Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/40
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37892
1   ...   13   14   15   16   17   18   19   20   ...   40

METODİKA VƏ TƏCRÜBƏ 
37 
 
-  Dil  interfeysi  –  Azl  (Azərbaycan  dili,  Latın  qrafikası),  Aza  (Azərbaycan  dili,  Ərəb 
qrafikası), En (İngilis dili), Ru (Rus dili) 
- Çevirmə səviyyələri (3 səviyyə) 
- Hesab və Tənlik alt-rejimlərində istifadə olunan ədədlərdəki rəqəmlərin sayı 
- Hər rejim üzrə testlərin sayı 
 
Test rejimlərində biliklərin yoxlanılması ilə yanaşı, düzgün cavabları  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
göstərməklə (səhv olarsa) öyrətmə imkanı inteqrasiya olunmuşdur. Sistemdən optimal 
istifadə etmək qaydaları haqqında: 
Servis alt-rejimində 
 (Şəkil 2) testlərin ən aşağı səviyyəsi parametr kimi  müəyyən olunub. Şagirdin bilik səviyyəsi 
qalxdıqca  Servisdə  uyğun  parametrlərin  qiymətlərini  artırmaq  lazımdır.  Məsələn,  1  rəqəmli 
ədədlərin  hasil  testlərində  rəqəmlərinsayını  artırmaqla  2,  3  və  s.  rəqəmli  ədədlərin  hasil 
testlərini  generasiya  etmək  mümkündür.  Çevirmə  alt-rejimi  ilkin  olaraq  1-ci  səviyyə  kimi 
müəyyən  olunub,  yəni  1  vahidin  digər  vahidə  çevrilmə  testlərini  generasiya  edirsə,  2-ci 
səviyyə  2  vahidin  1  vahidə  çevirmə  testlərini  generasiya  edir.    Servisdəki  parametrlərin 
dəyişdirilmə qaydası şagirdin səviyyəsinə uyğun aparılmalıdır.   
“BabyTests” sisteminin rejimləri. 
BabyTests sisteminin 4 funksional və 1 idarəetmə alt-rejimi var.  
Hesab. Bu rejimdə əsas  hesab  əməlləri (toplama,  çıxma,  vurma,  bölmə) üzrə  testlər 
vizualisayia olunur. İstifadəçi ayrı-ayrı hesab əməlləri üzrə və ya bütün əməllər üzrə ardıcıl 
test  suallarını  cavablandıra  bilər.  Bundan  başqa  “Qarışıq”  alt-rejimini  seçməklə  hesab 
əməlinin  seçilməsi  proqramın  öhdəsinə  buraxılır.  Verilən  cavabların  statistikası  aparılır. 
Əgər istifadəçi testi səhv cavablandırıbsa və ya cavab verməyibsə, o zaman, proqram düzün 
cavabı  göstərir.  İstifadəçi  testin  cavablandıra  bilmirsə,  Hesab  əməlində  iştirak  edəcək 
 
Şəkil 2 


METODİKA VƏ TƏCRÜBƏ 
38 
 
ədədlərdəki rəqəmlərin sayı “Servis” rejimi vasitəsilə müəyyən olunur.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tənlik.  (Şəkil  3)  Bu  rejim  vasitəsilə  1-dərəcəli,  sadə  tənliklər  üzrə  testlər  realizə 
olunub.  Testdə  verilən  məchulun  qiymətinin  tapılması  tələb  olunur.  Məqsədə  uyğun  olaraq 
tənliyi toplama, çıxma,  vurma,  bölmə  əməlləri  əsasında  müəyyən etmək olar. Bundan  başqa 
“Qarışıq” və “Hamısı” alt-rejimlərindən məqsədəuyğun istifadə etmək olar. Cavab verilməsə 
və ya səhv cavab olarsa, düzgün cavab proqram tərəfindən göstərilir. 
Çevirmələr(Şəkil 4).   Servis  rejimində  müəyyən  olunmuş  səviyyədən  asılı  olaraq 
(cəmi 3 səviyyə mövcuddur), ölçü vahidlərinin çevrilməsilə bağlı testlər vizualisasiya olunub. 
1-ci səviyyədə  1 ölçü  vahidinin digər ölçü  vahidinə çevirmək tələb olunur. 2-3 səviyyələrdə 
bir neçə ölçü vahidilə göstərilmiş kəmiy yətlərin çevrilməsi tələb olunur. Cavab verilməsə və 
ya səhv cavab olarsa, düzgün cavab proqram tərəfindən göstərilir. Müqayisə. Bu rejim ədədlə 
rin  müqayisə testlərini genera siya etmək üçün  nəzərdə tutulub.  Müqayisə  üçün  böyük (>), 
kiçik (<), bərabər (=), bilmirəm (?) simvollarından birini seçmək lazımdır.  Cavab verilməsə 
və ya səhv cavab olarsa, düzgün cavab proqram tərəfindən göstərilir. 
 
 
 
Şəkil 3 


METODİKA VƏ TƏCRÜBƏ 
39 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Servis. BabyTests sisteminin bütün parametrləri bu rejim vasitəsilə müəyyən olunur. Rejimdə 
aşağıdakı funksional bölmələr realizə olunub:  
“Dil” bölməsi: Burada 4 dil interfeysi realizə olunub (Şəkil 5). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 - Azl – Azərbaycan Latın Qrafikasında Azərbaycan dili 
- Aza – Azərbaycan Ərəb Qrafikasında Azərbaycan dili 
- En – İngilis dili 
- Ru – Rus dili  
Bu bölmədə seçilmiş dilə görə BabyTests sisteminin dil inter- feysi müəyyənləşir. 
“Çevirmələr”  bölməsi  Bölmədəki  səviyyələr  “Çevirmələr”  rejimi  üçün  nəzərdə  tutulub. 
Seçilməli səviyyələr asandan çətinə doğru nömrələnib. Belə ki, “Səviyyə 1” ən asan, “Səviyyə 
3” ən çətin çevirmə testlərinin generasiyası üçün nəzərdə tutulub.  
“Rəqəmlərin  sayı”  bölməsi.  Bu  bölmədəki  sahələr  “Hesab”  və  “Tənlik”  rejimlərinin 
uyğun  alt-rejimləri  üçün  nəzərdə  tutulub.  Məsələn  şəkildə  “Rəqəmlərin  sayı”  bölməsində 
Bölmə  sahəsindəki  2  –  bölünəndəki  rəqəmlərin  maksimal  sayını,      1-bölənin  rəqəmlərinin 
 
Şəkil 4 
 
Şəkil 5 


METODİKA VƏ TƏCRÜBƏ 
40 
 
maksimal  sayını  müəyyən  edir.  İstifadəçi  bu  rəqəmləri  dəyişməklə  daha  mürəkkəb  testlərin 
generasiyasına nail ola bilər. 
“Testlərin  sayı”  sahəsi.  istifadəçi  rejimlər  üzrə  veriləcək  testlərin  sayını  bu  sahədəki 
ədədlə müəyyən edir. Hal-hazırda rejimlər üzrə generasiya olunacaq testlərin sayı 10-dur. 
 
Excel&VBA-da  hazırladığımız  bu  sistem  vasitəsilə  V  sinfin  riyaziyyat  dərsində 
natural  ədələrin  vurulması,  bölünməsi,  bir  məchullu  tənliklərin  tədrisində  istifadə  etmişik. 
Bundan başqa V və VI sinfin riyaziyyat dərslərində “çevirmələr” bölməsindən kəmiyyətlərin 
çevrilməsi, tənliklər bölməsindən tənliklərin həlli   mövzusunda, istifadə etmişəm. Şagirdlərin 
bilik səviyyəsindən asılı olaraq bu bölmənin də səviyyələrini dəyişmək olar.  
Ümumiyyətlə yaratdığımız bu sistemin tətbiqi ilə bir daha sübut olunur ki, riyaziyyat 
dərslərində  kompyuterin  tətbiqi  şagirdlərin    riyaziyyat  dərslərinə  olan  marağını  artırmaqla 
idrak fəallığını artırır. 
 
Ədəbiyyat 
 
4.
 
“2008-2012-ci    illərdə  Azərbaycan  Respublikasında    təhsil  sisteminin 
informasiyalaşdırılması  üzrə    dövlət    proqramı”nın
   
təsdiq  edilməsi  haqqında 
Azərbaycan Respublikası Prezidentinin sərəncamı. «Xalq» qəzeti, 10 iyun 2008-ci  il. 
5.
 
Герасимов  Д.Н.,  Колесников  С.В.  Разработка  программного  обеспечения  для 
начального  обучения  программирования  /  Труды  III  международной 
электронной 
научной 
конференции, 
Воронежский 
Государственный 
Педагогический Университет, 2000 
6.
 
 Босова,  Л.  Л.  Методические    подходы  к  пропедевтической  подготовке  
школьников  в  области  информатики  и  информационных  технологий 
//Информатика и образование, 2005, № 3. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə