Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   ...   16   17   18   19   20   21   22   23   ...   47

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
45 
İnternet vasitəsi ilə Türkiyə universitetləri ilə tanış olanda da bu inkişafı görmək olar (ətraflı 
məlumat üçün www.edu.tr saytına bax). Firat Universitetin missiyasında qeyd edildiyi kimi, 
“Firat  Universiteti  elm,  təhsil  və  tarix  işığında  formalaşan  müasir  təhsil  qurumudur.  Firat 
Universiteti  informasiya  cəmiyyətinə  aparan  işıqlı  yoldur”.  Bu  universitet  Doğu  Anadolu 
bölgəsinin Elazıq  şəhərində  yerləşir. Cəmi 300000 əhalisi olan Elaziq  şəhərinin  mərkəzində 
yerləşən  Firat  Universiteti  onlarla  hektar  ərazidə,  xeyli  kompusa  və  vilayətin  müxtəlif 
bögələrində  inkişaf  etmiş  struktur  vahidlərinə  malikdir.  Firat  Universiteti  10  fakultə,  3 
İnstitut, 1 Dövlət Konservatoriyası, 1 Modern Qospital, 2 Yüksəkokul, 6 Məslək Yüksəkokula 
malik  müasir  təhsil  kompleksidir.  Universitetin  tərkibində  müasir  avadanlıqlarla  təchiz 
edilmiş qospitalda 1500 tibbi personalın köməyi  ilə  vilayət əhalisinə  və universitetin tələbə-
müəllim heyətinə yüksək səviyyəli tibbi xidmət göstərilir. 
Firat  Universitetində  ümumi  sayı  1500-ə  yaxın  olan  akademik  personal  və  1200-ə 
yaxın  idari  personal  çalışır.  20000-dən  artıq  tələbənin  təhsil  aldığı  bu  regional  universitet 
ölkənin paytaxtındakı ali təhsil müəssisələrindən geri qalmır. Firat Universiteti müasir tələblər 
səviyyəsində  yüksək  keyfiyyətli  təhsil  vermək  üçün  hər  cür  infrastruktura,  maddi-texniki, 
kadr  və  informasiya  resurslarına  malikdir.  Yeri  gəlmişkən  Türkiyənin  bir  çox  univer-
sitetlərində olduğu kimi, Firat Universitetində də Azərbaycandan olan professor və tələbələr 
var.  İnternetə  70  Mpbs  sürəti  ilə  qoşulan  Firat  Universitetində  kifayət  qədər  inkişaf  etmiş 
distant  təhsil  sistemi,  elektron  kitabxana,  Universitet  İnformasiya  İdarəetmə  Sistemi  var. 
Universitetin  kompüterləşməsi  yüksək  səviyyədə  öz  həllini  tapmışdır.  Firat  Universiteti 
barədə  ətraflı  daha  məlumat  olmaq  üçün  universitetin  informasiya-təhsil  portalına  -  www. 
firat. edu.tr İnternet ünvanında baxmaq olar. 
Konfransda  iştirak  edən  türkdilli  ölkələrin  nümayəndələrinin  müzakirə  edilən 
problemlərlə  əlaqədar  öz  təcrübələrindən  danışdılar.  Amma  bu  ölkələrin  universitetlərinin 
inkişaf səviyyəsi, iş təcrübəsi Türkiyə universitetlərinin topladığı təcrübə ilə müqayisədə xeyli 
zəif  görünürdü  (  təxminən  10-15  il  gerilik  hiss  edilirdi).  Məsələn,  Qırğızıstan  Respublikası 
universiteti nümayəndəsinin məruzəsindən məlum oldu ki, universitetlərinin illik büdcəsi 1-3 
milyon ABŞ dolları civarındadır ( “Manas Qırğız-Türk Universiteti” istisna olmaqla) və belə 
büdcə  təbii  ki,  universitetin  cari  xərclərini  güclə  ödəyir,  bu  səbəbdən  universitetin 
inkişafından  söhbət  gedə  bilməz.  Belə  universitetlər  təhsildə  yeni  texnologiyalara, 
innovasiyalara,  proqram  təminatına,  personalın  inkişafına,  elmi-metodik  layihələrə, 
beynəlxalq əlaqələrin inkişafına kifayət qədər investisiyalar qoya bilmir, nəticədə inkişafdan 
xeyli  geri  qalırlar.  Bununla  belə  elə  türkdilli  ölkələr  var  ki,  onların  universitetlərində  bu 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
46 
məsələlər  öz  həllini  tapmışdır.  Məsələn,  Qazaxıstan  Respublikasının  Universitetlərində 
təhsilin  informatlaşması  və  Boloniya  sisteminə  keçid  məsələləri  digər  qonşu  ölkələrlə 
müqayisədə irəlidədir. Son illər bu respublikada  ciddi iqtisadi böhran olmasına baxmayaraq, 
15  universitetdə  hər  birinin  qiyməti  2  milyon  ABŞ  dolları  olan  elmi-tədris  laboratoriyaları 
yaradılmışdır.  İnternetdə  bu  barədə  maraqlı  məlumatlar  var.  Amma  bu  ölkədə  formalaşan 
təhsil yönümlü informasiya resursları əsasən rusdilli kontentdən ibarətdir. Onu da qeyd edək 
ki,  Qazaxıstan  universitetlərinin  nümayəndələri  konfransa  qatılmamışdılar  (onların 
universitetləri daha çox MDB ölkələri universitetləri şəbəkəsinə qoşulmağa meyllidirlər, onlar 
əsasən  rusdilli  informasiya  resurslarından  istifadə  edirlər).  Bizim  respublikadan  Qafqaz 
Universitetinin  nümayəndəsi-  Absəddin  Adamovun  “Universitet  İnformasiya  İdarəetmə 
Sistemləri” mövzusunda məruzəsi maraqla qarşılandı. 
Konfransın  2-ci  günü  ali  təhsilin  qloballaşması  və  Türkiyə  universitetlərində  distant 
təhsilin  vəziyyəti  barədə  məruzələr  edildi.  Daha  sonra  iclasa  sədrlik  edən  prof.  İ.  Türkoğlu 
problemlə  əlaqədar  türkdilli  universitetlərin  vahid  şəbəkəsinin  qurulması  istiqamətində 
konkret  təkliflərin,  ideyaların  verilməsini  istədi.  Müxtəlif  təkliflər  oldu.  Biz  də  problemə 
əlaqədar  müəyyən  təkliflər  verdik.  Həmən  təklifləri  tezis  formasında  təxminən  belə 
qruplaşdırmaq olar: 
1. Mövcud olan açıq kodlu distant təhsil platformalarının hər hansı birisinin bazasında 
(məs.  MOODUL  platforması  bazasında)  Türkdilli  Açıq  Virtual  Universitetin  yaradılması. 
Türkdilli  Açıq  Virtual  Universitetin  yaradılma  konsepsiyası  və  inkişaf  strategiyasının 
hazırlanması.  İnternet  üzərindən  açıq  təhsil  xidmətləri  verəcək  bu  universitetin  şərti  adı 
“Virtual  Turan  Universiteti”  (VTU)  ola  bilər.  Gələcəkdə  türkdilli  ölkələrin  profil 
universitetlərinin  VTU  bazasında  öz  “virtual  nümayəndəlik”lərinin  yaradılması.  Türkdilli 
universitetlərin  vahid  şəbəkəsinin  qurulması  istiqamətində  “Türkdilli  universitetlərin 
Beynəlxalq Virtual Assossasiyası”nın yaradılması. 
2.  “Virtual  Turan  Universiteti”nin  fəaliyyəti  üçün  beynəlxalq  standartlar  əsasında 
hüquqi-normativ bazanın yaradılması, türkdilli ölkələrin təhsil üzrə mövcud hüquqi-normativ 
bazası ilə uzlaşdırılması. Virtual Universitetin tərkibində ayrı-ayrı səviyyələr və istiqamətlər 
üzrə (bakalavr və magistr hazırlığı, əlavə təhsil v.s. səviyyədə pedaqoji təhsil, iqtisadi təhsil, 
mühəndis təhsili v.s. istiqamətlər üzrə) təhsil portallarının yaradılması (pedaqoji təhsil portalı, 
iqtisadi  təhsil  portalı,  mühəndis  təhsili  portalı  v.s.).  Bu  təhsil  portalları  bazasında  təhsil 
istiqamətləri üzrə türkdilli ölkələrin profil universitetlərin (fakültələrinin) İKT əsasında vahid 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə