Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/40
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37892
1   ...   19   20   21   22   23   24   25   26   ...   40

METODİKA VƏ TƏCRÜBƏ 
57 
 
1.Bərk cisimlərin və mayelərin kütlələri necə təyin edilir? 
         3.Tədqiqatın aparılması – 10 dəq. 
 
Şagirdlər 4 qrupa bölünürlər: “Bərk cisim”, “Maye”, “Qaz” və “Plazma” qrupları. Hər 
bir qrupa mövzu ilə bağlı ölçmə aparmaq üçün avadanlıqlar verilir. Qruplara müxtəlif 
cisimlərin kütlələrini təyin edib qeydiyyat aparmaları və işçi vərəqlərində sualları 
cavablandırmaqları tapşırılır. 
“Bərk cisim” qrupu 
1.
 
Kütlə vahidləri hansılardır? 
2.
 
Qollu tərəzidə cismin kütləsini necə təyin etdiniz? 
3.
 
Verilmiş metal kürəciyin kütləsini təyin edin. 
“Maye” qrupu 
1.
 
Eyni ölçülü  metal və taxta tircik verilmişdir. Elektron tərəzi vasitəsilə onların 
kütlələrini tayin edin. 
2.
 
Kütlənin BS-də vahidi nədir? 
3.
 
Filin kütləsi 1,32 tondur. Onun kütləsi neçə kiloqramdır? 
“Qaz” qrupu 
1.
 
Eyni ölçülü tennis və plastilindən hazırlanmış topun kütlələrini yaylı tərəzidə çəkin. 
2.
 
Müxtəlif cisimlərin ağırlığı onların həcmlərinin böyük yaxud kiçik olmasından 
aslıdırmı? 
3.
 
Müxtəlif vahidlərlə verilmiş kütlələri kiloqramla ifadə edin 
 11t = ... 
    200q = ... 
7s = ... 
“Plazma” qrupu 
1.
 
Metal tirciyin kütləsini təyin edin. 
2.
 
Kütlə hansı cihazla ölçülür? 
3.
 
Müxtəlif vahidlərlə verilmiş kütlələri kiloqramla ifadə edin 
15s = ... 
   13,5t = ... 
25q = ... 
4.
 
Məlumat mübadiləsi – 5 dəq. 
Kiçik qruplar öz aralarında aparılmış tədqiqat nəticələrini məlubat mübadiləsi edir, gəldikləri 
nəticələri işçi vərəqlərində qeyd edirlər və həmin vərəqlər lövhədən asılır. 
5.
 
Məlumatın müzakirəsi və təşkili – 5 dəq. 
Məlumatın müzakirəsi üçün şagirdlərin fiziki düşüncələrini inkişaf etdirmək 
məqsədilə  aşağıdakı suallar verilir. 
M: Biz bu gün nəyi öyrəndik? 
Ş: Biz bu gün kütlə və onun ölçülməsini öyrəndik. 
M: Kütlə dedikdə nə başa duşuruk? 
Ş: Kütlə cisimlərin ağırlıq dərəcəsini ifadə edir. 
M: Kütləni necə təyin edirik? 
Ş: Kütləni tərəzi vasitəsilə çəkirik. 
M: Hansı tərəzilərlə tanış olduq? 
Ş: Qollu tərəzi, yaylı tərəzi və elektron tərəzi. 


METODİKA VƏ TƏCRÜBƏ 
58 
 
M: Kütlənin BS-də vahidi nədir, 
Ş: BS-də kütlənin vahidi 1 kiloqramdır. 
 M: Daha hansı vahidlərlə kütləni ifadə etmək olar7 
Ş: Ton (t), sentner (s), qram (q). 
6.
 
Nəticə və ümumiləşdirmə -  5 dəq 
Biz maddələrin kütləsini və onun təyin edilməsini öyrəndik. Öyrəndik ki, maddələrin mühüm 
xassələrindən  biri kütlədir.  Kütlə  cismin ağırlıq dərəcəsini  ifadə  edir. Cismin  ağırlığı ondakı 
maddənin  miqdarından  aslıdır.  Belə  ki,  cisimdəki  maddənin  miqdarı  nə  qədər  çox  olarsa,  o 
daha  ağır  olar.  Cisimlərin  kütləsini  tərəzi  vasitəsilə  ölçüldüyünü  öyrəndik.  BS-də  kütlənin 
vahidi 1kq-dır. Cisimlərin kütləsi müxtəlif vahidlərlə də ifadə oluna bilər: 1t, 1s, 1q. 
1t = 1000kq 
1s = 100kq 
1t = 10s 
1kq = 1000q 
7.
 
Yaradıcı və tətbiqetmə - 6 dəq. 
1.
 
Kütlə nədir? 
2.
 
Kütləni necə təyin edirlər? 
3.
 
Kütlə hansı vahidlərlə ifadə olunur? 
8.
 
Özünüqiymətləndirmə və qiymətləndirmə - 3 dəq. 
Yekunlaşdırmaq məqsədilə sinfə aşağıdakı suallar verilir:    
-Yoldaşlarınızın çıxışlarında sizin ən çox xoşunuza nə gəldi? 
-Hansı fikirlə razı deyilsiniz? 
-Nə kimi əlavələr edərdiniz? 
    Sonra  şagirdlər  yoldaşlarının  fəaliyyətlərini  qiymətləndirirlər.    Əvvəlcə  əla,  sonra  yaxşı, 
daha sonra kafi və pis fəaliyyət göstərən şagirdlər qeyd edilir. Nəhayət, müəllim elan edilmiş 
qiymətlərə öz münasibətini bildirir və yekun qiymət elan edilir. 
Ev tapşırığı – 4 dəq. 
Evinizdə  olan  tərəzidən  istifadə  edərək  1  stəkan  mərciməyin  və  1  stəkan  noxudun  kütləsini 
təyin edin. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


METODİKA VƏ TƏCRÜBƏ 
59 
 
Planlaşdırmadan alqoritmlərə keçid riyaziyyat tədrisində 
yenidənqurma yoludur 
Gəncə Dövlət Universiteti 
     K. Qaybalıyeva 
        magistrant 
 
Məktəbdə  «informatika»  fənninin  fasiləsiz  tədrisinin  daxil  edilməsi  riyaziyyat 
təliminin məzmununa və təlim formalarına təsir göstərməyə bilməz. Ona görə ki, kompyuter 
texnikasının  tədris  prosesinə  daxil  edilməsi  məsələ  həllinin  və  teoremlərin  isbatının  tərtib 
edilməsinə  yeni  tələblər  irəli  sürür.  İnformatikanın  aşağı  siniflərdən  başlayaraq    tədris 
olunması  onun  və  proqramlaşdırmanın  ayrı-ayrı  elementlərinin  V  sinifdən  başlayaraq 
riyaziyyat dərslərində daxil edilməsi məqsədəuyğundur. Fikrimizcə, ənənəvi sual-cavab  və 
təlimdə  planlaşmanın təsvir, izah formalarını adqoritmlərin tərtibi ilə əvəz etmək zəruridir. 
Mürəkkəb məsələlərin həllinə şagirdlər o zaman başlayırlar ki, onlar istənilən məsələni 
daha  sadə  məsələyə,  bir  əməlin  yerinə  yetirilməsinə  aid  məsələyə  gətirməyi  öyrənmiş 
olsunlar.  Konkret  məsələ  nümünəsində  planlaşdırmada  sual-cavab  formasından  istifadə 
etmədən məsələnin alqoritmləşdirilməsinin həyata keçirilməsini göstərək. 
Məsələ  1.    Teploxod  axın  üzrə  2,  5  saat,  axına  qarşı  3,2  saat  üzmüşdür.  Teploxodun 
sürəti 22 km/saat, axının sürəti 3 km/saat olarsao, nə qədər məsafə üzmüşdür? 
Həlli: Məsələni aşağıdakı kimi bir neçə sadə  sməsələyə ayıraq. 
1)
 
bütün  yolu (s) axın üzrə və axına qarşı yolların cəmi kimi tapaq; 
2)
 
axın  üzrə  yol  (s
1
)  bu  istiqamətdə  hərəkət  sürətin  qiymətinin  ona  sərf    olunan  vaxtın 
qiymətinin hasilinə bərabərdir; 
3)
 
axın üzrə sürət  (v
1
) teploxodun sürəti ilə axın sürətinin cəminə bərabərdir; 
4)
 
axına  qarşı    gedilən  yol  (s
2
)  bu  istiqamətdə  hərəkət  sürətin  (v
2
)  qiymətinin  hərəkət 
vaxtının qiymətinin hasilinə bərabərdir; 
5)
 
axına qarşı  sürət (v
2
) teploxodun sürəti ilə axına qarşı sürətin fərqi kimi təyin edilir. 
Bu  sahədə  məsələləri  axırdan  əvvələ  doğru    nəzərdən  keçirsək,  həllin  planını  alarıq. 
Həllin özünü isə alqoritm şəklində (cədvəl 1) yazmaq olar. 
 
 
 
 
 
 
 
 
 
 
 
       cədvəl 1 
№ 
Həlli 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə