Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/40
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37892
1   ...   27   28   29   30   31   32   33   34   ...   40

KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI 
77 
 
 
"Mexaniki iş"mövzusunun interaktiv metodla tədrisi 
 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
Ş.H.Əlizadə 
Pedaqogika üzrə elmlər doktoru,professor 
Ş.Ə.Ağayeva 
Magistr 
 
Xülasə 
Məqalədə “Mexaniki iş” mövzusunun interaktiv metodla tədrisi metodikası verilmişdir. 
Açar sözlər: mexaniki iş,əvəzləyici qüvvə,yol,dinamometr,tircik,xətkeş,top 
Peзюме 
В статье была дана методика обучения на тему “Mеханические работа” с интерактивным 
методом 
Ключевые  слова:  механическая  работа,  равнодействующая  сила,
  путь,  динамометр,  луч, 
линейка, мяч 
Summary 
In the article, the methodology of the interactive method of teaching of the topic “mechanical work” 
is introduced. 
Key words: 
mechanical work, replacement power, way, dinamometr, beam, ruler, ball 
 
Mövzu: "Mexaniki iş"mövzusunun interaktiv metodla tədrisi 
Alt standartlar: 1.1.3. Mexaniki hərəkəti əlamətlərinə görə şərh edir. 
3.1.1. Mexaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir 
3.1.2.  Mexaniki  hadislərə  uyğun  fiziki  kəmiyyətləri  ölçür,hesablamalar  aparır.Mexaniki 
iş,onun hansı kəmiyyətlərdən asılı olduğunu sadə təcrübələrlə yoxlayır. 
Məqsəd: Mexaniki işin nə zaman görüldüyünü,hansı kəmiyyətlərdən asılı olduğunu; 
Əvəzləyici qüvvənin gedilən yolun istiqamətindən asılı olaraq görüləcək iş; 
Hansı halda mexaniki iş görülməməsi haqqında məlumat vermək 
Təchizat: dinamometr,tircik,sap,xətkeş,tablo 
Iş formaları: əməkdaşlıq,kiçik qruplarla iş,cütlərlə iş 
Üsul: müsahibə,nümayiş,əqli hücum,tədqiqatçılıq 
Dərsin gedişi. 
1.Sinfin təşkili-2 dəq. 


KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI 
78 
 
Sinfə daxil olub,salamlaşdıqdan sonra davamiyyəti yoxlayıb,dərsdə iştirak etməyənləri qeyd 
edir,sinfi nəzərdən keçirib və lazım gələrsə tərbiyəvi təsir göstərilir.Daha sonra sinfi 4 kiçik qrupa 
bölür və təchizatda göstərilmiş ləvazimatları kiçik qruplara paylayır. 
2.Motivasiyanın yaradılması və problemin qoyuluşu-5 dəq. 
Yazı lövhəsindən iri bir tablo asıram (şəkil 1) 
   
 
 
    
 
M:Təsvirlərdə nə müşahidə olunur? 
Ş:Təsvirlərdə qüvvənin təsiri ilə cisimlərin hərəkəti göstərilmişdir. 
M:Birinci şəkildə qüvvənin təsiri ilə top necə hərəkətdədr? 
Ş:Qüvvənin tətbiqi nəticəsində top yuxarı qalxır. 
M:Top hansı qüvvənin təsiri altında aşağıya doğru hərəkət edir? 
Ş:Top ağırlıq qüvvəsinin təsiri altında aşağıya doğru hərəkət edir. 
M:Divan nə edilir? 
Ş:Divan itələnir. 
M:Divan nə edilmiş oldu? 
Ş:Divan sürüşdürülmüş oldu. 
M:At nə etmiş oldu? 
Ş:At ardıcıl təkan vurmuşdur. 


KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI 
79 
 
M:İdmançı ştanqa nə tətbiq edir? 
Ş:İdmançı ştanqa qüvvə tətbiq edir. 
M:İdmançı qüvvə tətbiq etməklə nəyə nail olur? 
Ş:İdmançı qüvvə tətbiq etməklə ştanqanı başı üstünə qaldırır. 
M:Bütün bu hallarda nədən danışılır? 
Ş:Bütün bu hallarda qüvvə və bu qüvvənin təsirilə cismin hərəkətindən danışılır. 
M:Bu nə deməkdir? 
Ş:Bu o deməkdir ki,bütün hallarda mexaniki iş görülür. 
Tədqiqat sualı:Mexaniki iş nə vaxt görülür? 
Mexaniki iş hansı kəmiyyətlərdən asılıdır? 
Mexaniki iş qüvvə və yolun istiqamətindən necə asılıdır? 
3.Tədqiqatın aparılması-10dəq. 
Şagirdləri 4 qrupa bölür:”Sürət”,”Qüvvə”,”Cazibə qüvvəsi” və “Sürtünmə qüvvəsi”qrupları. 
Hər  qrupa  mövzu  ilə  əlaqədar  cihaz  və  avadanlıq,iş  vərəqləri  paylayır.  Onlara  təcrübələri 
aparıb,müşahidələrini işçi vərəqlərinə qeyd etmələri tapşırılır. 
1)”Sürət”qrupu.1.Tirciyin  qarmağindan  dinamometri  keçirib  0,1m  yerdəyişməsi  zamanı 
görülən işi hesablayın. 2.Əvəzləyici qüvvə gedilən yol istiqamətindədirsə,mexaniki iş necə olar? 
2)”Qüvvə”qrupu.1.Tirciyin  qarmağından  dinamometri  keçirib  0,2m  yerdəyişməsi  zamanı 
görülən işi hesablayın.  2.Əvəzləyici qüvvə gedilən yolun əksi istiqamətindədirsə,mexaniki iş necə 
olar? 
3)”Cazibə  qüvvəsi”qrupu.1.Tirciyin  qarmağından  dinamometri  keçirib  0,3m  yerdəyişməsi 
zamanı görülən işi hesablayın. 2.Əvəzləyici qüvvə gedilən yola perpendikulyar olarsa,mexaniki iş 
görülərmi? 
4)”Sürtünmə qüvvəsi”qrupu.1.Tirciyin qarmağından dinamometri keçirib və tirciyin üzərinə 
2N-luq çəki daşı qoyub,yükü 0,4m yerdəyişməsi zamanı görülən işi hesablayın. 
4.Məlumat mübadiləsi-5dəq. 
Kiçik  qruplar  öz  aralarında  aparılmış  tədqiqat  nəticələrini  məlumat  mübadiləsi  edir  və 
gəldikləri nəticələri işçi vərəqlərində qeyd edirlər. Həmin vərəqlər lövhədən asılırdır. 
5.Məlumatların müzakirəsi və təşkili-5dəq. 
Məlumatların  müzakirəsi  üçün  şagirdlərin  fiziki  düşüncələrini  inkişaf  etdirmək  məqsədilə 
aşağıdakı suallar verilir: 
M:Bu gün nəyi öyrəndik? 
Ş:Bu gün “mexaniki iş”mövzusunu öyrəndik. 
M:Tabloda verilmiş təsvirlərdə nədən danışılır? 


KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI 
80 
 
Ş:Tabloda verilmiş təsvirlərdə qüvvənin təsirilə cismlərin hərəkətindən danışılır. 
M:Qüvvənin təsiri ilə cismlərin hərəkət etməsi nə adlanır? 
Ş:Qüvvənin təsirilə cisimlərin hərəkət etməsi mexaniki işin görülməsi deməkdir. 
M:Tabloda verilmiş təsvirlərdə nədən danişilirdi? 
Ş:Tabloda verilmiş təsvirlərdə mexaniki işin görülməsindən danışılırdı. 
M:Mexaniki işin ədədi qiyməti nəyə bərabərdir? 
Ş:Mexaniki  işin  ədədi qiyməti  əvəzləyici qüvvənin  modulunun həmin qüvvə  istiqamətində 
gedilən yola hasilinə bərabərdir,yəni,A=F×S 
M:Burada A, F və S nə adlanırlar? 
Ş:Burada A-mexaniki iş, F-cismi hərəkət etdirən əvəzləyici qüvvənin modulu,S-yoldur. 
M:İş necə kəmiyyətdir? 
Ş:İş skalyar kəmiyyətdir. 
M:BS-də işin vahidi nədir? 
Ş:BS-də işin vahidi couldur. 
M:Coul nəyə deyilir? 
Ş:Hərəkət istiqamətində təsir edən 1N qüvvənin 1m yolda gördüyü iş 1coul adlanır. 
M:Hansı halda mexaniki iş müsbət olur? 
Ş:Əvəzləyici qüvvə hərəkət istiqamətindədirsə,mexaniki iş müsbət olur. 
M:Hansı halda mexaniki iş mənfi olur? 
Ş: Əvəzləyic qüvvə hərəkətin əksi istiqamətindədirsə.mexaniki iş mənfi olur. 
M:Ne vaxt mexaniki iş görülmür? 
Ş:Əvəzləyici  qüvvənin  istiqaməti  hərəkət  istiqamətinə  perpendikulyardirsa,mexaniki  iş 
görülmür.Yəni,mexaniki iş sıfır olur. 
M:Təsvir edilmiş şəkillərdə hansı hallarda mexaniki iş görülmür?nə üçün? 
 
1.Oğlan şkafı dartır,lakin o tərpənmir. 
2.Fəhlə yük götürmüşdür,lakin hərəkət etmir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə