Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   ...   25   26   27   28   29   30   31   32   ...   47

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
70 
Təlimdə  xətti  və qeyri  xətti texnologiyaların  müvəffəqiyyətli əlaqələndirilməsi tədris 
prosesində qarşıya qoyulan məqsədə çatmağı əhəmiyyətli dərəcədə asanlaşdırır. 
Birinci  halda  müəllim  bilik  bələdçisi  (koordinator)  rolunda  çıxış  edir.  Ondan  həmin 
fənn sahəsinə aid xətti quruluşa uyğun biliklərə malik olmaq, biliklərin verilməsinin didaktik 
(çox halda xətti) texnologiyasını həyata keçirmək, bölmələrin düzülmüş ardıcıllığına müvafiq 
verilmiş  həcmdə  biliklərin  dekompozisiyasını  düzgün  aparmaq,  sonra  isə  onu  sistem-
ləşdirməyi bacarmaq tələb olunur. 
Qeyri  xətti  modeldən  istifadə  zamanı  müəllimin  rolu  dəyişir.  Bu  zaman  müəllim 
şagirdlərin fəaliyyətinin təşkilatçısı, məsələləri qoyan, sistemli əlaqələndirici (inteqrator) kimi 
çıxış  edir.  Onun  tədris  etdiyi  fənn  sahəsinə  aid  biliyinə  və  şəxsi  keyfiyyətlərinə  yüksək 
tələblər verilir. 
Qeyri xətti texnologiyalar dərketmənin aləti kimi çıxış edən: 
-
 
kompüter aksesuarlarla (köməkçi əlavə qurğuları ilə), CD-ROM, multmedia və s.; 
-
 
proqram vasitələri – elektron vasitə, verilənlər bazasının idarəetmə sistemi (VBİS), 
ekspert  sistemlər,  proqramlaşdırmanın  paradiqmaları,  testlər,  modelləşdirmə  vasitələri, 
kompüter modelləri; 
-
 
tədris layihələri və nümayiş nümunələri; 
-
 
nümayiş modelləri, elektron dərsliklər; 
-
 
informasiya sistemləri; 
-
 
semantik şəbəkələr; 
-
 
telekommunikasiya vasitələrindən istifadə edir. 
Hazırkı dövrdə qeyri xətti texnologiya aşağıdakı növlərə ayrılır: 
-
 
kompüter modelləşdirməsi dərketmənin əsas metodu kimi; 
-
 
tədris layihə fəaliyyəti; 
-
 
hipermedia texnologiyaları (hipermətn, WWW və s. daxil olmaqla); 
-
 
multmedia texnologiyaları; 
-
 
telekommunikasiya texnologiyaları; 
-
 
informasiya modelləşdirilməsi; 
-
 
ekspert sistem texnologiyaları; 
-
 
virtual reallıq texnologiyaları; 
-
 
testləşdirmə; 
-
 
müxtəlif tədbirlər – seminarlar, konfranslar, olimpiadalar, turnirlər və s. 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
71 
Qeyri xətti texnologiyanın hər hansı bir növünün işlənməsi zamanı bir sıra mərhələlərə 
riayət etmək lazımdır: 
1) məsələnin qoyuluşu; 
2) verilmiş fənn sahəsi üzrə mənbələrin xülasəsi; 
3) dərketmə vasitələrinin seçilməsi və mənimsənilməsi; 
4) layihənin yerinə yetirilməsi qrafikinin planlaşdırılması; 
5) layihə üzrə işin yerinə yetirilməsi; 
6) nəticələrin təhlili, layihəyə aid nəticə və hesabatın tərtibi (referat, məqalə və hesabat 
formasında); 
7)  verilmiş  fənn  sahəsi  üzrə  şəxsi  biliklərin  sistemləşdirilməsi  və  ümumiləşdirilməsi 
(nəzəriyyə elementlərinin formalaşdırılması). 
Hazırkı  dövrdə  müasir  kompüter  texnologiyasından  istifadə  problemləri  ilə  əlaqədar 
bir sıra istiqamətləri ayırmaq olar. Birinci, məzmunun, o cümlədən proqram məhsullarının və 
metodik  təminatların  lazımi  səviyyədə  işlənməməsi,  həmçinin  təhsildə  informasiya 
texnologiyalarının  tətbiq  imkanlarından  xəbərdar  olmamaqdır.  İkinci,  təhsil  texnologiyaları 
çoxluğunun  və  onların  sərbəst  seçim  (bu  xüsusilə  informasiya  texnologiyalarından  istifadə 
zamanı  lazım  olan  təlimdə  fərdi  yanaşmanı  və  şagirdlərin  meyl-maraqlarının  nəzərə 
alınmasını  əhatə  edir)  təminatının  kifayət  qədər  olmamasıdır.  Üçüncü,  tədris  prosesində 
müxtəlif  forma  və  növ  kompüter  texnologiyalarından  istifadənin  fasiləsizliyinin  təmin 
olunması. 
Qeyd  edilən  problemlərlə  əlaqədar  təlimdə  müasir  kompüter texnologiyasından  daha 
effektli  istifadənin  təmin  olunmasına  imkan  verən  bir  sıra  məsələlərin  konkret  fənn  üzrə 
həllinə baxaq: 
1.
 
Fizika müəllimlərinin «sırf informasiya texnologiyası» və onun pedaqoji- psixoloji 
əsasları ilə əlaqədar ixtisaslaşmasının təmin edilməsi. 
2.
 
Fizika müəllimlərini pedaqoji vasitələrin tətbiqinə imkan verən və onlar üçün baza 
hesab edilən informatikanın müvafiq sahələrinə hazırlamaq. 
3.
 
Əsas  müəllim  kollektivinin  kompüterlə  iş  zamanı  istifadəçi  mədəniyyətinə 
yiyələnməsi  üçün  kompüter  texnikasına  sərbəst  daxil  olmaq  şəraitinin,  bacarıq  və 
vərdişlərinin aşılanması. 
4.
 
İnteqrasiya edilmiş  tədris  layihələrinin (verilənlər bazası  formasında  informasiya 
dayağı) qeydiyyat mexanizminin və daxili ekspert qiymətinin işlənməsi. 
5.
 
Tətbiqi pedaqoji proqram vasitələrinin mənimsənilməsi. 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
72 
6.
 
Təhsildə kompüterdən istifadəyə əsaslanan pedaqoji texnologiyanın effektliliyinin 
tədqiq olunması: 
-
 
 effektlilik meyarlarının işlənməsi; 
-
 
 pedaqoji proqram vasitələrinə təlabatların formalaşdırılması; 
-
 
 kompüter kommunikasiyalarının rolunun tədqiq olunması; 
-
 
 tədris  və  dərsdənkənar  fəaliyyətin  təşkilinin  yeni  formalarının  tədqiq 
olunması; 
-
 
 şagirdlərin informasiya hazırlığının birbaşa proqramının formalaşdırılması. 
7.
 
Müəllimin fəaliyyət üsullarının təşkili: 
-
 
 pedaqoji texnologiyaların layihələndirmə vərdişlərinin mənimsənilməsi; 
-
 
 pedaqoji  proqram  vasitələrinin  yaradılması  üçün  məsələnin  qoyuluşu, 
vərdişlərin mənimsənilməsi; 
-
 
 pedaqoji kommunikasiyaların təşkili; 
-
 
 şagirdlərin  bilik  və  bacarıqlarının  kompüterlə  test  yoxlanması  metodlarının 
mənimsənilməsi. 
ƏDƏBİYYAT 
1.
 
Fizika.  Yeni  nəsil  multimedia  dərsliyi  (mexanika,  molekulyar  fizika.  Elektrodinamika.  Optika. 
Kvant fizikası.). Bakı: Bakınəşr, 2007 
2.
 
İsmayılov  İ.N.  Fizikanın  tədrisi  metodikasının  təkmilləşdirilməsində  yeni  informasiya 
texnologiyaları vasitələrinin yeri, rolu və funksiyaları. //Pedaqoji Universitet Xəbərləri. 2005, № 2, s. 26-32 
3.
 
İsmayılov  İ.N.,  Abdullayev  C.S.  Təlimin  texniki  vasitələri  və  yeni  informasiya  texnologiyaları. 
Tədrisdə onlardan istifadə metodikası (fizika materialları əsasında). Bakı: Təhsil, 2006, 358 s. 
4.
 
İsmayılov  İ.N.  Fizikanın  tədrisində  yeni  informasiya  texnologiyalarından  istifadə  (laboratoriya 
praktikumu). Bakı: ADPU, 2008, 170 s. 
5.
 
İsmayılov  İ.N.  Fizikanın  tədrisi  prosesində  yeni  informasiya  texnologiyalarının  tətbiqi  yolları. 
/Təhsildə qloballaşma və İKT mövzusunda beynəlxalq konfrans (17- 19 may 2008). Bakı: 2008, s.142-150 
6.
 
İsmayılov  İ.N.  Fizikanın  tədrisində  yeni  informasiya  texnologiyalarından  istifadənin  nəzəri  və 
praktik məsələləri. Bakı: Mütərcim, 2009, 244 s. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə