Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   2   3   4   5   6   7   8   9   ...   47

RƏSMİ SƏNƏDLƏR 
 
Təhsildə İKT 
5 
Beləliklə, hazırda ölkədə orta ixtisas təhsili proqramlarını həyata keçirən 57 dövlət və 
3  qeyri-dövlət  təhsil  müəssisəsi  fəaliyyət  göstərir.  Bu  müəssisələrdə  121  ixtisas  üzrə  52579 
tələbə (o cümlədən 983 tələbə qeyri-dövlət məktəblərində) təhsil alır. Onların təlim-tərbiyəsi 
ilə  7003  müəllim  məşğul  olur.  Ölkə  iqtisadiyyatının  müxtəlif  sahələrində  540  min  nəfərə 
yaxın orta ixtisas təhsilli mütəxəssis çalışır ki, bu da ölkənin əmək qabiliyyətli əhalisinin 10 
faizə qədərini əhatə edir. 
Son illərdə orta ixtisas təhsili müəssisələrində kadr hazırlığının strukturunda da zəruri 
dəyişikliklər  aparılmışdır.  Belə  ki,  yeni  şəraitdə  əmək  bazarının  tələbatına  və  gənclərin 
marağına  uyğun  olaraq  neft  və  energetika,  maşınqayırma,  informasiya,  nəqliyyat  və 
kommunikasiya, sosial-mədəni servis, iqtisadiyyat, biznesin təşkili, marketinq və menecment, 
iqtisadi  və  humanitar  profilli  ixtisaslar  üzrə  mütəxəssis  hazırlığı  əhəmiyyətli  dərəcədə 
artmışdır. 
Orta ixtisas təhsilinin məzmununda da dəyişikliklər aparılmışdır. Belə ki, orta ixtisas 
təhsili müəssisələrində kadr hazırlığı aparılan ixtisaslar və istiqamətlər üzrə kiçik mütəxəssis 
hazırlığının  məzmununa və səviyyəsinə qoyulan minimum tələblərə cavab verən orta ixtisas 
təhsilinin dövlət standartları tətbiq olunmuş və buna müvafiq yeni tədris plan və proqramları 
hazırlanmışdır. 
"Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartları"nın tərkib hissəsi 
olan "Ümumtəhsilin bazis tədris planı"nın tələblərinə əsasən Təhsil Nazirliyi tərəfindən orta 
ixtisas  təhsilinin  baza  təhsil  proqramlarının  nümunəvi  strukturu  təsdiq  edilmiş  və  buna 
müvafiq olaraq tədris plan və proqramlarında lazımi dəyişikliklər aparılmışdır. 
Ötən  illər  ərzində  orta  ixtisas  təhsilinin  normativ  hüquqi  bazası,  demək  olar  ki,  tam 
formalaşdırılmışdır. 
Ümumiyyətlə,  son  illərdə  orta  ixtisas  təhsili  sahəsində  aparılan  dövlət  siyasəti  onun 
məzmunca  yeniləşməsinə,  dəyişən  sosial-iqtisadi  şəraitə  uyğun  mütəxəssis  hazırlığının 
strukturunun təkmilləşdirilməsinə imkan yaratmışdır. 
Bunlarla  yanaşı,  orta  ixtisas  təhsili  sahəsində  hələ  də  həllini  tapmayan  aşağıdakı 
problemlər mövcuddur: 
- orta ixtisas təhsili müəssisələrinin maddi-texniki bazası müasir tələblərə tam cavab vermir;  
-  tədrisdə  istifadə  olunan  avadanlıqlar,  laboratoriya,  cihaz  və  dəzgahlar  mənəvi  cəhətdən 
köhnəlmişdir;  
- orta ixtisas təhsili müəssisələrinin kompüter texnikası ilə təminatı qənaətbəxş deyildir; 
- latın qrafikası ilə çap olunmuş müasir dərslik və dərs vəsaitləri çatışmır; 
- orta ixtisas məktəblərinin kitabxanaları və onların təminatı günün tələblərinə cavab vermir; 
- yeni pedaqoji təlim texnologiyaları tədris prosesinə zəif tətbiq olunur; 
- kadr hazırlığı strukturu əmək bazarının tələblərini tam ödəmir; 


RƏSMİ SƏNƏDLƏR 
 
Təhsildə İKT 
6 
- orta ixtisas təhsili müəssisələrinin şəbəkəsi təkmil deyildir; 
-  kadr  potensialı  və  müəllimlərin  ixtisasartırma,  yenidənhazırlanma  təhsili  müasir  tələblərə 
cavab vermir; 
- orta ixtisas təhsili ixtisaslarının siyahısının təsdiqindən xeyli müddət keçdiyinə görə onların 
yeniləşməsinə ehtiyac duyulur; 
- bəzi ixtisasların tədris planlarında hələ də lüzumsuz fənlər mövcuddur; 
-  orta  ixtisaslı  kadr  hazırlığı  üzrə  uzunmüddətli,  elmi  cəhətdən  əsaslandırılmış 
proqnozlaşdırma mexanizmi yoxdur; 
- tədris  müəssisələrinin işəgötürənlərlə ənənəvi əlaqələrinin pozulması məzunların işlə təmin 
olunmasını məhdudlaşdırır; 
-  əksər  orta  ixtisas  təhsili  müəssisələrinin  yataqxanalarının  olmaması  respublikanın  ucqar 
regionlarında yaşayan gənclərin təhsilə cəlb olunmasında çətinlik yaradır; 
- tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi üçün lazımi şərait yoxdur; 
- orta ixtisas təhsil müəssisələrində mövcud maliyyələşdirmə mexanizmi təkmil deyildir; 
- tələbələrin ixtisas üzrə təcrübə keçməsi üçün lazımi şərait yaradılmır. 
 1.3. Tədbirlər Proqramının məqsədi 
"2010-2013-cü  illərdə  Azərbaycan  Respublikasının  orta  ixtisas  təhsili  sistemində 
islahatlar  üzrə  Tədbirlər  Proqramı"nın  (bundan  sonra  -  Proqram)  əsas  məqsədi  orta  ixtisas 
təhsili sisteminin inkişaf etdirilməsi, ölkə iqtisadiyyatının inkişaf istiqamətlərinə əsasən əmək 
bazarının  tələbatına  uyğun  olaraq  istehsal  və  xidmət  sahələrinin  yüksək  keyfiyyətli  orta 
ixtisaslı kadrlarla təmin edilməsindən ibarətdir. 
1.4. Tədbirlər Proqramının icrasının əsas istiqamətləri 
Respublikada  iqtisadiyyatın  inkişaf perspektivlərinə uyğun olaraq orta  ixtisas təhsilli 
mütəxəssislərə  tələbatın  artması  prosesi  gedir.  Onların  rolu,  yeri  və  funksiyaları  dəyişir, 
səriştəliyə, mədəniyyətə və əməyin keyfiyyətinə tələbat yüksəlir. 
Bununla əlaqədar olaraq, orta ixtisas təhsilinin inkişafı üzrə aşağıdakı əsas prinsiplər 
müəyyənləşdirilir: 
- orta ixtisas təhsilinin çevikliyi; 
- orta ixtisas təhsili müəssisələrinin fəaliyyətinin yerləşdiyi regionun sosial-iqtisadi inkişafına, 
əmək bazarına və əhalinin mənafeyinə yönəldilməsi; 
- təhsilin  fasiləsizliyi (orta ixtisas təhsilinin  məzmun və strukturunun digər təhsil  səviyyələri 
ilə varisliyi); 


RƏSMİ SƏNƏDLƏR 
 
Təhsildə İKT 
7 
- orta ixtisas təhsilinin ali təhsillə qarşılıqlı inteqrasiyasının inkişafı. 
Qeyd  olunanlarla  yanaşı,  bu  Proqram  çərçivəsində  orta  ixtisas  təhsilində  aşağıdakı 
istiqamətlər üzrə islahatların aparılması nəzərdə tutulur: 
- orta ixtisas təhsilinin normativ hüquqi bazasının təkmilləş-dirilməsi 
Mövcud normativ hüquqi baza beynəlxalq təcrübəyə əsaslanaraq yeniləşdiriləcəkdir; 
- orta ixtisas təhsilinin məzmununun və təlim texnologiyalarının  yeniləşdirilməsi 
Burada, ilk növbədə, orta ixtisas təhsili ixtisaslarının əmək bazarının tələblərinə və ali 
təhsilin  bakalavr  pilləsinin  ixtisaslarına  uyğunlaşdırılması,  tədris  plan  və  proqramlarının, 
müasir  fənn  proqramlarının,  yeni  təlim  və  informasiya  texnologiyalarının  və  digər  təhsil 
resurslarının tətbiqini təmin edən elmi-metodiki tövsiyələrin hazırlanması nəzərdə tutulur; 
- orta ixtisas təhsili strukturunun və idarə olunması sisteminin modernləşdirilməsi 
İlk  növbədə,  idarəçilik  strukturunun  əsaslı  təkmilləşdirilməsi,  işəgötürənlərin  orta 
ixtisas təhsili müəssisələrinin idarə olunmasında və inkişafında iştirakının təmin edilməsi ilə 
bağlı müvafiq tədbirlərin görülməsi, orta ixtisas təhsili müəssisələri üçün aidiyyəti istehsal və 
tədris müəssisələrini baza kimi müəyyənləşdirməklə, onlar arasında sıx əlaqələrin yaradılması 
(məsələn,  müəllim  hazırlığı  sahəsində  məktəb  və  təhsil  şöbələri  ilə,  digər  sahələrdə  isə 
müvafiq  istehsal  qurumları  ilə  əlaqələrin  yaradılması),  tələbə  özünüidarəetmə  sisteminin 
inkişafı nəzərdə tutulur; 
- orta ixtisas təhsilində keyfiyyətin təmin olunması  
Orta  ixtisas  təhsili  müəssisələrinin  akkreditasiyasına  müstəqil  ekspertlərin  cəlb 
edilməsi  təmin  olunacaq,  tələbələrin  biliyinin  qiymətləndirilməsi  üçün  çoxballı  sistem  və 
kredit  sistem  tətbiq  ediləcək,  orta  ixtisas  təhsili  müəssisələrinin  fəaliyyətləri  haqqında 
ictimaiyyətə müntəzəm hesabatvermə sistemi yaradılacaqdır; 
- orta ixtisas təhsilində kadr hazırlığı  
Burada  pedaqoji  kadrların  attestasiyasının  yeni  mexanizminin,  orta  ixtisas  təhsili 
müəssisələrində keyfiyyəti təmin edən menecment sisteminin, əmək bazarının monitorinqi və 
işədüzəltmə-karyera  mərkəzlərinin,  dövlət  və  biznes  strukturlarının  sifarişləri  əsasında 
məqsədli  mütəxəssis  hazırlığı  mexanizminin  və  müəllimlərin  ixtisaslarının  artırılması  üçün 
müvafiq treninqlər sisteminin yaradılması nəzərdə tutulur;  
- orta ixtisas təhsilinin maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması   
Orta ixtisas təhsili müəssisələrinin yerləşdiyi bina və tikililərin müasir tələblərə uyğun 
əsaslı və cari təmir olunması, müasir texnika, texnologiya vasitələri ilə təmin edilməsi, təlim 
avadanlıqlarının yeniləşdirilməsi, tədris prosesində yeni təlim texnologiyalarının tətbiqinə nail 
olunması, elmi-metodik və informasiya təminatının yaxşılaşdırılması nəzərdə tutulur; 
- orta ixtisas təhsilinin maliyyələşdirilməsinin yeni mexanizmlərinin yaradılması  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə