Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/40
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37892
1   2   3   4   5   6   7   8   9   ...   40

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 

 
G. Əliyeva, S.M.Nəçəfova 
 
VII sinifdə riyaziyyat və informatika fənləri arasında 
inteqrasiyanın realizasiyası
.........................................................................................................64
 
 
A. Rəsulzadə, X.B.Məmmədov 
 
Tədris prosesində texniki vasitələrdən istifadə 
metodikası
........................................................................................................................................70
 
Ş.Musayeva 
Universitetlərin “İnformatikanın tədrisi metodikası” dərslərində  anlayışların 
formalaşdırılmasına tələbələrin metodik hazırlığının təsiri....................................................74 
 
Ş.H.Əlizadə,  Ş.Ə.Ağayeva 
“Mexaniki iş” mövzusunun interaktiv metodla tədrisi metodikası.........................................77 
 
 
Ş.H.Əlizadə ,G.N.Əsgərli 
“İstilik miqdarı” mövzusunun interaktiv metodla tədrisi........................................................82 
 
Ahmet Yılmaz, Murquzov Mirzəli 
Fiziki hadisələrin öyrənilməsində kompüter modelləşməsindən   istifadə.............................88 
 
Mötəbər Yusifova , Nərgiz Əlizadə 
Paralel hesablama  proseslərinin  proqramlaşdırılması..........................................................95 
 
İ.A.Cəfərova , Ç.C.Musayev  
Bəzi  triqonemetrik  ifadələrin  və  tənliklərin  həllində  optimal  üsulun  seçilməsi..........101 
 
İ.A.Cəfərova , Ç.C.Musayev  
Triqometrik  şəkildə  verilmiş  funksiyaların  limitlərinin  hesablanmasında  optimal  üsulların  
seçilməsi.............................................................................................................................113 
 
A.Ş.İskəndərova    
Praktik psixoloq üçün tələb olunan İKT üzrə peşə bacarıqları ......................................127                                         
 
K.Q.Qasımova, M.A.Musayeva 
 
 
 
 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 

 
Аli  məktəblərdə texnoloji təlim metodlarının tətbiqi üsulları 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
F.A. Rüstəmov 
pedaqoji elmlər doktoru, professor 
 
Xulasə 
 
Məqalədə  texnoloji  təlim  texnologiyalarından  istifadə  təlimin  keyfiyyətinin  yüksəlməyinin 
mühüm  şərti  kimi  təhlil  olunur.  Məqalədə  göstərilir  ki,  texnoloji  təlim  effektiv  təhsil  formalarından 
biridir.  
Açar sözlər: texnoloji təlim 
 
Аннотация 
 
В  данной  работе  применения  електронных  технологий  обучения  исследуются  как  
важное  условие усоверщенствования. 
В статье рассматриваются особенности организации електроного обучения как одной 
из форм обучения 
Ключевые слова: технологическое обучение 
 
Abstract 
 
Usage is analysed rise the quality of training as conditional in the article in training colleges. 
Features of forming of the texnoloji training one forms of the continuous education are investigated. 
Key words:  texnoloji training 
 
 
«Təlim  metodu»  anlayışı  pedaqogika  elmində  bu  günə  qədər  diskussiya  və  mübahisə 
doğurur. İstər xarici, istərsə də Azərbaycan pedaqoqlarının metodun mahiyyəti  haqqında fi-
kirləri  birmənalı  deyil.  Buna  baxmayaraq,  təlim  metoduna  verilən  təriflərin  böyük 
əksəriyyətinə onun mahiyyətini özündə ehtiva edən komponentlərdə xas olan ümumi cəhətlər 
mövcuddur.  Bu  baxışlarda  olan  ümumilik  təlim  metodunun  –  təhsil  alanların,  başqa  sözlə, 
öyrənənlərin təlim-idrak fəaliyyətinin təşkili yolu kimi başa düşülməsində özünü göstərir. 
Metod-yunan sözü (metodos) olub, həqiqətə, gözlənilən  nəticəyə doğru  irəliləmək  yolu 
mənasını verir. Ən ümumi mənada, metod – qarşıya qoyulmuş məqsədə çatmağı təmin etmək 
üçün müəyyən qaydalar əsasında fəaliyyət təşkili üsuludur. 
Deməli,  təlim  metodu  təlim-tərbiyə  məqsədlərinə  nail  olmaq  üçün  öyrədən  və 
öyrənənlərin müəyyən qaydaların tətbiqi ilə təşkil olunmuş prosesi tənzimləyən qarşılıqılı fəa-
liyyətidir. Hər bir təlim metodu özündə iki fəaliyyət növünü birləşdirir. 

 
öyrədənin fəaliyyəti, başqa sözlə, öyrətmə fəaliyyəti;  

 
öyrənənlərin fəal tədris-idrak fəaliyyətinin təşkili, başqa sözlə, öyrənmə fəaliyyəti. 
Öyrətmə və öyrənmə fəaliyyətinin qovuşması  yeni fəaliyyət növünü – birgə fəaliyyəti, 
başqa sözlə, təlim fəaliyyətini (prosesini) doğurur.  
Beləliklə,  ali  məktəbdə  təlim  metodunun  mahiyyəti    müxtəlif  didaktik  vəzifələrin  həlli 
məqsədilə  müəllimin təlimi  idarə etməsi  və tələbənin tədris-idrak  fəaliyyətinin  təşkili  yolları 
başa  düşülür.  Metod  layihələşdirilmiş  məqsədlə  son  nəticə  arasında  birləşdirici  həlqədir. 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 

 
«Məqsəd-məzmun-metodlar-formalar-təlim  vasitələri»  sistemində  metodun  rolu  müəyyən-
edicidir. 
Metod  didaktik  vəzifələrin  həllinə  yönəldiyindən,  müəllimin  fəaliyyəti  (öyrətmə 
fəaliyyəti) ilə bağlı olduqda – tədris metodları, öyrənənin fəaliyyəti ilə bağlı olduqda öyrənmə 
metodları, öyrədən və öyrənənlərin  birgə  fəaliyyəti  ilə  bağlı olduqda – təlim  metodları  kimi 
işlədilir. 
Didaktikada təlim  metodu anlayışı  ilə yanaşı təlim tərzi  və təlim vasitələri  məvhumları 
da işlədilir. Tərz (priyom) metodun tərkib hissəsidir, elementidir, yaxud ayrıca bir xassəsidir. 
Priyom  metodun  tətbiqində  özünə  yer  tutan  ayrıca  bir  amildir.  Metod  həcminə,  strukturuna 
görə sadə və məhdud olduqda tərz yerində çıxış edir. Hər bir metod bir sıra spesifik tərzlərdən 
yaranır. Ümumi anlayış olan metoda tərz xüsusi komponent kimi daxil olub onu tamamlayır. 
Təlim  vasitələri  müəllimin  öyrətmə,  tələbənin  öyrənmə  prosesində  istifadə 
texnologiyaları  kimi  başa  düşülür.  Metod  və  vasitə  təlimin  ayrı-ayrı  komponentləri  olsa  da, 
hər  ikisi  təlim  məqsədlərə  xidmət  edir:  metod  «işi  necə  görməli?»,  vasitə  isə  «işi  nə  ilə 
görməli?» sualına verilən cavablardır. 
Təlim metodlarında təhsil-tərbiyənin məqsədi, məzmunu, obyektiv qanunauyğunluqları, 
prinsip və formaları öz əksini tapmaqla dinamik, didaktik bir sistem təşkil edir. 
Təlim  metodlarının  strukturu obyektiv (didaktik tələblər  və qanunauyğunluqlar, təlimin 
məqsədi, məzmunu, formaları) və subyektiv (öyrədən və öyrənənin fərdi psixi xüsusiyyətləri, 
tələbatı  konkret  şərait)  xüsusiyyətləri  ilə  fərqlənirlər.  Metodun  strukturunda  obyektiv  və 
subyektiv amillərin qarşılıqlı əlaqəsi onun son dərəcə mürəkkəb xarakterini müəyyənləşdirir. 
Metod  anlayışı  təlim-idrak  fəaliyyətinin  məqsədi  və  vəzifələri,  onlara  nail  olmaq 
vasitələri,  yolları  və  tərzləri,  birgə  fəaliyyət  formaları,  didaktik  münasibətlər,  təhsil-tərbiyə 
prosesinin  məzmunu  və  məntiqi,  qanunauyğunluq  və  prinsipləri,  pedaqoji  prosesin 
iştirakçılarının fəallığı, müəllimin ustalığı və digər mühüm komponentləri özündə birləşdirir. 
Pedaqoji ədəbiyyatda «metod» anlayışı  ilə yanaşı, ərəb sözü olan «üsul» anlayışı da  işlədilir, 
fikrimizcə,  «metod»  ifadəsinin  işlədilməsi  daha  məqsədəuyğundur,  çünki  o,  beynəlxalq 
termin kimi qəbul edilmişdir. Didaktikanın  bir  sahəsi kimi ayrı-ayrı  fənlərin tədrisini özündə 
birləşdirən «metodika» ifadəsi də buradan götürülmüşdür. 
Pedaqoji  ədəbiyyatda  təlim  metodu  müxtəlif  forma  və  məzmunda  şərh  olunur.  Metod, 
bir halda, öyrədən və öyrənənin iş vasitələri (B.P.Yesipov); öyrədən və öyrənənlərin qarşılıqlı 
fəaliyyəti kimi (E.Y.Qolant); digər halda öyrədənin öyrənənlərə bilgilər verməsi, öyrənənlərin 
isə  onları  mənimsəməsi  yolu  və  vasitəsi  (D.O.Lordkipanidze),  öyrənənlərin  idrak  və  əməli 
fəaliyyətinin  təşkilinə  yönələn  fəaliyyət  sistemi  (M.N.Skatkin,  İ.Y.Lerner  və  b.);  qarşıya 
qoyulmuş təhsil-tərbiyə məqsədlərinə nail olmaq üçün müəllimin və təhsil alanların qarşılıqlı 
əlaqə  vasitəsi  (Y.K.Babanski);  tələbələrin  bilik  və  bacarıqları  mənimsəməsini  və  şəxsi 
inkişafını  təmin  edən  fəaliyyətin  müəllim  tərəfindən  təşkili  yolları  (D.V.Çernilevski)  kimi 
təqdim edilir. 
Bəzi  tədqiqatçılar  (Ə.X.Paşayev,  F.A.Rüstəmov)  təlim  metodunu  təhsil-tərbiyə 
məqsədlərinə  nail  olmaq  üçün  öyrədən  və  öyrənənlərin  nizama  salınmış  qarşılıqlı  fəaliyyət 
prosesi  kimi,  qarşıya  qoyulmuş  konkret  məqsədlərə  çatmağı  təmin  edən  alqoritmləşdirilmiş 
məntiqi əməliyyatlar sistemi kimi şərh edirlər. Təlim prosesində metod müəyyən təlim-tərbiyə 
məqsədlərinə nail olmaq məqsədilə müəllim və şagirdlərin nizamlanmış qarşılıqlı fəaliyyətidir 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə