Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   ...   6   7   8   9   10   11   12   13   ...   47

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
23 
uyğunlaşmaq üçün, hər bir mütəxəssis öz ixtisasına aid olan yenilikləri, yeni informasiya və 
bilikləri əldə etməyi və onu öz işində tətbiq etməyi bacarmalıdır. Hazırda isə elmi biliklərin 
90%  -  ə  yaxını,  o  cümlədən  də  elektron  mühitdə  dövr  edən  informasiyanın  çoxu  ingilis 
dilindədir.  Bu  baxımdan,  Azərbaycanın  təhsil  sistemində,  ümumtəhsil  məktəblərindən 
başlamış  ali  məktəblərədək,  xarici  dillərin,  xüsusən  də,  ingilis  dilinin  öyrənilməsinə  diqqəti 
artırmaq  vacibdir.  SSRİ  dövründə  rus  dilinin  öyrənilməsinə  xüsusi  fikir  verildiyi  üçün,  o 
dövrdə təhsil alanlar rusdilli elmi ədəbiyyatdan istifadə edirlər, lakin ingilis dilində olan elmi 
yeniliklərdən istifadə etməkdə çətinlik çəkirlər, bir çox hallarda isə, ümumiyyətlə, istifadə edə 
bilmirlər.  Bu  baxımdan,  insanın  informasiya  mədəniyyətinə  malik  olmasının  əsas 
göstəricilərindən  biri  də,  hansı  dildə  təqdim  olunmasından  asılı  olmayaraq,  həmin 
informasiyanı  əldə  etmək,  emal  etmək  və  ötürmək  qabiliyyətinin  olmasıdır.  Ona  görə  də 
insanın  informasiya  mədəniyyətinin  səviyyəsi  həmçinin  müəyyən  mənada  onun  linqvistik 
mədəniyyətinin səviyyəsindən asılı olacaq. 
Bundan başqa, informasiyanın həcminin artması insanların davranışına, psixologiyasına, 
sağlamlığına zərər vurur. İnformasiya mənbələrinin sayı artdıqca, bir tərəfdən, düzgün qərar 
qəbul  etmək  imkanları  artır,  digər  tərəfdən,  qərar  qəbul  etmək  üçün  böyük  həcmdə 
informasiyanı  emal  etmək,  təhlil  etmək,  informasiya  mənbələrinin  mötəbərliyini  müəyyən 
etmək, informasiyanın doğruluğunu və s. xüsusiyyətlərini araşdırmaq lazım gəlir. İnformasiya 
artıqlığı,  informasiya  ilə  həddindən  çox  yüklənmə  isə  insanlarda  stress  vəziyyətinin 
yaranmasına gətirib çıxardır. Belə bir vəziyyətdə insan təfəkküründə “informasiya yorğunluğu 
sindromu” adlanan psixi pozğunluq və xəstəlik yaranır. 
İnformasiyalaşdırmanın və informasiya stresinin simptomlarının mənfi sosial-psixoloji 
nəticələrini  ilk  dəfə  tanınmış  informasiya  cəmiyyəti  nəzəriyyəçisi  E.Toffler  öz  əsərlərində 
(“Üçüncü dalğa” və “Futurşok”) təsvir etmiş və əsaslandırmışdı. 
E.Tofflerə  görə,  informasiyanın  istehsalının  və  yayılmasının  yüksək  tempi  insandan 
yeni  uyğunlaşma  səviyyəsi  tələb  edir  ki,  bu  da  hələ  müasir  insanın  imkanları  xaricindədir. 
İnsan  və  bütövlükdə,  cəmiyyət  etibarlı  adaptasiya  mexanizmlərinə,  bu  informasiya 
böhranından  çıxmaq  üçün  səmərəli  strategiyalara  malik  olmasa,  onun  tibbi-psixoloji 
problemlərlə  üzləşməsi  qaçılmazdır.  “Hədsiz  stimulyasiyaya  insan  reaksiyasını”  özündə  əks 
etdirən bu problemi E.Toffler futurşok adlandırılmışdır [11]. 
E.Toffler  qeyd  edirdi  ki,  yaranmış  vəziyyətdə  yeni  yaşama  strategiyalarının 
hazırlanması  vacibdir.  O,  yeni  strategiya  dedikdə,  informasiya  mədəniyyətinin  inkişaf 
etdirilməsini nəzərdə tuturdu. 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
24 
Son zamanlar informasiyalaşdırmanın inkişafı ilə əlaqədar meydana çıxan və müzakirə 
olunan  problemlərdən  biri  də  İnternet-asılılıq  sindromudur.  Artıq  İnternetin  xidmətlərindən 
istifadə edən insanların sayı getdikcə artır. İnternetdən insanlar müxtəlif məqsədlərlə istifadə 
edirlər: kitab almaq, gündəlik xəbərləri oxumaq, yeniliklərlə tanış olmaq, hansısa hesaba pul 
ödəmək,  məktub  göndərmək  və  s.  Onlar  burada  müxtəlif  insanlarla  ünsiyyət  qururlar, 
söhbətləşirlər, forumlarda iştirak edirlər, şəbəkə oyunlarına aludə olurlar və beləliklə, saatlarla 
İnternetdən ayrıla bilmirlər. Uzun müddət İnternetdə - informasiya labirintində ilişib qalmaq 
“İnternetdən asılılıq sindromu”nun yaranmasına gətirib çıxarır və bu öz hərəkətləri üzərində 
nəzarətin  itirilməsi,  vaxtın  çox  hissəsinin  kompüter  arxasında,  İnternetdə  keçirməklə 
xarakterizə  olunur.  Bunun  psixoloji  nəticəsi  isə  sosial  izolyasiyaya  (digər  insanlarla 
ünsiyyətdən qismən və ya tamamilə imtina etmək, dostluq əlaqələrinin kəsilməsi, emosional 
reaksiyaların zəifləməsi, maraq dairəsinin azalması və s.), iş yerinin itirilməsinə, ailədə ciddi 
problemlərin  yaranmasına səbəb olur. Mütəxəssislər  bu  halı  “kompyuter narkomaniyası”  və 
ya “İnternet-narkomaniya” da adlandırırlar. 
İKT-nin  geniş  tətbiq  olunduğu  və  İnternet  istifadəçilərinin  sayı  çox  olan  ölkələrdə 
internet-asılılıq problemi ciddi fəsadlar törətdiyindən, həmin ölkələrdə bu təhlükənin qarşısını 
almaq üçün hökumət səviyyəsində müxtəlif tədbirlər görülür. Məsələn, Çin, Finlandiya, ABŞ 
və digər ölkələrdə İnternet-asılılıq rəsmən klinik xəstəlik kimi tanınır [12]. 
Çin hökuməti 2007-ci ildə bu xəstəliyin profilaktikası üzrə milli proqram qəbul edib. 
Bu  proqram  əsasında  qəbul  edilən  müvafiq  qanuna  görə,  yeniyetmə  və  gənclərin  İnternet-
kafelərə,  bar  və  diskotekalara  daxil  olması  qadağan  olunub.  Həmçinin  Çin  parlamenti 
müvafiq  əhali  təbəqələri  arasında  İnternet-asılılıq  sindromunun  inkişafının  qarşısını  almaq 
məqsədi ilə tədqiqatların aparılmasını və texnologiyaların işlənməsini təşviq edən qərar qəbul 
edib. 
Finlandiyada isə Müdafiə Nazirliyi həmin xəstəlikdən əziyyət çəkənləri hərbi xidmətə 
çağırmamaq  haqqında  qərar  qəbul  edib  və  bu  qərarın  qəbul  edilməsinə  səbəb  kimi 
mütəxəssislər  öz  kompyuterləri  ilə  vidalaşmağa  məcbur  olan  belə  gənclər  üçün  ayrılıq 
dövrünün  olduqca  çətin  keçdiyini  göstəriblər.  Bu  xəstəlik  aşkar  edilən  gənclərə  müalicə 
prosesi keçmək üçün 3 il möhlət verilir. 
Bizim  ölkədə  İnternet-asılılıq  problemi  hələlik  təhlükə  həddinə  çatmasa  da,  yaxın 
gələcəkdə  bizim  də  həmin  problemlə  üz-üzə  gələcəyimiz  istisna  deyil.  Çünki  ölkəmizdə 
informasiya  cəmiyyətinin  formalaşması,  İKT  sektorunun  inkişaf  etdirilməsi  üçün  dövlət 
səviyyəsində  həyata  keçirilən  tədbirlər  nəticəsində  kompyuterlərin  qiymətinin  getdikcə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə