Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/40
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37892
1   ...   14   15   16   17   18   19   20   21   ...   40

METODİKA VƏ TƏCRÜBƏ 
41 
 
IX sınıf informatika kursunda “İF VƏ CASE seçim operatorları” 
mövzusunun tədrisi haqqında 
 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
E.M.Orucova 
dissertant 
 
 
Xülasə 
Məqalədə  kompüter  proqramlaşdırma  kursları,tədrisdə  tövsiyyələr  verilir.Mövzu  tədris 
texnikasına uyğun göstərilir.Operatorların tədris metodlarının tətbiqi göstərilir. 
Açar sözlər:sistem nəzəriyyəsi, pedaqoji aspekt, təhsil prosesi 
 
 
Резюме 
    В статье даются рекоьендации по преподование компьютерного программирования курсы. 
Отображаетсяс соответствии с методикой преподования предмета.Операторы показании в 
применений методов обучения. 
Ключевые слова: система теории, педагогический аспект, процесс оброзования. 
 
 
Summary 
The article provides recommendations on the teaching of computer programming 
courses.Displayed according to the technique of teaching the subject.The operators are shown in the 
application of teacing methods. 
Key words: system theory, pedagogical aspects, educational process. 
 
 
Dərsin motivasiyasını qurmaq üçün şagirdıər qarşısında belə bir problem situasiya yaradılır: 
Siz  bir  çox  məsələlərin  həlli  zamanı  yerinə  yetiriləcək  əmrlərin  (komandaların)  bir-
birinin ardınca gəldiyinin şahidi oldunuz. Bəs görəsən bu ardıcıllıq müəyyən situasiyadan və 
ya şərtdən asılı olduqda məsələni necə həll etmək olar? 
 
Sonra onların 6-7 ci siniflərdə öyrəndikləri  AlpLogo proqramlaşdırma dilində  yerinə 
yetirmək üçün belə bir tapşırığı yerinə yetirməyi şagirdlərə tapşırıram: 
 a,  b,  c  həqiqi  ədədləri  verilib.  Onların  ən  böyük  ikisinin  hasilini  tapmaq  üçün  AlpLogo 
proqramlaşdırma dilində proqramını və blok-sxemini qurmalı. 
 
Şagirdlər  bu  fəaliyyətlə  məşğul  olarkən  sinifdə  əvvəlcədən  hazırladığım  bu  proqram 
haqqında məlumatı proyektor vasitəsilə ekranda nümayiş etdirirəm. Məqsəd şagirdlər çətinlik 
çəkdikdə  bundan  istifadə  etməkdir.  Şagirdlərin  fəaliyyəti  ümumiləşdirildikdən  sonra  yeni 
biliklərin verilməsi mərhələsinə keçirəm:  
 
Diqqətinizə  çatdırmaq 
istəyirəm  ki,  proqramlaşdırma  dillərinin  hamısında 
budaqlanmanı  yerinə  yetirən  xüsusi  operatorlar  vardır.  Belə  operatorlara  şərt  operatorları 
deyilir. Sadə şərt operatoru iki hissədən ibarət olur:  
1) şərtin özü;     
2) icra olunan operator. 
Şərt doğru olduqda icra operatoru yerinə yetirilir, əks halda o, buraxılır.if x < 5 then x := x + 
1; 
Burada  if  (əgər)  açar  sözü  şərt  operatorunun  başlanğıcını  bildirir.  Ondan  sonra  şərt 
verilir.  Daha  sonra  then  (onda)  açar  sözü  gəlir.  Axırda  icra  operatoru  dayanır.  Yoxlama 


METODİKA VƏ TƏCRÜBƏ 
42 
 
zamanı  şərt  doğru  olarsa,  bu  operator  yerinə  yetirilir,  yalan  olarsa,  buraxılır.  Belə  şərt 
operatoruna  bir  alternativli  şərt  operatoru  da  deyilir.  Əgər  şərt  doğru  olduqda  bir  neçə 
operatoru  yerinə  yetirmək  lazım  gələrsə,  “operator  mötərizə-  lərindən”  (begin  və  end  açar 
sözlərindən) istifadə olunur. 
Bir neçə icra operatorunun olduğu şərt operatoru aşağıdakı kimi yazılır: 
if X < 5 then 
begin 
X := X + 1; 
Y := Y + 1; 
end;  
begin və end açar sözlərinə operator mötərizələri deyilir. 
Şərt operatorunun tam forması və yarımçiq forması vardır.  Tam formada çox zaman 
şərt  doğru  olduqda  bir,  yalan  olduqda  isə  başqa  bir  əməliyyatın  yerinə  yetirilməsi  tələb 
olunur. Bu halda şərt operatorunun tam formasından istifadə edilir.   
if 
X < 5 then 
X := X + 1 
else 
X := X - 1; 
Şərt  doğru  olduqda  then  açar  sözündən  sonra  gələn  operator  (operatorlar)  yerinə 
yetirilir.  Şərt  yalan  olduqda  isə  else  (əks  halda)  açar  sözündən  sonra  göstərilmiş  operator 
(operatorlar) icra olunur. Belə şərt operatoruna iki alternativli şərt operatoru da deyilir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Cədvəl 2.2. 
Pascal dilində else açar sözündən qabaq nöqtəli vergül (;) qoyulmur. 
Şərt operatorları zənciri. Bir çox alqoritmlərdə bir neçə şərtin yoxlanılması tələb olunur. Bu 
halda şərt operatorlarının zənciri əmələ gəlir. Məsələn: 
Operator_ 
Operator_ 
Şərt 
 
Şərt 
yox 
hə 
Şərt 
Operator_1 
hə 
yox 
1.
 
Qısaldılmış 
şərti
 
 
 
 
b) 
Tam şərti  keçid 
operatoru
 
 
 


METODİKA VƏ TƏCRÜBƏ 
43 
 
if X < 6 then 
X := X + 3 
else if X < 15 then 
X := X - 2 
else if X = 13 or X = 15 then 
X := X * 4 
else 
X := 10; 
Şərt operatorları zəncirinə iç-içə operatorlar qrupu kimi baxmaq olar, ancaq 
onun  yazılışında  növbəti  if  açar  sözü  else  ilə  eyni  sətirdə  yazılmalıdır,  çünki  bu  halda 
proqramın strukturu daha sadə və anlaşıqlı olur. 
Zəncirdə  olan  və  else  if    komandaları  ilə  ayrılmış  icra  operatorlarından  yalnız  biri  yerinə 
yetirilir.  
Seçim  operatoru.  Şərt  operatorları  zəncirinin  qurulmasında  istifadə  olunan 
yoxlamaların hamısında yalnız bir ifadə iştirak edirsə və o tam qiymət alırsa, belə operatorlar 
qrupunu daha sadə şəkildə yazmaq olar. Bunun üçün seçim operatoru nəzərdə tutulub. Pascal 
dilində  seçim  operatoru  case  of  sətri  ilə  başlanır.  Bu  iki  sözün  arasında  yoxlanılası  ifadə 
yazılır.  Seçim  operatorundan  istifadə  etməklə  yuxarıdakı  şərt  operatorları  zəncirini  belə 
yazmaq olar: 
case of 
1..4:  X := X + 1;    
5..9:  X := X - 1;    
13,15: X := X * 2; 
else 
X := 10; 
end; 
Yoxlanılan  qiymətlər  ayrıca  ədədlər  və  intervallar  şəklində  verilir.  İntervalı  vermək 
üçün  minimal  və  maksimal qiymətləri, aralarında  iki  nöqtə (..) olmaqla göstərmək  lazımdır. 
Əgər  eyni  bir  operatordan  yoxlanılan  ifadənin  müxtəlif  qiymətlərini  yerinə  yetirmək  üçün 
istifadə  edilirsə,  həmin  qiymətlər  (və  intervallar)  aralarında  vergül  qoyulmaqla  yazıla  bilər. 
Qiymətlər  siyahısından  sonra  iki  nöqtə    (:)  qoyulur,  ondan  sonra  isə  yoxlanılan  ifadənin 
qiyməti  həmin  siyahıdakı  qiymətlərin  biri  ilə  üst-üstə  düşərsə,  növbəti  operator  icra  olunur. 
Əks halda ifadənin qiyməti növbəti sətirdəki siyahı ilə müqayisə olunur. 
Əgər ifadənin qiyməti siyahılardan heç biri ilə üst-üstə düşmürsə, else açar 
sözündən  sonra  göstərilən  operator  yerinə  yetirilir  (else  bölümü  olmaya  da  bilər).  Seçim 
operatoru həmişə end açar sözü ilə bitir. 
Əgər eyni qiymət bir neçə siyahıda göstərilibsə, həmin qiymətin birinci rast 
gəlindiyi  siyahıya  uyğun  operator  yerinə  yetirilir.  Sonra  idarəetmə  seçim  operatorunun 
ardınca gələn komandaya ötürülür. 
 
Bu  nəzəri  biliklərin  möhkəmləndirilməsi  üçün  nümunələr  gostərirəm.  Hər  qrupa 
aşağıdakı  proqramları  təqdim  edirəm  və  onların  sətirlərlə  izahını  öyrənib  cavab  vermələrini 
tələb edirəm: 
I qrup üçün:  x həqiqi ədədi və a, b tam ədədləri verilmişdir. X ədədinin (a,b) intervalına aid 
olub- olmadıqını yoxlayan proqram 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə