Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   ...   13   14   15   16   17   18   19   20   ...   47

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
39 
təhsilin 50%-dən çox hissəsi pulludur, eyni zamanda bir tələbənin hazırlaması üçün büdcədən 
ayrılan  maliyyə  vəsaiti  MBD  ölkələri  üzrə  aşağı  göstəricilərdən  olub,  real  ehtiyacı  30-40% 
ödəyir. Təbii ki, belə natamam maliyyələşmə bu sahənin inkişafına əngəl yaradır. Lakin başqa 
ciddi problemlər də mövcuddur. 
Bu  gün  təhsilə  qoyulan  investisiyalar  əvvəlki  illərdən  fərqli  olaraq  artıq  maddi 
obyektlərə  deyil,  biliklərə  əsaslanan  iqtisadiyyatın  tələblərinə  uyğun  olaraq  daha  çox  qeyri-
maddi  obyektlərə  yönəlməlidir.  Sənaye  cəmiyyətindən  fərqli  olaraq,  biliklərə  əsaslanan 
innovasiya  cəmiyyətində  humanitar  siyasət  daha  çox  kapital  tutumludur.  Artıq  ölkə 
iqtisadiyyatında keçid dövrü başa çatmışdır və yəqin ki, bu məsələlərin həllinə daha çox 
sərmayə  qoymaq  mümkündür.  Bu  təbii  sərvətlərə  yönəli  iqtisadiyyatdan  elmtutumlu 
iqtisadiyyata keçidin yeganə mümkün yoludur. 
Dünya  səviyyəli  müasir  universitetlərin  büdcəsi  bu  gün  yüz  milyonlarla  dollar 
həcmindədir  (bəzən  milyard  dollardan  çox).  Bu  yaxınlarda  iqtisadi  böhranla  əlaqədar 
Fransada 2010-cu ilin büdcəsinə yenidən bir daha baxılmış, elm və universitet təhsilinə ilkin 
nəzərdə  tutulmuş  məbləğə  daha  20  milyard  avro  əlavə  edilmişdir.  Bu  addım  onunla 
əsaslandırılmışdır  ki,  elmin  və  universitet  təhsilinin  inkişafı  ölkəni  gələcək  iqtisadi 
böhranlardan daha yaxşı müdafiə edə bilər. 
RF-sının  prezidenti  D.  A.  Medvedyevin  fərmanı  ilə  yeni  formalaşan  “Milli  Tədqiqat 
Universitetləri”ndə  elmin  inkişafına  dəstək  məqsədi  ilə  2010-cu  ilin  elm-təhsil  büdcəsinə 
əlavə 3 milyard ABŞ dolları həcmində maliyyə vəsaiti ayrılıb (RF-da belə universitetlərin sayı 
10-dur,  yəni  hər  bir  “Milli  Tədqiqat  Universiteti”nə  elmin  inkişafı  üçün  300  milyon  dollar 
ayrılıb). Təəssüflə qeyd edək ki, bu gün bizim universitetlərimiz nəinki Fransa, Türkiyə, hətta 
bir çox MDB ölkələri universitetləri  ilə müqayisədə zəif görünür. Bunun əsas səbəblərindən 
biri  də  maliyyə  vəsaitlərinin  çatışmazlı,  eyni  zamanda  ayrılan  az  vəsaitin  elm-təhsilin 
keyfiyyətinin  yüksəlməsinə  xidmət  etməməsidir  (  təəssüf  ki,  təhsil  prioritetləri  düz  təyin 
edilməyib). 
Keçən  il  BDU-nun  yubileyində  çıxış  edən  MDU-nun  rektoru,  akademik  V. 
Sadovniçiyin  söylədiyi  kimi  “...bu  gün  cəmiyyət  və  dünyada  olan  böhran  halları  daha  çox 
texnologiyaların  dəyişməsi  ilə  əlaqədardır.  Yalnız  güclü  elmi  və  təhsili  dəstəkləyən  ölkələr 
böhrandan az  itki  ilə çıxa  bilərlər”. Dəyişən texnologiyalar öz təsirini  bu gün həyatın  bütün 
sahələrində,  insanların  düşüncə,  davranış  və  fəaliyyətlərində  göstərir.  Sürətlə  dəyişən 
texnologiyaya uyğun olaraq iqtisadiyyatda, təhsildə, elmdə, milli inkişaf strategiyamızda ciddi 
korreksiyalar etməliyik. 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
40 
Keçən  il  Bakıda  Dialoq  və  Əməkdaşlıq  Uğrunda  İslam  Konfransı  Gənclər  Forumu 
“Rəqəmsal  texnologiyalar  dövrü  və  yeni  nəsl:  İKT  sahəsində  gənclərin  biliklərinin  artırıl-
ması”  adlı  maraqlı  beynəlxalq  konfrans  təşkil  etmişdi.  Konfransda  İslam  ölkələrində 
gənclərinin  informasiya  cəmiyyətinə  hazırlanması,  gənclərin  Virtual  Məkanda  fəallığının 
artırılması problemləri müzakirə edilirdi. Göründüyü kimi, dəyişən texnologiyalar öz təsirini 
bütün sahələrində, o cümlədən təhsildə və gənclər siyasətində də göstərir. 
Biz  kiçik  ölkəyik,  qlobal  texnoloji  dəyişiklikləri  öyrənib,  zamanında  operativ  tətbiq 
etmək  üçün  kifayət  qədər  insan,  maliyyə,  vaxt  resurslarımız  yoxdur.  Belə  qlobal,  mürəkkəb 
texnoloji dəyişikliklərə, texnoloji innovasiyalara, müxtəlif qlobal çağırışlara tərəfdaşlarımızla 
birgə  işbirliyi  ilə,  əlaqələndirilmiş  formada  reaksiya  verməliyik  (İslam  Konfransı  Təşkilatı 
ölkələri ilə, Türkdilli ölkələr birliyi ilə v.s.). Yalnız bu halda, elm-təhsil kooperasiyası halında 
qarşımızda duran problemləri qismən həll edə bilər, müəyyən nailiyyətlər qazana bilərik. 
 Bu gün ekspertlər etiraf edirlər ki, distant təhsil təhsilin kompüterləşməsinin zirvəsidir. İKT 
və  təhsilin  inkişafının  Azərbaycan  Respublikası  Prezidenti  cənab  İlham  Əliyev  tərəfindən 
prioritet  sahə  elan  edilməsi  respublikada  distant  təhsilin  inkişafını  tələb  edir.  Cənab 
Prezidentin  bu  məsələdə  fikri  belədir:  “Dünyada  mövcud  olan  ən  qabaqcıl  texnologiyaları 
tətbiq  etmək  Təhsil  Nazirliyinin  gərək  prioritet  vəzifəsi  olsun.  Azərbaycanda  gərək  virtual 
dərslər,  yeni  texnologiyalar  geniş  yayılsın,  bütün  məktəbləri  əhatə  etsin.  Bu  çox  böyük, 
mürəkkəb, çoxlu maliyyə vəsaiti tələb edən proqramdır. Amma biz bunu etməliyik. Çünki biz 
gələcəyə  baxmalıyıq”.  Yeni,  mürəkkəb  texnologiyaların  yaranması  qarşımızda  yeni,  daha 
çətin  vəzifələr  qoyur.  Amma  istənilən  halda,  hər  şey  universitetlərdən  başlayır.  “ 
Universitetlər  ölkənin  gələcəyinin  cəmləşdiyi  məkandır.  Ölkənin  gələcəyinin  necə  olması 
məhz universitetlərdən asılıdır” (V. Sadovniçiy). Ona görə də təcili olaraq universitetlərimizi 
yeni  texnoloji  cəmiyyətdə,  innovasiya  cəmiyyətində,  qlobal  rəqabət  şəraitində  fəaliyyətə, 
inkişafa  hazırlamalıyıq.  Müəyyən  innovativ  ideyaları  reallaşdırmaq  üçün  innovasiyalara 
meylli  universitetlərə  və  innovativ  alimlərə  dövlət  tərəfindən  xüsusi  “milli  qrant”ların 
verilməsi  inkişafı  daha  da  sürətləndirə  bilər.  Belə  “milli  qrant”  layihələrinin  icra  təcrübəsi 
universitetlərə  gələcəkdə  iri  beynəlxalq  qrantlar  almağa,  beynəlxalq  layihələrə  qoşulmağa 
imkan  verə  bilər.  Bu  məqsədlə  təhsilə  dair  Dövlət  Proqramlarının  icrasında,  xüsusən  də 
təhsilin  informatlaşmasına  dair  proqramlarda  universitetlərin  fəal  iştirakı  təmin  edilməlidir 
(təbii ki, Dövlət Proqramlarının  müvafiq  maliyyə vəsaitləri də  bu  layihələrin  icraçısı olmalı 
universitetlərə  yönəlməlidir,  hər  halda  bir  çox  ölkələrdə  proses  belə  gedir  və  yaxşı  nəticələr 
verir).  Təhsil  sektorundakı  elmi  potensialın  əsas  hissəsi  bu  gün  universitetlərdə  cəmləşib, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə