Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/40
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37892
1   ...   30   31   32   33   34   35   36   37   ...   40

KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI 
87 
 
üçün tələb olunan istilik miqdarı bu cismin kütləsindən,onun temperaturunun dəyişməsindən və 
cismi təşkil edən maddədən asılı olduğunu öyrəndik. 
7.Yaradıcı tətbiqetmə - 6 dəq 
   Stəkanlardan birinə 200q su,digərinə 200q bitki yağı töküb,içərisində su olan alüminium qabda 
yerləşdirin.Termometrləri stəkanlara daxil edib və qızdırıcının üstünə qoyun,1dəqiqədən sonra 
mayelərin ilk temperaturlarını qeyd edin,sonra qızdırıcını şəbəkəyə qoşub,mayeləri qızdırmağa 
başlayın.5dəqiqədən sonra termometrlərin göstəriciləri necə olacağını qeyd edin və səbəbini izah 
edin. 
8.Qiymətləndirmə və refleksiya – 4 dəq 
   İş vərəqlərini təhlil edib,qrupları aşağıdakı kimi qiymətlənditməni * işarəsi ilə 
aparıram.Qiymətləndirmə meyarları aşağıdakılardır: 
şərhetmə,müşahidəetmə,ümumiləşdirmə,təqdimetmə qəbul edilir 
kiçik qruplar 
meyarlar 
ATOM 
MOLEKUL 
MAYE 
QAZ 
Şərhetmə 
***** 
***** 
**** 
**** 
Müşahidəetmə 
***** 
***** 
**** 
*** 
Ümumiləşdirmə 
***** 
***** 
**** 
*** 
Təqdimetmə 
***** 
***** 
**** 
***** 
 
9.Evə tapşırıq – 3 dəq 
   M.Murquzov və b-ı. Fizika 8-dən “acar sözlərdən” istifadə edib, “Nə öyrəndiniz?”-i tamamlayın. 
 
   Ədəbiyyat 
1.M.Murquzov və b-ı, Fizika 8.B.2015 
2.Əlizadə.Ş.H Kurikulum üzrə fizikadan dərs nümunələri.B.2014 
 
 
 
 
 
 
 
 
 
 
 
 


KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI 
88 
 
 
 
 
Fiziki hadisələrin öyrənilməsində kompüter modelləşməsindən   istifadə 
 
Ahmet Yılmaz, Murquzov Mirzəli 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
 
Bu  gün  tədrisdə  informasiya  komunikasiya  texnologiyalarından  (İKT)  istifadə  bir  yenilik 
deyil,  təlimdə  təbii  bir  prosesdir.  Kompüter  texnologiyalarının  tətbiqi  ilk  növbədə  əyaniliyin 
sərhəddini  və  imkanlarını  genişləndirərək  məktəb  fizika  eksperimentini sanki tamamlayır. Bəzən 
bu  və  ya    digər  səbəbdən  məktəb  eksperimentindən  istifadə  etmək  mümkün  olmadıqda  İKT  bu 
problemi müvəffəqiyyətlə  aradan qaldırır. 
Fiziki  hadisələrin  öyrənilməsində  kompüter  texnologiyasının  imkanları  yalnız  əyaniliyi 
təmin etməklə  məhdudlaşmır. Fiziki hadisə və proseslərin  müəyyən fərziyyə -  model əsasında 
öyrənilməsi,  alınan  nəticələrin  müxtəlif  situasiya-lara    tətbiqinin  nəzərdən  keçirilməsi,  onları 
xarakterizə  edən  kəmiyyətlərin  araşdırılması    və  s.  məsələlərin    həllində  İKT  müəyyən  
üstünlüklərə malikdir. 
Təlim   prosesinin   mühüm  bir komponentinə  ( resursuna ) çevrilən İKT   digər   fəal təlim 
metodları  ilə yanaşı,  modelləşdirmənin  imkanlarını  genişləndir-məyə əlverişli şərait  yaradır.  
Bu    prosesin    sonrakı    təkamülü    kompüter    model-ləşməsi  kimi  təlim  prosesinin 
intensivləşdirilməsində  mühüm  rol  oynayır.      Akademik  V.Q.Razumovskinin  qeyd  etdiyi 
kimi:"...kompüter modelləşməsi zamanı hadisələrin  mahiyyəti  daha  tez  aşkara  çıxır,  aydın  
görünür,  ümumi    və    fərqli    cəhətlərini    nəzərə    almaqla  onları    asan    sistemləşdirmək    olur" 
(7,s.16). 
Fiziki  hadisə  və  proseslərin  modelləşdirilməsində    kompüter    texnologiyalarından  istifadə 
edilməsi  biliyin  əldə  edilməsi,  sistemləşdirilməsi,    ümumiləşdiril-məsi    və    tətbiqini    həm  
asanlaşdırır,  həm də sürətləndirir.  Kompüter modelləş-məsi  obyekt  və  hadisələri real  şəkildə  
deyil,  ideal  formada  ekranda  təsvir  etməklə  şagirdlərin  fəaliyyətini  rəngarəng  edir,  onların  
düşünməsinə  və  zəruri   araşdırma  aparmasına   kifayət  qədər  material  verir.  Bu  da  nəticə  
etibarı  ilə    əldə  olunan  informasiyaların  bilik  və  bacarıqlara   transformasiyasında böyük 
rol  oynayır.  Mütəxəsislər  (V.P.Bespalko,  İ.N.İsmayılov,  V.Q.Razumovski  və    b.)    kompüter  
modelləşməsindən    ilk    növbədə    müəyyən    qrup    hadisə    və    proseslərin    öyrənilməsində  
istifadə  olunmasını  daha  məqsədəuyğun  hesab  edirlər (4, 6, 7): hadisə  və  proseslərin  real  
tempi  ( çox sürətli  və  ya  çox  yavaş  olması)  şagird-lərin onları qavramasına  imkan  vermir;  
mikroaləmdə və ya  çox  böyük  məsafədə  baş  verən  hadisələr  bilavasitə  müşahidə  olunmur; 
məktəb   fizika  kabinetinin   imkanları   ilə   baxılan   hadisəyə    aid  təcrübə    qoymaq   mümkün  
deyildir;  aparılan  təcrübə  şagirdlərin  sağlamlığı  üçün  təhükəlidir  və s. 
Bəzən    təcrübədə  nümayiş  etdirilən  hadisəni  dərsin  növbəti  mərhələsində    kompüter 
modelləşməsi  formasında  təqdim  olunması  məqsədəuyğundur.  Hadisənin  modelləşmis  təsviri 
zamanı  qeyri-mühüm  detalları  nəzərə  alınmadıqda,  müşahidə    olunan    hadisənin    mahiyyətini  
şagirdlər daha  aydın  dərk  edirlər. 
Kompüter modelləşməsi hadisə və proseslərin başvermə  mexanizini,  gedişini, ardıcıllığını, 
növbələşməsini,  səbəb  -  nəticə  əlaqələrini  əyaniləşdirməklə  şagirdlərin  diqqətini  mühüm 
məqamlara  yönəldir  və  onların  öyrənilən  məsələlər  üzərində    məntiqi  düşünməsinə  əlverişli  
şərait yaradır. Təcrübədən fərqli olaraq kompüter bu və ya digər məqamı lazım gəldiyi qədər və 
dərsin  istənilən    mərhələsində  təkrar  eməyə  (smart    lövhədə    olduğu    kimi  )  imkan  verir. 
Hadisənin    təkrarı  zamanı    bir  çox  halda  onun  olduğu  kimi  deyil,  yeni  baximdan  təqdim 
olunması  məqsədəuyğundur. Hadisə və qanunauyğunluqların təcrübədən fərqli olaraq, kompü-
terlə  bir  neçə  variantda  təsviri  və  tədqiq  olunması  şagirdlərin  məntiqi  təfəkkürünün  inkişafına  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə