Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   ...   8   9   10   11   12   13   14   15   ...   47

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
27 
ƏDƏBİYYAT 
1.
 
Əliquliyev  R.  M.,  Mahmudova  R.  Ş. İnformasiya  mədəniyyəti:  mahiyyəti,  formalaşdırılması 
problemləri və həlli yolları. //Bakı Universitetinin xəbərləri.Sosial-siyasi elmlər seriyası, 2008, №1, s.137-145. 
2.
 
О.Н.Вершинская.  Информационно-коммуникационные  технологии  и  общество.  Ин-т  соц.-
экон. Проблем народонаселения РАН. М.:Наука, 2007. -203 с. 
3.
 
К.К.Колин.  Об  актуальных  проблемах  формирования  новой  информационной  культуры 
общества // Информационные технологии. - 2007. - № 8. 
4.
 
Гендина  Н.И.  Новая  парадигма  образования  и  проблемы  формирования  информационной 
культуры. http://netrover.narod.ru/infcult/gendina_rus.htm. 
5.
 
http://www.unesco.org/webworld/observatory/index.shtml 
6.
 
http://www.iiaun.ru/publications/ 
7.
 
http://confifap.cpic.ru 
8.
 
Лау Х. Руководство по информационной грамотности для образования на протяжении всей 
жизни. –М., 2007. -45 с. 
9.
 
Mahmudova  R.  Ş.  Şəxsiyyətin  informasiya  mədəniyyətinin  formalaşdırılması  təhsil  sistemi 
qarşısında  dayanan  mühüm  vəzifə  kimi // Azərbaycan  Dövlət  Pedaqoji  Universitetinin  Xəbərləri.  Pedaqoji-
psixoloji elmlər seriyası. 2006. №4 . s. 247-251. 
10.
 
Н.Р.Нурмеева.  Формирование  информационной  культуры  как  отражение  современных 
требований  информационного  общества.  Информационные  технологии  и  общество.  Казанский 
Государственный Технологический Университет, 2008, №4, с.406-409. 
11.
 
Toffler A. Future Shock. New York: Random House, 1975, 562 p. 
12.
 
R.Əliquliyev,  R.Mahmudov.  İnformasiya  asılılığı  problemləri  və  onlarla  mübarizə  yolları. 
Ekspress-informasiya. İnformasiya cəmiyyəti seriyası. Bakı: “İnformasiya texnologiyaları” nəşriyyatı, 2009, 62 
səh. 
13.
 
Т.А.Гринченко. Интернет. Этические проблемы //Мир связи и информатики. 2000, №5, с.92-
95. 
14.
 
К.К.  Колин  Информационная  безопасность  как  гуманитарная  проблема.  //Открытое 
образование, № 1 (54), 2006. – С. 86-93. 
 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
28 
RƏQƏMSAL KOMPETENSİYA VƏ TƏHSİL QRUMLARININ VƏZİFƏLƏRİ 
 
Prof. Dr. Buket Akkoyunlu 
Hacettepe Üniversitesi Eğitim Fakültesi 
 
XÜLASƏ 
Müasir  dövrdə  informasiya  partlaması,  rəqəmsal  texnologiyalardakı  sürətli  inkişaf  fərdlərin 
informasiya cəmiyyətində iştirak etmələri və özlərini ifadə etmələri üçün yeni bacarıqlar əldə etmələri 
lazım gəlmiş və hətta onlara müxtəlif imkanlar vermişdir. Başqa sözlə, rəqəmsal texnologiyalara sahib 
olma  və  onları  istifadə  etməkdən  başqa  rəqəmsal  kompetensiya  əhəmiyyət  daşımaqdadır.  Rəqəmsal 
kompetensiya, rəqəmsal texnologiyaları çox sayda emal olunan informasiyanın içindən ehtiyac duyulan 
bilikləri  əldə  etmə  vasitəsi  kimi  istifadə  etmək,  əldə  edilən  bilikləri  anlama,  qiymətləndirmə  və  yeni 
biliklər  istehsal  etmə  bacarıqlarıdır.  Fərdlər rəqəmsal  kompetensiyalar  qazandırmaq  üçün  dörd tərkib 
hissəsi: müxtəliflik, motivasiya, texniki istifadə və kompetensiyadır. Fərdlər rəqəmsal kompetensiyalar 
qazandırmada  təhsil  müəssisələri  üzərinə  böyük  vəzifələr  düşür.  Bu  araşdırmada  rəqəmsal 
kompetensiya  anlayışı  və  fərdlərə  rəqəmsal  kompetensiya  qazandırmada  təhsil  müəssisələrinə  düşən 
vəzifələr diskussiya mövzusu olacaqdır. 
Açar sözlər: rəqəmsal kompetensiya, rəqəmsal bölünmə, rəqəmsal uçurum, təhsil müəssisələri 
 
GİRİŞ 
Müasir  dövrdə  iqtisadi,  sosial  və  texniki  inkişafdan  bütün  cəmiyyətlər 
təsirlənməkdədir. Bu araşdırmada rəqəmsal texnologiyalar anlayışı, məlumatı rəqəmsal olaraq 
saxlayan  və  çatdıran  geniş  bir  diapazonda  olan  çox  müxtəlif  texnologiyalara  qarşılıq  olaraq 
istifadə edilmişdir. Bu texnologiya diapazonu kompüteri, İnterneti  və elektron  məktubu,  cib 
telefonları  ilə  digər  mobil  cihazları,  kameraları,  video  oyunları  və  bundan  başqa  "Veb  2.0" 
texnologiyalarını  ehtiva  etməkdədir.  Veb  2.0  texnologiyası  ümumiyyətlə  "iştirakçı"  və 
istifadəçinin  məzmunu  hazırlayıb  nəşr  edə  bildiyi  interaktiv  rabitə  vasitələri  üçün  istifadə 
edilməkdədir (bloqlar, wikipedia saytları və ictimai şəbəkələr bu qrupa daxildir). 
Rəqəmsal  inqilab  olaraq  adlandırılan  bu  inkişaflar,  cəmiyyətlərin  iqtisadi,  ictimai, 
siyasi və mədəni həyatına təsir etmişdir. İnkişaflara uyğunlaşmaq üçün cəmiyyətlər, təşkilatlar 
və  fərdlər  hərəkətə  keçmiş  və  nələr  edilə  biləcəyi  mövzusunda  müzakirə  edilməyə  başlan-
mışdır. Bu dəyişmə  və  inkişaflar özləri  ilə  bir çox  fürsət gətirmişdir. Ancaq bu  fürsətlərdən 
faydalana  bilmək  üçün  fərdlərin  ehtiyacı  olan  bilik  və  bacarıqların  böyük  ölçüdə  dəyişməsi 
zəruri hala gəlmişdir. Rəqəmsal texnologiyaların gündəlik həyatımızda tutduğu yer hər keçən 
gün  artmaqdadır.  Bu  texnologiyalara  müraciət  imkanları  ilə  bərabər  bunları  istifadə  etmə 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
29 
bacarıqlarına sahib olmaq da artıq zəruri hala gəlmişdir. Ancaq, indiki vaxtda, texnologiyaya 
müraciət imkanları və texnologiyadan istifadə etmə bacarıqlarına sahib olma coğrafi sahələrə 
və  sosial-iqtisadi  şərtlərə  görə  müxtəlifdir.  Bu  müxtəlifliklər  cəmiyyətlər  arasında  olduğu 
qədər  eyni  cəmiyyət  içindəki  bölgələr  arasında  da  balanssızlıq  yaratmaqda,  rəqəmsal 
texnologiyalara müraciət və istifadədəki müxtəlifliklər yeni bir iqtisadi və ictimai bölünməyə 
gətirib çıxarmaqdadır. Rəqəmsal texnologiyalara müraciətdə yaşanan bərabərsizlik "rəqəmsal 
uçurum",  "rəqəmsal  bölünmə",  ya  da  "rəqəmsal  bərabərsizlik"  kimi  anlayışlarla  şərh  edil-
məkdədir. 
Rəqəmsal uçurum, qloballaşma və texnologiyanın gətirdiyi imkanlardan faydalanmada 
ölkələr arası və ya ölkə içi bərabərsizliklər olaraq, ya da texnologiyanın nemətlərindən daha 
çox  faydalananlar  ilə digərləri  arasındakı get-gedə genişlənən  fərq kimi təyin olunmaqdadır 
(Oruc və Aslan, 2002). 
İnformasiya  vasitələrinə  müraciətdə  və  bu  vasitələri  istifadə  edə  bilmə  bacarığında 
bərabərsizlik insanlar arasında yaranan uçurum olaraq da təyin olunmaqdadır. Burada istifadə 
edilən "uçurum"  sözü yalnız  iqtisadi  imkanları deyil, rəqəmsal  mühitə daxil olduqdan  sonra 
onu  istifadə  edə  bilmə  bacarığını  və  rəqəmsal  mühiti  məhsuldar  istifadə  edə  bilmək  üçün 
sahib olunan texnologiyanı da təyin etməkdədir (Uçkan, 2009). 
Rəqəmsal  uçurum  telefon  xəttinin  yayılması  (100  adam  başına  telefon  xətti), 
kompüterin  yayılması,  İnternetin  yayılması,  İnternetə  abunə  sayı,  İnternet  saytlarının  sayı, 
geniş  diapazonda  istifadəçi  sayı  kimi  meyarlarla  təyin  olunmaqdadır.  Rəqəmsal 
texnologiyalardakı  inkişaflardan  hər  qitə,  hər  ölkə,  hətta  hər  ölkə  daxilində  də  hər  bölgə 
bərabər şəkildə faydalana bilməməkdədir. Məsələn İnternetdən istifadə nisbəti Afrikada 6.8%, 
Asiyada  19.4%,  Avropada  52%,  Orta  şərqdə  28.3%,  Şimali  Amerikada  74.2%,  Latın 
Amerikasında  30.5%  və  Avstraliyada  60.4%-dir  (Dünya  İnternetdən  istifadə  statistikaları, 
2009).  İnternet  istifadə  nisbəti,  Finlandiyada  83.5%,  İsveçrədə  75.5%,  Fransada  69.3%, 
Türkiyədə  34.5%,  Gürcüstanda  22.2%,  Azərbaycanda  18%,  Özbəkistanda  isə  8.9%-dir. 
Türkiyə  Avropa  ölkələri  arasında  kompüter  və  İnternet  istifadəsi  baxımından  son  sıralarda 
ikən, bölgələr arasındakı uçurumun da fərqli olmadığı diqqəti çəkməkdədir. Türkiyə Statistik 
Təşkilatının (TÜİK, 2009) 10 min 151 müəssisədə cəmi 27 min 13 şəxs ilə etdiyi Hane Xalqı 
Rəqəmsal  Texnologiyalar  İstifadəsi  araşdırması  nəticələri,  Türkiyənin  şəhər  və  kəndləri 
arasındakı  uçurumun  qorxuducu  ölçülərini  ortaya  qoymaqdadır.  Kompüter  istifadə  nisbəti 
aprel-iyun  dövründə  şəhərlərdə  23.16%,  kəndlərdə  isə  8.28%,  heç  istifadə  etməyənlərin 
nisbəti isə şəhərlərdə 77%, kəndlərdə 88% səviyyəsindədir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə