Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/40
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37892
1   ...   18   19   20   21   22   23   24   25   ...   40

METODİKA VƏ TƏCRÜBƏ 
53 
 
istiqamətini  göstərərkən  cənub  –yuxarı,  şimal  isə  aşağı  kimi  qiymətləndirilir.  Qədim  türklər 
on-sağ  mənasında olan kökdən  sağ tərəf, üz tərəfi, düzgün, uğur, həmin kökdən onar-irəliyə 
doğru,  düzgün    kimi  müsbət  mənaları  vardır.  /8;44/  Digər  tərəfdən  sol  sözünün-
azalmaq,öldürmək,  yoxa  çıxmaq,qurumaq,  kor  olmaq  kimi  mənaları  vardır  ki,  bu  mənalara 
istinad edərək belə   nəticə çıxarmaq olar ki, sağ tərəf yəni cənub tərəf türklərdə  yaxşı, üstün 
tərəf hesab edildiyi halda sol isə mənfi mənada işlənərək sağın əksi hesab edilir. /8; 44/ Buna 
biz Kül tigin abidəsində də rast gəlirik.  
Sabımın  tükəti  esidgil:  ulayu  iniyigünim,  oğlanım,  biriki  oğuşım,  bodunum,  biriyə 
şadaput bəglər, yıraya tarkat buyuruk bəglər... 
Sözlərimi  axıradək  eşidin:  arxamca  gələn  soydaşlarım  (və  ya  tabeliyimdə  olan 
xalqım), gənclərim, birləşən qəbilələrim, xalqım, sağda (duran) şad-apıt bəyləri, solda(duran) 
tərxanlar, buyuruqçu bəylər... (1, k) 
Burada yüksək rütbəli bəylərə üstünlük verilərək sağda, digərlərinin isə solda olduğu 
göstərilir. Bu da qədim türklərdə sağ tərəfin daha üstün olduğu əlamətini təsdiq edir.  
Şərq  və  qərb  həyatın  hərəkət  istiqamətini  bildirirdi.  Onların  inversiyası  və 
semantikasında olan uyğunluq barədə danışmaq olar, bu isə öz növbəsində daha çox “gəliş” 
və  “gediş”  ilə  bağlıdır.  Yəni,  günəşin  hər  gün  şərqdən  çıxması  və  qərbdən  batması  yolunu 
onun doğulma və ölməsi kimi də interpritasiya etmək olar. Şərq və qərbi yaxınlaşdıran ümumi 
cəhətlər  var:  aydınlıq.  Bu  məfhumun  ölüm  və  doğum  sözləri,  hətta  səhər  və  axşam,  yaz  və 
payız kimi də qəbul etmək olar. 
Beləliklə,  qədim  türk  abidələrinin  tədqiqi  dilçilik  baxımından  çox  maraqlı  və  vacib 
olması ilə yanaşı, eyni zamanda, türk xalqlarının tarixi mədəni irsinin və bu xalqların inkişaf 
mərhələlərini  öyrənmək  üçün  də  çox  vacibdir.  Bunu  nəzərə  alaraq  biz  bu  zəmində  elmi 
tədqiqatlarımızı davam etdirəcəyik.   
 
 
Ədəbiyyat  
1. “Azərbaycan dilinin dialektoloji lüğəti”, Bakı-2007 
2. Məmmədov Y. “Orxon-Yenisey abidələrində adlar”, Bakı-1979 
3. Şükürlü Ə.,“Qədim türk yazılı abidələrinin dili”, Bakı-1993 
4. «Древнетюркский словарь», Наука-1969 
5. Кононов А.Н., «Грамматика языка тюркских рунических памятников», Наука-1980 
6. Малов С.Е. «Памятники древнетюркской письменности», Москва-1952 


METODİKA VƏ TƏCRÜBƏ 
54 
 
7. Тенишев Э.Р., « Сравнительно-историческая грамматика тюркских языков», Наука-
1988 
8. «Традиционное мировоззрение тюрков», Наука-1988 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


METODİKA VƏ TƏCRÜBƏ 
55 
 
 
VI sinifdə “Kütlə və onun təyini” mövzusunun interaktiv metodla tədrisi 
Azərbaycan Dövlət Pedoqoji Universiteti 
Ş.H.Əlizadə 
 
Pedoqogika üzrə elmlər doktoru, professor 
S.R.Səlimova 
magistr 
 
Xülasə  
Məqalədə  “Kütlə  və  onun  təyini”  mövzusunun  interaktiv  metodla  tədrisi  metodikası 
verilmişdir. 
Açar sözlər: kütlə, bərk cisim, maye, molekul. 
 
Резюме 
В  статье  была  дана  методика  обучения  на  тему  «Масса  и  ее  определение»  с 
интерактивным методом. 
Ключевые слова: масса, твёрдый, жидкость, молекула. 
 
Summary 
In this article  was given methods of carrying out of the theme “Mass and its determination” 
with interactive method. 
Keywords: mass, solid, liquid, molecule. 
 
Mövzu: Kütlə və onun təyini. 
 
Alt standartlar: 2.1.1. Maddələri quruluşuna (aqreqat hallarına)  görə fərqləndirir. 
 2.1.2. Materiyanın formalarını fərqləndirir. 
 2.1.4. Maddələrin quruluşuna (aqreqat hallarına) dair sadə  məsələlər həll edir.       
  3.1.1. Sadə ölçü cihazlarından istifadə edir. 
Məqsəd: 

 
Kütlənin  maddənin əsas xassəsi olduğunu şərh edir. 

 
Cismin kütləsini qollu təzəi və elektron tərəzi vasitəsilə ölçür. 

 
Kütlənin BS-dəki vahidini digər vahidlərlə əvəz edir. 

 
Mövzuya aid sadə məsələlər həll edir. 
 Təchizat:  Qollu və elektron tərəzilər, stəkan, su, üyüdülmüş kokos, qum. 
 Inteqrasiya:  Riyaziyyat 4.1.1. 
 Iş formaları:  Cütlərlə iş, kiçik qruplarla iş. 
 Üsul:   Beyin həmləsi, müşahidə, araşdırma, müzakirə. 
Dərsin gedişi 
1.
 
Sinfin təşkili – 2 dəq. 
       Sinfə  daxil  olub  salamlaşdıqdan  sonra  davamiyyət  yoxlanılır,  dərsdə  iştirak  etməyənlər 
qeyd edilir, sinif  nəzərdən keçirilir və  lazım gələrsə tərbiyyəvi təsir göstərilir, şagirdlər dörd 
qrupa “Bərk cisim”,  “Maye”,  “Qaz”  və  “Plazma”   bölünür.  Onlara kiçik kağızlar  və  lazım 
olan avadanlıq dəsti paylanılır. 
2.
 
Motivasiyanın yaradılması və problemin qoyuluşu – 5 dəq. 
Nə  üçün  biz  bəzi  əşyaları  rahatlıqla  qaldırırıq  bəzilərini  isə  qaldıra  bilmirik?  Gəlin  bu  suala 
birlikdə cavab tapaq. 


METODİKA VƏ TƏCRÜBƏ 
56 
 
2 eyni  həcmli  stəkan götürülür. Biri qumla digəri  isə üyüdülmüş kokosla doldurulur. 
Şagirdlər əllərinə götürüb hansının ağır olduğunu bildirirlər. 
Sonra  isə  şagirdlər  əvvəlcə  bir  kitabı  əllərinə  götürürlər.  Daha  sonra  isə  5  kitabı  üst-üstə 
qoyub götürürlər. Hansını daha rahat götürdüklərini bildirirlər. 
M: Siz əlinizə eyni həcmli 2 stəkan götürdünüz. Birində qum digərində isə üyüdülmüş kokos 
vardı. Hansı stəkan sizə daha agır gəldi? 
Ş: Qumla dolu stəkan  üyüdülmüş kokosla doldurulmuş stəkandan daha ağır idi. 
M:  Bəs  niyə  eyni  həcmli  stəkanlardan  içində  qum  olan  ağır,  içində  üyüdülmüş  kokos  olan 
yüngül olur? 
 
Sinfi dinlədikdən sonra müəllim bildirir. 
M:  Maddələrin  mühüm  xassələrindən  biri  kütləsidir.  Kütlə  cismin  ağırlıq  dərəcəsini  ifadə 
edir.  Yəni  cisimdəki  maddənin  miqdarı  nə  qədər  çox  olarsa,  o  daha  ağır  olar.  BS-də  kütlə 
vahidi 1 kiloqram (1kq) qəbul olunmuşdur. Riyaziyyatdan da  bilirsiniz ki,  cisimlərin kütləsi 
müxtəlif vahidlərlə ifadə olunur. 
1t (ton) = 1000 kq 
1 s (sentner) = 100 kq 
1t (ton) = 10 s (sentner) 
1kq = 1000q 
 
Kütlə m hərfi ilə işarə olunur və tərəzi vasitəsilə ölçülür. 
 
Daha sonra müxtəlif tərəzilər nümayiş olunur: qollu tərəzi, yaylı tərəzi, elektron tərəzi. 
Bu tərəzilərdən istifadə qaydaları ilə şagirdlər tanış edilirlər.  
 
Qollu tərəzi, çəki daşları, metal tircik, taxta tircik, tennis topu və plastilindən 
hazırlanmış kürəcik götürülür. Qollu tərəzidən istifadə edilərək bu cisimlərin kütlələri təyin 
edilir. Bununla bərk cisimlərin kütlələrini təyin etməyi öyrənirlər. 
M: Bəs mayenin kütləsini necə təyin edək? Bunun üçün də qollu tərəzidən istifadə edəcəyik. 
Bizə elektron tərəzi, şüşə stəkan, su lazım olacaq. Əvvəlcə boş stəkanın kütləsini təyin edək. 
Boş stəkanın kütləsi nə qədərdir? 
Ş: Boş stəkanın kütləsi 220 q-dır. 
M: Gəlin boş stəkanın təyin etdiyimiz kütləsini m
boş 
işarə edək və qiymətini yazaq. 
m
boş
= 220q 
İndi isə stəkanı su ilə dolduraq və yenidən su ilə dolu stəkanın kütləsini təyin edək. 
Su ilə dolu stəkanın kütləsi nə qədərdir? 
Ş: Su ilə dolu stəkanın kütləsi 420 q oldu. 
M: gəlin su ilə dolu stəkanin kütləsini isə m
dolu 
işarə edək və qiymətini yazaq. 
m
dolu
 = 420q 
Stəkandakı suyun kütləsini nece tapa bilərik? 
 
Sinfi dinlədikdən sonra müəllim qeyd edir. 
M: Stəkandakı suyun kütləsini tapmaq üçün dolu stəkanın kütləsindən boş stəkanın kütləsini 
cıxmaq lazımdır. Nəticədə stəkandakı suyun kütləsi təyin olunur. Yəni: 
m
su 
= m
dolu
 - m
boş
 
420q – 220q = 200q 
Əgər bunu kiloqramla göstərsək necə olar? 
Ş: 200q = 0,2 kq. 
Tədqiqat sualı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə