Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   ...   7   8   9   10   11   12   13   14   ...   47

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
25 
ucuzlaşması, İnternetə çıxış imkanlarının artması əhalinin əksəriyyətinin kompyuter almaq və 
İnternetə qoşulmaq imkanlarını artırır. Evlərində kompyuter olan ailələrin çoxunda uşaqların 
kompyuterin  arxasında  saatlarla  vaxt  keçirməsi  faktı  hamımıza  məlumdur,  onlar  vaxtlarının 
çoxunu  kompyuter  oyunlarına,  çatda  şöhbətləşməyə,  İnternetdə  öz  maraqlarına  uyğun 
informasiya toplamaq üçün (musiqi fayllarını köçürmək, avtomobillərə, telefonlara və s. aid 
informasiya) müxtəlif saytlarda “gəzişməyə” sərf edirlər. 
Mütəxəssislərin  fikrincə,  İnternet  istifadəçiləri,  xüsusən  də,  zəif  xarakterli  olanlar 
arasında  eskapizm  (real  həyatdakı  problemlərdən  və  çətinliklərdən  qaçaraq,  xəyallara 
qapılmaq) meylləri hiss olunur. İnsan real gerçəkliklə virtual məkan arasında qalır. 
İnternet-asılılığa məruz qalanların, əsasən, uşaq və gənclərdən ibarət olduğunu nəzərə 
alsaq,  bu  problemin  qarşısının  alınmasında,  ona  qarşı  mübarizə  aparılmasında  valideynlərin 
və  müəllimlərin  üzərinə  xüsusi  vəzifə  düşür.  Bunun  üçün,  ilk  növbədə,  valideynlərin  və 
müəllimlərin özlərini ba sahədə maarifləndirmək, onlara bu təhlükəni anlatmaq lazımdır. 
İnformasiya mədəniyyətinin formalaşdırılması zamanı həmçinin onun etik aspektlərinə 
diqqət  yetirilməsi  çox  vacibdir.  Qlobal  informasiya  məkanı  insanlarda  yeni  davranış 
stereotiplərinin meydana çıxmasına səbəb olur. Məsələn, hazırda yenicə proqramlaşdırma ilə 
məşğul  olmağa  başlayanlar  arasında  geniş  yayılmış  hakerlik  fəaliyyətini  buna  misal 
göstərmək olar. Bu tip insanlar, xüsusən də gənclər burada sərbəstlik və cəzasızlıq şəraiti hiss 
etdiklərindən özlərini başqalarının yanında təsdiq etmək üçün təhlükəsizlik təminatı zəif olan 
informasiya sistemlərini dağıtmaq, müxtəlif virus proqramları yaratmaq həvəsinə düşürlər. Ən 
dəhşətlisi də odur ki, onlar çox vaxt öz hərəkətlərinin cinayət olduğunu dərk etmək istəmirlər. 
Amerika məktəbliləri arasında keçirilən bir sorğu zamanı, rəyi soruşulan 47000 məktəblinin 
50%-i hakerliyin cinayət olmadığını bildirmişdir [13]. 
Son  zamanlar  İnternet  vasitəsilə  həyata  keçirilən  cinayətkarlıq  halları  xüsusilə 
təhlükəli hesab edilir. Hazırda əhaliyə elektron xidmətlər təklif edilməsi, məsələn, malların və 
xidmətlərin  ödənişinin  elektron  formada  aparılması,  elektron  poçtdan,  verilənlər  bazası  və 
informasiya  banklarından  müstəqil  istifadə  və  s.  müxtəlif  növ  informasiya  cinayətkarlığına 
şərait  yaradır.  Adi  həyatda  çox  mədəni  və  ziyalı  insan  təsiri  bağışlayanlar,  virtual  mühitdə 
özünü  tamamilə  başqa  cür  apara,  əsl  soyğunçuluq  törədə  bilər,  bank  kompyuter  sisteminə 
daxil olub, başqasından hesabından pul götürə bilər. 
Həmçinin getdikcə insanların, eləcə də, müxtəlif qurumların fəaliyyəti cəmiyyət üçün 
daha  şəffaf  və  açıq  olur.  Artıq  bu  gün  kompyuter  şəbəkələrində,  müxtəlif  təyinatlı  elektron 
verilənlər bazalarında müəssisələrin, dövlət və ictimai təşkilatların və ayrı-ayrı vətəndaşların 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
26 
fəaliyyətləri haqqında böyük miqdarda müxtəlif tip informasiyalar toplanır və saxlanılır. Belə 
şəraitdə bəzi insanların bundan başqalarına zərər vermək məqsədilə istifadə etməsi təhlükəsi 
yaranır [14]. 
Digər  tərəfdən,  informasiya  və  biliklərin  müəyyən  dəyərə  malik  olması,  maddi  və 
digər  resurslar  kimi  onun  da  müəyyən  vəsait  müqabilində  əldə  edilməsi  və  s.  xüsusiyyətlər 
hələ  hamı  tərəfindən  tam  dərk  edilməyib.  Bu  isə  “kompyuter  piratlığı”na,  müəllif 
hüquqlarının pozulmasına və lisenziyasız proqram təminatlarının istifadəsinə gətirib çıxarır. 
Bütün  bəşəriyyət  tərəfindən  yaradılan  informasiya  axınlarının  dövr  etdiyi  qlobal 
informasiya  məkanında,  nəinki texniki,  həm də  mənəvi problemlərin  həlli zərurəti  meydana 
çıxır.  Müasir  cəmiyyətdə  qarşılıqlı  informasiya  əlaqəsinin  aktivləşməsi  və  qloballaşması 
şəxsiyyətin,  ictimai  qrupların  və  bütövlükdə  cəmiyyətin  informasiya  təhlükəsizliyinin  təmin 
edilməsini  tələb  edir.  Lakin  qlobal  informasiya  məkanına  uyğun  davranış  normaları 
hazırlanmadan və ona əməl edilmədən bu tələblərin yerinə yetirilməsi mümkün deyil. 
Ona  görə  də  təhsil  alanlarda  informasiya  etikasının  formalaşdırılmasının  insanların 
informasiya  cəmiyyətinə  hazırlanması  prosesində  vacib  amillərdən  biri  olmasını  nəzərə 
alaraq,  təhsil  sistemi  kiçik  yaşlardan  başlayaraq  onlarda  informasiyaya  münasibətdə 
məsuliyyət hissini aşılamalı, informasiyanın əldə edilməsi, ötürülməsi və informasiya ilə bağlı 
digər  əməliyyatların  yerinə  yetirilməsi  zamanı  hüquqi  və  etik  aspektlərə  riayət  olunmasını 
tərbiyə etməlidir. 
İnternetin  sürətli  inkişafı,  yeni  vasitə  və  imkanların  meydana  çıxması,  istifadəçilərin 
sayının  get-gedə  artması  daim  yeni  etik  problemlərin  meydana  çıxmasına  səbəb  olur.  Bu 
məsələ  ilə  əlaqədar  son  vaxtlar  mühüm  elmi-tədqiqatlar  aparılır.  Həmçinin  2001-ci  ildən 
Springer  nəşriyyatında  informasiya  etikası  problemlərini  özündə  əks  etdirən  “Etika  və 
informasiya texnologiyaları” adlı elmi jurnal nəşr olunur. 
Hazırda informasiya texnologiyalarının inkişafı və tətbiqi ilə əlaqədar meydana çıxan 
mənəvi problemlərin tədqiqi ilə informasiya etikası məşğul olur. İnformasiya etikası - etikanın 
nisbətən  yeni  sahəsidir  və  onun  problematikası  kompyuter  etikası,  virtual  etika,  şəbəkə 
etikası, İnternet etikası, kiberetika kimi problemlərin tədqiqi ilə sıx surətdə bağlıdır [13]. 
Beləliklə,  informasiya  cəmiyyətinin  formalaşması  prosesi  insanların  bu  cəmiyyətin 
tamhüquqlu üzvləri kimi yaşaması və fəaliyyət göstərməsi üçün onların xüsusi hazırlanması, 
meydana çıxan problemlərin həlli üçün yeni bilik və bacarıqlara malik olmasını tələb edir ki, 
bunun  üçün  insanlarda  informasiya  mədəniyyəti  formalaşdırılmalı,  eyni  zamanda  onun 
psixoloji, etik və digər aspektləri nəzərə alınmalıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə