Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   ...   26   27   28   29   30   31   32   33   ...   47

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
73 
İNFORMOLOGİYA ELMİNİN ÖYRƏNİLMƏSİ PROBLEMLƏRİ 
 
Ə.M. Məmmədov 
pedaqoji elmlər namizədi, professor 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
 
1985-1986-cı tədris  ilindən  məktəblərdə və ali  məktəblərdə tədris olunan  informatika 
elmi hazırda biznes metodlarından istifadə edərək informasiyaların işlənməsinə keçmişdir və 
nəticədə  təbiətşünaslıq,  biznes  və  dini  elmlərin  qovşağında  yaranan  “İnformasiyalogiya” 
elminə  keçmişdir.  Biz  hesab  edirik  ki,  məktəblərdə  və  ali  məktəblərdə  fizika,  fəlsəfə  və 
informatika elmlərin qovşağından yaranan “İnformologiya” elmi tədris olunmalıdır. 
Bilirik  ki,  elmlər  həcmcə  çox  böyük  sürətlə  artır.  1900-cü  ilə  qədər  1750  il  ərzində 
elmlərin həcmi 2 dəfə artmışsa, 1900-cü ildən 1950-ci il arasında 2 dəfə, 1970-ci ildən 1990-
cı ilə kimi hər 5 ildə 2 dəfə artmış, 1990-cı ildən sonra isə hər il 2 dəfə artır. Elmlərin belə 
böyük sürətlə inkişafı dövründə informasiya böhranı (partlayışı) və informasiya qıtlığı hökm 
sürür. Informasiya okeanı yaranır, bu okeanın sərhədi yoxdur. Bu şəraitdə idarəetmənin yeni-
yeni problemləri yaranır. Artıq mürəkkəb sistemlərdə idarə etmə problemi yaranır. 
1942-1948-ci  illərdə  yaranan  və  bir  neçə  elmlərin  inteqrasiyasından  ibarət  olan 
Kibernetika  elmi  cansız  və  canlı  orqanizmlərdə,  başqa  sözlə  ən  mürəkkəb  sistemlərdə 
idarəetmənin ən ümumi qanunlarını öyrənən elm yarandı. Az müddət ərzində demək olar ki, 
bütün elmlər bu elmin metodlarından istifadə etməyə başladılar və nəticədə Kibernetika elmi 
diferensasiyaya uğradı və bu baza üzərində 1960-cı ildə informatika elmi meydana çıxdı. Bu 
elm  informasiyaların  toplanılması  qanunlarını  və  toplanmış  informasiyaların  emalı 
metodlarını  öyrənir.  Informatika  =  hesablama  vasitələri  +  alqoritmik  vasitələr  +  proqram 
vasitələri.  Bu  elmin  hansı  sürətlə  inkişafı  hamıya  məlumdur.  Lakin  real  aləmdə  öyrənmək 
üçün sonsuz sayda proseslər vardır. Artıq müxtəlif elmlərin qovuşmasında dayanan yeni-yeni 
elmlər  yaranır.  Bu  elmlərdən  biri  fizika,  fəlsəfə  və  infotrmatikanın  qovşağından  ibarə  olan 
İnformologiya elmidir. 
İnformologiya  İnformasiya  prosesləri  bazasında  materiyanın  ən  ümumi  xassələrini 
öyrənən  elmdir;  bu  elmin  öyrənmə  obyekti  informasiya  fəzalarıdır,  informasiya  sistemləri 
fəzalarının  qurulmasının  qanunauyğunluqlarını,  bizi  əhatə  edən  real  aləmin  öyrənilməsinə 
sistem yanaşmanı öyrənir. Daha ümumi şəkildə İnformologiyanın ümumi məsələsi bu və ya 
başqa  elmi  istiqamət  üzrə  biliklərin  təsnifata  ayrılması  və  birləşdirilməsini  öyrənməkdir, 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
74 
bütün  bu  biliklərə  dolğun  məna  verməkdir.  Bu  izahatdan  görünür  ki,  İnformologiyada 
İnformasiya  fəzaları sistemlərinin  elmi  araşdırılması  ilk plana keçir.  Burada  sistem dedikdə 
müəyyən  məqsədə  xidmət  edən  müxtəlif  təbiətli  elementlərin  külliyyatı  və  ya  tam  halında 
baxılan bir obyekti başa düşürük. Sistemlər bir-birindən tərkibə görə, həmçinin baş məqsədə 
görə fərqlənirlər. 
Firma,  kompüter,  telekommunikasiya,  kollektivlər,  cəmiyyət,  təlim  sistemdir. 
İnformasiya sistemlərini öyrənmək məsələsi İnformologiyanın əsas məqsədidir. 
İnformasiya  sistemi  dedikdə  qarşıya  qoyulan  məqsədə  çatmaq  üçün  informasiyaların 
saxlanılması, emalı və ötürülməsi ilə bağlı istifadə olunan vasitələrin, metodların, icra heyətin 
qarşılıqlı  əlaqəsinin  qurulmasını  başa  düşürük.  İnformasiya  sisteminin  tərkibinə  texniki, 
riyazi, proqram, informasiya, təşkilati, hüquqi alt təminat sistemləri daxildir. Texniki təminat 
informasiya sistemində işləmək, həmçinin bu vasitələr üçün sənədlər və texnoloji proseslər də 
daxil  olmaqla  texniki  vasitələrin  kompleksidir,  buraya  müxtəlif  kompüter  modelləri,  infor-
masiyaların  toplanılması,  emalı,  ötürülməsi  və  çıxış  qurğuları,  verilənlərin  ötürülməsi  və 
rabitə vasitələri, istifadə edilən materialları və başqaları aiddir. 
Riyazi  və  proqram  təminatının  tərkibinə  Riyazi  metodların  külliyyatı,  modellər, 
alqoritmlər, məsələlərin həllinin proqramlaşdırılması və s. daxildir. 
Təşkilati təminat informasiya sistemlərin istifadəsi və işlənməsi zamanı işçilərə texniki 
vasitələrlə qarşılıqlı iş şəraitində tələb olunan metodlar və vasitələr daxildir. 
İnformasiya  təminatına  informasiyaların  təsnifatı  kodlaşdırılması  sistemləri,  dövlət, 
sahə  və  regionlar  səviyyəsində  qəbul  olunan  sənədlər  informasiya  selinin  sxemləri,  verilən-
lərin bazasının yaradılması və s. daxildir. 
Hüquqi  təminata  hüquqi  normalar  külliyyatı,  informasiya  sistemlərindən  istifadənin 
hüquqi statusu və s. daxildir. 
İnformasiya  sistemi  informasiya  fondundan  və  əməliyyatlarından  (informasiyanın 
daxil edilməsi, axtarışı, təşhih edilməsi və ötürülməsi) ibarət kompleksdir. 
İnformasiya sisteminin əsas komponenti orada saxlanan  informasiya ehtiyatıdır. Onu 
informasiya fondu adlandırırlar. Burada informasiya hər hansı əlamətə görə nizama salınmış 
qaydada və müəyyən dildə göstərilir. 
İnformologiya elmində informasiyalar fəzasında müxtəlif sahələrə dair informasiyalar 
toplanılır  və  İnformasiyaların  sintaksis,  semantik  və  proqmatik  adekvatlığı  araşdırılır. 
Sintaksis  araşdırmada  informasiyaların  formal  struktur  xarakteristikaları,  sürəti,  ötürmə, 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
75 
informasiya  daşıyıcıları,  kodların  ölçüləri  və  s.  öyrənilir.  İnformasiyaların  mənaları  öy-
rənilmir. 
Semantikada informasiyalar mənaca təhlil olunur, informasiya modeli ilə real modelin 
uyğun olub olmaması öyrənilir. 
Praqmatikada  informasiyanın  istifadəçinin  tələbatını  ödəyib-ödəməməsi  məsələləri 
araşdırılır.  İnformasiyanın  miqdar  ölçüləri  də  analoji  olaraq  bu  bölgüyə  görə  aparılır,  yəni 
sintaksis, semantik və praqmatik ölçü təyin edilir. 
Yuxarıda göstərdik ki, informologiyada materiyanın ümumi xassələri əks olunur. Əks 
etmənin isə müxtəlif növləri vardır: 
1)  Passiv  əksetmə  (inikas)  (cansız  aləmdə)-burada  informasiya  daşıyıcılarda  qeyd 
olunur, fiksə edilir. 
2) Aktiv əks etmə (canlı aləmdə)-bu sinir toxumaların qıcıqlanması kimi elementar əks 
etmədir; 
3) Psixoloji; 
4) Şüurluluq (düşüncə, idrak, anlamaq) 
Real  aləmdə  iki  növ  fundamental  əlaqə  vardır:  Maddələr  mübadiləsi  və  enerji 
mübadiləsi. Bu  mübadilələr ona görə fundamental  mübadilələr adlanır ki, digər  mübadilələr 
onların vasitəsilə reallaşır. İnformasiya energetik və maddi əlaqələrin kompleksidir. 
Qeyd  edək  ki,  hər  bir  qarşılıqlı  əlaqə  prosesi  öz  növbəsində  informasiya  prosesidir. 
Burada  informasiya  anlayışına  ümumi  tərifin  verilməsi  problemləri  ilə  rastlaşırıq.  İnfor-
mologiya  sahəsində  işləyən  mütəxəssislər  hesab  edir  ki,  informasiya  inikasın  ölçüsüdür. 
İnformasiya  obyektlərin  qarşılıqlı  əlaqəsi  zamanı  dəyişən,  qarşılıqlı  əlaqə  olmayanda 
dəyişməyən  kəmiyyətdir.  İnformasiyaların  növü  anlayışını  daxil  etdirməklə  konkretləşdirmə 
aparmaq  olar.  Məsələn  simvolik,  struktur,  metainformasiya  və  s.  haqqında  danışmaq  olar. 
Real aləmdə obyekt və proseslərin 3 növü vardır: 
-
 
Material obyektləri və prosesləri; 
-
 
İdeal obyektlər və proseslər; 
-
 
İdeal və material obyektlərin özündə birləşdirən kompleks obyektlər; analoji olaraq 
bir-biri ilə qarşılıqlı əlaqədə və bir-birini tamamlayan üç növ informasiya vardır: 
-
 
Fiziki informasiya-canlı və cansızlarda mövcud olan ilkin informasiyalar; 
-
 
Obrazlı informasiya-canlı aləmdə (dinamik sistemlərdə) olan birincinin emalından 
sonrakı ikinci informasiyalar; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə