Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   ...   17   18   19   20   21   22   23   24   ...   47

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
47 
şəbəkəsinin  yaradılması.  Bu  təhsil  portallarının  istiqamətləri  üzrə  kontentlərin,  resursların 
hazırlanması üzrə işbirliyinin qurulması, beynəlxalq tərkibli işçi qrupların yaradılması. 
3. Tələbə və müəllimlərin Virtual Universitet vasitəsi ilə “virtual mobilliyi”nin təmin 
edilməsi. 
4.  Türkiyədə  yaradılmış  elektron  kitabxanaların  bütün  türkdilli  universitetlər  və 
türkdilli “virtual oxucular” üçün açıq olması. 
5.  TÜBİTAK  xətti  ilə  universitetlərdə  aparılan  layihələrin  “yol  xəritəsi”nin,  bütün 
digər maraqlı sənədlərinin (gedişatın və nəticələrin) İnternetdə əlyetərliyinin təmin edilməsi. 
6. Telekonfrans (telekörpü) rejimində birgə elmi konfransların, elmi layihələrin təşkili, 
şəbəkə vasitəsi ilə açıq nümunəvi dərslərin, master klassların (ustad dərslərin) təşkili, müxtəlif 
müştərək təqdimatların hazırlanması və keçirilməsi. 
7.  Virtual  formada  türkdilli  universitetlərin  professor-müəllim  heyətinin  Türkiyə 
universitetlərində  ixtisasartırma  və  təkmilləşdirmə  kurslarına  cəlb  edilməsi,  bu  məqsədlə 
ikitərəfli və çoxtərəfli şəbəkə əlaqələrinin qurulması. 
8. Konfransda müzakirə edilən məsələlərin bir meqalayihə kimi formalaşması və icrası 
üçün aşağıdakı 4 istiqamət üzrə beynəlxalq tərkibli işçi qrupların yaradılması. 
a)  Qafqaz  ölkələri,  Türk  cumhuriyyətləri  və  Türkiyə  universitetlərinin  İKT  əsasında 
təhsilin  inkişafı  və  inteqrasiyası  strategiyasını  hazırlamaq  məqsədi  ilə  strateji  planlaşdırma, 
metodoloji və əlaqələndirmə üzrə işçi qrup. 
b)  türkdilli  universitetlər  arasında  distant  təhsillin  inkişafı  və  şəbəkə  əlaqələrinin 
yaradılması üzrə işçi qrup. 
c) türkdilli universitetlərdə elektron kitabxananın inkişafı üzrə işçi qrup. 
d) türkdilli universitetlərdə informasiya sisteminin yaradılması üzrə işçi qrup. 
Türkdilli universitetlər arasında BSİ meqalayihəsinin həyata keçməsində bütün tərəflər 
maraqlıdır. Türkiyə universitetləri son 10-15 ildə xeyli inkişaf etdiyi halda, MDB məkanında 
olan  Türkdilli  universitetlər  son  20  ildə  məlum  hadisələrlə  əlaqədar  müəyyən  tənəzzül 
yaşamışlar  (  mövcud  sistemin  çökməsi,  keçid  dövrünün  problemləri,  hərbi  münaqişələr, 
maliyyə qıtlığı, elm və təhsilin kifayət qədər maliyyələşməməsi, elmi əlaqələrin itməsi, insan 
kapitalının  zəifləməsi  v.s.).  Əvvəlki  dövrdən  fərqli  olaraq  artıq  MDB  məkanında  olan 
Türkdilli universitetlərə Moskvadan mərkəzləşdirilmiş şəkildə hazır təhsil layihələri verilmir. 
Təhsilin  bütün  səviyyələri  və  mühüm  istiqamətləri  üzrə  müstəqil  şəkildə  belə  layihələri 
hazırlayıb  həyata  keçirmək  müstəqilliyini  yeni  qazanmış  bu  ölkələrin  təhsil  qurumları  üçün 
asan  deyildi  (strateji  yanaşmaların  və  zəruri  təcrübənin  olmaması,  lazımi  kadr  və  maliyyə 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
48 
resuslarının  qıtlığı  v.s.  səbəblərdən).  Müstəqilliyini  yeni  qazanmış  türkdilli  ölkələrin 
universitetləri  bu  gün  qlobal  inkişafdan  geridədir.  Bu  mənada  belə  meqalayihənin 
hazırlanması və həyata keçirilməsi, müştərək formada bu problemləri həll etmək cəhdi ümumi 
inkişafa kömək edə bilər. Ən azından Türkiyə universitetlərinin  bugünkü təcrübəsini öyrənib 
öz  universitetlərimizdə  tətbiq  edərək,  müəyyən  birgə  layihələr  həyata  keçirərək  inkişaf  edə 
bilərik. Qlobal olaraq belə meqalayihəni tam həyata keçirmək üçün bizə 5-6 il, bəlkə də daha 
çox  vaxt  lazım  ola  bilər,  amma  başqa  alternativimiz  yoxdur,  onsuz  da  xeyli  vaxt  itirmişik. 
Əgər  bu  meqalayihə  universitetlər  səviyyəsində  və  bu  ölkələrin  hökumətləri  səviyyəsində 
dəstəklənərsə, onun reallaşması mümkündür. Bu meqalayihə ilə əlaqədar növbəti konfransın 
gələn  il,  Qırğızıstanın  paytaxtı  Bişkek  şəhərində,  “Manas  Qırğız-Türk  Universiteti”ndə 
keçirilməsi qərara alınmışdır. 
Bu perspektivlər göstərir ki, ali təhsilin  informatlaşmasında  beynəlxalq əməkdaşlığın 
imkanlarından faydalana bilsək, bu sahəyə qoyulan investisiyaların natamamlığı sindromunun 
təsirini qismən də olsa azalda bilərik, müəyyən inkişafa nail ola bilərik. 
 
 


TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
49 
TƏHSİLİN İDARƏ EDİLMƏSİNDƏ MONİTORİNQ VƏ       
QİYMƏTLƏNDİRMƏNİN ROLU 
 
R.İ. Əmiraslanova 
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun dissertantı, 
AMİ-nin Mingəçevir filialının baş müəllimi 
 
Müasir  dünyada  hər  bir  ölkənin  uğurlu  gələcəyi  həmin  ölkədə  təhsilin  səviyyəsi  ilə 
müəyyən  olunur.  Bütün  dövrlərdə  cəmiyyətin  tərəqqisi  bilavasitə  təhsilin  inkişafından  və 
onun  əhəmiyyətinin  düzgün  qiymətləndirilməsindən  asılı  olmuşdur.  Cəmiyyətin  tələbatı 
təhsilin  inkişafını  sürətləndirmiş,  elmi  və  texnoloji  nailiyyətlər  isə  təhsil  sistemi  qarşısında 
həlli  vacib  olan  daha  mürəkkəb  vəzifələr  qoymuşdur.  Bu  vəzifələrdən  –  təhsil  sisteminin 
modernləşdirilməsinin əsas strateji istiqamətlərindən biri olan keyfiyyətin yüksəldilməsi, ona 
nəzarətin  idarə  olunmasının  əsaslı  formada  təkmilləşdirilməsi,  yeni  yanaşmaların  fəal  təlim 
metodlarının tətbiqi və onlardan səmərəli  istifadənin təşkili kimi məsələlər ən vacib problem 
kimi qiymətləndirilir. 
İnformasiya  resurslarının  intensiv  artdığı  bir  şəraitdə  təhsil  ehtiyacları  artıq  ənənəvi 
təhsil  formaları  ilə  təmin  edilə  bilmir.  Bu  həm  təhsilin  məzmununda,  həm  təşkili  və  idarə 
olunmasında, həm də təlim metodlarının seçilib tətbiq olunmasında özünü büruzə verir. Yeni 
təhsil  sisteminin  ənənəvi təhsil  sistemindən prinsipial  fərqi onun texnoloji  bazasına görədir. 
Yeni  təhsil  sistemi  kompüter  və  telekommunikasiya  texnologiyalarının  potensial  imkan-
larından  maksimum  faydalanmağa  yönəlmişdir.  İKT-nin  tətbiqi  nəticəsində  yaranan  yeni 
təhsil sistemi insanların intellektual imkanlarını dəfələrlə artırır, daha çox informasiyanı daha 
az  vaxt  ərzində,  keyfiyyətli  mənimsəməyə,  elektron  təhsil,  distant  təhsil  kimi  müasir  təhsil 
texnologiyalarını tətbiq etməyə imkan verilir [1]. 
Müasir  dövrdə  dünyanın  digər  ölkələrində  olduğu  kimi  Azərbaycanda  da  təhsilin 
keyfiyyətinin  yüksəldilməsi,  ona  nəzarətin  idarə  olunmasının  əsaslı  formada  təkmilləş-
dirilməsi məsələsi təhsil sisteminin  modernləşdirilməsinin əsas strateji istiqamətlərindən biri 
olaraq  ən  vacib  problem  kimi  qiymətləndirilir.  Bu  problemin  həllinə  kömək  edəcək  əsas 
məsələ  –  bütün  təhsil  sistemi  üzrə  vahid  təhsil  informasiya  infrastrukturun  yaradılmasıdır. 
Çünki, vahid  məlumat  mərkəzinin  yaradılması  ilə virtual  məkan  mühitində respublika təhsil 
sistemi üzrə monitorinq və qiymətləndirilmə sisteminin keçirilməsi mümkündür. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə