Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   ...   11   12   13   14   15   16   17   18   ...   47

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
34 
Təhsil  sistemlərinin  zəmanə  ilə  ayaqlaşa  bilməsi  üçün;  əvvəldən  mövcud  olan,  yeni 
yayılmağa  başlayan  və gələcəkdə ortaya çıxacaq  olan texnologiyaların  inteqrasiya olunması 
və təhsilə tətbiq olunması lazımdır. Radio, televiziya, video konfrans, uzaqdan təhsil, www, e-
mail  kimi  texnologiyalar;  bir  çox  istiqamətdən  təhsildə  fürsət  bərabərliyi  təmin  edəcək  yeni 
təhsil mühitləri meydana gətirə bilər. 
NƏTİCƏ 
Yuxarıdakı  şərhlərdən  aydın  olduğu  kimi  rəqəmsal  yetkinliyə  sahib  olmamaq  həm 
fərdi,  həm  də  ictimai  mənada  geri  qalmışlığa  səbəb  olacaq.  Bu  səbəblə  lazım  olan 
infrastrukturun  tamamlanması  və  texnologiya  istifadənin  milli  təhsil  strategiyasının 
əhəmiyyətli  bir  parçası  halına  gəlməsi  lazımdır.  Rəqəmsal  texnologiyalar,  fərdi  və  ictimai 
yetkinliyin dəstəklənilməsi üçün, ya da cəmiyyətdə bir kompetensiya müddətinin başladılması 
üçün  istifadə  edilməlidir.  Rəqəmsal  texnologiyaları  istifadə  edərək  birliklərin  informasiya 
cəmiyyətinə səmərəli şəkildə  iştirakını təmin edərək kompetensiya səviyyəsini artıra  bilərik. 
Məktəblərdə texnologiyadan  istifadənin  yayılması  əhəmiyyətlidir. Ancaq, bu texnologiyaları 
istifadə  edəcək  müəllimlərin də texnologiyadan  istifadə  bacarıqlarına sahib olması  lazımdır. 
Müəllim  yetişdirən təşkilatların da proqramlarında texnologiyadan istifadəni, texnologiyanın 
təhsildə istifadəsi kimi dərslərə yer verərək, müəllim kadrlarına texnologiyadan istifadə etmə 
bacarıqlarını qazandırması lazımdır. 
Bundan  başqa  hökumətlərin  də  texnologiya  istifadəsini  yaymağa  istiqamətli  işlər 
planlaması və tətbiqi lazımdır. Bunlar: 
-
 
rəqəmsal  yetkinliyin  qazandırılmasında rəqəmsal  uçurum  ilə  mübarizə  məqsədilə 
layihələr hazırlanması; 
-
 
texnoloji  məhsullarının  sadə,  anlaşıla  bilən,  cəmiyyətin  təhsil  və  informasiya 
səviyyəsi aşağı təbəqələr tərəfindən belə istifadə edilə biləcək şəkildə inkişaf etdirilməsi, ana 
dilində məzmun yaradılmasının təşviq edilməsi; 
-
 
informasiya əldə etmə haqqının konstitusiya səviyyəsində təyin olunması; 
-
 
texnologiyanın  yayılması  və  əldə  edilməsinin  asanlaşdırılması  üçün  ödənişsiz 
rabitə və texnologiya mərkəzlərinin yaradılması; 
-
 
hər  vətəndaşın  İnformasiya  və  Telekommunikasiya  Texnologiyası  (İÜT)  şəbəkə-
lərinə daxilolma və bu xidmətlərdən faydalanmasının təmin edilməsi; 
-
 
cəmiyyətin bütün təbəqələrinə (ibtidai-orta-ali təhsildəki şagirdlər, işçilər, işsizlər, 
əlillər  və  s.)  İÜT  istifadə  təhsili  verilməsinə  istiqamətlənmiş  mexanizmlərin  qurulması  və 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
35 
gənclər üçün müəyyən imkanlar yaradılarkən əlil və yaşlıların İÜT istiqamətli ehtiyaclarının 
da diqqətə alınması; 
-
 
informasiya cəmiyyəti hədəfi istiqamətində ictimai şüur formalaşdırılması; 
-
 
hədəflərin  dəqiq  şəkildə  təyin  olunaraq  tətbiq  edilmə  addımındakı  idarəçilər 
tərəfindən mənimsənməsinin təmin edilməsi; 
-
 
elektron  imza,  informasiya  təhlükəsizliyi,  fərdi  məlumatların  gizliliyi  və  şəbəkə 
təhlükəsizliyi mövzularında lazımlı qanuni tənzimləmələr aparılması lazımdır. 
 
ƏDƏBİYYAT 
1.
 
Achuonye, K. A (2004). Contemporary educational technology. Port Harcourt: Pearl Publishers. 
2.
 
Dijk,  J.  (2003).  A  Framework  for  digital  divide  research.  In  Electronic  Journal  of 
Communication/Revue  de  Communication  Electronique,  (12),1-  2.  11.  11.  2009  tarihinde  http://www.cios. 
org/www/ejc adresinden erişildi. 
3.
 
Dünya  İnternet  Kullanım  İstatistikleri  (2009).  İnternet  world  usage  statistics.  The  internet  big 
picture. 11. 10. 2009 tarihinde http://www.internetworldstats.com/stats.htm adresinden erişildi. 
4.
 
adresinden erişildi. 
5.
 
European Commission (2003). European Commission’s memorandum on Lifelong learning. 12. 02. 
2004 tarihinde http://ec.europa.eu/education/policies/lll/ lll_en.html adresinden erişildi. 
6.
 
Ferri,  P.,  Cavall,  N.,  Costa,  e.,  Mangiatordi,  A.,  Mizzella,  S.  Pozzali,  A.  Ve  Scenini,  F.  (2009). 
Italian university students and digital technologies: Some results from a field research. M.D. Lytras et al. (Eds.): 
WSKS 2009, CCIS 49, pp. 357–365, 2009. 
7.
 
Garrison, D. R. ve Anderson, T. (2003). E-Learning in the 21st Century: A framework for research 
and practice. London: RoutledgeFalmer. 
8.
 
Goossens,  Y.,  Jefferies,  A.  &  Bullen,  P.  (2008).  Technology  at  university:  New  students’ 
expectations  for  social  and  academic  uses.  Proceedings  of  World  Conference  on  Educational  Multimedia, 
Hypermedia and Telecommunications 2008 (pp. 4118-4126). Chesapeake, VA: AACE. 
9.
 
Groot, H. (2002). “Unemployment, growth and the organisation  of  work', Annual Conference of 
the European Economic Association, Venice. August 21-24. 
10.
 
Hague,  C.  ve  Williamson,  B.  (2009).  Digital  participation,  digital  literacy,and  school  subjects.  A 
review  of  the  policies,  literature  and  evidence.  9.  9.  2009  tarihinde  www.futurelab.org.uk/projects/digital-
participation adresinden erişildi. 
11.
 
Harvey,  L.  (2004).  Analytic  quality  glossary,  quality  research  international, 9.  09.  2009  tarihinde 
http://www.qualityresearchinternational.com/glossary/ adresinden erişildi. 
12.
 
Kekkonen-Moneta, S. & Moneta, G. (2001) “Online learning in Hong Kong: A preliminary 
13.
 
comparison of the lecture and online versions of a computing fundamentals course” 
14.
 
Proceedings International WWW Conference (10), Hong-Kong. 
15.
 
Makinen,  M.  (2006)  Digital  empowerment  as  a  process  for  enhancing  citizens'  participation,  E-
Learning, 3(3), 381-395. 17. 09. 2009 tarihinde http://dx.doi.org/10.2304/elea.2006.3.3.381 adresinden erişildi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə