Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   ...   23   24   25   26   27   28   29   30   ...   47

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
63 
asanlıqla  daxil  olmaq  olar.  Bu  zaman  sağ  pəncərədə testlərin  1-dən  4-ə  qədər  nömrələri  görünən 
zolaq aktivləşir. Uyğun nömrəni açmaq üçün, həmin nömrə mausun sol düyməsi ilə sıxılır (şəkil 5). 
Uyğun paraqrafın diskdə verilən seçilmiş ixtiyari testi müəllim tərəfindən tərtib edilən yeni 
testlə əvəz olunur (bu məqsədlə 3.1 bəndindəki təlimata uyğun hərəkət etmək olar). 
 
4. Testlərin mətninin dəyişdirilməsi və redaktə edilməsi. 
4.1. Test  iki  hissədən  ibarətdir:  sual  və  5  distraktordan  ibarət  cavab  hissəsi.  Yeni  test 
tapşırığının hazırlanması bu hissələrin yazılması və redaktəsindən ibarətdir. Mətn və düsturların 
yığılması, şəkil və sxemlərin çəkilməsi Mikrocoft Word mətn redaktorunda yerinə yetirilir. Bu 
proqram kompüterinizdə yoxdursa, onu qabaqcadan yükləmək lazımdır. 
4.2. Diskdəki testin mətnini redaktə etmək lazımdırsa, test pəncərəsinin sual-cavab hissəsin-
də mausun sağ düyməsi sıxılır və istənilən əməliyyat seçilir (bunu mausun sol düyməsinin iki dəfə 
sıxılması yolu ilə də etmək olar). 
Word  mətn  redaktorunun  pəncə-
rəsi açıldıqdan sonra mətn yığılır. 
Bu  zaman  mausu  açılan  pəncə-
rənin  işçi  panelinə  gətirib,  sağ 
düyməni  sıxmaqla  redaktorun 
ixtiyari funksiyasından (mətn, cə-
dvəl,  formul,  şəkil  və  s.)  istifadə 
etmək olar. Məsələn, düstur yığı-
larkən  «Equation  Editor»  (Düs-
turlar redaktoru) işçi panelə çıxa-
rılır və sonra tələb olunan əməliyyat aparılır. 
Şəkil 5. 
Şəkil 4. 
Şəkil 6. 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
64 
4.3.  Düzgün  cavabı  qeyd  etmək  üçün  mausu  düzgün  cavabın  üzərinə  gətirib,  sıxır  və 
qarşısına - (ulduz) işarəsi qoyulur. 
4.4. Şəkil, qrafik yerləşdirmək lazımdırsa, onu istənilən qrafik redaktorda yerinə yetirib 
uyğun testin mətninə gətirilə bilər. 
4.5. Tərtib olunan test silinə, yaxud üzü köçürülüb başqa bir paraqrafın testlər blokuna 
əlavə oluna bilər. Bu məqsədlə «Fayl» menyusunun müvafiq alt-menyularından istifadə etməklə 
həyata keçirilə bilər (alt menyuları kursoru testlərin nömrələr zolağına gətirib mausun sağ düy-
məsini sıxmaqla da açmaq olar, bax: şəkil 6). 
4.6.  Test  tapşırığının  sahəsinin  tənzimlənməsi  test  nömrələrinin  sıralandığı  zolaqdan 
aşağıdakı əmrələr vasitəsilə həyata keçirilir. Burada yerləşdirilən «Sualın hündürlüyü», «Ümu-
mi hündürlük», «Sualın  fonu», «Cavabların  fonu», «Stil», «Şablon»  və «Nizamlama» əmrləri 
vasitəsilə test mətninin və cavabların yerləşdikləri sahələrin həndəsi ölçüləri, arxa fonların rəng-
ləri,  cavabların  yerləşdirilmə 
strategiyası (şaquli və ya üfiqi), 
şriftlərin ölçüləri və.s.tənzimlə-
mək olar. Effektli hesab olunan 
parametrlər  şablonlar  vasitəsilə 
yadda  saxlanılır.  Bu  məqsədlə 
tərtib olunan test açılır «Şablon 
+»  düyməsi  sıxılmalı  və  yeni 
adla  saxlanmalıdır.«Şablon» 
düyməsi vasitəsilə cari şablon silinir (şəkil 7). 
4.7.  Test  tapşırıqlarının  hazırlandığı  layihə  faylını  (testlər  paketi)  yadda  saxlamaq 
lazımdır, bu zaman fayl «. tdp» genişlənməsini qəbul edir. Yalnız bundan sonra testlər paketi 
mövcud  multimedia  proqram  təminatına 
əlavə  edilərək,  keçmiş  test  paketini  yenisi 
ilə  əvəz  etmək  olar,  bu  məqsədlə  «Test 
paketini yenilə» düyməsi sıxılır. 
Testlər iki üsulla yeniləşdirilə bilər: 
a) 
yeni 
paketin 
istifadəçinin 
kompüterində birbaşa yeniləşdirilməsi; 
b) yeni paketin ayrıca «.exe» tipli 
yerinə  yetirilə  bilən  proqram  formasında. 
Şəkil 7. 
Şəkil 8. 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
65 
Qeyd  edək  ki  ikinci  üsulla  yaradılmış  poqram  sonradan  istənilən  kompüterdə  test  paketinin 
yeniləşdirilməsinə tətbiq oluna bilər (şəkil 8). Hazırlanan test paketi yeni adla da saxlanıla bilər. 
Adi şəbəkə rejimi üçün şagirdlərin kompüterində test paketi yeniləşdirilməlidirsə, sadəcə olaraq 
«.exe» faylı şagird kompüterində işə buraxılır. Proqram özü həmin kompüterdə bütün testləri 
yeniləri ilə əvəzləyir. 
Qeyd edək ki, istifadəki «Fizika. Ümumi kurs» multimedia elektron dərsliyində verilən 
test paketini hər zaman bərpa edə bilər. Bunun üçün aşağıdakı əməliyyat ardıcıllığından istifadə 
edilir: 
a) «Aç» düyməsi işə salınır; 
b) «Testlərin  ilkin variantını  yüklə» düyməsi  işə salınır, uyğun əmr seçilir  və testlərin 
yüklənmə prosesi başlayır; 
c) «Test paketini Yenilə» əmri verilir. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Abdurazaqov  R.R.  Fizika.  Yeni  nəsil  multimedia  dərsliyi.  Elektrodinamika.  Optika.  Kvant  fizikası. 
Metodik vəsait. 2-ci hissə. Bakı, Bakınəşr, 2007, 48 səh. 
2.
 
Abdurazaqov R.R. Fizika. Yeni nəsil multimedia dərsliyi. Mexanika. Molekulyar fizika. Metodik vəsait. 
1-ci hissə. Bakı, Bakınəşr, 2007, 64 səh. 
3.
 
Murquzov  M.İ.,  Abdurazaqov  R.R.  Fizika.  Yeni  nəsil  multimedia  dərsliyi.  Elektrodinamika.  Optika. 
Kvant fizikası. 2-ci hissə. 2 SD diski. Bakı, Bakınəşr, 2007 
4.
 
Murquzov M.İ., Abdurazaqov R.R. Fizika. Yeni nəsil multimedia dərsliyi. Mexanika. Molekulyar fizika. 
1-ci hissə. 2 SD diski. Bakı, Bakınəşr, 2007 
 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
66 
RESPUBLİKA TƏHSİL SİSTEMİNDƏ YİTV-NİN TƏTBİQİ  
MƏRHƏLƏLƏRİ VƏ TEXNOLOGİYALARI 
 
İ.N. İsmayılov 
pedaqoji elmlər namizədi, dosent 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
 
A.S. Əhmədli 
FTM kafedrasının magistri 
 
Öyrədici  texnologiya  müəyyən  pedaqoji  özül  üzərində  qurulmaqla,  məzmunca  onu 
tamamlamalıdır. Bu texnologiya müxtəlif növ biliklərin təqdim olunması və mənimsənilməsi 
üçün  adekvat  üsulları  özündə  ehtiva  edən  müasir  kompüter  texnikasına  əsaslanır.  Hazırkı 
dövrdə təlimdə kompüter texnologiyasının (TKT) tətbiqinin üç mərhələsi xüsusilə fərqlənir. 
TKT-nin  birinci  mərhələsi  ənənəvi  təlimin  forma  və  metodlarına,  məzmununa 
əsaslanan  bütöv  tədris  prosesidir.  O,  klassik  dərsliklərə,  məsələ  kitablarına  və  metodik 
vəsaitlərə  əsaslanır.  Bu  prosesdə  kompüterdən  hazır  biliklərin  təqdim  edilməsi  və 
mənimsəmənin  yoxlanmasının  gücləndirilməsi  üsullarını  yaxşılaşdırmaq,  intensivləşdirmək 
üçün  istifadə  olunur.  Deməli,  birinci  nəsil  TKT  fənlərin  tədrisi  üzrə  istiqamətlənmiş  təlim 
sistemi  üçün  müəyyən  edilmişdir,  başqa  sözlə,  kompüter  ənənəvi  tədris  prosesini  dəyişmir, 
klassik  dərslik,  məsələ  və  suallar  kitablarının  məntiqinə  tabe  olaraq  köməkçi  funksiyanı 
yerinə yetirir. Yəqin ki, bu, kompüterin təhsildə qəflətən meydana çıxması ilə əlaqədar olmuş 
və  ilkin  dövrləri  əhatə  edir.  Həmin  dövr  üçün  alim  və  metodistlər  tərəfindən  yazılmış 
dərsliklərdə tədris prosesində kompüterdən istifadə nəzərdə tutulmamışdır. Birinci mərhələdə 
tədris  prosesinin  tələbləri  bu  yeni  vasitənin  imkanlarına  uyğun  gəlmədiyi  üçün  kompüterin 
çoxsaylı  və  müxtəlif  funksiyaları  tam  istifadə  edilməmişdir.  Əvvəlcə  onun  yalnız  repetitor 
(öyrədici  və  yoxlayıcı)  və  trenajer  kimi  iki  funksiyası  tətbiq  olunurdu.  Kompüterin  böyük 
həcmli informasiyaların illüstrasiyası, saxlanması və işlənməsi, modelləşdirmə, konstruksiya 
etmə, tədqiqat və çoxlu digər imkanları praktik olaraq istifadəsiz qalırdı. Bu təxminən 2000-ci 
illərə qədər olan dövrləri əhatə edirdi. 
TKT-nın  ikinci  mərhələsndə  –  təlimin  klassik  və  modelləşdirilmiş  forma  və 
metodlarının  (bir-biri  ilə  ziddiyyət  təşkil  edən  sistemlərin  mübarizəsi  şəraitində 
kompüterləşmə)  sistemsiz  kombinasiyası  ənənəvi  məzmuna  əsaslanaraq  istifadə  edilirdi.  O, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə