Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ ƏSASLARI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   ...   21   22   23   24   25   26   27   28   ...   47

TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
57 
Ali  təhsil  müəssisələrində  təlim-tədris  prosesinin  təşkilinin,  inzibati  idarəetmənin  İT 
əsasında həyata keçirilməsi, müvafiq texniki-texnoloji infrastukturun, tədris-metodik bazanın 
inkişafı,  ilk  növbədə  “Ali  təhsil  müəssisələrinin  avtomatlaşdırılmış  idarəetməsistemlərinin” 
(ATMAİS) yaradılması ilə əlaqadardır. 
Öz  növbəsində  “Ali  təhsil  müəssisələrinin  avtomatlaşdırılmış  idarəetməsistemləri” 
(ATMAİS) bir neçə sistem bloklarını özündə ehtiva edən ierarxik modul şəbəkəsi kimi çıxış 
etməkdədir. 
Məxsusi  olaraq,  “Ali  təhsil  müəssisələrinin  avtomatlaşdırılmış  idarəetmə  sistemi” 
(ATMAİS)  təşkilatı  tədris-metodik,  elmi-tədqiqat  və  inzibatı  idarəetmə  məsələlərin  həllinə 
yönəlmiş  “informasiyanın  işlənməsinin  paylaşdırılmış  alt  sistemləri    ilə  yanaşı,  ümumi 
təyinatlı  informasiya    mühiti,  (ÜTİM)  “şəbəkənin  idarəetmə  xidməti  (SİX)  alt  sistemlərini 
özündə ehtiva edir. 
Kompüter şəbəkəsinin  (K.Ş)  carı istismarı, istismar imkanlarının genişlənməsi bütöv-
lükdə “Ali təhsil müəssisələrinin avtomatlaşdırılmış idarəetmə sistemi” (ATMAİS), inteqrativ 
funksiyalarının icrası, əlahiddə informasiya hesablama, informasiya-kommunikasiya mərkəz-
ləri tərəfindən həyata keçirilir. 
Baxılan  tədqiqat  işi,  ADPU-da    “Ali  təhsil  müəssisələrinin  avtomatlaşdırılmış 
idarəetmə sisteminin” (ATMAİS) əlahiddə struktur bölmələrinin  məxsusi olaraq elektron test 
sisteminin didaktik və texnoloji cəhətlərinin müəyyən edilməsinə həsr olunur. 
    
Son  illər  pedaqoji  praktikada  test-sınaq  yoxlamalarının  elektron  vasitələrlə,  kompüter 
testləri  vasitəsilə  aparılması  təlimin  keyfiyyətinin  diaqnostikasında  mühüm  əhəmiyyət  kəsb 
edir.    
      
Baxılan  tədqiqat  işində  təlimin  keyfiyyətinin  idarə  olunmasında  diaqnostik  sistemlərin 
tətbiqinin xüsusiyyətləri təhlil olunmuşdur. 
    
Məxsusi  olaraq,  tədqiqat  işində  ali  təhsilin  keyfiyyətinin  diaqnostikasının  testləşmə 
üsulu ilə aparılması xarakterizə olunur. 
    
Tədqiqat  ənənəvi  nə  kompüter  test  üsulunun  tənasübünə  dair  ADPU-da  keçirilən 
sorğunun əsasında həyata keçirilir. 
      
Araşdırmada  ADPU-da  təhsil  alan  207  tələbə  iştirak  etmişdir.  Bunlardan  32  tələbə 
Fizika  (%15,46),  42  tələbə  Filologiya  fakültəsi  İngilis  dili  (%20,29),  Riyaziyyat,  21  tələbə 
Riyaziyyat 2-ci kursda (%10,14) və 32 tələbə isə 4-cü kursda (%15,46), 53 tələbə Riyaziyyat və 
İnformatika (%25,60), 27 tələbə isə Tarix ixtisasında (%13,04) təhsil almaqdadır. 


TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
58 
Araşdırmada  iştirak  edən  tələbələrin  42-si  oğlan  (%20,29)  və  165-i  isə  qız  tələbələridir.  Eyni 
şəkildə araşdırmada iştirak edən tələbələrin 192-si Azərbaycan (%92,75) və 15 nəfəri isə Türk 
vətəndaşlığı olan tələbələrdir (%7,25). 
Tələbələrin KDT ilə bağlı görüşləri 
Araşdırmada  iştirak  edən  207  tələbəyə  KDT  mövzusunda  müsbət  və  mənfi  görüşləri 
haqqında  suallar  verilmiş  və  əldə  edilən  cavablar  gözdən  keçirilərək  hesabat  hazırlanmışdır. 
Buna  görə  bütün  tələbələr  üzərindən  KDT  ilə  əlaqədar  ön  plana  çıxan  müsbət  görüşlərin  bir 
qismi sıxlıq ardıcıllığına görə aşağıdakı qaydada sıralanmışdır. 
1.
 
KDT obyektivdir və tələbələrin biliklərini düzgün ölçür; 
2.
 
KDT-də özümü rahat/sərbəst hiss edirəm; 
3.
 
KDT-nin tətbiqində zamana tam riayət olunur ; 
4.
 
KDT-də nəticələri anında öyrənirəm; 
5.
 
Müasir sistemə uyğundur; 
6.
 
KDT fərdidir; 
7.
 
KDT kompüter savadını artırır; 
8.
 
Hisslərə yer vermir, hər şey dəqiqdir; 
9.
 
KDT-də və tətbiqində insanın müdaxiləsi yoxdur; 
10.
 
Kompüter hər kəslə bərabər davranır. 
Bu  görüşlər  alındığı  zaman      tələbələrin  KDT  ilə  bağlı  görüşləri  üstünlük  təşkil  edir. 
Çünki tələbələrin  KDT-nin etibarlılığı  mövzusundakı görüşləri, tətbiqlə  bağlı görüşlərinə görə 
daha  üst  səviyyədə  olduğu  aydındır.  Bu  səbəbdən  tələbələrin  KDT  ilə  əlaqədar  ən  diqqətə 
çarpan  görüşləri  “KDT  obyektivdir  və  tələbənin  biliyini  doğru  qiymətləndirir“  şəklində  əldə 
edilmişdir. 
Bütün  tələbələr  üzərindən  KDT  ilə  əlaqədar  ön  plana  çıxan  mənfi  görüşlərin  bir  qismi  sıxlıq 
ardıcıllığına görə aşağıdakı qaydada sıralanmışdır. 
1.
 
KDT-də sual və cavablar səhv ola bilər; 
2.
 
KDT-də bir neçə seçim eyni ola bilər; 
3.
 
KDT-də teorem isbatını əhatə etmir; 
4.
 
KDT əzbərçiliyə səbəb olur; 
5.
 
KDT dil və ifadə bacarığının inkişaf etdirilməsinə mane olur; 
6.
 
KDT-də tələbə özünü ifadə edə bilmir; 
7.
 
KDT-də əlavə suallar verilmir; 
8.
 
Sağlığa zərərlidir. 


TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
59 
9.
 
KDT rahat və tənbəlliyə alışdırır; 
10.
 
KDT-nin tətbiqi əsnasında şikayətlərin olduğu halında həmsöhbət tapa bilmirəm; 
11.
 
KDT insan beynini robotlaşdırır; 
12.
 
İyerarxik deyil. Ekranda və klaviaturada ləkələr olur. 
13.
 
Əlavə vasitələr verilmir. 
Nəticə və təkliflər: 
ADPU  tələbələri  KDT-nin  ən  əhəmiyyətli  xüsusiyyətini  etibarlı  və  xətasız  qiy-
mətləndirmə  olaraq  qəbul  edirlər.  Bu  mövzuda  ikinci  əhəmiyyətli  görüş  isə  KDT-nin  istifa-
dəsinin  asan olmasıdır. Bu görüşlər tələbələrin  ixtisaslarına görə  müxtəlifdir. Məsələn, İngilis 
dili ixtisasında təhsil alan tələbələr KDT ilə bağlı görüşləri üstünlük təşkil edir. Bunun əksinə 
olaraq  xüsusilə  Fizika  ixtisasında  təhsil  alan  tələbələrin  FKT  ilə  əlaqədar  görüşləri  ən  aşağı 
səviyyədədir.  Bu  hal  test  mühiti  olaraq  kompüterlərin  istifadəsi  ilə  KDT-nin  çoxdan  seçməli 
maddə  formatından  olduğu  tələbə  görüşlərində  ortaya  çıxır.  Bildiyimiz  kimi  çoxdan  seçməli 
testlər bilik və qavrama mərhələsində tələbə görüşlərindən ortaya çıxır. Çoxdan seçməli testlər 
bilik  və  qavrama  mərhələsindəki  məzmun  üçün  daha  çox  üstünlük  verilən  bir  ölçmə  vasitəsi 
olmasından qaynaqlanmaqdadır. Tətbiq, analiz, sintez və qiymətləndirmə kimi daha üst səviyyə 
bilik səviyyələri üçün inşa tipli testlər daha uyğundur. 
Bu araşdırmadakı işçi qrupunu təşkil edən və müəllim kadrı kimi hazırlanan tələbələrin 
KDT  ilə  bağlı  görüşlərinin  səviyyəsi  nə  olursa  olsun  ümumiyyətlə  müəllimlik  peşəsinə 
başladığında  KDT-yə  üstünlük  vermələri  və  onun  tətbiqi  üzrə  özlərini  hazır  hiss  etdiklərini 
ifadə  etmişlər.  Bu  hal  KDT-nin  təlim  prosesindəki  əhəmiyyətinin  müəllim  kadrları  tərəfindən 
qəbul edildiyi mənasına gəlir. 
Bu araşdırmada ortaya çıxan digər bir nəticə isə ondan ibarətdir ki, tələbələrin kompüter savadı 
artdıqca  KDT  ilə  bağlı görüşləri də düz  mütənasib olaraq artmaqdadır. Bu səbəbdən də digər 
nəticələr  nəzərə  alındığı  zaman  tələbələrin  kompüter  istifadə  etmə  bacarıqlarının  artırılması 
KDT ilə əlaqədar görüşlərini təkmilləşdirəcəkdir. 
 
ƏDƏBİYYAT 
1.
 
Akkoyunlu, B. (1994), Bilgisayarların müfredattaki yeri ve öğretmen Eğitimi. I. Eğitim Bilimleri 
Kongresi, 28 - 30 Nisan. Balcalı - Adana. Cilt 1. 415 - 420. 
2.
 
Aşkar, P. (1990), Okullarda Bilgisayar Destekli Öğretim Uygulamaları, (2. baskı, 1998). BİTAV 
3.
 
Bandura,    A.  (1986).  Social  foundations  of  thought  and  action:  A  social  cognitive  theory.  New 
Jersey: Prentice Hall, 391. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə