Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ ƏSASLARI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   ...   18   19   20   21   22   23   24   25   ...   47

TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
50 
Artıq  respublikamızda  da  təhsilin  modernləşdirilməsi,  təhsilin  idarəedilməsinin 
yaxşılaşdırılması  və  keyfiyyətinin  yüksəldilməsi  istiqamətində  müəyyən  addımlar  atılaraq 
təhsil  sisteminin  yenidən  qurulması,  İKT-nin  təhsildə  geniş  tətbiqi  istiqamətində  müəyyən 
proqramlar və layihələr işləyib həyata keçirilir. 
Belə proqramlardan  biri də  “2008-2012-ci  illərdə Azərbaycan Respublikasında təhsil 
sisteminin  informasiyalaşdırılması  və  kompüterləşdirilməsi”  haqqında  Dövlət  Proqramıdır. 
Bu  proqramın  icrası  ilə  “Elektron  məktəb  və  təhsilin  elektron  idarəedilməsi”  pilot  layihəsi 
çərçivəsində  ölkədə  təhsil  şəbəkəsini  əhatə  edən  –  Vahid  Məlumat  Mərkəzi  (vahid  təhsil 
portalı) yaradılmaq üzrədir [2]. 
Bu  “Elektron  məktəb”  konsepsiyası  onunla  bağlıdır  ki,  məktəblər  rəsmi  tədris 
proqramı  üzrə  dərslər  keçərək  kompüter  sinifləri  ilə  təchiz  edilir,  quraşdırılan  proqram 
təminatı məktəbin fəaliyyətini idarə etməyə imkan verir. Belə ki, müəllimlər otağı və direktor 
otağı da daxil olmaqla  məktəbin  lokal şəbəkə  ilə təmin olunması,  bunun əsasında  məktəbin 
şagird  və  müəllim  heyəti  haqda  vahid  məlumatlar  bazası  yaradılır  və  orta  təhsil  müəs-
sisələrinin  bütün  informasiyası,  şagirdlərin  gündəliklərində  və  ya  jurnaldakı  qiymətləri, 
müəllim  və  tələbələr  haqqında  məlumatlar  və  s.  elektron  formada  yerinə  yetirilir.  Layihədə 
məktəbin dərs  cədvəli, elektron  jurnal,  virtual qiymət kitabı,  müəllimlər  haqqında  məlumat-
larla və onların fotoşəkilləri ilə tanış olma, test imtahanlarının və yoxlama işlərinin aparılması 
kimi məlumatlarına dünyanın hər bir nöqtəsindən 24 saat ərzində tam çıxışın təmin olunması 
və məlumatlar almaq imkanı nəzərdə tutulur. 
Elektron  məktəb»  layihəsi  məktəbin  rəhbərliyinə  tədris  prosesinə  nəzarət  etmək, 
müəllimlərin  işlərinin  monitorinqini  keçirmək,  saytda  müvafiq  bölmənin  köməyi  ilə  dərs 
cədvəllərini  tənzimləmək,  eləcədə  test  sualları  hazırlamaq  və  onlayn  imtahanlar  keçirmək 
imkanı verəcək. 
“Elektron  təhsil”  elekrton  məktəblərdə  təhsil  prosesinin  yeni  və  çox  perspektiv  bir 
formasıdır.  Elektron  məktəblərdə  keçirilən  təhsilin  adi  təhsil  ocaqlarında  tədris  olunan 
dərslərdən  fərqi  yalnız  ondan  ibarətdir  ki,  bu  məktəblərdə  dərslər  kompüter  və  yeni 
informasiya texnologiyaları vasitələri ilə keçirilir. Fənlər üzrə biliyin qiymətləndirilməsi testlə 
aparılır, hər bir məktəblərin internetə çıxışı təmin olunur, məktəb üzrə hər bir göstərici Vahid 
məlumat bazasına verilir. 
Vahid  təhsil  şəbəkəsinin  mövcudluğu  ölkənin  təhsil  ocaqları  arasında  yüksək  sürətli 
məlumat  mübadiləsini  təmin  etməyə  imkan  yaradacaq.  Bu  isə  milli  elektron  təhsil 
şəbəkələrinin  inkişafına  təkan  verəcək.  Eyni  zamanda,  təhlükəsiz  informasiya  sistemlərinin 


TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
51 
fəal  istifadəsi  ilə  təhsil  ocaqlarının  internetə  çıxışı  mütəmadi  təmin  olunacaq.  Qeyd  olunan 
təhsil şəbəkəsi təhsil sisteminə dünya standartlarına uyğun bir sıra xidmət və servisləri təqdim 
edəcək.  Ona  görə  də  elektron  məktəblər  və  ya  distant  təhsil  üzrə  onlayn  mühitdə  geniş 
miqyaslı  monitorinq  və  nəticələrin  qiymətləndirilməsi  sistemi  elektron  formada  aparılması 
mümkündür. Bu monitorinqinin informasiya texnologiyaları (kompüter və internet) vasitəsilə 
(virtual  məkanda)  keçirilməsi  təhsilin  sisteminin  idarəolunmasının  effektivliyinin  artmasına 
imkan yaradacaq. Bunun üçün İKT-nin təhsilin idarəedilməsinə səmərəli inteqrasiyası təmin 
etmək  və  təhsilin  keyfiyyətinin  idarə  olunmasına  dair  qərarların  qəbul  edilməsi  üçün  yeni 
modelləri  hazırlanmalıdır.  Bu  modellərin  köməyi  ilə  elektron  dərsliklərin  hazırlığının, 
məktəblərin  İnternetə  çıxışının,  İKT  ilə  bağlı  aparılan  təhsil  islahatlarının  vəziyyətini 
öyrənmək  və  bütün  şagirdlər  üçün  təhsil  almaq  imkanlarını  yaxşılaşdırmaq  və  təhsili  əmək 
bazarının  tələbləri  ilə  uyğunlaşdırmağa  imkan  verəcək.  Həmçinin  bu  məsələlər  təhsil 
sisteminin  keyfiyyətinin  idarə  olunması  və  yüksəldilməsini  fasiləsiz  həyata  keçirilməsinə 
imkan yaradacaq. Ondan ötrü, təhsil sistemini fəaliyyəti müntəzəm izlənməli, təhsil alanların 
nailiyyətlərinin  qiymətləndirilməsi  və  nəticələrinin  müqayisəli  təhlili  aparılmalı  və  bu 
çıxarılan  yekuna  əsasən  təhsil  sisteminin  gələcək  inkişafı  və  təkmilləşdirilməsi,  yenidən 
qurulması barədə qərarlar qəbul edilməsidir. Bunun üçün təhsilin idarə edilməsi üzrə İKT-yə 
əsaslanan  effektiv  və  şəffaf  monitorinq  və  qiymətləndirmə  sisteminin  və  resurs  mərkəzinin 
yaradılması vacibdir. 
Göstərilən  məqsədlərə  nail  olmaq  üçün  ölkə  üzrə  virtual  məkan  mühitində  bütün 
səviyyəli  təhsil  və  informasiya  sistemlərini,  habelə  təhsilin  idarəetmə,  servis,  elmi-tədqiqat, 
metodiki-tədris  və  informasiya-texnoloji  mərkəzlərini  birləşdirməlidir.  Bu  infrastruktur  öz 
daxilində  təhsil  sistemində  İKT-nin  tətbiqi  imkanlarını  və  istifadəsini  yaxşılaşdırılması, 
informasiya  texnologiyalarının  tədris  prosesinə  inteqrasiyasını  təmin  etməli  –  idarəetmə, 
monitorinq,  akkreditasiya,  attestasiya  və  biliyin  qiymətləndirilməsi  üzrə  vahid  təhsil-
informasiya infrastrukturu yaradılmalıdır. 
Təhsil  sistemi  göstəricilərinə  dair  informasiya  monitorinqinin  təşkili,  elektron 
məktəblərin tətbiqi və şəraiti ilə bağlı xüsusiyyətləri nəzərə almaqla təhsil sisteminin səmərəli 
şəkildə  idarə edilməsinə şərait  yaradır. Elə buna  görə də ərazi  –  inzibati region  vahidlərinin 
müasir inkişaf mərhələsində təhlil və tədqiqatlara ehtiyac yaranır, informasiya monitorinqinə 
əsasən  təhsil  sisteminin  göstəricilərinin  proqnozlaşdırılmasına  dair  yanaşma  və  metodların 
formalaşdırılması  və  eləcə  də  təhsil  sisteminin  ərazi  bölgü  şəklində  idarə  edilməsi  mühüm 
məna kəsb edir. Proqramın, ilkin mərhələdə şəhər, sonrakı mərhələdə isə rayon və kəndlərdə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə