Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   ...   15   16   17   18   19   20   21   22   ...   47

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
43 
fəal  iştirakını,  hökumətin  elmin  inkişafı  istiqamətində  uzunmüddətli  strategiyasını  açıqladı. 
Qeyd  edildi  ki,  əvvəlki  illərə  nisbətən  elmə  ayrılan  vəsait  indi  dəfələrlə  çoxdur,  iqtisadi 
böhran  bu  prosesə  mane  ola  bilməz.  Yaxın  iki  ildə  Türkiyədə  elmi  tədqiqatlara  cəlb  edilən 
alimlərin  ümumi  sayı  150  min  nəfər  (2000-ci  ilə  nəzərən  təxminən  7  dəfə  artıq),  elmin 
inkişafına  ayrılan  maliyyə  vəsaitinin  həcmi  5  milyard  ABŞ  dolları  (2000-ci  ilə  nəzərən 
təxminən  5  dəfə  artıq)  olacaqdır.  İstedadlı  gənclərin  elmə  cəlb  edilməsi  məqsədi  ilə  xeyli 
əlavə  tədbirlər  planlaşdırılır.  Elm  adamlarının  dəstəklənməsi,  bu  sahədə  insan  kapitalının 
davamlı inkişafı üçün müxtəlif dövlət proqramları icra edilir. 
Digər  məruzələrdə  Türkiyə  universitetlərinin  informasiya  cəmiyyəti  tələbləri  səviy-
yəsinə  qaldırılması,  ali  təhsilin  qloballaşması  tendensiyaları  baxımından  ölkə  univer-
sitetlərinin inkişaf problemləri, universitetlərdə təhsilin informatlaşması, təhsil innovasiyaları, 
türkdilli elektron kitabxanalar və inkişaf perspektivlərindən bəhs edildi. Məruzələrdən məlum 
oldu  ki,  Türkiyə  universitetləri  son  illər  təhsilin  informatlaşması  məsələlərində  xeyli  irəli 
getmişlər.  Məsələn,  Firat  universiteti  2008-ci  ildə  təkcə  “Universitet  İnformasiya 
Sisteminin yaradılması” layihəsinə 2 milyon ABŞ dolları vəsait qoyublar. 
Məlum  olduğu  kimi  qloballaşma  prosesləri  vahid  informasiya  təhsil  məkanının 
yaranmasına səbəb olur. Virtual məkanında türkdilli kontentin də yaranması zəruridir
Bu  məsələnin  həlli  üçün  türkdilli  ölkələrin  universitetlərinin  müəyyən  iş  birliyinin 
yaradılmasına  ehtiyac  var.  Bu  halda  İnternet  şəbəkəsində  kifayət  qədər  elm  və  təhsil 
yönümlü,  keyfiyyətli  türkdilli  kontent  yaratmaq  və  yerləşdirmək  mümkün  olar.  Beləliklə 
türkdilli universitetlər elm və təhsilin səmərəli inkişafı üçün keyfiyyətli İnternet resusları ilə 
təmin  edilə  bilər,  universitetlərin  şəbəkə  iş  birliyi  formalaşar,  universitetlərarası  inteqrasiya 
prosesləri  mümkün  olar.  Artıq  10  ildir  ki,  Avropa  səviyyəsində  universitetlərin  inteqrasiya 
prosesləri  intensiv  inkişaf  edir.  Boloniya  prosesi  və  onun  virtual  forması  olan  “Elektron 
Boloniya”  (E-Boloniya)  məhz  bu  məqsədlərə  xidmət  edir.  Regional  və  etnik  yaxınlığı  olan 
ölkələrin universitetləri də öz aralarında lokal inteqrasiya təşəbbüsləri irəli sürür, dil yaxınlığı 
olan  müəyyən  regional  ölkələr  öz  dillərində  təhsil  yönümlü  informasiya  resurslarının  birgə 
yaradılması  və  inkişafına  çalışırlar.  Məsələn,  Slavyan  ölkələri  universitetləri  səviyyəsində 
(Rusiya,  Ukranya,  Belarusiya  universitetləri)  vahid  informasiya  təhsil  məkanı  yaradılması 
istiqamətində təşəbbüs və konkret işlər var. Artıq 7-8 ildir ki, “Slavyan ölkələrinin XXI əsrdə 
vahid informasiya təhsil məkanının formalaşması problemləri və perspektivləri” istiqamətində 
araşdırmalar  aparılır.  Problemlə  əlaqədar  3  Beynəlxalq  konfrans  da  keçirilmişdir.  2000-  ci 
illərin  əvvəllərində  MDB  ölkələrinin  İKT  əsasında  vahid  informasiya  təhsil  məkanının 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
44 
formalaşması məsələləri də ciddi müzakirələrə səbəb olmuşdur. Lakin o vaxt bu ideya reallaşa 
bilmədi,  çünki,  bir  çox  MDB  ölkələrinin  universitetləri  distant  təhsil  texnologiyalarının 
tətbiqinə  hələ  hazır  deyildilər  (o  vaxt  yalnız  RF  bu  ideyanı  reallaşdırmağa  hazır  idi).  Hal- 
hazırda MDB ölkələri universitetlərinin İKT əsasında müəyyən şəbəkəsi yaradılmışdır və bu 
proses inkişaf edir ( RF, Ukrayna, Belarusiya və Qazaxstanın bəzi universitetləri bu şəbəkəyə 
qoşulmuşlar, hal-hazırda  bu şəbəkədə təxminən 20 universitet  fəaliyyət göstərir). İngilisdilli 
universitetlər üçün isə belə işbirliyi qurmağa ciddi ehtiyac yoxdur, çünki İnternetin dili ingilis 
dilidir. İngilis dilində universitet təhsilinə dair son 15 ildə müxtəlif ölkələrdə olan ingilisdilli 
universitetlər  tərəfindən  İnternetdə  xeyli  kontent  yerləşdirilmişdir.  Bu  baxımdan  türkdilli 
universitetlərin  də  belə  analoji  işbirliyinin  yaradılması  zamanın  tələbidir.  Bu  səbəbdən 
türkdilli  universitetlərin  müştərək  fəaliyyəti  nəticəsində  vahid  informasiya  təhsil  məkanı 
formalaşmalı,  yeni  təhsil  texnologiyaları,  təhsil  innovasiyaları  yaradılmalı  və  onların  tətbiqi 
ilə  universitetlərin  inkişafı  sürətlənməlidir.  Milli  inkişafda  universitetlərin  strateji 
əhəmiyyətini,  İKT-nin  müasir  universitetin  formalaşması  və  inkişafında  həlledici  amil 
olduğunu nəzərə alsaq məsələnin ciddiliyi aydın olar. Belə ki, türkdilli universitetin digər hər 
hansı  ölkənin  proqram  təminatından  və  texnologiyasından  istifadə  etməsi,  bu  universitetin 
informasiya təhlükəsizliyinə, işin keyfiyyətinə, inkişaf perspektivinə təsir edir. Universitet bu 
halda  proqram  təminatı  hazırlayan  şirkətdən,  bu  şirkətin  aid  olduğu  ölkədən  asılı  olur, 
sonralar  bu  asılılıq  ilbəil  artır.  Məhz  bu  səbəblərdən  informasiya  təhlükəsizliyi  şəxsi, 
korporativ  və  milli  təhlükəsizliyin  əsas  amilidir.  Universitetlər  bu  gün  dilemma  qarşı-
sındadırlar: ya müasir inkişafdan, texnologiyalardan imtina etməli ( onda belə universitetə nə 
ehtiyac var), ya öz vəsaiti və daxili imkanları gücünə müasir texnologiyalar yaratmalı ( bizim 
universitetlər  bu  durumdadırlar  və  10  illik  təcrübə  göstərir  ki,  bu  variant  real  deyil),  ya 
dövlətin  universitetlərə  dair  mükəmməl  İKT  strategiyası  olmalıdır,  ya  da  universitet  və  ya 
dövlət  özünə  etibarlı  müttəfiq  tapmalı  və  öz  İKT  perspektivini  onunla  bağlamalıdır. 
Göründüyü kimi, universitetin inkişaf strategiyası sanki, ölkənin inkişaf strategiyasının kiçik 
bir  modelidir,  geosiyasi  çalarlara  malikdir,  “cəmiyyətin  bu  günü  və  gələcəyi  universitetdə 
güzgü kimi əks olunur” (N. İ. Piroqov). 
Belə  mötəbər  Beynəlxalq  konfransın  Firat  Universitetində  keçirilməsi  təsadüfi  deyil, 
bu universitetin inkişaf səviyyəsi ilə əlaqədardır. Universitetin tarıxı cəmi 35 il olsa da, artıq 
yüksək səviyyədə formalaşmış regional elm və təhsil mərkəzidir (ətraflı məlumat üçün www. 
firat.edu.tr saytına baxa bilərsiniz). Ümumiyyətlə Türkiyədə son 10-15 ildə Universitet təhsili 
xeyli  inkişaf  etmişdir.  Bu  fikir  qloballaşma  prosesləri  fonunda  daha  aktual  və  müasirdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə