Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/40
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37892
1   ...   11   12   13   14   15   16   17   18   ...   40

METODİKA VƏ TƏCRÜBƏ 
32 
 
Atomun quruluş modeli:
 
 
 
 
 
 
 
 
 
 
Təklif  olunan  bu  model  Günəş  sisteminin  quruluşuna  bənzədiyinə  görə  ona  atomun 
planetar  modeli  də  deyirlər.  Aşağıdakı  şəkildə  tarixən  atom  modelləri  ilə  əlaqədar  müxtəlif 
fikirlər  söyləmiş  alimlərin  adları,  yaşadıqları  dövrlərvə  təklif  etdikləri  modellərin  şəkilləri 
verilmişdir. 
 
 
 
 
 
 
 
 
Atomun Bor modeliBirinci postulat:atom sistemi yalnız hər birinə müəyyən enerji 
uyğun  gələn  xüsusi  stasionar  hallarda-kvant  hallarında  ola  bilər.Stasionar  hallarda  atom 
şüalanmır. 
İkinci  postulat:atom  böyük  enerjili  stasionar  haldan  kiçik  enerjili  stasionar  hala 
keçdikdə şüalanma baş verir.Əksinə, atom şüa udduqda kiçik enerjili stasionar haldan böyük 
enerjili stasionar hala keçir. 
1932-ci ilədək nüvənin proton və elektronlardan ibarət olduğunu düşünürdülər. Həmin 
il  Çedvik  (Chadwick)  neytronun  varlığını  kəşf  edərək  Nobel  mükafatı  aldı.  Bununla  da 
bəşəriyyət atomun daxili quruluşu ilə dəqiq tanış oldu. 
Nəticələrin çıxarılması. 
Beləliklə,  biz  bu  gün  sizinlə  atomun  quruluşu  ilə  əlaqədar  söylənilmiş  Tomson, 
Rezerford  və  Bor  modelləri  ilə  tanış  olduq.  Onların  müqayisəli  təhlilini  həyata  keçirərək, 
atomun  planetar  modeli,  Rezerfd  modelinin  qəbul  edildiyini  gördük.  Eyni  zamanda  bu 


METODİKA VƏ TƏCRÜBƏ 
33 
 
modeldə  yaranan  pardoksun  Bor təfindən  aradan  qaldırılması  ilə  əlaqədar  postulatlarla  tanış 
olaraq atomun Bor modelinin mahiyyətini mənimsədik.  
Yaradıcı tətbiqetmə: 
Bu  məqsədlə  qruplara  tapşırıqlar  yazılmış  iş  vərəqləri  və  Mendeleyevin  dövrü 
elementlər cədvəli təsvir olunmuş vərəqlər  paylayırıq. 
TOMSON  qrupu:1.Neytral  kalsium  atomunun  nüvəsi  ətrafında  20  elektron  hərəkət 
edir.Bu atomun nüvəsinin yükü nə qədərdir? 
2.Atom  nüvəsinin  yükü  2,4•
Kl,nüvədəki  zərrəciklərin  sayı  31-dir.Nüvədəki 
neytronların sayını hesablayın. 
REZERFORD  qrupu:1.  Civə  atomunun  nüvəsinin  yükü  nə  qədərdir?Onun  yükü 
helium atomunun nüvəsinin yükündən neçə dəfə çoxdur? 
2.Atomun nüvəsinin yükü 8•
,nüvədəki zərrəciklərin sayı isə 120-dir.Nüvədəki 
neytronların sayı protonların sayından neçə faiz çoxdur? 
KÜRİ  qrupu:  1.  Neytral  flüor,  xlor  və  gümüş  atomlarının  nüvəsi  ətrafında  neçə 
elektron hərəkət edir? 
2.Neytral manqan atomunun  nüvəsində 55 zərrəcik var.Neytronların sayı protonların 
sayından 20% çoxdursa,atomun neçə elektronu vardır? 
BOR  qrupu:  1.Neytral  dəmir  atomunun  nüvəsi  ətrafında  26  elektron  hərəkət 
edir.Dəmir atomunun nüvəsindəki protonların sayı neytronların sayından 4 vahid azdır.Dəmir 
atomunun nüvəsində neçə neytron vardır? 
QİYMƏTLƏNDİRMƏ 
Qruplar 
Əməkdaşlıq 
Şərhetmə 
Təqdimetmə 
Tətbiqetmə 
Tomson 
 
 
 
 
Rezerford 
 
 
 
 
Küri 
 
 
 
 
Bor 
 
 
 
 
 
Ev tapşırığı:Atomun  quruluşu haqqında esse yazmaq  və 5 ədəd test tərtib etmək. 
 
Ədəbiyyat 
1.
 
Murquzov M.İ. v.ə b. Fizika 9. Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün dərslik. 
“Baklınəşr”, Bakı 2013 
2. İsmayılov İ.N. Ümumtəhsil  məktəblərində  fizika təliminin  müasir texnologiyaları. 
Bakı.”Elm” 2012 
3. İsmayılov İ.N. Fizikanın tədrisi metodikasının müasir problemləri. Bakı, 2016 
 
 
 
 
 
 
 
 
 


METODİKA VƏ TƏCRÜBƏ 
34 
 
Riyaziyyat dərslərində kompyuterdən istifadənin proqram təminatı 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
Q.İ.Bəşirova 
            baş müəllim 
Abstract 
The  computerisation  of  the  schools  cıeates  serious  changes  in  the  education  system.  The 
schools,  teaching  staff  and  pupils  slıould  lıave  already  been  trained.  Tlıe  creatiou  of  Internet,  its 
popularity among the young people, tlıe perspectives of its application on various levels of education 
initiates  uevv  oppoıtunities.  Historically.  the  pedagogues  lıave  not  had  individual  computers  as  an 
important teaching facility.   
 Key words:, pedagogical aspects, ,education system 
Р е з ю м е  
В  настоящее  время  создалась  определенная  типологическая  модель  системы  учебных 
изданий. На основании функциональных признаков, определяющих место и важность учебного 
издания  в  процессе  обучения,  они  делятся  на  четыре  группы:  ;  программно-методические 
(учебный  план,  учебная  программа),  учебной  методические  (методические  указания),  учебные 
(учебник,  учебное  пособие,    лекционные  конспекты),  вспомогательные  (практикумы, 
хрестоматии  и  т.д.).  Информационные  технологии  могут  сформировать  пятую  группу 
учебных  изданий  в  соответствии  с  данной  классификацией:  проверочно-контрольные 
(программы-тесты, база данных). 
Ключевые слова:  педагогический аспект, системы обучения 
 
Kompyuterlərin  təhsil  sisteminə,  o  cümlədən,  tədris  və  təlim  prosesslərinə  böyük 
tətbiq  imkanları  var.  Faktiki  təhsilin  virtuallaşması  prosesi  kompyuter  və  onun 
komponentlərinin (təhsil  yönlü proqram təminatının  və  elektron qurğuların)  inkişaf  və  təhsil 
sisteminə tətbiq səviyyəsindən bir başa asılıdır. Qeyri-kompyuter ixtisaslı fənlərə (bizim halda 
riyaziyyata)  kompyuter  və  onun  komponentlərinin  tətbiqi  aşağıdakı  qaydada  həyata 
keçirilməlidir: 
 
Şagirdlərin (idrakı və bilik səviyyəsindən asılı olmayaraq) ibtidai kompyuter təhsilini 
təmin  etmək  lazımdır.  Bu  təhsil  ibtidai  siniflərdə  verilir.  Bu  və  ya  digər  səbəblərdən 
şagirdlərin  ibtidai  kompyuter  təhsili  yoxdursa  və  ya  qənaətbəxş  deyilsə,  o  zaman,  fənn 
müəllimi  əlavə  dərslər  vasitəsilə  bu  məsələni  həll  etməlidir  (Əgər  fənn  müəlliminin  ibtidai 
kompyuter biliyi yoxdursa onda bu haqda danışmaq yersizdir). 
1.
 
İbtidai  Kompyuter  Təhsilinə  aşağıdakı  zəruri  informasiyaların  tədrisi  və  təlimi 
aiddir: 
   Kompyuter və onun qurğuları haqda zəruri biliklər; 
- Əməliyyat Sisteminin əsas anlamlarının (fayl, kataloq, yol) tədrisi; 
- İnternet Brouser (Məsələ, Ms Internet Browser) vasitəsilə  internet  mühitində  məlumatların 
operativ axtarışının təşkililə bağlı informasiyanın tədrisi və təlimi. 
-  Fayl  menecerdə  (məsələn,  MsExplorer)  zəruri  işlərin  görülməsilə  bağlı  informasiyanın 
tədrisi və təlimi;  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə