Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/40
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37892
1   ...   21   22   23   24   25   26   27   28   ...   40

METODİKA VƏ TƏCRÜBƏ 
63 
 
forması  olan  birinci  forma  ən  mühümdür,  ikinci  və    üçüncü  formalar  həllin  analitik  və  ya 
proqramm yazılışının  necə şərh olduğunu  nümayiş etdirə bilər. 
Psixoloji baxımdan  məsələ  həlli  yollarının axtarılmasının   tərtib olunmasını bildirirən  
məhz    birinci  forma  alqoritmləşdirmə  elementlərinin    riyaziyyat  kursuna    daxil  edilməsi 
ideyasına tamamilə uyğundur. Söhbət hər  biri  nəticənin  analitik  və  ya proqram   yazılışına 
gətirilə bilən iri bloklar sistemi şəklində həllərin məntiqi yazılışından gedir. Həllin məntiqinin 
iri  bloklarla  belə  təsviri  informatikada  mühüm  rol  oynayan  struktur  proqramlaşdırmaya   
tamamilə uyğundur. 
Sonda  qeyd  etmək  olar  ki,  gələcəkdə  informatika  riyaziyyatın  ayrılmaz  hissəsi 
olacaqdır.  Ona  görə    riyaziyyat  tədrisində    islahatlar  onun  alqoritmik  elementlərinin  
gücləndirilməsi,  son  nəticədə  isə  şagirdlərdə  alqoritmik  təfəkkür  tərzinin    formalaşması 
istiqamətində getməlidir. 
Ədəbiyyat 
1. Adıgözəlov A.S. Orta məktəbdə riyaziyyatın tədrisi metodikası. ümumi metodika. Ali 
məktəb tələbələri üçün dərs vəsaiti. Bakı,2015 
2.    Abdullayev  C.S.  və  b.  İnformatikanın  tədrisi  metodikası.  Bakı,  Təhsil,  2003,  240 
səh. 
3.Pələngov  Ə.Q.  Abdullayeva  M.V.    İnformatikanın  tədrisi  metodikası.      Dərs  vəsaiti   
Bakı, 2000 
4.  Monaxov  V.M.Formirovanie    alqoritmiçeskoy  kulğturı  şkolğnika  pri  obuçenii 
matematike.  
5.Lapçik M.P. Metodika prepodavaniə informatiki. M. Prosvehenie 2001 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


METODİKA VƏ TƏCRÜBƏ 
64 
 
 
VII sinifdə riyaziyyat və informatika fənləri arasında 
inteqrasiyanın realizasiyası 
 
Azərbaycan Dövlət Pedaqoji Universitet 
 
G. Əliyeva  
Magistrant 
 
S.M.Nəçəfova 
Müəllim 
 
Xülasə 
                                                                                    
Baxılan  məqalədə,  riyaziyyatın  və  informatikanın  inteqarasiyası  prosesində  riyaziyyatın  və 
informatikanın metodlarının  qarşıllıqlı əlaqəsi  təhlil olunur. 
 
 
Резюме 
 
В  данной  статье  исследованы  особенности  взаимосвязи  и  взаимодействия 
математических  методов  и  методов  информатики  в  процессе  интеграции  математики  и 
информатики,  взаимопроникновения  и  взаимодействия  теоретических  и  методологических 
предпосылок математики и информатики.  
 
Summary 
In this article the methodological aspects of the interdisciplinary connections of mathematics 
and computer scence in the integrative teaching process. 
 
Müasir  təlim  dəyişən  ictimai  və  sosial  şəraitə  uyğunlaşmalıdır.  Bunun  başlıca 
səbəblərindən  biri  ölkədə  intellektual  potensialın  inkişafına  olan  tələbatın  artmasıdır. 
Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyev  demişdir:  “Biz  maddi 
dəyərlərimizi,  iqtisadi  potensialımızı  insan  kapitalına  çevirməliyik.  Çünki  insanın  savadı, 
biliyi  onun  gələcək  həyatını  müəyyən  edir,  ölkənin  hərtərəfli  inkişafına  xidmət  edir  və 
beləliklə  ölkənin  intellektual  potensialı  da  möhkəmlənir”.  Bu  ideyanın  reallaşdırılması,  yeni 
təlim  metodlarının  tətbiq  edilməsi  müəllim  və  şagirdlər  arasında  olan  münasibəti,  psixoloji 
mühitin dəyişdirilməsini zəruri edir. Müasir şəraitdə tədris-təlim prosesinə yeni yanaşmaların, 
təlim və pedaqoji texnologiyaların və İKT-nin gətirilməsi nəticəsində təhsil sistemində həyata 
keçirilən islahatların təsiri ilə öyrədən və öyrənən qarşılıqlı münasibətlərində yeni xarakterli 
əlaqələr  formalaşır.  Pedaqoji  proses  iki  tərəfin,  yəni  təhsil  alanla  təhsil  verən  arasındakı 
qarşılıqlı  münasibətlərin  xarakterindən  asılı  olaraq  müəyyənləşdirilir.  Bilik  qazanmanın 
inkişafına yönəlmiş cəmiyyətin gələcəyi müəllimin innovativ aktivliyinin inkişafından birbaşa 
asılıdır.  Azərbaycan  Respublikasında  təhsilin  inkişafı  üzrə  Dövlət  Strategiyasında  qeyd 
olunduğu  kimi  “Respublikada  keyfiyyət  nəticələri  və  əhatəliliyinə  görə  dünya  ölkələri 
arasında  aparıcı  mövqe  tutan  səriştəli  müəllim  və  təhsil  menecerlərinə  qabaqcıl 


METODİKA VƏ TƏCRÜBƏ 
65 
 
texnologiyalara əsaslanan infrastruktura malik təhsil sistemi qurulmalıdır.” Belə sistem təhsil 
alanların  fərdi  xüsusiyyətlərini  nəzərə  alan  innovativ  təlim  metodları  və  texnologiyaları 
vasitəsilə  təhsilin  məzmununun  səmərəli  mənimsədilməsini  təmin  edən  yüksək  nüfuzlu, 
səriştəli təhsil verənin formalaşdırılmasını təmin etməlidir. (Kurrikulum jurnalı) 
XXI əsr yüksək kompyuter texnologiyaları əsridir. Bu əsrin təlim metodu ənənəvi təlim 
prosesindən fərqlənir. Kompyuter və elektron texnologiyaları həyatımızın böyük bir hissəsini 
təşkil edir. Müəllimlər müasir dövrün bu texnologiyalarından istifadə edərək şagirdlərdə 
müasir bacarıq, sərbəst düşünmə tərzi və məqsədə nail olmaq üçün müasir texnika və 
texnologiyalardan düzgün istifadə bacarıqlarını inkişaf etdirir. Davamlı və insan potensialına 
əsaslanan inkişafa aid olan bilik və bacarıqlar Milli Kurrikulumda təsbit 
olunur.(http://www.tehsilproblemleri.com/?p=4564-Təhsil Problemləri- Elektron 
resursların təhsildə imkanları) 
Cəmiyyətin  hər  bir  üzvü  Milli  Kurrikulumun  tələbinə  görə  təhsil  səviyyəsindən  asılı 
olmayaraq gələcək nəsillərin maraqlarını nəzərə alan inkişafı təmin etmək üçün zəruri bilik və 
bacarıqlara malik olmalıdır. Təlim kursuna aşağıdakı mövzular daxildir: 
1.
 
Fənn kurrikulumların strukturu və məzmunu 
2.
 
Müasir kurrikulumlar və yeni təlim strategiyaları 
3.
 
Fənn kurrikulumları əsasında təlimin planlaşdırılması üzrə praktik iş 
4.
 
Ümumi təhsil sistemində yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi 
Mənşəcə  latın  sözü  olan  kurrikulumun  lüğəti  mənası  “yol”,  “istiqamət”  deməkdir. 
Kurrikulum  təhsil  məzmunu,  təşkili  və  qiymətləndirilməsi  ilə  bağlı  bütün  zəruri 
olanları özündə əks etdirən konseptual sənəddir.  
Kurrikulum islahatını zəruri edən səbəblər: 
-cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması; 
-planlı iqtisadiyyatdan bazar iqisadiyyatına keçid; 
-dünya təhsil sisteminə inteqrasiya; 
-informasiya  əsrinin tələbləri. 
(
http://www.celt.az/kurikulum-n%C9%99dir/-Celt
 Colleges) 
Kurrikulumda  fənnin  məzmun  xətti  dəyişməzdir,  özündə  əsas  standart  və  alt 
standartları birləşdirir. Əsas standart adətən dəyişməzdir, alt standart isə daim dəyişir.  
Şagirdlərin  yaradıcı təfəkkürünün  inkişafı onların tədqiqatçılıq  məntiqi təfəkkürünün 
inkişafı  ilə  sıx  bağlıdır.  Bu  sahədə  riyaziyyat  dərslərinin  imkanları  daha  genişdir  və 
şagirdlərin riyazi təfəkkürünün inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmalıdır.  
Riyaziyyat-real  həyatın  miqdar  və  fəza  münasibətlərinə  dair  məsələlərin  həllinin  bu 
obyektlərin  xassələrini  zərurət  üzündən  ideallaşdırma  yolu  ilə  tapılmasına  əsaslanan 
elm,  təbiət  elmlərinin  bazisidir.  Adətən,  tədqiq  olunan  obyekt  və  proseslərin 
ideallaşdırılmış  xüsusiyyətləri  aksiom  şəklində  formalaşdırılır.  Bundan  sonra  bu 
aksiomlar əsasında dəqiq yollarla digər məntiqi cəhətcə doğru xassələr əldə edilir. Bu 
nəzəriyyə ümumilikdə tədqiq olunan obyektin riyazi  modelini  əmələ  gətirir.  Ənənəvi 
olaraq riyaziyyat iki hissəyə-nəzəri və tətbiqi riyaziyyata bölünür.  
Nəzəri  riyaziyyat  riyaziyyatın  strukturu  daxilində  ciddi  analiz  aparılmasını  həyata 
keçirir. Tətbiqi riyaziyyat isə riyaziyyatla əlaqəli digər elm və mühəndis sahələri üçün 
öz modellərini təqdim edir. 
(
https://az.wikipedia.org/wiki/Riyaziyyat-Vikipedia
) 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə