Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   ...   31   32   33   34   35   36   37   38   ...   47

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
89 
var. Müəllimin şagird cavabına ehtiyacı hiss olunur. Başqa sözlə şagird öz məntiqini işə salır. 
Verəcəyi  cavabın  səhv  olacağından  qorxmur.  O,  özünü  müəllimlə  bərabərhüquqlu  bir 
şəxsiyyət hesab edir. 
Rus metodisti A. M. İlin belə hesab edir ki, təhsili ağır vəziyyətdən çıxarmaq üçün ən 
sadə  üsul  tədrisi  oyun  ruhunda  qurmaqdır.  Uşaqlara  belə  bir  oyun  təklif  etmək  olar.  Guya 
onlar xarici ölkələrdən gəlmiş yazıçı və jurnalistlərdir. Bir həftə ərzində öz cib dəftərçələrinə 
bu ölkə haqqında mümkün qədər çox məlumatlar qeyd etməlidirlər. Bu ciddi oyunun mənası 
nədir? Hər kəs yazıçı, rəssam, bəstəkar ola bilməz. Hətta uşaq şeir yazırsa, yaxud rəsm əsəri 
çəkirsə bu heç də o demək deyildir ki, o, gələcəyin S. Vurğunu, yaxud T. Salahovu olacaq. 
Lakin gündəlik yazmağı hər bir şagird bacara bilər. O, özünü həqiqi yazıçı kimi hiss edə bilər. 
Axı o, gördüklərini sözə çevirə bilir. Qoy meşə gəzintisindən, şəhər səyahətindən aldıqları və 
ya sadəcə ətraf aləmdən aldığı təəssüratları öz “yazıçı blaknot”unda qeydlər etsin. Onda uşaq 
təkcə  seyr  etməyi  deyil,  gəzməyi  bacaracaq,  gördüklərini  sözə  çevirə  biləcək.  Bunun 
nəticəsində  başqalarının  yazdıqlarına  da  diqqətlə  yanaşacaq.  Sözü  yerində  işlətməyin  nə 
demək  olduğunu  anlayacaq.  Ana  dili  tədrisinin  ən  başlıca  məqsədlərindən  biri  sözün 
mahiyyətini şagirdə anlatmaqdan ibarətdir. 
Bu gün Artıq təhsilə münasibətin dəyişilməsi hər addımbaşı nəzərə çarpır. 
Təhsil nazirliyinin təşəbbüsü ilə keçirilən “Elektron Təhsil Müsabiqəsi” mayın 21-də 
sona çatdı. Bu, təhsilimizdə İKT-nin nə qədər əhəmiyyətli və önəmli olduğunu önə çəkməklə 
yanaşı  müəllimlərimizdə  bu  işə  daha  həvəslə  və  səylə  maraq  göstərməsinə  səbəb  oldu.  Bu 
müsabiqədə müəllimlərlə birgə tələbələr, magistrlər, valideynlər hətta təhsillə heç bir əlaqəsi 
olmayan adi vətəndaşlar da iştirak edirdilər. İştirakçı müəllimlər öz layihələri ilə dərsdə İKT-
nin  tətbiqini  əyani  şəkildə  nümayiş  etdirməklə  yanaşı  həm  də  bütün  Azərbaycan 
pedaqoqlarına  örnək  ola  biləcək  nümunələr  təqdim  etmişlər.  Həmin  müsabiqədə  iştirak 
edərkən təqdim etdiyim dərs nümunəsini məqaləmə əlavə etməyi lazım bildim. Bu layihə 22 
slayddan ibarətdir. 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
90 
 
 
 
 
 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
91 
 
 
 
 
 
 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
92 
 
 
 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
93 
 
 
 
 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
94 
 
 
 
 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
95 
 
 
 
 
 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
96 
 
 
 
 
 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
97 
 
 
 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
98 
 
 
 
Göründüyü kimi dərslərdə təlimin texniki vasitələrindən, informasiya-kommunikasiya 
texnologiyalarından istifadə etmək həm müəllimin işini asanlaşdırır, həm də rəngarəngliyinə 
görə ibtidai sinif şagirdlərində dərsə maraq və həvəs oyadır. 
 
 
 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
99 
İNFORMATİKANIN KOMPÜTER TƏLİM PROQRAMLARI VASİTƏSİLƏ 
PROQRAMLAŞDIRILMIŞ TƏDRİSİ YOLLARI 
 
E.V. Seyidzadə 
Qafqaz Universitetinin baş müəllimi 
 
XÜLASƏ 
Təlim prosesində kompüterlərdən istifadə edilməsinin ilk təcrübələri 60-cı illərin əvvəllərinə təsadüf 
edir.  İlk  olaraq  avtomatlaşdırılmış  təlim  kursları,  sonra  isə  proqramlaşdırılmış  təlim  formalarını 
reallaşdıran  avtomatlaşdırılmış  təlim  sistemləri  formasında  ilk  proqram  təlim  vasitələri  yaradılmışdır. 
Müasir  proqramlaşdırılmış  kompüter  təlim  proqramlarının  istifadə  edilməsi  ilə  tədris  prosesinin 
səmərəliliyinin artırılması üçün geniş imkanlar yaranır. Eyni zamanda bu KTP-lərin istifadə edilməsində 
bir  çox  problemlər  ortaya  çıxır.  Bu  problemlərdən  çıxış  yolarından  biri  informatikanın  tədrisi  üçün 
müxtəlif proqramlaşdırılmış kompüter təlim proqramlarının yaradılması ilə bağlıdır. Bu sahədə artıq çox 
işlər  görülmüşdür.  Lakin  bu  axtarışlar  yalnız  tədrisedici  deyil,  əsasən  nəzarətedici  funksiyalarla 
məhdudlaşan KTP-nin yaradılmasına gətirib çıxarmışdır. 
Bu məqalədə informatika fənninin proqramlaşdırılmış tədrisində  KTP-lərin səmərəli istifadə yolları 
şərh edilmişdir. 
Açar sözlər: proqramlaşdırılmış təlim, kompüter təlim proqramları, informatika 
 
GİRİŞ 
Təlim  prosesində  kompüterlərdən  istifadə  edilməsinin  ilk  təcrübələri  60-cı  illərin 
əvvəllərinə  təsadüf  edir.  İlk  olaraq  avtomatlaşdırılmış  təlim  kursları  (ATK),  sonra  isə 
proqramlaşdırılmış  təlim  formalarını  reallaşdıran  avtomatlaşdırılmış  təlim  sistemləri  (ATS) 
formasında  ilk  proqram  təlim  vasitələri  yaradılmışdır.  ATS-lərin  "intellektuallaşdırılması" 
ekspert  sistemləri  sahəsində  tədqiqatların  aparılması  ilə  həyata  keçirilirdi.  Müasir  dövrdə 
praktik  reallaşdırılması  böyük  xərclər  tələb  edən  intellektual  ATS-lərin  nəzəri  hissəsinin 
hazırlanması  davam  edir.  "İdeal"  fərdi  kompüter  (FK)  anlayışına  daha  dolğun  cavab  verən 
kəmiyyətcə  yeni  imkanlara  malik  olan  yeni  nəsil  FK-lərin  meydana  gəlməsi  proqram  təlim 
vasitələrinin  tam  hazırlanmasının  yenidən  qiymətləndirilməsi  məsələsini  ortaya  qoyur. 
Bundan  başqa  proqramlaşdırılmış  təlim  ideyalarının  tam  miqyaslı  reallaşdırılması  böyük 
intellekt və maddi xərclər tələb edir. 
Müasir  kompüter  təlim  proqramlarının  (KTP)  istifadə  edilməsi  ilə  tədris  prosesinin 
səmərəliliyinin artırılması üçün geniş  imkanlar  yaranır. Eyni zamanda bu  KTP-lərin  istifadə 
edilməsində bir çox problemlər ortaya çıxır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə