Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ ƏSASLARI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/40
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37892
1   ...   9   10   11   12   13   14   15   16   ...   40

TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ ƏSASLARI 
 
27 
 
material)  başa  düşülür.  Materialın  şagirdlər  tərəfindən  mənimsənilməsi  müəyyən  hissənin 
(informasiya  porsiyasının)  sonunda  onlara  verilən  suallar  vasitəsi  ilə,  ya  da  materialın 
öyrənilmə  prosesində  sistematik  olaraq  (addım-addım)  yoxlanılır.  Bir  hissənin 
öyrənilməsindən digərinə keçid verilən cavabların doğruluğundan asılı olur. Kompyuterlərin 
tədris  prosesində  tətbiqi  ilə  əlaqədar  «öyrədici  proqram»  termini  yeni,  daha  geniş,  dolğun 
mahiyyət  kəsb  etməyə  başladı.  Ümumiyyətlə  öyrədici  proqram  dedikdə,  aşağıdakı 
funksiyalardan birini yerinə yetirən ixtiyari proqram başa düşülür: 
- bilik, bacarıq və vərdişlərin yoxlanılması, onlara nəzarət; 
- bilik, bacarıq və vərdişlərin formalaşdırılması; 
- informasiya sorğusu; 
- nümayişetdirici funksiya və s.  
Öyrədici proqram şagirdin təlim (idrak)  fəaliyyətini  idarə edir, qismən də  müəllimin 
funksiyalarını  yerinə  yetirir.  Təlim  məqsədi  ilə  yaradılmış  hər  hansı  proqramın  öyrədici 
proqram olması üçün  o, müəyyən psixoloji-pedaqoji tələblərə cavab  verməlidir. Hal-hazırda 
tətbiq  olunan  öyrədici  proqramların  əksəriyyəti  müəllifin  (proqramlaşmış  material  müəllifi 
olan müəllimin) şəxsi təcrübəsi əsasında yaradılmışdır. Həmin öyrədici proqramlar vasitəsi ilə 
təlim  stimul-reaksiya-möhkəmləndirmə  sxemi  əsasında  həyata  keçirilir  (bunun  psixoloji 
əsasını «Bixeviorizm nəzəriyyəsi» təşkil edir). 
 
Ədəbiyyat 
1.
 
Azərbaycan 
Respublikasında 
ümumtəhsil 
məktəblərinin 
informasiya 
və 
kommunikasiya  texnologiyaları  ilə  təminatı  Proqramının  (2005-2007-ci  illər)  təsdiq 
edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı. «Xalq» qəzeti, 
22 avqust, 2004  
2.
 
Əlizadə  Ə.Ə.  Müasir  Azərbaycan  məktəbinin  psixoloji  problemləri.  Bakı: 
Pedaqogika, 2004,  432 s.  
3.
 
Məmmədov  T.Ə.  İbtidai  siniflərin  riyaziyyat  təlimində  təfəkkürün  formalaşdırılma-
sının  fərdi  kompyuterlərdən  istifadə  etməklə  səmərəliliyinin  artırılması:  Ped.  elmlər 
nam..... dis. avtoref. Bakı, 2004,. 


METODİKA VƏ TƏCRÜBƏ 
28 
 
 
IX sinifdə “Atomun quruluş modelləri. Rezerford təcrübələri” 
mövzusu üzrə interaktiv dərs modeli 
 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
İ.N.İsmayılov 
pedaqoji elmlər doktoru, dosent 
 
Abdullayeva Südabə İbrahim qızı 
114 saylı tam orta məktəb 
 
Orxan Məmmədov 
Magistrant 
 
 
Açar  sözlər:  Atom,  Tomson,  Rezerford,Bor,  model,  elektron,  proton,  neytron,  nüvə, 
planetar model, qüvvə, elementar zərrəciklər 
 
Резюме 
В  статье  дано  модель  примера  активно  –  интерактивного  урока  и  методичесие 
разработки по методике его преподавания. 
 
Ключевые  слова:  Атом,  Томсон,  Резерфорд,  модел,  Бор,  электрон,  протон, 
нейтрон,ядро,планетарная модель, сила,элементарные частицы 
 
Summary
 
The article includes the sample of active / interactive teaching model and methodical works 
related to the teaching methods 
 
Keywords:
Atom, Thomson, Rutherford model Bohr, electron, proton , neutron, nucleus, 
planetary model, power, energy, the elementary particles
 
 
 
Özündə  məqsəd, məzmun, forma və metodu, vasitə və priyomları üzvi şəkildə ehtiva 
edən  qeyri  -  səlissəciyyəli  təlim  prosesi  çağdaş  dövrdə  intellek  təsrinin  qarşıya  qoyduğu 
kamilin sanyetişdirmək vəzifəsini yerinə yetirməlidir. Həminin sanhəyatda fəal mövqe tutmaq 
üçün dünyanın qanun və qanunauyğunluqlara söykənən hadisələrindən, təbiət və cəmiyyətdə 
kiproseslərdən  baş  çıxarmalı,  özünün  yüksək  mənəvi-əxlaqi  keyfiyyətləri,  əqli  inkişaf 
səviyyəsi,  dünyagörüşü  və  təfəkkür  sferasi  ilə  seçilməlidir.  Bu  baxımdan  ümumtəhsil 
məktəblərində  gənc  nəslin  həyata  hazırlanmasında    tədris  prosesində  fəal/interaktiv  üsulla 
öyrənmə xüsusi əhəmiyyət kəsb edir.  
Hazırda təhsil sistemində bu istiqamətdə aparılan işlər şagirdlərin öyrənmə və inkişaf 
parametrləri çərçivəsində  müasir qiymətləndirmə  texnikasına  əsaslanan  yeni təlim  forma  və 
texnologiyalarının tətbiqinə geniş yer verilməsini təmin edir. 
Bu  məqsədlə  IX  sinif  fizika  fənni  üzrə  fəal/interaktiv  metodlabir  dərs  nümunəsini 
verməyi məqsədə müvafiq hesab etdik. 
I. Mövzü:Atomun quruluş modelləri. Rezerford təcrübələri. 


METODİKA VƏ TƏCRÜBƏ 
29 
 
Alt standartlar:  
1.1.1. Atom və nüvə hadisələrini, onların baş vermə səbəblərini izah edir. 
1.1.3. Yüklü zərrəciklərin, atom nüvə daxili zərrəciklərin hərəkətini şərh edir. 
1.1.4.  Atom  və  nüvə  hadisələrinin  qanunauyğunluqlarına  dair  topladığı  məlumatları 
şərh edir. 
2.1.1. Elektromaqnit və qravitasiya sahələrini müqayisəli şəkildə şərh edir 
2.2.1.  Təbiətdəki  əlaqəli  sistemlərdə  elektromaqnit  və  nüvə  qarşılıqlı  təsirinin  rolunu 
izah edir. 
3.1.1. Atom və nüvə hadisələrinə uyğun cihaz və modellərdən istifadə edir. 
3.1.2. Atom və  nüvə  hadisələrinə uyğun fiziki kəmiyyətlər arasında asılılığı müəyyən 
edir 
3.2.2.  Müxtəlif  fiziki  hadisələrin  inkişafında  fizika  elminin  roluna  dair  təqdimatlar 
edir. 
Təlim məqsədi:  

 
Atomu əlaqəli sistem kimi təqdim edərək onun mahiyyətini izah edir 

 
 α,β, γ – şüalarının elmi mahiyyətini şərh edir. 

 
Atom modelinin quruluşuna dair ilkin elmi təsəvvürləri şərh edir. 

 
Atomun Tomson modelini şərh edir. 

 
Rezerford təcrübələri,atomun Rezerford modelini izah edir. 

 
Atomun Bor modelini şərh edir. 

 
Mövzuya uyğun məsələ həll edir. 
İş üsulu: Müsahibə, Nümayiş,  Əqli hücum, BİBO, mühazirə. 
İş forması: Kollektiv və qruplarla iş. 
Resurslar: Kompyuter, proyektor, CD - disklər, mövzuya  uyğun şəkil və plakatlar, iş 
vərəqləri, marker. 
İnteqrasiya: Riyaziyyat, həyat bilgisi, kimya, astronomiya. 
Dərsin gedişi: 
-
 
Sinfin təşkili və davamiyyətin yoxlanması 
-
 
Sinfi  fəallaşdırmaq,motivasiya  yaratmaq  məqsədilə  aşağıdakı  kimi  köməkçi 
suallardan istifadə edilir: 
M-Maddə və cismin fərqi nədir? 
M-Təbiətdə neçə cür qarşılıqlı təsir qüvvəsi mövcuddur? 
M - Makroaləmdə bu qüvvələrdən hansılar özünüdaha çox büruzə verir. 
M-Bəs nüvə qüvvələri haqqında nə deyə bilərsiniz? 
Bundan sonra
motivasiyayaratmaqməqsədilə aşağıdakı kimi suallar qoyulur: 
Atomun quruluşu haqqında nə deyə bilərsiniz? 
Bu sahədə fikir söyləmiş hansı görkəmli alimləri tanıyırsınız?
 
Gördüyünüz şəkil haqqında nə deyə bilərsiniz? Bu şəkillə atomun quruluşu arasındakı 
analogiyanı müəyyənləşdirin. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə