Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   ...   33   34   35   36   37   38   39   40   ...   47

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
102 
onların  bilik  və  bacarıqlarının  inkişaf  etdirilməsinə  tam  yaramır  bilik  və  bacarıqlarını 
bütünlüklə əhatə etmir. 
Bu  cür  KTP-lərlə  tanışlıq  nəticəsində  bir  çox  müəllim  və  metodistlərdə  proq-
ramlaşdırılmış  təlimin  mahiyyəti  haqqında  yanlış  təsəvvür  yaranır,  bəzən  də  buna  mənfi 
münasibət bəslənilir. Buna görə də qeyd etmək lazımdır ki, təlim prosesinin təkmilləşdirilməsi 
ilk  növbədə  kompüter  vasitəsilə  proqramlaşdırılmış  təlim  üçün  hazırlanmış  materialların 
keyfiyyətindən asılıdır, digər əyani təlim vasitələri isə onlarda köməkçi rol oynayır. 
Xarici  ölkələrdə,  həmçinin  ABŞ-da,  informatikanın  proqramlaşdırılmış  təlimi  üçün 
nəzərdə  tutulmuş  bir  çox  əyani  təlim  vasitələri  istehsaldan  çıxarılmışdır,  çünki  kompüter 
vasitəsilə proqramlaşdırılmış təlim proqramları ilə rəqabətə davam gətirmir. 
ABŞ-dakı  ümumtəhsil  məktəblərinə  gəldikdə  isə  burada  bütün  təlim  vasitələrinin 
kompleks  hazırlanması  xətti  üstünlük  təşkil  edir.  Bu  zaman  müxtəlif  texniki  vasitələrin 
(audiovizual  vasitələr,  proyektorlar,  mexanikləşdirilmiş  əyani  vasitələr  və  s.)  kompüter 
vasitəsilə proqramlaşdırılmış təlim vasitələri ilə birgə istifadəsi nəzərdə tutulur. Bu istiqamət 
informatikanın ənənəvi tədris  metodlarına uyğun  gələn kompüterlə proqramlaşdırılmış tədris 
prinsipləri və metodlarından istifadə edilən proqramın hazırlanması ilə əlaqədardır. 
Bütün  deyilənlərdən  belə  nəticə  çıxarmaq  olar  ki,  proqramlaşdırılmış  təlim 
metodikasında  kompüterlə  və  kompütersiz  təlim  üçün  istifadə  edilməsindən  asılı  olaraq 
materialların hazırlanması işinə xüsusi diqqət tələb olunur. 
Məsələn, bir çox informatika müəllim və metodisləri proqramlaşdırılmış təlim prosesi 
üçün  müxtəlif  KTP-lərin  yaradılmasına  həvəs  göstərirlər,  lakin  proqramlaşdırılan 
materialların özünün necə olacağı haqqında çox az düşünürlər. Adətən proqram ondan ibarət 
olur ki, şagirddən verilmiş cavablardan düzgün olanının seçilməsi tələb olunur. 
Məlumdur ki, spesifik xüsusiyyətləri əks olunan diskret quruluşa malik tədris fənləri 
proqramlaşdırıla bilər. Məsələn, hətta alqoritmlərin icrası proseslərini, belə proqramlaşdırmaq 
olar. 
Bəziləri  bundan  nəticə  çıxararaq  təsdiq  edirlər  ki,  bütün  “əməli”  fənlərin  tədrisi 
proqramlaşdırıla bilər. İnformatika da bu cür tədris fənlərindən biridir. Bununla bərabər ABŞ 
və digər inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi göstərir ki, heç bir fənn üzrə bütün 
bölmələri  və  mövzuları  əhatə  edən  tam  proqramlaşdırılmış  kurslar  yaradılmamışdır.  Əksinə 
proqramlaşdırılmış təlimin əsas qayəsi başqadır. Məqsəd bu və ya digər tədris fənlərinin tam 
proqramlaşdırılması  istiqamətinə  deyil,  əksinə,  proqramlaşdırılmış  təlimlə  ənənəvi  təlim 
prosesinin yaxınlaşmasına, onun ideyalarının ənənəvi təlim prosesinə daxil edilməsinə, bütün 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
103 
təlim  prosesinin  tədrisin  səmərəliliyini  artıran  müxtəlif  KTP-lərlə  təmin  edilməsinə 
yönəlmişdir. Bu zaman bir çox müəllim və metodislərin axtarışları və təcrübi işləri vasitəsilə 
informatikanın  tədrisi  kursunda  o  bölmələri  və  mövzuları  müəyyənləşdirmək  lazımdır  ki, 
onların ayrı-ayrı  hissələrini proqramlaşdırmaq və bu  hissələrin ənənəvi təlim prosesinə  necə 
daha yaxşı şəkildə daxil edilməsini göstərmək məqsədəuyğun olsun. 
KTP VASİTƏSİLƏ PROQRAMLAŞDIRILMIŞ TƏDRİS 
İnformatikanın  kompüter  vasitəsilə  proqramlaşdırılmış  tədrisi  üçün  nəzərdə  tutulmuş 
materiallar  digər  tədris  vasitələrindən  fərqlənir.  Əsas  fərq  ondan  ibarətdir  ki,  kompüter 
vasitəsilə  proqramlaşdırılmış  təlim  prosesində  hər  üç  tədris  məsələsi  birlikdə  həll  edilir.  Bu 
zaman  yeni  dərs  materialının  kiçik  "porsiyasının"  verilməsinin  ardınca  həmin  anda  onun 
möhkəmləndirilməsinə  diqqət  edilir,  növbəti  "porsiyanın"  verilməsi  isə,  yalnız  əvvəlki 
"informasiya  dozasının"  mənimsənilməsinin  yoxlanılmasından  sonra  həyata  keçirilir.  Bu 
zaman  yeni  materialın  verilməsində  hər  növbəti  "porsiyanın"  ölçüsü,  tam  mənimsənilməsi 
üçün avtomatik olaraq "informasiya dozasının" ölçüsünə uyğun gəlməlidir. 
Materialın mənimsənilməsinə nəzarət edilməsinin əhəmiyyəti də ondan ibarətdir ki, o 
öyrənənin  özü  tərəfindən  həyata  keçirilir.  Bu  hər  bir  şagirdin  fərdi  xüsusiyyətinə  uyğun  bir 
şəkildə təhsildə irəliləməsinə imkan verir. 
Təlim  prosesinin  kompüter  vasitəsilə  proqramlaşdırılması  yolu  ilə  təkmilləşdiril-
məsinin bəzi problemlərini nəzərdən keçirək. 
Onlardan biri proqramlaşdırılmış tədris üçün materialların və kompüter proqramlarının 
hazırlanmasıdır. Burada ön planda  məzmunun təkmilləşdirilməsi  ilə üzvü surətdə bağlı olan 
təlim prosesinin metodik yönü və dərs materialının məktəblilərə çatdırılması sistemi durur. 
Bu istiqamətdə görülən  iş təlim prosesinin qanunauyğunluğuna dərin nüfuz edilməsi, 
dərs materialının məntiqi analizi ilə bağlıdır. 
Bu halda  biliklərin şagirdlər tərəfindən qavranılması  və  mənimsənilməsinin psixoloji 
xüsusiyyətlərinin  başa  düşülməsi  lazımdır  və  icraçıların  iş  üsullarını  xarakterizə  edən  çox 
sayda faktik materialların toplanması tələb olunur. Bu istiqamətdə müvəffəqiyyət əldə etmək 
üçün,  həmçinin,  hazırlanan  materialların  təcrübi  sınaqdan  keçirilməsinə  və  onların  nəzəri 
olaraq tədqiq edilməsinə ehtiyac vardır. Bütün bunlar, əlbəttə ki, böyük çətinliklərlə bağlıdır. 
Bu  onunla  izah  olunur  ki,  hələ  də  informatikanın  kompüter  vasitəsilə  proqramlaşdırılmış 
tədrisi üçün dərc olunmuş materiallar demək olar ki, yox dərəcəsindədir, ancaq ilk addımlar 
atılmışdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə