Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   ...   32   33   34   35   36   37   38   39   ...   47

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
100 
Orta məktəbdə informatikanın tədrisi prosesində meydana çıxan problemlərlə əlaqədar 
məsələləri  şərh  edək.  Bu  fənnin  tədrisi  əsasında  təlimin  səmərəliliyinin  artırılması  və 
təkmilləşdirilməsi  üçün  aparılan  axtarışların  istiqamətini  və  məzmununu  təyin  edə  bilərik. 
İnformatikanın tədrisi ilə bağlı üç məsələyə nəzər yetirək: 
1.
 
Şakirdlərə informatika fənninin ilk analyışlarının öyrədilməsi; 
2.
 
Biliklərin  təkmilləşdirilməsi  və  möhkəmləndirilməsi,  bacarıq  və  vərdişlərin  əldə 
edilməsi; 
3.
 
Biliyin, bacarıq və vərdişlərin yoxlanılması və qiymətləndirilməsi. 
İnformatika  fənninin  tədrisinin  təkmilləşdirilməsi  yollarının  axtarılması  bu  üç  tədris 
məsələsinin hamısına aiddir. 
Son illər informatikanın tədrisi üçün didaktik materiallar, dərs vəsaitləri və kompüter 
təlim vasitələrinin hazırlanmasında aşağıdakı istiqamətlərdə müəyyən işlər görülmüşdür: 
1.
 
Dinamik (açıq sistemli) KTP-lərin tətbiqi; 
2.
 
Ekranlaşdırılmış əyani dərs vəsaitlərindən istifadə edilməsi; 
3.
 
Modelləşdirmə və simulasiya üçün didaktik materialların hazırlanması; 
4.
 
Proqramlaşdırılmış tədris üçün KTP-lərin hazırlanması; 
5.
 
Kompüter vasitəsilə proqramlaşdırılmış tədris üçün materialların hazırlanması. 
DİNAMİK (AÇIQ SİSTEMLİ) KOMPÜTER TƏLİM PROQRAMLARI 
Gənc  nəslin  alqoritmik  hazırlığının  əsas  əhəmiyyətli  yönlərindən  biri  alqoritmlərin 
icrası  prosesini  dərk etmə  bacarığının  aşılanmasıdır. Bu  bacarıq  məqsədyönlü  məşqlər tələb 
edən geniş təsəvvürün  inkişaf etdirilməsi  nəticəsində əldə  edilir. Təlim prosesi  xüsusi əyani 
dərs  vəsaitlərinin  istifadə  edilməsi  ilə  əhəmiyyətli  dərəcədə  müvəffəqiyyətlə  aparıla  bilər. 
Təsadüfi  deyil  ki,  bir  çox  informatika  müəllim  və  metodislərinin  diqqəti  təlim  prosesinin 
məhz bu yönünə yönəldilmişdir. 
Bu işin nəticələri dərc olunmuş müxtəlif məqalələrdə geniş əks olunmuşdur. Son illərə 
qədər müxtəlif dinamik KTP-nin yaradılması işi informatika müəllim və metodislərinin diqqət 
mərkəzində  olmuşdur.  Bu  cür  vasitələrin  təlim  prosesində  istifadə  edilməsi  psixoloqlar 
tərəfindən çoxdan və israrla tövsiyə edilmişdir. Belə ki, bu vasitələr şagirdlərin geniş təsəvvür 
dairəsinin inkişaf etdirilməsi üçün güclü və çox halda daha səmərəli vasitələrdir. 
Dinamik  KTP-dən  istifadə  etməkdə  məqsəd  şagirdlərdə  məsələlərin  səmərəli  həlli 
üsullarını  axtarma  bacarığının  formalaşdırılmasıdır.  Bu  zaman  dinamik  KTP  məsələnin 
məntiqi  həlli  üsullarının  dərk  edilməsi  əsasında  təyin  olunan  təfəkkür  proseslərinin 
modelləşdirilməsinə uyğun hazırlanır. 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
101 
Bu  halda,  əvvəlcə  müəyyən  məsələnin  məzmununun  analizi  yolu  ilə  və  səmərəli 
həllinin fərziyyəyə əsaslanan (fərz edilən) sturukturunu yaradırlar. Sonra eksperiment yolu ilə 
bu  məsələlərin  müxtəlif  səviyyəli  şagirdlər  tərəfindən  təcrübi  (faktiki)  həlli  xüsusiyyətləri 
aşkar edilir. Bu iki yanaşmanın nəticələrinin müqayisəli analizindən sonra bu cür məsələnin 
həllinin obyektiv prinsipial sxemi yaranır və bunun əsasında dinamik KTP yaradılır. 
Məsələnin  ümumiləşdirilmiş  həlli  üsullarının  şagirdlər  tərəfindən  mənimsənilməsini 
asanlaşdıran təlim prosesinə bu cür yanaşma, olduqca səmərəlidir. 
Bu  istiqamətdə  hazırlanmış  metodik  üsullar  digər  dərs  şəraitində  də  istifadə  oluna 
bilər. 
EKRANLAŞDIRILMIŞ ƏYANİ DƏRS VASİTƏLƏRİ 
Digər  bir  istiqamət  də  informatika  dərslərinin  ekranlaşdırılmasıdır.  Bu  sahədə  artıq 
müəyyən işlər görülmüşdür. Demək olar ki, informatika kursu üçün audio-vizual multimedia 
proqramları  yaradılmışdır.  Ancaq  onların  təlim  prosesində  istifadəsi  gündəlik  hadisəyə 
çevrilməmişdir, ekran  vasitələrindən  istifadə  metodikası kifayət qədər  hazırlanmamışdır. Bu 
da video-filmlərin məzmununun natamam olması ilə xeyli dərəcədə əlaqədardır. Onlardan bir 
çoxunun yenidən montaj edilməsi və ayrı-ayrı fraqmentlərinin yenidən işlənməsi tələb olunur. 
İnformatikanın  ənənəvi  təlimi  zamanı  ortaya  çıxan  müəyyən  problemlərin  aradan 
qaldırılmasında  təlim  prosesinin  ekranlaşdırılması  vasitələri  əsas  rol  oynayır.  Bu  baxımdan 
kompüter  multimedia  proqramları  formasında  hazırlanmış  video-məlumatlardan  istifadə 
edilməsi daha məqsədəuyğundur. 
PROQRAMLAŞDIRILMIŞ TƏDRİS ÜÇÜN KTP 
Növbəti  istiqamətlərdən  biri  də  informatikanın  tədrisi  üçün  müxtəlif  kompüter  təlim 
proqramlarının (KTP) yaradılması ilə bağlıdır. Bu sahədə artıq çox işlər görülmüşdür. 
Lakin  bu  axtarışlar  yalnız  tədrisedici  deyil,  əsasən  nəzarətedici  funksiyalarla 
məhdudlaşan KTP-nin yaradılmasına gətirib çıxarmışdır. 
Texniki yönünün artırılması çox zaman ona gətirib çıxarır ki, dizayn və əyləncəliliyə 
diqqətin  artırılması  proqramlaşdırılmış  materialların  məzmununu  və  bu  materialların 
hazırlanması  ilə  əlaqədar  işin  metodik tərəfini  ikinci plana qoyur. Bu  materiallar,  həmçinin, 
bir  çox  hallarda  proqramlaşdırılmış  tədrisin  əsas  xüsusiyyətlərini  tam  olaraq  əks  etdirmir, 
yalnız onların elementlərini və ya ayrı-ayrı yönlərini istifadə edir və tam informasiya hazırlığı 
üçün  lazım  olan  məsələləri  müvəffəqiyyətlə  həll  etmək  üçün  şagirdlərin  yiyələnmələri 
gərəkən əqli fəaliyyət üsullarını proqramlaşdırmır. Bütün bunlar nə şagirdlərin təliminə, nə də 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə