METODİKA VƏ TƏCRÜBƏ
63
forması olan birinci forma ən mühümdür, ikinci və üçüncü formalar həllin analitik və ya
proqramm yazılışının necə şərh olduğunu nümayiş etdirə bilər.
Psixoloji baxımdan məsələ həlli yollarının axtarılmasının tərtib olunmasını bildirirən
məhz birinci forma alqoritmləşdirmə elementlərinin riyaziyyat kursuna daxil edilməsi
ideyasına tamamilə uyğundur. Söhbət hər biri nəticənin analitik və ya proqram yazılışına
gətirilə bilən iri bloklar sistemi şəklində həllərin məntiqi yazılışından gedir. Həllin məntiqinin
iri bloklarla belə təsviri informatikada mühüm rol oynayan struktur proqramlaşdırmaya
tamamilə uyğundur.
Sonda qeyd etmək olar ki, gələcəkdə informatika riyaziyyatın ayrılmaz hissəsi
olacaqdır. Ona görə riyaziyyat tədrisində islahatlar onun alqoritmik elementlərinin
gücləndirilməsi, son nəticədə isə şagirdlərdə alqoritmik təfəkkür tərzinin formalaşması
istiqamətində getməlidir.
Ədəbiyyat
1. Adıgözəlov A.S. Orta məktəbdə riyaziyyatın tədrisi metodikası. ümumi metodika. Ali
məktəb tələbələri üçün dərs vəsaiti. Bakı,2015
2. Abdullayev C.S. və b. İnformatikanın tədrisi metodikası. Bakı, Təhsil, 2003, 240
səh.
3.Pələngov Ə.Q. Abdullayeva M.V. İnformatikanın tədrisi metodikası. Dərs vəsaiti
Bakı, 2000
4. Monaxov V.M.Formirovanie alqoritmiçeskoy kulğturı şkolğnika pri obuçenii
matematike.
5.Lapçik M.P. Metodika prepodavaniə informatiki. M. Prosvehenie 2001
METODİKA VƏ TƏCRÜBƏ
64
VII sinifdə riyaziyyat və informatika fənləri arasında
inteqrasiyanın realizasiyası
Azərbaycan Dövlət Pedaqoji Universitet
G. Əliyeva
Magistrant
S.M.Nəçəfova
Müəllim
Xülasə
Baxılan məqalədə, riyaziyyatın və informatikanın inteqarasiyası prosesində riyaziyyatın və
informatikanın metodlarının qarşıllıqlı əlaqəsi təhlil olunur.
Резюме
В данной статье исследованы особенности взаимосвязи и взаимодействия
математических методов и методов информатики в процессе интеграции математики и
информатики, взаимопроникновения и взаимодействия теоретических и методологических
предпосылок математики и информатики.
Summary
In this article the methodological aspects of the interdisciplinary connections of mathematics
and computer scence in the integrative teaching process.
Müasir təlim dəyişən ictimai və sosial şəraitə uyğunlaşmalıdır. Bunun başlıca
səbəblərindən biri ölkədə intellektual potensialın inkişafına olan tələbatın artmasıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Biz maddi
dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı,
biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və
beləliklə ölkənin intellektual potensialı da möhkəmlənir”. Bu ideyanın reallaşdırılması, yeni
təlim metodlarının tətbiq edilməsi müəllim və şagirdlər arasında olan münasibəti, psixoloji
mühitin dəyişdirilməsini zəruri edir. Müasir şəraitdə tədris-təlim prosesinə yeni yanaşmaların,
təlim və pedaqoji texnologiyaların və İKT-nin gətirilməsi nəticəsində təhsil sistemində həyata
keçirilən islahatların təsiri ilə öyrədən və öyrənən qarşılıqlı münasibətlərində yeni xarakterli
əlaqələr formalaşır. Pedaqoji proses iki tərəfin, yəni təhsil alanla təhsil verən arasındakı
qarşılıqlı münasibətlərin xarakterindən asılı olaraq müəyyənləşdirilir. Bilik qazanmanın
inkişafına yönəlmiş cəmiyyətin gələcəyi müəllimin innovativ aktivliyinin inkişafından birbaşa
asılıdır. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında qeyd
olunduğu kimi “Respublikada keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri
arasında aparıcı mövqe tutan səriştəli müəllim və təhsil menecerlərinə qabaqcıl
METODİKA VƏ TƏCRÜBƏ
65
texnologiyalara əsaslanan infrastruktura malik təhsil sistemi qurulmalıdır.” Belə sistem təhsil
alanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları
vasitəsilə təhsilin məzmununun səmərəli mənimsədilməsini təmin edən yüksək nüfuzlu,
səriştəli təhsil verənin formalaşdırılmasını təmin etməlidir. (Kurrikulum jurnalı)
XXI əsr yüksək kompyuter texnologiyaları əsridir. Bu əsrin təlim metodu ənənəvi təlim
prosesindən fərqlənir. Kompyuter və elektron texnologiyaları həyatımızın böyük bir hissəsini
təşkil edir. Müəllimlər müasir dövrün bu texnologiyalarından istifadə edərək şagirdlərdə
müasir bacarıq, sərbəst düşünmə tərzi və məqsədə nail olmaq üçün müasir texnika və
texnologiyalardan düzgün istifadə bacarıqlarını inkişaf etdirir. Davamlı və insan potensialına
əsaslanan inkişafa aid olan bilik və bacarıqlar Milli Kurrikulumda təsbit
olunur.(http://www.tehsilproblemleri.com/?p=4564-Təhsil Problemləri- Elektron
resursların təhsildə imkanları)
Cəmiyyətin hər bir üzvü Milli Kurrikulumun tələbinə görə təhsil səviyyəsindən asılı
olmayaraq gələcək nəsillərin maraqlarını nəzərə alan inkişafı təmin etmək üçün zəruri bilik və
bacarıqlara malik olmalıdır. Təlim kursuna aşağıdakı mövzular daxildir:
1.
Fənn kurrikulumların strukturu və məzmunu
2.
Müasir kurrikulumlar və yeni təlim strategiyaları
3.
Fənn kurrikulumları əsasında təlimin planlaşdırılması üzrə praktik iş
4.
Ümumi təhsil sistemində yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi
Mənşəcə latın sözü olan kurrikulumun lüğəti mənası “yol”, “istiqamət” deməkdir.
Kurrikulum təhsil məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün zəruri
olanları özündə əks etdirən konseptual sənəddir.
Kurrikulum islahatını zəruri edən səbəblər:
-cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması;
-planlı iqtisadiyyatdan bazar iqisadiyyatına keçid;
-dünya təhsil sisteminə inteqrasiya;
-informasiya əsrinin tələbləri.
(
http://www.celt.az/kurikulum-n%C9%99dir/-Celt
Colleges)
Kurrikulumda fənnin məzmun xətti dəyişməzdir, özündə əsas standart və alt
standartları birləşdirir. Əsas standart adətən dəyişməzdir, alt standart isə daim dəyişir.
Şagirdlərin yaradıcı təfəkkürünün inkişafı onların tədqiqatçılıq məntiqi təfəkkürünün
inkişafı ilə sıx bağlıdır. Bu sahədə riyaziyyat dərslərinin imkanları daha genişdir və
şagirdlərin riyazi təfəkkürünün inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmalıdır.
Riyaziyyat-real həyatın miqdar və fəza münasibətlərinə dair məsələlərin həllinin bu
obyektlərin xassələrini zərurət üzündən ideallaşdırma yolu ilə tapılmasına əsaslanan
elm, təbiət elmlərinin bazisidir. Adətən, tədqiq olunan obyekt və proseslərin
ideallaşdırılmış xüsusiyyətləri aksiom şəklində formalaşdırılır. Bundan sonra bu
aksiomlar əsasında dəqiq yollarla digər məntiqi cəhətcə doğru xassələr əldə edilir. Bu
nəzəriyyə ümumilikdə tədqiq olunan obyektin riyazi modelini əmələ gətirir. Ənənəvi
olaraq riyaziyyat iki hissəyə-nəzəri və tətbiqi riyaziyyata bölünür.
Nəzəri riyaziyyat riyaziyyatın strukturu daxilində ciddi analiz aparılmasını həyata
keçirir. Tətbiqi riyaziyyat isə riyaziyyatla əlaqəli digər elm və mühəndis sahələri üçün
öz modellərini təqdim edir.
(
https://az.wikipedia.org/wiki/Riyaziyyat-Vikipedia
)
Dostları ilə paylaş: |