Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ ƏSASLARI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   ...   20   21   22   23   24   25   26   27   ...   47

TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
54 
səmərəliliyini və keyfiyyətini yüksəltmək üçün hərəkətverici amil olsun. Qiymətləndirmənin 
aparılmasında  əsas  məqsəd  təhsilin  keyfiyyətini  və  təhsil  sisteminin  necə  idarə  olunmasını 
öyrənmək,  fəaliyyətin  qarşıya  qoyulmuş  məqsədlərə  uyğun  gəlməyən  komponentləri 
haqqında vaxtında lazımi tədbirlər görməkdir. 
Monitorinq  və  qiymətləndirilmənin  əsas  məqsədi  təhsil  sisteminin  baxılan  sahəsinin 
qiymətləndirilməsi  nəticəsində onun keyfiyyətcə yüksəlməsinə  yönələn tərbiyəvi  və təşkilatı 
işlər  görmək,  təhsilin  keyfiyyətinin  idarə  olunması,  gələcək  inkişafı  istiqamətlərinin  təyin 
edilməsi,  təkmilləşdirilməsi  və  yenidən  qurulması  barədə  qərar  qəbul  edilməsində  yardımçı 
olmaqdır. Bütün bunlar təhsil sistemində qarşıya qoyulmuş məqsədləri həyata keçirmək üçün 
tətbiq  olunan  yeniliklərin  səmərəliliyinin  və  effektivliyinin  artırması,  gələcək  inkişafı, 
təkmilləşdirilməsi və təhsil sisteminin işinin yaxşılaşdırması, yenidən qurulması, təhsilin idarə 
edilməsinin keyfiyyətinin təmin edilməsidir. 
Elektron  məktəblər  üzrə  virtual  məkanda  təhsilin  sisteminin  monitorinqi  və 
qiymətləndirilməsinin  aparılmasında  əsas  məqsəd  təhsilin  keyfiyyətini  və  təhsil  sisteminin 
necə  idarə olunmasını öyrənmək,  fəaliyyətin qarşıya qoyulmuş  məqsədlərə uyğun gəlməyən 
komponentləri haqqında vaxtında lazımi tədbirlər görməkdir [5]. 
Bunun  üçün  də  virtual  məkanda  təhsil  sisteminin  monitorinq  və  qiymətləndirmənin 
sistemli şəkildə, fasiləsiz həyata keçirilməsini tələb olunur. 
Beləliklə, müasir dövrdə elektron məktəblərin tətbiqi zəminində virtual məkanda təhsil 
sisteminin  monitorinq  və  qiymətləndirilməsi  Azərbaycan  təhsil  sisteminin  modernləş-
dirilməsi, onun keyfiyyətcə yüksəlməsinə yönələn tərbiyəvi və təşkilatı işlər görmək, təhsilin 
keyfiyyətinin  idarə  olunmasını  və  onun  yaxşılaşdırılması,  gələcək  inkişaf  istiqamətlərinin 
təyin edilməsi, təkmilləşdirilməsi və yenidən qurulması barədə qərar qəbul edilməsinə imkan 
yaradacaq. Bunlar əsasında bütün ölkə üzrə təhsil proseslərinin effektiv şəkildə aparılması və 
onun  səmərəliliyinin  artırılmasına  nail  olmaq  olar.  Nəticədə  təhsil  alanların  biliyinin  həm 
keyfiyyətcə,  həm  də  kəmiyyətcə  bütün  dünya  səviyyəsində  artırılması,  Azərbaycanın 
ümumavropa  və  ümumdünya  təhsil  məkanına  girməsi  üçün  daha  bir  addım  olacaq  və  milli 
təhsilimizin qlobal tələblərə cavab verməsinə imkan yaradılacaq. 
 
ƏDƏBİYYAT 
1.
 
“2008-2012-ci  illərdə  Azərbaycan  Respublikasında təhsil  sisteminin informasiyalaşdırılması  üzrə 
Dövlət Proqramı”, Bakı, 10.06.2008. 
2.
 
R.M.Əliquliyev,  R.Ş.Mahmudova,  “Yeni  informasiya  texnologiyalarının  təhsildə  tətbiqi 
imkanları”, AMEA İnformasiya texnologiyalar institutu, Beynəlxalq Konfrans, 2007. 


TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
55 
3.
 
Исайкин О.А.,Туманов Е.А., “NET школа как основа региональной единой информационно-
образовательной среды”, «РООС» (Региональные общеобразовательные системы), г.Самара, 2008. 
4.
 
Abdulla Mehrabov, İlham Cavadov, “Ümumtəhsil məktəblərində monitorinq və qiymətləndirmə”, 
Bakı-2007 
5.
 
Л.М.Александровна,  «Опыт  организации  и  мониторинга  учебной  деятельности  в  школе  – 
материал из КМ-Wiki”, Псковский област, 2009. 
 
 


TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
56 
AVTOMATLAŞDIRILMIŞ İNFORMASİYA SİSTEMLƏRİNİN 
  TEXNOLOJİ TƏMİNATININ XÜSUSİYYƏTLƏRİ 
 
A.R. Buniyatov 
fəlsəfə elmləri doktoru, professor 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
 
M.A. Nəcəfov 
fəlsəfə elmləri namizədi, dosent 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
    
 G.М. Verdiyeva 
pedaqoji elmlər namizədi 
Gəncə Dövlət Universiteti 
 
ABSTRACT 
 
The  present implementation  of  the  computer net, improvement  of  implementation  possibilities, 
the  execution  of  integrative  functions  of  the  automized  management  system  of    high  education 
institution  all  in  all  are  carried  out  by  the  separate  information-calculations  and  information-
communication centers.  
The  considered  research  work  «  The  automatized  management  system  in  the  institutes  of  the 
higher education (AMSIHE) is separetly devoted to determination of the functional characteristics and 
specific features of the structure parts.  
 
GİRİŞ 
Ali təhsil müəssisələrində həyata keçirilən təhsil islahatlarının effektivliyinin və səmə-
rələliyinin  artırılması,  təhsilin  keyfiyyətinin  yüksəldilməsi  əhəmiyyətli  dərəcədə  pedaqoji 
innovasiyaların,  müasir  İKT-nın  telekomunikasiya  sistemlərinin  təlim-tədris  prosesində 
inzibatı idarəetmədə tətbiqi ilə əlaqədardır. 
Ali məktəblərdə təhsilin informatlaşması, özü-özlüyündə texnoloji təlim sistemlərinin 
realizə olunması baxımından səciyyələnir. 
Belə ki, telekomunikasiya infrastrukturu bazasında avtomatlaşdırılmış idarəetmə siste-
minin  qurulması,  informasiya  təhsil  resursları  sisteminin  yaradılması  və  istismarı,  texnoloji 
təlim mühitinin formalaşması kimi qiymətləndirilməlidir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə