TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ
Təhsildə İKT
47
ediləcəyini müəyyənləşdirməlidir. İlkin təhlil göstərir ki, pedaqoji universitet və
institutlardakı ixtisasların demək olar ki, hər birində DT texnologiyalarının tətbiqi imkanı var.
İxtisas müəyyənləşəndən sonra tədris planındakı hansı fənlərin (kursların) DT texnologiyası
ilə tədris olunması müəyyənləşdirilir. Bu kurslar ya tamamən, ya da qismən (ayrı-ayrı
mövzular, modullar) DT texnologiyası ilə tədris oluna bilər. Tədris planı və proqramların ilkin
təhlilindən sonra kurs və ya mövzuların DT keys texnologiyası ilə tədrisinə hazırlıq işləri
görülməlidir. Bu məqsədlə:
-
Ayrı-ayrı kurs və modullar üzrə xüsusi çap materialları hazırlanmalıdır. Hər
mövzu üzrə tələbələrin biliklərinin yoxlanılması məqsədi ilə xüsusi test tapşırıqlarının
hazırlanmasına da ciddi ehtuyac var. Kurs və modullar üzrə öyrədici, nəzarətedici
materialların hazırlanması xüsusi problemdir. Kursları tərtib edən müəllimlər bu məqsqdlə
xüsusi hazırlıq keçməli, daha sonra isə bu materiallar əsasında DT-in təşkili və aparılması,
səmərəliliyinin təyin edilməsi metodikasını öyrənməlidirlər.
-
Keys texnologiyası of-layn rejimində, CD-ROM formasında multimedia tədris
materialı hazırlanması və tətbiqini də nəzərdə tutur. Bu məqsədlə tədris planındakı kursun və
ya ayrı-ayrı modulların multimedia tədris vəsaiti formasında hazırlanmasına ehtiyac var.
Multimedia tədris vəsaitinin hazırlanması texnologiyası, ondan tədrisdə istifadə metodikası
üzrə də müəllimlərin xüsusi hazırlıq keçməsi zəruridir.
-
Əyani təhsil alan tələbələr ayrı-ayrı kurs və modullar üzrə yekun və aralıq bilik
səviyyələrini yoxlamaq üçün müəllimlər tərəfindən əvvəlcədən hazırlanmış elektron
testlərdən istifadə edə bilər. Bu onların biliklərinə diaqnoz qoymaqla yanaşı, tələbələrin
biliklərində olan çatışmamazlıqları vaxtında, operativ müəyyən etməyə, tədris prosesinin
gedişi barədə onlara informasiya verməyə imkan yaradır. Bu məqsədlə əvvəlcədən xüsusi
testlər hazırlanmalı, sınaqdan çıxarılmalı, sonra isə onların elektron versiyaları ya şəbəkədə,
ya da xüsusi CD-ROM –da yerləşdirilməlidir.
-
Əyani təhsil alan tələbələr əlavə tədris materialı kimi elektron kitabxanalardan,
internetin açıq informasiya resurslarından, müxtəlif təhsil portalları və saytlarından tədris
materialları əldə edə bilər. Bu məqsədlə əvvəlcədən mövzu və modul üzrə zəruri informasiya
resurslarının ünvanı müəllim tərəfindən dəqiqləşdirməli, tələbələrə çatdırmalıdır.
2. İlkin müəllim hazırlığının qiyabi təhsil formasında DT keys texnologiyaları. DT ilk
əvvəllər qiyabi təhsilin təkmilləşdirilməsi, «qiyabi» təhsildə «əyani»liyin çəkisinin artırılması
məqsədi ilə yaradılmışdır. Sonra inkişaf edərək müstəqil təhsil forması, daha sonra isə təhsil
texnologiyası statusunu almışdır. Bu amillər qiyabi təhsillə DT arasında müəyyən tarixi
TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ
Təhsildə İKT
48
əlaqələrin olmasını göstərir. Təcrübə göstərir ki, qiyabi təhsil forması ilə məşğul olan tədris
müəssisələri DT texnologiyalarından daha asan və səmərəli istifadə edə bilirlər. Qiyabi təhsil
təcrübəsi burada özünü göstərir.
Əyani təhsil formasında olduğu kimi, qiyabi formada da, müəllim hazırlığı ilə məşğul
olan hər hansı tədris müəssisəsi müasir DT texnologiyalarından istifadə məqsədi ilə, hansı
fakultə, ixtisas üzrə bu texnologiyanı tətbiq ediləcəyini müəyyənləşdirməlidir. İxtisas
müəyyənləşəndən sonra müvafiq tədris planındakı hansı fənlərin (kursların) DT texnologiyası
ilə tədris olunması dəqiqləşdirilməlidir. Bu kurslar ya tamamən, ya da qismən (ayrı-ayrı
mövzular, modullar üzrə) DT texnologiyası ilə tədris oluna bilər. Tədris planı və proqramların
təhlilindən sonra kurs və ya mövzuların DT texnologiyası ilə tədrisinə hazırlıq işləri
görülməlidir. Qiyabi müəllim hazırlığında keys texnologiyalarının tətbiqi üçün ilk növbədə
aşağıdakı işlər görülməlidir:
-
DT texnologiyası ilə tədris ediləcək kursun yüksək ixtisaslı professor- müəllim
heyəti tərəfindən oxunan icmal xarakterli canlı mühazirələri video kassetlərə (audio
kassetlərə, DVD-lərə) yazılaraq böyük tirajla çoxaldılır və kursu distant öyrənən bütün
tələbələrə göndərilir. Tələbələrə göndərilən keys kassetlərdən əlavə tədris planı, öyrəniləcək
kursların proqramları, kursun müstəqil öyrənilməsi üçün metodik göstərişlər, çap materialları,
testlər və s. təchiz edilir.
-
Daha sonra ayrı-ayrı kurs və modullar üzrə xüsusi çap materialları hazırlanmalıdır.
Bu materiallar kursun məzmununu daha da səmərəli və sərbəst şəkildə öyrənməyə kömək
etməlidir. Ayrı-ayrı mövzular üzrə biliklərin yoxlanılması məqsədi ilə xüsusi test
tapşırıqlarının hazırlanması da zəruridir.
-
DT-nin əyani təhsil formasında olduğu kimi , qiyabi təhsil formasında da keys
texnologiyalarının tətbiqi CD-ROM formasında multimedia tədris materialının hazırlanması
və tətbiqini nəzərdə tutur. Bu məqsədlə tədris planındakı kursların və ya ayrı-ayrı modulların
multimedia tədris vəsaiti formasında hazırlanmasına ehtiyac var.
-
Qiyabi təhsil alan tələbələr ayrı-ayrı kurs və modullar üzrə yekun və aralıq bilik
səviyyələrini yoxlamaq üçün müəllimlər tərəfindən əvvəlcədən hazırlanmış elektron
testlərdən istifadə edə bilər. Bu onların biliklərinə diaqnoz qoymaqla yanaşı, tələbələrin
biliklərində olan çatışmazlıqları vaxtında, operativ müəyyən etməyə imkan verər, tələbələrə
və müəllimlərə tədris prosesi barədə real informasiya verə bilər. Bu məqsədlə əvvəlcədən
xüsusi testlər hazırlanmalı, sınaqdan çıxarılmalı, sonra isə onların elektron versiyaları
hazırlanmalı, ya şəbəkədə, ya da xüsusi CD-ROM –da yerləşdirilməlidir.
Dostları ilə paylaş: |