Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/40
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37892
1   ...   25   26   27   28   29   30   31   32   ...   40

METODİKA VƏ TƏCRÜBƏ 
73 
 
(məs:  proqramın  kompile'si  zamanı  ekrandan  kənar  arxa  sistemdə  gedən  proseslər, 
kalkulyator programından istifadə edərkən hesabladığımız  nəticələrin alınması prosesi) 
Onu  da  qeyd  edək  ki,  tədris  videoları  bir  neçə  hissədən  ibarət  ola  bilər:  tam  (bütöv), 
xristomatiya, fragment, kinohəlqə və təsvir videofilmləri 
Əlbəttə ki,videofilmlərə müəyyən tələblər qoyulur: 

 
filmin çox yüklənməməsi üçün informasiyalar aydın və  “dozalaşdırılmış”  olmalıdır; 

 
əsas məqsəd çox dolayı yollarla deyil qismən birbaşa təqdim olunmalıdır; 

 
kadrın yaradılmasında  başlıca  məsələnin sadə kompozisiyada aydın verilməsi; 

 
müəyyən  zərurət  yarandıqca  mətnin  izahına,  məsələ  və  tapşırıqlara  dair  təlimatlar 
yazılı və şifahi formada verilməlidir; 
Məqsəd  və  məzmunundan  asılı  olaraq  tədris  filmindən  dərsin  müxtəlif  mərhələlərində 
meydana çıxan didaktik məsələlərin həllində istifadə edilə bilər.İstənilən videomateriallardan 
(kino  yaxud  da  videofilmlərdən)  istifadə  etməmişdən  qabaq  müəllim  onu  çox  diqqətlə 
araşdırmalıdır, onlarla tanış olmalıdır.Tədrisi prosesinin  hansı  məqamında  istifadə edəcəyini 
sistemləşdirməlidir.  Bütün  bu  prosesləri  nəzərə  alarkən  bu  məsələləri  də  unutmamalıdır  : 
göstərilən  material  mövzuya  uyğun  olmalıdır,səsləndirilən  materialın  aydın  səs  effektinə 
malik  olması,  filmin  mahiyyəti  və  məzmunu  şagirdlərin  yaş  səviyyələrinə  uyğun  olması, 
şagirdlərə veriləcək sual-tapşırıqlar planlaşdırılması və s. 
Dərsin  növünə  uyğun  olaraq  nümayiş  etdirilən  filmin  vaxtı  və  yeri  dəqiq 
müəyyənləşdirilməlidir.Film  nümayiş  etdirilməmişdən  qabaq  terminologiya  lüğət  işi 
aparılmalıdır.Belə  ki,  filmdə  şagirdlər    üçün    yeni  olan  sözlər  və  anlayışlar    varsa  onlar 
diqqətə  çatdırılmalı  və  əvvəlcədən  lövhədə  yazılaraq təhlil  edilməli  sonra  isə  yadda  qalması 
üçün  dəftər  yazılması  daha  məqsədə  uyğundur.  Filmdən  yeni  bilik  mənbəyi  kimi  istifadə 
edilirsə yəni orada şagirdlər üçün yeni olan məlumatlar varsa onların yaxşı mənmimsədilməsi 
və  uzun  müddət  yadda  qalması  üçün  əvvəllər  öyrədilmiş  məlumatlar  təkrarlanmalıdır.Bütün 
bunlardan  sonra  filmi  izləyib  qurtardıqdan  sonra  qaranlıq  qalan  məqamlara  xüsusi  diqqət 
yetirilməli və lazım gələrsə yenidən başa salınmalıdır.Daha sonra isə mövzunun mahiyyət və 
məqsədinin  daha  yaxşı  ,dərindən  mənimsədilməsinə  nail  olmaq    üçün    suallardan  ibarət 
tapşırıqlar verilməlidir. 
Bütün  dediyimiz  bu  texniki  vasitələr  qədər  ekskursiyaların  da  önəmi  tədris  prosesində 
çoxdur.  Ekskursiyalarda  artıq  onlar  öz  gözləri  ilə  təbii  şəraitdə  müəyyən  prosesi  görürlər. 
Xüsusilə şagirdləri təhsil, İKT sərgilərinə aparmaq daha məqsədə uyğundur. 
 
Ədəbiyyat 
1.
 
Kərimov, S.Q. İnformatika - Bakı : Elm, 2008. - 676 s. 
2.
 
S.Quliyeva,  N.Qafarova,  N.Ağayeva,  V.Qasımov,  M.Mehdiyev-İnformatika  -Bakı 
2007 
3.
 
http://www.informatik.az 
 


KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI 
74 
 
Universitetlərin “İnformatikanın tədrisi metodikası” dərslərində 
 anlayışların formalaşdırılmasına tələbələrin metodik hazırlığının təsiri 
 
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu 
Musayeva Şəfəq Akif qızı 
       dissertant 
 
Xülasə 
 
Biz  məqalədə  ümumtəhsil  məktəblərində  şagirdlərin  intellektual  imkanlarının  inkişaf  etdirilməsində 
informatika fənninin tədrisinin imkanları və bu imkanların inkişaf etdirilməsi sayəsində təhsildə qazanılacaq 
uğurların proqnozlaşdırılmış təhlili aparılmışdır.  
Резюме 
 
Работа посвящена развитию способностей учащихся общеобразовательных школ на уроках 
информатики, дано теоретическое значение усвоения методов интеллектуальных возможностей. 
Resume 
 
The  work  is  dedicated  to  the  development  abilities  of  students  of  secondary  schools  in  science 
lessons.  
 
Universitetlərdə  hazırlanan  gələcək  informatika  müəllimlərinin  məktəbdə  şagirdlərə 
informatika  anlayışlarınınelmi-metodik  baxımdan  düzgün  təlimi  üçün  müəyyən  hazırlığa  malik 
olması  zəruridir.  Təcrübə  göstərir  ki,  gələcək  informatika  müəllimləri  anlayışlarının 
formalaşdırılması metodikasına lazımi səviyyədə yiyələnmirlər.  
Bunu  nəzərə  alaraq  məktəb  təlimində  informatika  müəllimlərinin  yiyələnməsi  zəruri  olan 
anlayışların formalaşmasının elmi əsaslarını nəzərdən keçirək.  
Anlayışın  daxil  edilməsi  nin  metodik  sxeminə  uyğun  olaraq  əvvəlcə  yeni  anlayışa  gətirən 
misallar tapmaq, onun öyrənilməsinin məqsədəuyğunluğunu göstərmək, anlayışın mühüm və qeyri-
mühüm əlamətlərini ayırmaq, anlayışı işarə edən termin daxil etmək, veruilmmiş anlayışın mühüm 
əsərlərini seçmək və bu anlayışın tərifini ifadə etməyi şagirdlərə təklif etmək, düzəlişlər aparmaq və 
ikinci  dəfə  bu  tərifi  ifadə  etməyi  şagirdlərə  təklif  etmək  zəruridir.  Bu  işin    nəticəsində  müəllim 
şagirdlərlə birlikdə tərifi ifadə edir. “Alqoritm” anlayışının daxil edilməsini misal gətirək. 
Informatika  kursunda  alqoritm  yalnız  vasitə  deyil,  həm  də  öyrənmə  obyektidir.  O,  intuitiv-
əyani səviyyədə daxil edilən əsas anlayışdır və müxtəlif konkret misallarla nümayiş etdirillir. 
Göstərilən  misallarda  ortaq  (ümumi)  olanları  ayıraraq  alqoritmin  ilkin  tərifini  ifadə  edirik.  
Alqoritm dedikdə  icraçı üçün göstərilən  məqsəd  əldə  edilməsinə  istiqamətlənən  əməllər ardıcıllığı 
başa düşülür. 
Şagirdlərin diqqətini ona yönəltmək lazımdır ki: 
-
 
Alqoritm  qayda  və  təlimatların  çoxluğu,  əməllərin  yığımı  deyil,  əməllər  ardıcıllığının 
yazılışıdır; 
-
 
Alqoritm həmişə müəyyən məqsədin əldə edilməsinə istiqamətlənir; 
-
 
Alqoritm həmişə konkret icraçı üçün işlənib hazırlanır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə