Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   ...   12   13   14   15   16   17   18   19   ...   47

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
36 
16.
 
Norris,  P.  (2001).  "Digital  divide:  Civic  engagement,  information  poverty  and  the  internet 
worldwide", Cambridge: Cambridge University Press. 
17.
 
Oruç,  E.  ve  Arslan,  S.  (2002).  Sayısal  uçurumun  önlenmesi:  Stratejik  Plan.  Telekomünikasyon 
Kurumu. 
Sektörel 
Araştırma 
ve 
Stratejiler 
Dairesi 
Başkanlığı 
17. 
09. 
2009 
tarihinde 
http://www.tk.gov.tr/yayin/raporlar/pdf/sayisal_ucurumun_onlenmesi.pdf adresinden erişildi. 
18.
 
Thienmongkol,  R.  Ve  Polpinij,  J.  (2008).  Using  Advanced  Digital  Technology  for  Students  in  a 
Foundation  of  Design  Classroom.Proceedings  of  the  World  Congress  on  Engineering  and  Computer  Science 
2008 WCECS 2008, October 22 - 24, 2008, San Francisco, USA 
19.
 
TÜİK  (Türkiye  İstatistik  Kurumu)  (2009),  2009  yılı  hanehalkı  bilişim  teknolojileri  kullanım 
araştırması sonuçları. 23. 11. 2009 tarihinde www.tuik.gov.tr 
20.
 
adresinden erişildi. 
21.
 
Uçkan, Ö. (2009). Sayısal bölünme ve Sayısal uçurum. Ulusal E _- Devlet Konferansı, 4 – 5 Kasım 
Ankara.  23.  11.  2009  tarihinde  www.edevletkonferansi.org/sunum/o_uckan-Sayısal_bolunme.ppt  adresinden 
erişildi. 
22.
 
Zhou,  L.,  J.  K.  Burgoon,  D.  Zhang,  and  J.  F.  Nunamaker  (2004).  Language  dominance  in 
Iiterpersonal deception via computer-mediated communication. Computers in Human Behavior, 20(3), 381-402. 
 
 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
37 
ALİ TƏHSİLİN İNFORMATLAŞMASINDA BEYNƏLXALQ ƏMƏKDAŞLIQ 
 
İ.B. Əhmədov 
pedaqoji elmləri namizədi, dosent 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
 
Təhsilin  inkişafı  müstəqil  Azərbaycan  Respublikasının  bu  gün  əsas  prioritetlərindən 
biridir. Müstəqilliyimizin əldə edilməsi kimi mühüm tarixi hadisə ilə yanaşı, son iyirmi ildə 
xeyli  mürəkkəb,  hazır  həll  reseptləri  mövcud  olmayan  sinergetik  proseslərlə  rastlaşdıq:  bir 
ictimai-siyasi  sistemdən  digərinə  keçid,  yeni  siyasi  və  iqtisadi  sistemin  yaranması,  torpaq-
larımızın  bütünlüyü  uğrunda  hələ  də  davam  edən  çətin  hərbi-siyasi  mübarizə,  beynəlxalq 
sistemdə tanınma və inteqrasiya prosesləri bu problemlərin yalnız bir qismidir. Təbii ki, belə 
mürəkkəb  mərhələdə  yeni  formalaşan  dövlət  üçün  dünyanın  sürətli  inkişaf  tempi  ilə 
uyğunlaşmaq heç də asan deyil. Bu problemlər öz kompleksi təsirini daha  çox elm və təhsil 
sistemində, bu sahədəki insan kapitalının tədricən zəifləməsi və tükənməsində göstərirdi. 
Bu  yaxınlarda  Azərbaycan  Respublikası  Prezidenti  Adminstrasiyasının  rəhbəri, 
akademik  R.  Ə.  Mehdiyevin  “İctimai  və  humanitar  elmlər:  zaman  kontekstində  baxış”  adlı 
məqaləsi dərc edilmişdir. Məqalədə son 15-20 il ərzində yığılıb qalmış problemlərə obyektiv 
qiymət  verilmiş,  milli  inkişaf  baxımından  strateji  məsələlərə  toxunulmuş,  elm  və  təhsilin 
inkişafının  dövlətçiliyimizin  möhkəmlənməsində  mühüm  rolu  qeyd  edilmişdir.  Məqalədə 
qeyd  edilir:  “İndi  cəmiyyətimiz  qarşısında,  ilk  növbədə  elmi  elita  qarşısında  mühüm 
vəzifələrin həlli məsələsi dayanır. Əsas məqsədimiz ondan ibarətdir ki, yaxın illərdə təhsildə, 
elmdə,  ümumən  intellektual  sahələrdə  ciddi  dönüş  yaradılmalı  və  biliklərə  əsaslanan 
iqtisadiyyatın  qurulması  prosesi  intensivləşməlidir.... 
Təhsil  sisteminin  bütövlükdə  müa-
sirləşməsi və ümumdünya təhsil məkanına inteqrasiyası aktual olmaqda davam edir. Dünyada 
qısa bir dövr ərzində təhsilin köklü modernləşməsinə dair kifayət qədər təcrübə mövcuddur. 
Sözsüz ki, həmin təcrübədən bəhrələnməliyik.... Qloballaşma, informasiya texnologiyaları və 
internetin hökmranlığı əsrində təhsil prosesini köhnəlmiş metodlarla qurmaq olmaz”. 
Təbii  ki,  biz  təhsil  sistemində  mövcud  olan  problemlərimizi  görməsək,  müzakirələr 
aparmasaq,  real  həll  yollarını  tapmasaq,  yəqin  ki,  bunu  kənardan  bizə  deməyəcəklər. 
Problemləri  isə  həll  etməsək,  inkişaf  ola  bilməz,  əksinə  təhsil  sistemində  mövcud  olan 
problemlər, ümumi gerilik daha da artar, çünki dünya təhsil sistemi bu gün çox sürətlə dəyişir, 
inkişaf  edir.  Akademik  R.Ə.  Mehdiyevin  məqaləsində  qeyd  edildiyi  kimi,  həddən  ziyadə 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
38 
vaxt itkisinə yol vermişik, informasiya cəmiyyətində isə vaxt itkisi baha başa gəlir, vaxt 
itirməyə  artıq  haqqımız  yoxdur.  Hesab  edirik  ki,  bu  məqalədə  qoyulan  məsələlər  barədə 
hamımız  düşünməli,  bu  sahədəki  qlobal  inkişafdan  geriliyin  qarşısını  almalı,  vəziyyəti 
tədricən yaxşılığa doğru dəyişmək üçün təkliflər verməli, real işlər etməliyik. Yalnız bu yolla, 
problemləri görərək və onları  həll  edərək respublikada  “qara qızılı  insan qızılına çevirmək”, 
“insan kapitalını inkişaf etdirmək” siyasətini reallaşdıra bilərik. 
Biliklərə əsaslanan cəmiyyətdə qoyulan investisiyalar maddi obyektlərə (bina, maşın, 
avadanlıq, qurğulara, təmir-tikinti v. s.) deyil, əsasən qeyri-maddi obyektlərə (insan kapitalına 
-  təhsilə,  elmə,  mədəniyyətə)  yönəlir.  Bir  müəssisə  kimi  universitetin  inkişafı  orada  çalışan 
insanların  səviyyəsindən  daha  çox  asılıdır,  nəinki  orada  olan  maddi  obyektlərdən.  Yəni, 
universiteti  universitet  edən  oradakı  insan  (onun  sosial-iqtisadi  vəziyyəti,  elmi  səviyyəsi, 
idarəetmə  qabiliyyəti,  yeni  texnologiya  və  innovasiyalara  meyli,  pedaqoji  ustalığı,  seçilən 
tələbə kontingentinin keyfiyyəti). 
Bu səbəblərdən təhsilə yönəli investisiyalar maddi obyektlərə deyil, yeni biliklərin 
yaradılmasına,  biliklərin  idarəedilməsinə,  yeni  biliklərin,  ideyaların,  innovasiyaların 
yaradıcısı və daşıyıcısı  olan insana, onun intellektinin davamlı  inkişafına yönəlməlidir. 
Yeni  texnologiyalar  bu  gün  təhsildə  mühüm  amil  olsa  da,  universitetlərə  qoyulan 
investisiyanın  əhəmiyyətli  hissəsi  məhz  informasiya  resurslarının  yaradılması  və  inkişafına, 
kadr  potensialının  gücləndirilməsinə,  onların  sosial  müdafiəsinin  təşkilinə,  kadrların 
beynəlxalq  standartlar,  müasir  tələblər  səviyyəsinə  qaldırılmasına,  sürətlə  dəyişən 
texnologiyalar və formalaşan virtual informasiya-təhsil məkanında işləyə bilən yeni formatlı 
professor-müəllim  heyətinin  yetişməsinə,  innovativ  təhsil  fəaliyyətinin  stimullaşdırılmasına, 
beynəlxalq  əlaqələrin  yaranmasına,  təcrübə  mübadiləsinin  təşkilinə  xidmət  etməlidir. 
Biliklərə əsaslanan cəmiyyətin sənaye cəmiyyətindən fərqi də məhz bundadır.  Akademik 
R.Mehdiyevin qeyd etdiyi kimi: 
Bəşəriyyətin yüksəlişinin iki başlıca amili olan təbii və elmi-
intellektual  sərvətlər  sırasında  üstünlük  1980-90-cı  illərədək  birinciyə  məxsus  idi.  Bu  gün 
artıq  elmi-intellektual  sərvətlər  ön  sıraya  keçmişdir.  Çünki  təbii  sərvətlərdən  fərqli  olaraq 
zəka  və  intellekt  tükənməzdir.  O,  daimi  təkrar  istehsal  gücünə  malikdir.  XXI  əsrin  strateji 
inkişaf yollarını da intellektual kapital və yeni  elmi  texnologiyalar müəyyən edir.” 
Biliklərə 
əsaslanan  cəmiyyətin  tələblərinə  uyğun  olaraq  sürətli  milli  inkişafa  nail  olmaq  üçün 
respublikada  təhsilə  (xüsusən  də  ali  təhsilə)  qoyulan  investisiyaların  həcmi  dəfələrlə 
artırılmalıdır.  Bu  gün  dünyada  kütləvi  ali  təhsilə  keçid  tendensiyası  olduğu  halda,  bizdə 
əhalinin hər 10000 nəfərinə düşən tələbə sayı MBD ölkələri arasında ən aşağı göstəricidir, ali 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə