Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   2   3   4   5   6   7   8   9   10   ...   47

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
16 
məktəbin  birinci  sinifindən  başlayaraq  mədəniyyət  və  incəsənət  üzrə  institutların 
aspirantlarının  hazırlanmasınadək  təlimin  müxtəlif  mərhələlərində  “Şəxsiyyətin  informasiya 
mədəniyyətinin əsasları” fənninin tədrisi təklif olunur. 
Bu  konsepsiya  müəlliflərinin  fikirincə,  şəxsiyyətin  informasiya  dünyagörüşü, 
informasiya  savadlılığı  və  İKT  sahəsindəki  bilik  və  bacarıqlardan  ibarət  informasiya 
mədəniyyəti, insanın ümumi mədəniyyətinin bir hissəsidir. 
Göründüyü  kimi,  informasiya  yoxsulluğu  ilə  mübarizə  XXI  əsrdə  dünya 
ictimaiyyətinin  qlobal  problemlərindən  birinə  çevrilib.  Bu  problemin  həlli  yolu  təhsil 
sisteminin  inkişafından  və  onun  informasiyalaşdırılmasından  keçir.  İnsanlarda  yeni 
informasiya  tələbatını  yalnız  bu  yolla  ödəmək  olar  ki,  bu  da  cəmiyyətin  yeni  informasiya 
mədəniyyətinin formalaşdırılması üçün stimul rolunu oynamalıdır. 
İnformasiya savadlılığı sahəsində təhsil standartları 
Hazırda  bütün  dünyada  fasiləsiz  təhsilə  keçid  ideyası  gündəmdədir.  Həmin  ideyanın 
həyata keçirilməsi təhsil sisteminin əsas missiyası hesab olunur. Bu baxımdan, bir sıra inkişaf 
etmiş  ölkələrdə,  xüsusən  də,  ABŞ,  Böyük  Britaniya  və  Avstraliyada  ali  təhsil  üçün 
informasiya savadlılığı standartları müəyyən edilib. 
ABŞ-da  “informasiya  savadlılığı”  dedikdə,  informasiya  tələbatını  müəyyən  edərək, 
zəruri 
informasiya 
mənbəyini 
müəyyənləşdirmək, 
əldə 
edilmiş 
informasiyanı 
qiymətləndirmək  və  bu  informasiyadan  səmərəli  şəkildə  istifadə  etmək  üçün  insana  lazım 
olan bilik və bacarıqların məcmusu nəzərdə tutulur [8]. 
İnformasiya savadlılığı standartları sistemi Elm və Təhsil Kitabxanaları Assosiasiyası 
tərəfindən  işlənib  hazırlanmış  və  Amerika  Ali  Təhsil  Assosiasiyası  və  Müstəqil  Kolleclər 
Şurası tərəfindən dəstəklənmişdir. Bu sistem beş standartdan ibarətdir [8]: 
Birinci  standart.  Konkret  məsələni  və  ya  problemi  həll  etmək  üçün  informasiya 
tələbatını formalaşdırmağa imkan verən bilik və bacarıqlar: 
-
 
verilmiş  məsələnin  həlli  üçün  informasiya  tələbatının  ümumi  xülasəsini 
hazırlamaq; 
-
 
əsas tərif və terminləri aşkara çıxarmaq; 
-
 
həmin  problemlər  üzrə  ümumiləşdirilmiş  informasiyanın  təhlili,  sahə  terminoloji 
lüğətlərin,  tezaurusların,  beynəlxalq  və  ölkə  klassifikatorlarının  öyrənilməsi  əsasında 
informasiya tələbatının formalaşdırılmasını dəqiqləşdirmək; 
-
 
qoyulmuş  məsələnin  həllinin  informasiya  təminatı  üçün  vacib  olan  əsas,  ilkin 
informasiya mənbələrini müəyyən etmək; 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
17 
-
 
qoyulmuş məsələnin həllinin informasiya təminatı üçün lazım olan ikinci dərəcəli 
və yaxud əlavə informasiya mənbələrini (analitik tədqiqatların nəticələrini) müəyyən etmək; 
-
 
informasiya tələbatının formalaşdırılmasını dəqiqləşdirmək. 
İkinci  standart.  Hüquqi  və  etik  normaları  nəzərə  almaqla,  informasiya  bazarında 
fəaliyyət göstərməyə imkan verən bilik və bacarıqlar: 
-
 
intellektual mülkiyyətə dair hüquqları bilmək; 
-
 
müəllif materiallarından istifadə etməyin qanuni üsullarını bilmək; 
-
 
informasiya resurslarına çıxış hüquqlarına dair qanunvericiliyi bilmək; 
-
 
dövlət  sirrinə  və  məxfi  informasiyaya  aid  edilən  informasiya  resurslarının 
qorunmasına dair qanunvericiliyi bilmək; 
-
 
informasiya  sistemlərinin,  texnologiyalarının  sertifikatlaşdırılmasına  dair 
qanunvericilikdə nəzərdə tutulanları bilmək. 
Üçüncü standart. Əldə edilən informasiyanın dəyəri: 
-
 
dünya informasiya resurslarının strukturunu və ümumi xüsusiyyətlərini bilmək; 
-
 
metainformasiya  (informasiyanın  emal  üsulları  və  ya  informasiyanın  necə  əldə 
edilməsi  barədə  informasiya)  mənbələrini  bilmək;  lazım  olan  məlumatları  təqdim  edən 
informasiya agentliklərini tapmaq bacarığı; 
-
 
lazımi informasiyanın axtarış planını işləyib hazırlamaq və onun əldə olunmasının 
dəyərini qiymətləndirmək bacarığı; 
-
 
professional bazalarda informasiya axtarma vərdişləri; 
-
 
İnternetin əsas axtarış sistemlərində sorğu dillərinin mənimsənilməsi; 
-
 
axtarışın 
nəticələrinin 
tamlığının, 
doğruluğunun 
və 
həqiqiliyinin 
qiymətləndirilməsi; 
-
 
zəruri hallarda axtarış strategiyasının yenidən nəzərdən keçirilməsi. 
Dördüncü  standart.  Əldə  edilən  informasiyanın  qiymətləndirilməsi  üçün  bilik  və 
bacarıqlar: 
-
 
informasiyanın  tamlığının,  dəqiqliyinin  qiymətləndirilməsi  prinsiplərini  və 
meyarlarını bilmək; 
-
 
mənbədən  alınmış  informasiyanın  həqiqiliyinin  qiymətləndirilməsi  prinsiplərini 
bilmək; 
-
 
müxtəlif  mənbələrdən  alınmış  informasiyanı  müqayisə  etmək;  qərəzli 
informasiyanı seçmək bacarığı; 
-
 
yeni bilikləri artıq mövcud olanlarla müqayisə etmək; 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
18 
-
 
əldə  edilmiş  informasiyanın  qarşıya  qoyulmuş  məqsədə  uyğunluğunu  müəyyən 
etmək bacarığı; 
-
 
əldə edilən informasiyanın faydalılığını müəyyən etmək bacarığı; 
-
 
zəruri halda əlavə informasiyaya tələbatı müəyyən etmək bacarığı; 
Beşinci  standart.  Konkret  məsələnin  və  ya  problemin  həlli  üçün  toplanmış 
informasiyadan istifadə edilməsi: 
-
 
qoyulmuş  məqsədə  uyğun  olaraq  hesabatın,  analitik  arayışın  strukturunu 
hazırlamaq bacarığı; 
-
 
nəticələrin və təkliflərin əsaslandırılması üçün müxtəlif informasiya resurslarından 
əldə edilmiş informasiyadan düzgün istifadə etmək bacarığı; 
-
 
hesabatların  hazırlanması  üçün  müasir  informasiya  texnologiyalarından  istifadə 
etmək bacarığı; 
-
 
hesabatlarda  və  analitik  arayışlarda  mətnlərin,  cədvəllərin,  şəkillərin  tərtibat 
qaydalarını bilmək; 
-
 
mövcud  standartlara  və  qaydalara  uyğun  şəkildə  ədəbiyyat  siyahısının  və  rəsmi 
İnternet resurslarının mənbələrinin siyahısını tərtib etmək və mətndə bu mənbələrdə müvafiq 
istinadları göstərmək bacarığı. 
Digər  ölkələrdə  də  buna  bənzər  savadlılıq  standartları  mövcuddur.  İnformasiya 
savadlılığı  hər  bir  vətəndaşın  yalnız  təhsil  deyil,  eyni  zamanda,  şəxsi,  sosial  və  peşə 
fəaliyyətində  qarşıya  qoyulan  məqsədə  çatması  üçün  əsas  hesab  olunur.  İlk  standartlar  orta 
məktəblərdə  tətbiq  etmək  üçün  yaradılmışdı,  sonradan  isə  ali  məktəblərin  xüsusiyyətinə  və 
tələblərinə  uyğun  standartlar  hazırlandı.  Bütün  qəbul  olunmuş  standartlar  vahid  bazaya 
əsaslanır  və  onlarda  informasiya  tələbatının  müəyyən  olunması,  informasiyanın 
lokallaşdırılması və keyfiyyətinin qiymətləndirilməsi, informasiyanın saxlanması, səmərəli və 
etik  baxımdan  düzgün  istifadə  edilməsi,  yeni  informasiyanın  yaradılması  və  ötürülməsinin 
vacibliyi əsaslandırılır. 
Şəxsiyyətin  informasiya  mədəniyyətinin  formalaşdırılmasında  təhsil  sisteminin 
vəzifələri 
Məlumdur ki, təhsil həmişə cəmiyyətin inkişafının əsasını təşkil edib. İnformasiyanın 
və  biliklərin  həcminin  sürətlə  artması  ilə  xarakterizə  olunan  informasiya  cəmiyyətində  isə 
təhsil  sistemindən  insanları  yeni  cəmiyyətin  reallıqlarına  uyğun  şəkildə  hazırlamaq  tələb 
olunur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə