 
Qarışıq öyrənmə (Blended learning): Qarışıq, ya da harmonlanmış öyrənmə, İnternet 
vasitəsilə  reallaşdırılan  dəslər  kimi  xarakterizə  edilir  (Hopper,  2003).  Dərslərin  İnternet 
vasitəsilə  icra  edilməsi  ilə,  tək  başına  təhsildən,  ya  da  üz-üzə  təhsildən  çox  daha  səmərəli 
öyrənmə təmin edilə bilməkdədir. Qarışıq öyrənməyə xüsusilə ali təhsil səviyyəsində tez-tez 
rast  gəlinməkdədir.  Ən  fəal  təlim  üçün  müxtəlif  təhsil  strategiyaları  və  paylama 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə