Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   ...   34   35   36   37   38   39   40   41   ...   47

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
104 
NƏTİCƏ 
Beləliklə,  belə  nəticə  çıxarmaq  olar  ki,  digər  tədris  vasitələri,  əsasən  ənənəvi  təlim 
prosesinin (kompütersiz təlim), daha dəqiq desək onun ayrı-ayrı mərhələlərinin və hissələrinin 
səmərəliliyini artırmaq üçün nəzərdə tutulmuşdur. 
Bu  baxımdan  informatikanın  kompüter  vasitəsilə  proqramlaşdırılmış  tədrisi  üçün 
aşağıdakı istiqamətlərdə işlərin aparılması məqsədəuyğundur: 
1.
 
Nümunəvi  alqoritmik  məsələlərin  ümumiləşdirilmiş  həlli  üsullarının  formalaş-
dırılması və yeni tədris materialının deduktiv əsasda verilməsinin vacibliyini nəzərə almaqla 
informatikanın tədrisinin məzmununun təkmilləşdirilməsi; 
2.
 
Şagirdlərin idrak qabiliyyətlərinin inkişaf etdirilməsi, onların zehni fəaliyyətlərinin, 
alqoritmik  bilik  və  bacarıqlarının  praktikada  tətbiqinə  yaradıcılıqla  yanaşmağın  səmərəli 
yollarının axtarılması; 
3.
 
Kompüter  vasitəsilə  proqramlaşdırılmış  tədrisin  nəzəri  əsasları  və  prinsiplərinin 
daha  geniş  öyrənilməsi  və  informatikanın  ənənəvi  tədris  metodikalarının  bu  əsasda 
təkmilləşdirilməsi yollarının axtarılması; 
4.
 
İlk növbədə informatikanın bir tədris fənni kimi xüsusiyyətini nəzərə almaqla diqqət 
edilməsi  lazım gələn ayrı-ayrı  mövzular üzrə nəzəri biliklərin  və praktik bacarıqların aşkara 
çıxarılması məqsədi ilə informatika kursunun analiz edilməsi; 
5.
 
Məntiqi, psixo-pedoqoji tələbləri nəzərə almaqla informatikanın kompüter vasitəsilə 
proqramlaşdırılmış tədrisi üçün materialların hazırlanması; 
6.
 
Proqramlaşdırılmış  materialların,  onların  adi  didaktik  təlim  vasitələri  ilə 
uyğunlaşdırılmasının  hərtərəfli  yoxlanılması  və  təlim  prosesinin  səmərəli  qurulması  üçün 
obyektiv etibarlı şərtlərin aşkara çıxardılması üzrə əməli işlərin görülməsi. 
ƏDƏBİYYAT 
1.
 
Seyidov  E.V.  Təlim  məqsədli  proqram  təminatı  və  kompüter  təlim  texnologiyaları  //  Journal  of 
Qafqaz University, 2000, Number 6, s. 131-138 
2.
 
Seyidov  E.V.  Xarici  ölkə  məktəblərində  kompüterdən  istifadənin  vəziyyəti  //  Journal  of  Qafqaz 
University, 2002, № 9, s. 213-223 
3.
 
Seyidzadə E.V. Açıq sistemlər üzərində qurulan kompüter təlim proqramları  – metodik yanaşma // 
Journal of Qafqaz University, 2004, Number 14, s. 45-57 
4.
 
Rıza E.T. Eğitim teknolojileri uyğulamaları. İzmir: Anadolu Mat. 1997, 384 s. 
5.
 
Rıza E.T. Eğitimde bilgisayar teknolojileri. İzmir: Anadolu Mat. 1999, 296 s. 
6.
 
Шкабура  О.В.  Формирование  у  учащихся  обобщенной  стратегии  решения  задач в  процессе 
изучения основ информационного моделирования в базовом курсе информатики: Автореф. дис. ... канд. 
пед. наук. Омск: 2000, 19 с. 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
105 
7.
 
Emrah  O.,  Piet  A.M.  Information  and  Communication  Technologies  in  Education:  A  Focus  on 
Cognitive Tools. Izmir: 2002, 456 p. 
8.
 
John  I.,  John  A.N.  History  of  Computing  in  Education.  Klover  Academic  Publishers,  Boston, 
Dordrecht, London, 2004, 190 p. 
9.
 
Roblyer  M.D.  Integrating  Educational  Technology  into  Teaching.  Pearson  Education,  Inc.,  Upper 
Saddle River, New jersey Columbus, Ohio, 2006, 482 p. 
 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
106 
İBTİDAİ MƏKTƏB RİYAZİYYAT MÜƏLLİMLƏRİNİN DƏRSLƏRDƏ İKT-dən 
İSTİFADƏ ŞƏRTLƏRİ 
 
Doç. Dr. Yasemin Koçak Usluel 
Hacettepe Üniversitesi Eğitim Fakültesi 
Prof. Dr. Aysun Umay 
Hacettepe Üniversitesi Eğitim Fakültesi 
 
XÜLASƏ 
Bu araşdırmada ibtidai məktəbdə riyaziyyat müəllimlərinin dərslərdə İKT istifadə etmələri əsas 
götürülərək  İKT-nin  təhsil  prosesinə  inteqrasiyası  anlayış  və  tətbiqi  olaraq  gözdən  keçirilmişdir. 
Riyaziyyat müəllimlərinin dərslərdə kompüterdən istifadə etmə şərtləri ilə əlaqədar açıq qalmış suallara 
e-poçt  vasitəsilə  verdikləri  cavablar  kontent  analizi  ilə  həll  edilmişdir.  Nəticədə  müəllimlər  ən  çox 
infrastruktur və texniki vasitələrin kifayət etməməsini dilə gətirmişlər. Bu isə inteqrasiya prosesi, sadəcə 
infrastruktur  və  texniki  vasitələrdən  istifadə  baxımından  yanaşılmayacaq  qədər  çoxölçülü  və  dinamik 
bir prosesdir. Bu prosesin xüsusiyyətləri tədqiqat işində gözdən keçirilmişdir. 
Açar sözlər: İKT, e-poçt, texniki vasitələr 
 
GİRİŞ 
İnformasiya  və  telekommunikasiya  texnologiyalarının  (İKT)  sürətlə  inkişaf  etdiyi  və 
təhsil  sisteminə  təsir  etdiyi  məlumdur.  Təhsil  sisteminin  texnoloji  inkişafdan  təsirlənmə 
forması  əvvəllər  daha  çox  texnologiyadan  istifadə  bacarığı  olan  fərdlər  yetişdirməklə 
məhdudlaşarkən, bu vəziyyət getdikcə dəyişmiş, təlim-təhsil prosesinə bir başa təsir göstərən 
bir  hala  gəlmişdir.  ISTE-nin  (2004)  müəllimlər  üçün  təyin  etdiyi  texnologiya  standartları: 
texnologiya  ilə əlaqədar əsas anlayışlar  və əməliyyatlar, texnologiyanın  fərdi  və peşə  yöndə 
istifadəsi  ilə  texnologiyanın  təhsil  prosesində  istifadəsi  kimi  üç  kateqoriyada  təyin 
edilməkdədir.  Bu  standartlara  uymaq  üçün  İKT-nin  müəllim  kadrlarının  hazırlanması  pro-
sesində və məktəb səviyyəsində peşə inkişafına inteqrasiya edilməsinin əhəmiyyətli olduğu və 
bu prosesi asanlaşdıracağı irəli sürülə bilər. 
Müasir  riyaziyyat  təlimi  anlayışlarının  yaradılması  və  inkişaf  etdirilməsində 
əhəmiyyətli bir beynəlxalq mərkəz mövqeyində olan NCTM (National Council of Teachers of 
Mathematics)  tərəfindən  inkişaf  etdirilən  prinsiplərdən  biri  də  riyaziyyat  təlimində 
texnologiyadan  istifadə  etməklə  əlaqədardır  (NCTM  2000).  Buna  görə,  “Texnologiya 
riyaziyyatın öyrədilməsi və öyrənilməsi üçün əhəmiyyətlidir. Öyrədilən riyaziyyata təsir edər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə