Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   ...   14   15   16   17   18   19   20   21   ...   47

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
41 
təəssüf ki, islahatların aparıldığı 10 il ərzində universitetlərin potensialından lazımı səviyyədə 
istifadə  edilmir  (təcrübəsi,  resursları,  səriştəsi  və  kadr  potensialı  universitetlərə  nisbətən 
dəfələrlə zəif olan QHT və firmalara bu işdə daha əlverişli şərait “yaradılır”). Təhsil Nazirliyi 
hesab  edir  ki,  universitetlərin  informatlaşması  daxili  imkanlar  hesabına  reallaşmalıdır. 
Universitetin informatlaşması təkcə texniki təminat deyil, həm də proqram, metodik, kadr v.s. 
təminatı  məsələlərin  həllini  tələb  edir.  Bu  çox  böyük  maliyyə  vəsaiti  tələb  edir. 
Universitetlərimizin  bu  günki  büdcəsi  buna  imkan  vermir.  Hesab  edirik  ki,  universitetlərin 
informatlaşması istiqamətində dövlətin vahid siyasəti olmalı, bu siyasət koordinasiya edilərək, 
normal  maliyyələşərək  həyata  keçirilməlidir.  Bu  istiqamətdə  universitetlərin  beynəlxalq 
əməkdaşlığının inkişafımıza köməyi ola bilər. 
Türkdilli  Universitetlərin  Virtual  işbirliyi.  Bu  yaxınlarda  Türkiyə  Respublikası 
Elaziq  vilayəti  “Firat  Universiteti”ndə  «Qafqaz  ölkələri,  Türk  cumhuriyyətləri  və  Türkiyə 
universitetlərinin İnformasiya Sistemləri işbirliyi problemləri ( BSİ-2009) » adlı I Beynəlxalq 
konfrans  keçirilmişdir.  Konfransda  türkdilli  universitetlərdə  distant  təhsil,  universitet 
informasiya  sistemləri  və  elektron  kitabxana  sistemlərinin  yaradılması  və  inkişafı, 
perspektivdə vahid platforma əsasında bu sistemlərin inteqrasiyası və türkdilli universitetlərin 
vahid  informasiya  təhsil  məkanının  yaradılması  məsələləri  müzakirə  edilmişdir.  Konfransın 
işində  bizim  respublikanın  da  nümayəndə  heyəti  iştirak  etmişdir  (bu  sətirlərin  müəllifi  də 
iştirakçılar  sırasında  idi).  “BSİ-2009”  adlı  Beynəlxalq  konfransın  keçirilməsi  nə  məqsəd 
güdürdü  ?  Konfransın  adındakı  BSİ  abbviaturası-  Bilgi  Sistemləri  İşbirliyi  mənasını  verir, 
bundan  da  konfransın  əsas  qayəsi  məlum  olur.  Geniş  anlamda  BSİ  -2009  Beynəlxalq 
konfransının  məqsədi  sürətlə  formalaşan  informasiya  cəmiyyəti  şəraitində  müasir 
texnologiyalardan istifadə etməklə türkdilli xalqların siyasi, iqtisadi və mədəni inteqrasiyasına 
nail  olmaq,  bu  istiqamətdə  təhsilin  potensial  imkanlarından,  universitetlərin  resurslarından 
səmərəli  istifadə  yollarını  araşdırmaq,  perspektivdə  səmərəli  işbirliyi  qurmaqdır.  Məlum 
olduğu  kimi,  bu  il  YUNESKO-nun  təşkilatçılığı  ilə  Parisdə  “Ali  təhsilin  inkişafına  dair 
ümumdünya  konfransı  (WCHE-2009)”  keçirilmişdir.  Konfrans  ali  təhsilin  inkişafında, 
təhsilin  qloballaşmasımda  yeni  texnologiyaların,  İKT  əsaslı  innovasiyaların,  distant  təhsilin 
sistemli  tətbiqini  zərurətini  xüsusi  qeyd  etmiş,  bu  texnologiyaların  milli  universitetlərdə 
tətbiqini səmərəli  hesab etmiş,  milli təhsil  sistemlərinin  inkişafında  bu amilləri daim  nəzərə 
almağı  tövsiyə  etmişdir.  YUNESKO-nun  bu  konfransının  tövsiyələrinin  türkdilli  ölkələrin 
universitetlərində  tətbiqi  perspektivləri  baxımından  BSİ  -2009  Beynəlxalq  konfransı  çox 
əhəmiyyətlidir. Konfransda üç istiqamətdə-universitetlərdə distant təhsilin inkişafı, universitet 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
42 
informasiya  sistemlərinin  (“Elektron  Universitet”  sisteminin)  inkişafı,  türkdilli  elektron 
kitabxana  sisteminin  yaradılması  və  universitetlərdə  istifadəsi  məsələləri  müzakirə  edildi. 
Konfransın  işində  türkdilli  dövlətlərdən  və  Türkiyədən  300-  ə  yaxın  nümayəndə  iştirak 
etmişdir.  Konfransda  Türkiyə  Cümhuriyyətinin  Baş  Naziri,  cənab  Rəcəb  Təyyub  Ərdoğan 
təbrik məktubu oxundu. Sonra Firat universiteti rektoru prof. Feyzi Bingöl çıxış edərək dedi 
ki, informasiyanın qıtlığı əvvəllər bizim fəaliyyətimizə problemlər yaradırdısa, bu gün sürətli 
inkişaf  nəticəsində  informasiyanın  bolluğu  bizlərə  problemlər  yaradır,  bu  tendensiya 
günbəgün  sürətlənir.  Belə  vəziyyətdə  informasiyadan  daha  səmərəli  istifadə  etmək,  lazımi 
məlumatı  az  vaxt  ərzində  tapmaq,  emal  etmək  və  lazımi  ünvana  vaxtında  çatdırmaq  asan 
məsələ deyil. Təhsildə informasiya prosesləri bu gün daha mühüm rol oynayır, uğurun əsasını 
təşkil edir. Sonra “Manas Qırğız-Türk Universiteti” rektoru prof. Süleyman Kayibov, Elaziq 
Valisi M. Erol çıxış edərək konfransa təbriklərini bildirmiş, onun işinə uğurlar arzu etmişlər. 
Konfransın  işində  Türkiyə  Cümhuriyyəti  Dövlət  Bakanı-elm,  təhsil  və  texnika 
məsələləri üzrə Baş Nazirin müavini, professor Mehmet Aydın, Türkiyə Respublikasının elm 
siyasətini müəyyən edən və həyata keçirən dövlət qurumu  - TÜBİTAK-ın başqanı professor 
Nüket  Yetiş,  Türkiyə  Respublikasının  bir  sıra  aparıcı  universitetlərinin  rəhbərliyi  iştirak 
edirdilər. Dövlət Bakanı professor Mehmet Aydın geniş və çox maraqlı məruzə ilə çıxış etdi. 
O, müasir dünyada elmin, təhsilin, texnologiyaların, innovasiyaların iqtisadiyyatın inkişafında 
oynadığı  mühüm  rolu  qeyd  edərək  bildirdi  ki,  biliyə  əsaslanan  iqtisadiyyat  şəraitində  bizim 
bütün istiqamətlərdəki fəaliyyətimiz ciddi elmi əsaslara söykənməlidir. Bir çox inkişaf etmiş 
ölkələr kimi Türkiyənin də strateji  məqsədi  yaxın gələcəkdə  biliklərə əsaslanan  iqtisadiyyat 
və bunun əsasında biliklərə əsaslanan cəmiyyət formalaşdırmaqdır. Bu səbəbdən yüksək elmli 
insanlara  olan  ehtiyacımız  günbəgün  artır.  Bu  istiqamətdə  müasir  türk  universitetlərinin 
qarşısında  mühüm  vəzifələr durur. Türkiyə  hökuməti universitetlərə  bu  məsələlərin  həllində 
hər cür dəstək verməyə hazırdır, ildə bir neçə dəfə ölkə rəhbərliyi aidiyyatı qurumlarla birgə 
bu məsələlərin müzakirəsini təşkil edir. Universitetlər daim bizim diqqətimizdədir. Natiq qeyd 
etdi ki, Doğu Anadolu bölgəsi coğrafi baxımdan Türkiyənin şərqində olsa da, Qafqaz ölkələri 
və  Türk  cumhuriyyətlərinin  qərbində  yerləşir.  Bu  coğrafi  nisbət  həm  geosiyasi,  həm  də 
işbirliyi  baxımından  maraqlıdır.  Bu  mənada  şərqdə  yerləşən  türkdilli  cümhuriyyətlərin 
universitetlərinin Avropa təhsil məkanına inteqrasiyası edilməsində, onların qərbində yerləşən 
Türkiyə universitetləri ilə işbirliyi faydalıdır. 
Daha  sonra konfransda TÜBİTAK  başqanı professor Nüket Yetiş  məruzə etdi. O, öz 
məruzəsində bu ölkədə son illər əldə edilmiş elmi nailiyyətlər və universitetlərin bu prosesdə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə