Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/40
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37892
1   ...   28   29   30   31   32   33   34   35   ...   40

KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI 
81 
 
3.Usta kərpic divarı itələyir,lakin divar yerindən tərpənmir. 
Ş:Təsvir  edilmiş  şəkillərin  heç  birində  iş  görülmür.  Çünki.təsvir  olunan  şəkillərin  heç 
birisində yerdəyişmə baş vermir. 
6.Müqayisə,ümumiləşdirmə və nəticə-5dəq. 
Beləliklə,biz  “Mexaniki  iş”mövzusunun öyrəndik. Öyrəndik ki,qüvvə o zaman  mexaniki  iş 
görür ki,cisim bu qüvvənin təsiri altında müəyyən yol getsin. 
Mexaniki  iş-əvəzləyici  qüvvənin  modulunun  həmin  qüvvə  istiqamətində  gedilən  yola 
hasilnə bərabər olan fiziki kəmyyətdir:A=F×S 
7.Yaradıcı tətbiqetmə-6dəq. 
Məsələ1.Şagirdin  kütləsi  35kq-dır.  Getdiyi  yolun  uzunluğu  S=3,5mdir.  Şagirdin 
yerdəyişməsi zamanı görülən mexaniki iş nə qədər olar? 
Verilir:                      Məsələnin həlli                               Hesablanması 
m=35kq                    A=F×S                                               A=35×10×3,5=1225C 
S=3,5m                      F=mg 
A-?                              A=mgS 
Cavab: A=1225C 
8.Qiymətləndirmə və refleksiya-4dəq. 
Yekunlaşdıqmaq  məqsədilə  şagirdlərin  iş  vərəqlərini  təhlil  edib,qrupları  aşağıdakı  kimi 
qiymətləndirirəm. Qiymətləndirməni “*”işarəsilə aparıram. 
Qiymətləndirmənin  meyarları:şərhetmə,müşahidə  etmə,ümumiləşdirmə,tətbiqetmə  qəbul 
edilir. 
meyarlar 
kiçik 
qruplar 
“Sürət” 
“Qüvvə” 
“Cazibə 
qüvvəsi” 
“Sürtünm
ə qüvvəsi” 
Şərhetmə 
***** 
***** 
**** 
**** 
Müşahidə etmə 
***** 
***** 
**** 
**** 
Ümumiləşdirmə 
***** 
***** 
**** 
*** 
Tədbiqetmə 
***** 
***** 
**** 
*** 
 
9. Evə tapşırıq-3dəq. 
M.Murquzov  və  b-ı.  Fizika-7-də  “Açar  sözlər”dən  istifadə  edib,”Nə  öyrəndiniz”i 
tamamlayın. 
Ədəbiyyat. 
1.M.Murquzov və b. Fizika-7. B.2014 
2.Ş.H.Əlizadə “kurikulum üzrə fizikadan dərs nümunələri” B.2014 


KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI 
82 
 
 
“İstilik miqdarı” mövzusunun interaktiv metodla tədrisi 
 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
Ş.H.Əlizadə 
 
Pedaqoqika üzrə elmlər doktoru,professor 
G.N.Əsgərli 
Magistr 
 
Xülasə 
   Məqalədə  “İstilik miqdarı” mövzusunun interaktiv metodla tədrisi metodikası verilmişdir. 
   Açar sözlər: İstilik miqdarı,temperatur,kütlə,termometr. 
Резюме 
   В статье была дана методика обучения на тему “Количество тепла” с интерактивным 
методом. 
    Колючествые слова: Количество тепла,масса,температура,термометр. 
 
Summary 
   In the article,the methodology of the interactive method of teaching of the topic “The amount of 
heat” is introduced. 
   Key words: The amount of heat,mass,temperature,thermometer. 
 
   Mövzu: “İstilik miqdarı” mövzusunun interaktiv metodla tədrisi. 
   Alt standartlar: 1.1.1 İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə 
səbəblərini şərh edir. 
                            2.1.1 Maddələrin fiziki xassələrinə görə fərqləndirir. 

 
İstilikvermə prosesində cismin və ya verdiyi istilik miqdarının fiziki 
mahiyyətini izah edir. 

 
İstilikvermə prosesində cismin aldığı və ya verdiyi istilik miqdarını sadə 
təcrübələrlə nümayiş etdirir. 
   Məqsəd:   

 
İstilik miqdarı-istilikvermə prosesində cismin aldığı və verdiyi enerjidir. 

 
İstilik miqdarı kütlədən asılıdır. 

 
İstilik miqdarı cismin temperatur dəyişməsindən asılıdır. 

 
İstilik miqdarı cismi təşkil edən maddədən asılılığı şərh edir və təcrübələr göstərir. 
   Təchizat: Termometr,kalorimetr,elektrik pilətəsi,menzurka,laboratoriya stəkanları. 
   İş formaları: əməkdaşlıq,kiçik qruplarla iş,cütlərlə iş. 
   Üsul: müsahibə,nümayiş,əqli hücum,tədqiqatçılıq. 
Dərsin gedişi 
   1.Sinfin təşkili - 2 dəq 
   Sinfə daxil olur,salamlaşdıqdan sonra davamiyyəti yoxlayıb,dərsdə iştirak etməyənləri qeyd 
edir,sinfi nəzərdən keçirib və lazım gələrsə tərbiyəvi təsir göstərilir.Daha sonra sinfi 4 kiçik qrupa 
bölür və təchizatda göstərilmiş ləvazimatları kiçik qruplara paylayır. 


KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI 
83 
 
   2.Motivasiyanın yaradılması və problemin qoyuluşu - 5 dəq 
   Yazı lövhəsindən iri bir tablo asıram.Bu tabloda böyük bir sual işarəsi altında bir anlayış 
gizlənib.Bu anlayışı müəyyən etməkdən ötrü əvvəl bir neçə kiçik suallara cavab verməliyik. 
 
 
 
 
 
 
 
 
 
 
                                                  
 
 
                                
 
                                                                                Şəkil 1. 
 
 
 
 
 
M: Çaynikdəki suyu qızdırarkən nə baş verir? 
Ş: Cismin daxili enerjisi artır. 
M: Çaynikdə qızdırılmış suyu çaydana tökdükdə nə baş verir? 
Ş: Çaydana çaynikdən su tökdükdə istilikvermə baş verir. 
M: Çaydana daha çox isti su tökdükdə suyun temperaturu necə olar? 
Ş: Çaydana daha çox isti su tökdükdə suyun temperaturu artar. 
M: Çaydana daha az isti su tökdükdə suyun temperaturu necə olar? 
Ş: Çaydana daha az isti su tökdükdə suyun temperaturu az olar. 
M: Buradan hansı nəticəyə gəlirik? 
Ş: Buradan görünür ki, suyun temperaturu suyun kütləsindən asılıdır.Böyük kutləli suyun 
temperaturu böyük,kiçik kütləli suyun temperaturu kiçik olur. 
M: İki kimyəvi stəkana,birinə o birisindən 2 dəfə çox su töküb,hər ikisini qızdırıcının üstünə 
qoyub,hər ikisinə termometr salsaq,hansının temperaturu yüksək olar? 
Ş: Təcrübədən görünür ki,eyni vaxtda stəkanlardakı sular eyni miqdarda istilik almalarına 
baxmayaraq,böyük kütləli su kiçik kütləli suya nəzərən daha az qızır. 
M: Buradan nə demək olur? 
Ş: Verilən cismi müəyyən temperatura qədər qızdırmaq üçün tələb olunan istilik miqdarı bu cismin 
kütləsindən asılıdır. 
M: Bu nə deməkdir? 
Ş: Bu o deməkdir ki,müxtəlif kütləli cismi eyni temperatura qədər qızdırmaq üçün daha çox istilik 
miqdarı vermək lazımdır. 
M: Cisimlər arasında istilik verməklə baş verən daxili enerjinin dəyişmə prosesi necə adlanır? 


Çaynikdəki suyu 
qızdırarkən nə baş 
verir? 
Çaynikdəki 
su 
qızdırıldıq-
da nə baş 
vermiş 
olur? 
   

 

Çaynikdəki 
suyu 
çaydana 
tökdükdə 
nə 
baş 
verir? 
 
 
 
Suyu qızdırdırmaq 
üçün lazım olan 
istilik cismin 
kütləsindən necə 
asılıdır? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə