Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/40
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37892
1   ...   4   5   6   7   8   9   10   11   ...   40

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
17 
 

 
lisani, əyani və praktik metodların vəhdətdə istifadə edilməsi yaxşı səmərə verir; 

 
tələbənin  təlim-idrak  fəaliyyətini  daha  çox  stimullaşdıran  metodlardan  geniş  istifadə 
olunmalıdır; 

 
nəzarət 
və 
özünənəzarət 
metodlarının 
intervalları 
və 
«nöqtə»ləri 
müəyyənləşdirilməlidir; 

 
təlim  prosesinin  planlaşdırıldığı  istiqamətdə  cərəyan  etmədiyi  hallar  üçün  «ehtiyat» 
metodlar tapılmalıdır və s. 
Ümumiyyətlə, bu və ya digər fənnin, yaxud bu və ya digər mövzunun tədrisi metodunu 
müəyyənləşdirərkən  situasiyadan,  istifadə  olunan  vasitə  və  mənbələrdən,  kontingentdən, 
təlimə  təsir  edən  müxtəlif  amillərdən  asılı  olmayaraq,  bütün  təlim-tərbiyə  metodlarının 
öyrədici, inkişafetdirici, tərbiyəedici, təhrikedici, diaqnostik funksiyaları əsas götürülməlidir. 
Təlim  metodunun  öyrədici  funksiyası  onun  təlim  məqsədlərini  həll  etməsində; 
inkişafetdirici  funksiyası  təhsil  alanların  formalaşmasının  müxtəlif  səviyyələrini  və  tempini 
təmin  etməsində;  tərbiyəedici  funksiyası,  şəxsiyyətin  istiqamətini  müəyyənləşdirməsində; 
təhrikedici  funksiyası  təlim-idrak  motivlərini  inkişaf  etdirməsində,  diaqnostik  funksiyası 
nəzarət və korreksiya işini təmin etməsində özünü göstərir. Buradan belə nəticə çıxır ki, təlim 
metodlarının  «funksional  yararlılığı» konkret şəraitdə eyni dərəcədə təzahür edə  bilir. Digər 
tərəfdən,  zamanın  tələbindən  asılı  olaraq  bu  və  ya  digər  metod  daha  intensiv  tətbiq  olunur, 
digərləri isə arxa plana keçir. 
Təlim  metodu  seçərkən  onun  öz  funksiyalarını  nə  dərəcədə  səmərəli  yerinə  yetirdiyi, 
başqa sözlə, «funksional yararlılığı» nəzərə alınmalıdır. 
Təlim  metodunun  «funksional  yararlığı»  təhsil  alanların  nəzəri  biliklərini  və 
dünyagörüşünü,  təfəkkür  və  nitqini,  hafizəsini,  iradəsini  və  emosiyalarını  inkişaf 
etdirməsində,  təlim  maraqlarını,  müstəqillik,  fəallılıq  və  şüurluluğunu,  təşəbbüskarlılığını, 
biliklərin  əldə  edilməsi,  sistemləşdirilməsi,  möhkəmləndirilməsi  və  tətbiqi  bacarıqlarını, 
kollektiv produktiv fəaliyyəti, müntəzəm özünütəhsili təmin edə bilməsində təzahür edir. 
Təlim metodları seçilərkən, onun «funksional yararlığı» ilə yanaşı, aşağıda qeyd olunan 
mühüm amilləri də nəzərə alınmalıdır: 
-«ictimai-sifariş» əsasında müəyyən edilən təhsilin ümumi məqsəd və vəzifələri; 
-təhsil müəssisəsinin qarşısında duran konkret vəzifələr; 
-tədris müəssisəsinin şəraiti, maddi-texniki bazası və yerləşdiyi region; 
    -tədris edilən fənnin xüsusiyyətləri; 
-konkret mövzu ilə bağlı didaktik vəzifələr; 
-təlimin prinsipləri; 
-təhsil alanların yaş və fərdi xüsusiyyətləri, həyat təcrübəsi; 
-qrup kontingentinin xüsusiyyətləri və inkişaf səviyyəsi; 
-müəllimin fərdi-psixi xüsusiyyətləri, hazırlıq səviyyəsi, pedaqoji ustalığı; 
-tədris olunan fənlərin metodikası. 
Təlim  metodlarını  daha  artıq  təkmilləşdirmək  məqsədilə  qabaqcıl  pedaqoji  təcrübəni 
öyrənmək, təlimin müasir texniki vasitələrindən və texnologiyalarından istifadə etmək, təlim 
metodlarını  fərdiləşdirmək,  təhsil  alanların  müstəqilliyini  və  yaradıcılığını  daha  artıq  inkişaf 
etdirmək lazımdır. 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI 
 
18 
 
Texnoloji təlim texnologiyalarından istifadə  aşağıdakı istiqamətlər üzrə aparılır. 
1.Əsas  materialın  tekst  (mətn),  yaxud  qrafik  şəkildə  təqdim  edilməsinin  ən  sadə 
texnologiyaları  İnternet,  Batnet,  EuNet  tipli  kompyuter  şəbəkəsidir.  Öyrəniləcək  materiallar 
və  məlumat  materialları  qlobal  kompyuter  şəbəkəsinin  arxivində  saxlanılır  və  kompyuter 
şəbəkəsinə  qoşulan  sifarişçiyə  əməliyyat  rejimdə,  yaxud  sinxron  (yunanca  a-inkar  şəkilçisi, 
sunchrons - «eyni vaxtda» deməkdir) elektron poçt vasitəsilə çatdırılır. 
2.Video-distant  təlimin  çox  faydalı  texnologiyasıdır.  Videoplyonka  ən  yaxşı 
müəllimlərin  mühazirələrini  dinləməyə  imkan  verir.  Bunlardan  həm  videoauditoriyalarda, 
həm də ev şəraitində istifadə etmək mümkündür. 
3.Distant təlimin ən müfəssəl texnologiyalarından biri elektron dərsliklər və  məlumat 
kitablarıdır.  Müvafiq  texnologiya  təlim  materialını  saxlamağa  və  istənilən  anda  istifadəyə 
verməyə  imkan  yaradır.  Bu  zaman  material  həm  adi,  həm  də  SD-ROM  tipli  lazer  diskə 
yazılmış  formada  təqdim  edilir.  Müvafiq  texnologiyalar  özünütəhsil  və  özünüyoxlama  üçün 
əlverişli şərait yaradır. Bu texnologiyaların bir üstünlüyü də ondadır ki, kitabdan fərqli olaraq, 
materialı qrafik formada təqdim etməyə imkan verir. 
Distant  təlim  texnologiyalarının  mühüm  tərkib  elementlərindən  biri  öyrədənlə 
öyrənənlər arasındakı yaranan ünsiyyətdir. Ünsiyyətin sinxron sistemi informasiya mübadiləsi 
(suallar, məsləhətlər, əlavə material, kontrol tapşırıqlar və s.) üçün şərait yaradır. 
Sinxron ünsiyyətin geniş  yayılmış  forması səsli poçtdur. Öyrənən  müəyyən  nömrəyə 
zəng edir və verdiyi suallar plyonkaya yazılır. Öyrədən bu plyonkanı dinləyir və cavabı başqa 
plyonkaya yazdırır, öyrənən isə sinxron rejimdə onu dinləyir. 
Ədəbiyyat 
1.
 
Paşayev Ə.X., Rüstəmov F.A. Pedaqogika. B.:Çaşıoğlu, 2002 
2.
 
Kazımov N.M. Ali məktəb pedaqogikası. B.:Nicat, 1999 
3.
 
Bəşirov B. Ali məktəb didaktikası. B.:Maarif, 1992 
4.
 
Əhmədov B., Rzayev A. Pedaqogikadan mühazirə konspektləri. B.:Maarif, 1983 
5.
 
Talıbov Y.P., Ağayev Ə.A., İsayev İ.N., Eminov A.İ. Pedaqogika. B.:Maarif, 1993 
6.
 
Abbasov A., Əlizadə H. Pedaqogika. B.:Renessans, 2000 
7.
 
İsmixanov M. Pedaqogikanın əsasları. B.:Nafta-Press, 2002 
8.
 
İsmixanov M. Pedaqogika. B.:Bakı Universiteti, 1998 
9.
 
Qasımova 
L., 
Mahmudov 
R. 
Pedaqogika. 
B.:Çaşıoğlu, 
2003


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə