Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   ...   10   11   12   13   14   15   16   17   ...   47

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
32 
Rəqəmsal kompetensiya dinamik və dəyişən bir prosesdir və cəmiyyətdəki dəyişikliklərə görə 
formalaşmaqdadır. 
Fərdlərə bilik əldə etmə savadlılığı, həyat boyu öyrənmə bacarıqlarının qazandırılması 
kimi rəqəmsal kompetensiya qazandırmada da təhsil  müəssisələri üzərinə  böyük  məsuliyyət 
düşməkdədir.  Təhsilin  məqsədlərindən  biri  də,  fərdləri  cəmiyyətin  ehtiyacları  istiqamətində 
yetişdirməkdir. Bu səbəblə, təhsil  sistemləri  müasir dövrdə  informasiya  əsrinə uyğun,  infor-
masiya  cəmiyyətinin  tələblərinə  cavab  verəcək  xüsusiyyətlər  daşıyan  fərdlər  yetişdirməkdə 
cavabdehdirlər. 
Fərdlərin  rəqəmsal  yetkinliyi  üçün,  onların  rəqəmsal  texnologiyaları  istifadə  edərək 
həyatlarına  təsir  edən  dəyişikliklərə  qatılmalarına  imkan  verilməsi  və  bu  istiqamətdə  təşviq 
edilmələri  lazımdır.  Rəqəmsal  kompetensiya,  məsələn,  şagirdlər  bacarıq  və  biliklərini 
artırdıqlarında,  məlumatı  paylaşmağı  öyrəndiklərində,  yeni  və  müxtəlif  məlumat  axını 
meydana  gətirdiklərində,  fəaliyyətlərini  və  məlumat  kanallarında  iştiraklarını  artırdıqlarında 
reallaşa bilər. Fərdlər, rəqəmsal texnologiyalar istifadəsində özəl xüsusiyyətlərə və imkanlara 
sahib  olduğunda;  İnternet,  e-poçt  siyahıları,  veb  2.0  vasitələri,  ictimai  şəbəkələr,  rəqəmsal 
kameralar və cib telefonlarını  məlumat əldə etmə vasitəsi olaraq  istifadə edib, əldə etdikləri 
məlumatı  anlayıb  qiymətləndirdiklərində  və  məlumat  istehsalında  iştirak  etdiklərində  ancaq 
rəqəmsal yetkinliyə sahib ola bilərlər (Norris, 2001; Garrison və Anderson, 2003). Rəqəmsal 
kompetensiya,  fərdlərin  rəqəmsal  texnologiyanı  istifadə  edərək  həyatlarına  təsir  edən 
dəyişikliklərə  qatılmalarına  icazə  verilməsi,  təşviq  edilməsi  və  informasiya  istehsal  edəcək 
mühitlər təmin edilməsi kimi baxıla bilər. 
Son  illərdə  bir  çox tədqiqatçılar, rəqəmsal texnologiyaların təhsildə  istifadə edilməsi 
və  fərdlərdə  texnologiya  istifadə  etmə  bacarıqlarının  inkişaf  etdirilməsi  mövzusunda  işlər 
reallaşdırmış  və  mövzunun  əhəmiyyətini  vurğulamışlar  (Groot,  2002;  Kekkonen-Moneta,  & 
Moneta, 2001; Thienmongkol və Polpinij, 2008; Ferri və arx., 2009; Goossens, Jefferies, və 
Bulleni 2008). Geniş kütlələrə çataraq rəqəmsal uçurumun azaldılmasında, fərdi bacarıqların 
artmasını təmin edərək informasiya cəmiyyəti üçün lazım olan insan qaynağını yetişdirmədə 
təhsilin  əhəmiyyəti  inkar  edilməzdir.  Bu  baxımdan  rəqəmsal  texnologiyaların,  şagird  və 
müəllimlər  tərəfindən  öyrənmə  mühitlərinin  xüsusiyyətini  artırmaq  üçün  istifadə  edilməsi 
lazım  olduğu  deyilə  bilər  (Zhou,  Burgoon,  Zhang  və  Nunamaker,  2004).  Rəqəmsal 
texnologiyalar  sürətli  bir  şəkildə  inkişaf  etməkdədir.  İnformasiya  partlaması  yaşanmaqdadır 
və  bu  mərhələdə  fərdlərin/təşkilatların  rəqəmsal  kompetensiya  qazanmasını  zəruri  hala 
gətirmişdir (Achuonye, 2004). 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
 
Təhsildə İKT 
33 
3. RƏQƏMSAL KOMPETENSİYA VƏ TƏHSİL 
Müasir  dövrdə  təhsildə  texnologiya  istifadə  etməyən/istifadə  edə  bilməyən 
cəmiyyətlərin  fərdləri,  bu  vəziyyətin  bir  nəticəsi  olaraq  bir  çox  əsas  bacarıqlara  sahib  ola 
bilməyəcəklər. Bu da həm iqtisadi, həm də ictimai mənada geri qalmışlığa  səbəb olacaq. Bu 
səbəblə  lazım  olan  infrastrukturun  tamamlanması  və  texnologiya  istifadəsinin  milli  təhsil 
strategiyanın əhəmiyyətli bir parçası halına gəlməsi lazımdır. Rəqəmsal texnologiyalar, fərdi 
və  ictimai  kompetensiyanın  dəstəklənilməsi  üçün,  ya  da  cəmiyyətdə  bir  kompetensiya 
müddətinin  başladılması  üçün  istifadə  edilməlidir.  Rəqəmsal  texnologiyaları  istifadə  edərək 
cəmiyyətlərin  informasiya  cəmiyyətinə  mənalı  bir  şəkildə  iştirakını  təmin  edərək 
kompetensiya  səviyyəsi  artırıla  bilər.  Rəqəmsal  bir  cəmiyyət  yaradılmasında,  kritik  bir 
müddət olaraq, gənclərə böyük əhəmiyyət verilməkdədir. Məsələn, universitetlərdə, gənclərdə 
texniki  müraciət  mövzusunda  müxtəliflik  yaradılması,  motivasiyalarının  artırılması  və 
rəqəmsal texnologiyaların istifadəsində yetərli olmaları gözlənilməkdədir. 
Rəqəmsal  texnologiyalarda  qeydə  alınan  inkişafların  bu  qədər  sıx  olduğu  müasir 
dünyada təhsil müəssisələri, gənc insanları həyata hazırlamada açar rolunu oynayan bir vəzifə 
boynuna  götürür.  Təhsil,  gənc  insanlara  bir  tərəfdən  yaşadıqları  dünyanı  tanımaları  və 
mənalandırmaları üçün tarix, coğrafiya, din mədəniyyəti və əxlaq məlumatı, gözəl sənətlər və 
xarici dillər kimi dərslərlə məlumat və bacarıq təmin edərkən, eyni zamanda içində olduqları 
rəqəmsal  dünyanı  tanımaları  üçün  də  lazımlı  bacarıq  və  qabiliyyəti  də  vermək  məcbu-
riyyətindədir (Hague və Williamson, 2009). Bu, məktəblərin şagirdlərin iştirakını və motiva-
siyasını  təmin  etmək  üçün  informasiya  və  telekommunikasiya  texnologiyalarına  ehtiyac 
duyduğunu  iddia  etməkdən  çox  daha  əhəmiyyətlidir.  Gənclərdə  rəqəmsal  kompetensiya 
bacarıqları inkişaf etdirə bilmək üçün, məktəblərin rəqəmsal texnologiyalarda meydana gələn 
inkişaflara  uyğunlaşma  təmin  edə  bilmələri  üçün  dəyişmələri  lazımdır.  Məktəblərin  təhsil 
proqramları ilə, texnologiya infrastrukturu ilə iş dünyasının ehtiyaclarını qarşılayacaq şəkildə 
dəyişmələri  lazımdır.  Gənc  nəslin  yeni  kütləvi  informasiya  vasitələrini  və  texnologiyanı 
istifadəsi  üzərinə  edilən  araşdırmalara  görə  texnologiya  məktəblərdə  yalnız  mövzu 
məlumatını  artırmaq  üçün  deyil,  eyni  zamanda  şagirdlərin  get-gedə  rəqəmsallaşan 
dünyamızda  səmərəli  və  etibarlı  bir  iştirakçı  halına  gəlmələri  üçün  onları  təşviq  etmədə  də 
istifadə edilməlidir. Ancaq bu şəkildə, bütün gənclərə rəqəmsal savadlılıq və rəqəmsal iştirak 
bacarıqları  qazandırıla  bilər.  Beləcə,  onların  texnologiyanı  səmərəli  şəkildə  istifadə  etmələri 
və  rəqəmsal  mədəniyyətə  tamamilə  daxil  olmaları  və  rəqəmsal  kompetensiya  bacarıqlarına 
sahib olmaları təmin edilə bilər (Hague və Williamson, 2009). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə