Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ ƏSASLARI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   ...   19   20   21   22   23   24   25   26   ...   47

TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
52 
reallaşdırılması  qərara  alınıb.  Əvvəlki  dövlət  proqramından  fərqli  olaraq  yeni  proqram 
ölkənin bütün təhsil məktəblərinin informasiyalaşdırılmasını nəzərdə tutur. 
Hər  məktəbin  bütün  fəaliyyət  göstəriciləri  əsasında  informasiyalar  məktəb  məlumat 
mərkəzində  yığılır.  Bu  informasiyalar  da  ölkə  təhsil  sistemi  üzrə  Vahid  təhsil-informasiya 
mərkəzində  cəmlənir  ki,  onların  da  köməyi  ilə  Virtual  məkan  mühitində  monitorinqin 
keçirilməsinə  şərait  yaradılır.  Bu  monitorinqin  keçirilməsi  ilə  təhsil  sahəsində  tətbiq  olunan 
ənənəvi  nəzarət üsullarından  fərqli olaraq təhsilin  mövcud durumunun  müəyyənləşdirilməsi, 
onun fəaliyyətinin müntəzəm izlənməsi, onların nəticələrinin müqayisəli təhlilinin aparılması, 
qiymətləndirilməsi və qərarların qəbul edilməsi mümkündür [3]. 
Monitorinqin  keçirilməsi  üçün  təhsilin  inkişaf  etdirilməsində  həlledici  rol  oynayan 
əsas  sahələrin  tədqiqi  və  qiymətləndirilməsi  üçün  parametrlər  (kriteriyalar)  seçilməli  və 
müəyyən  edilməlidir.  Bu  prosesin  təşkilində  obyektivliyi  təmin  etmək  məqsədilə  real 
vəziyyətin  bütün  parametrləri  aydın  təsəvvür  edilməli,  indiqatorların  seçilməsində  konkret 
şəraitə  uyğun  hərəkət  olunmalıdır.  Bunun  üçün  indiqatorlar  (göstəricilər)  sistemi  və  onun 
tərkibinin  seçilməsi  prinsiplərinin  hazırlanması,  ölçmə  prosedurlarının  təyin  edilməlidir. 
Göstəricilər qiymətləndirildikdən sonra yekun qiymətləndirmə aparılmalıdır. 
Bu göstəricilər (indiqatorlar) əsasında aparılmış monitorinq və qiymətləndirmə nəinki 
təhsil sisteminin inkişafını izləməyə imkan yaradır, eyni zamanda onun fəaliyyətinin keyfiy-
yətinə  təsir  edir,  məktəbdə  təhsil  fəaliyyətinin  vəziyyəti  haqqında  konkret  nəticə  çıxarmağa 
imkan  verir,  pedaqoji  prosesin  iştirakçılarının  özünü  təkmilləşdirmə  məsuliyyətini  artırır, 
pedaqoji  rəhbər  işçilərin  idarəetmə  və  peşə  fəaliyyətinin  qiymətləndirilməsi  üçün  proq-
ramların işlənməsi və reallaşdırılması işi və pedaqoji yaradıcılığını stimullaşdırır. 
Beləliklə, ümumtəhsil məktəblərində qiymətləndirmə mürəkkəb proses olub, məktəbin 
çoxcəhətli  fəaliyyətinin  müxtəlif  sahələrinin  inkişafına  xidmət  edir.  Təhsil  alanların  naliy-
yətlərinin düzgün qiymətləndirilməsi təhsilin keyfiyyətini təmin edən əsas amillərdən biridir. 
Pedaqoji proses, onun ayrı-ayrı sahələri və təhsil müəssisələrinin fəaliyyətini qiymət-
ləndirilməsi  olduqca  mürəkkəb  və  çoxparametrlidir.  Təhsil  müəssisəsinin  qiymətlən-
dirilməsində  ilk  növbədə  müəssisənin  fəaliyyəti  gedişinin  qiymətləndirilməsi,  ikincisi  isə 
müəssisə fəaliyyəti nəticəsinin qiymətləndirilməsini nəzərə almaq lazımdır. 
Ümumiyyətlə, qiymətləndirmə – fəaliyyətin keyfiyyət göstəricilərinin dəyəri haqqında 
fikir yürütməyə imkan verir [4]. 
Bilirik  ki,  artıq  tədrisdə  -  elektron  məktəblərdə  elektron  dərsliklərindən  istifadə 
edilməsi  nəzərdə  tutulur.  “Elektron  məktəb”  layihəsi  məktəblərə  yeni  elektron  tədris 


TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
53 
materiallarını  fəal  şəkildə  tətbiq  etməyə  imkan  verəcək.  Milli  elektron  dərsliklərin  ha-
zırlanması və tədris prosesində tətbiqi, onların ənənəvi dərs vəsaitləri ilə inteqrasiyası, habelə 
köməkçi  metodiki  vasitələr  hazırlanmalıdır.  Hal-hazırda  proqram  çərçivəsində  elektron 
dərsliklər  hazırlanır  və  onlar  məktəblərə  paylanıb.  Bu  dərsliklərin  tədrisdə  tətbiqi  ölkə 
miqyasında  təhsilin  keyfiyyətinin  qiymətləndirilməsi  sisteminin  yaradılmasına  köməklik 
edəcək. 
Elekron  dərsliklərin  qiymətləndirilməsini  nəticəsində  təhsil  alanların  qiymətləri  üzrə 
nəticələrin  analizinə  əsasən  fənn  proqramlarının,  elektron  dərsliklərin,  dərs  vəsaitlərinin 
təkmilləşdirilməsi, yenidən hazırlanması və s. həyata keçirilməlidir. 
Göründüyü  kimi,  monitorinq  xidmətinin  işi  təhsil  sisteminin  baxılan  sahəsinin 
qiymətləndirilməsi nəticəsində bu sahənin gələcək inkişafı və təkmilləşdirilməsi barədə qərar 
qəbul  edilməsi  ilə  yekunlaşmalıdır.  Qiymətləndirmənin  əsas  məqsədi  təhsil  sisteminin  işini 
yaxşılaşdırmaq,  onun  yenidən  qurulmasında  bələdçilik  etmək  və  bu  barədə  qərar  qəbul 
edilməsində  yardımçı  olmaqdır.  Deməli,  qiymətləndirmə  təlim-tərbiyə  prosesinin 
təkmilləşdirilməsini təmin edən mexanizm olmalıdır. 
Buradan  belə  nəticəyə  gəlmək  olar  ki,  monitorinq  və  qiymətləndirmə  nəticələrinə 
əsasən təhsilin idarə edilməsində həm də əks əlaqə mövcuddur. 
Pedaqoji  proses  və  onun  ayrı-ayrı  sahələrinin  fəaliyyətinin  qiymətləndirilməsi 
aşağıdakı  dövrü  inkişaf  prosesini  təmin  etməlidir  İşlənib  hazırlanma  –  Qiymətləndirmə  – 
Təkmilləşdirmə - Yenidən işlənib hazırlama – Qiymətləndirmə və. s. Belə əks mərkəzləşmə 
sistemi  əsasında  idarə  olunan  təhsil  sistemində  özünü  inkişaf  mexanizmi  mövcuddur.  Bu 
halda  təhsil  müəssisəsinin  təlim  prosesi  vasitəsilə  idarə  olunması  ideyası  həyata  keçirilir. 
Əksmərkəzləşmə şəraitində təhsil müəssisəsinə kifayət qədər sərbəstlik verilir və ona görə də 
bu sərbəstliyi keyfiyyətin qiymətləndirilməsi mexanizmi vasitəsilə məhdudlaşdırmağa ehtiyac 
vardır.  Əksmərkəzləşmənin  məqsədi,  elə  təhsil  müəssisəsi  səviyyəsində  müstəqilliyin 
gücləndirilməsidir  və  bu  səbəbdən  əksmərkəzləşmə  prinsipi  ilə  idarə  olunan  sistemdə 
qiymətləndirmənin  əsas  məqsədi  real  və  effektli  qərarların  qəbul  olunması  üçün  şərait 
yaradılmasıdır.  Ümumiyyətlə,  qiymətləndirmə,  nəticələrin  yoxlanması  üçün  aparılan 
təhlildir.[5] 
Ümumtəhsil  məktəblərində  qiymətləndirmənin  səmərəli  nəticə  verməsi  üçün 
qiymətləndirilən proses haqqında toplanmış məlumatlar yekunlaşdırılır, ümumiləşdirilir, aşkar 
olunmuş  nöqsanların  aradan  qaldırılması  üçün  müəyyən  tədbirlər  görülür,  müvafiq  təkliflər 
hazırlanır. Qiymətləndirməni elə təşkil etmək lazımdır ki, o məktəbdə pedaqoji prosesin işinin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə