Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/40
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37892
1   ...   12   13   14   15   16   17   18   19   ...   40

METODİKA VƏ TƏCRÜBƏ 
35 
 
 
Təcrübə  göstərir  ki,  5-6  saatlıq  əlavə  dərs,  zəruri  ibtidai  kompyuter  biliklərinin 
öyrədilməsi  üçün  kifayətdir.  Şagirdlərin  böyük  əksəriyyətinin  rəqəmsal  texnologiyalardan 
(məsələn  rəqəmsal  telefon,  televizor,  audio/video  maqnitafon/playerlərdən,  internet  və  lokal 
oyunlar)  geniş  istifadə  etməsi  kompyuter  texnologiyaları  üzrə  zəruri  informasiyaları  tez  bir 
zamanda mənimsəməsinə yardım edəcək. 
2.
 
Fənn  üzrə  internet  resurs  ünvanlarının  tapılması  və  lazım  olan  informasiyaların 
axtarışı,  endirilməsi(download),  kompyuter  yaddaşında  rəqəmsal  lokal  kitabxananın  təşkil 
eilməsi,  xüsusi  proqramlar  vasitəsilə  istehlak  olunması  fənnin  tədrisində  kompyuter 
texnologiyalarının tətbiqinin  əsas tələblərindən  biridir. Bu prosesə şagirdlərin cəlb olunması 
vacibdir. Müəllim prosesdə nəzarətçi funksiyasını daşıyır.  
3.
 
Fənn  üzrə  toplanmış  informasiyanın  elektron  vasitələrlə  (Dilmanc,  Poliqlot, 
Lingvo,  Google  Translyator,  Bing  tərcümə  sistemləri  və  s.)  ana  dilinə  çevrilməsi  xarici 
dillərdə  mövcud  informasiya  resurslarından  real  istifadə  etmək  imkanları  verir.  Müəllim  bu 
işin effektiv təşkil olunmasına çalışmalıdır. Çünkü, ana dilində zəruri rəqəmsal məlumatların 
çox az olması, təhsilin informasiya təminatında ən ciddi problemlərdən biridir. 
4.
 
Fənn üzrə  informasiya  mübadiləsi,  müasir təhsil  sistemində  geniş  istifadə  olunur. 
Bu mübadiləni internet vasitəsilə realizasiyasını 2 üsulla aparmaq mümkündür: 
- Fənn və fənnin tədrisi ilə bağlı statik resursun – saytın yaradılması. Pulsuz domen, hostinq, 
SMS (sayt menecer system) imkanlarından istifadə edərək, heç bir xərc çəkmədən, veb üzrə 
mütəxəssis cəlb etmədən belə bir resurs yaratmaq mümkündür. Müasir SMS sistemlərindən 
istifadə  üçün  ibtidai  kompyuter  biliklərinin  olması  kifayətdir.  Bu  saytda  fənnlə  bağlı 
məlumatları  (tədris,  təlim,  tədris/təlim  metodikaları,  ayrı-ayrı  mövzular  üzrə  məqalə  və 
sərbəst işlər,  mövcud resursların  linklərini  və s.) yerləşdirmək  mümkündür. Bu  məlumatlar 
müəllimin  dərs  dediyi  şagirdlər,  həm  də  ölkəmizin  müxtəlif  bölgələrində  fəaliyət  göstərən 
təhsil  ocaqlarının  müəllim/şagird  kontingentləri  tərəfindən  istifadə  oluna  bilər.  Belə  bir 
resurs  normal  fəaliyyət  göstərərsə,  yəni  vaxtı-vaxtnda  təzələnərsə,  o  zaman,  digər 
məktəblərin müəllim/şagirdlərinin bu resursun fəaliyyətində aktiv iştirakı istisna olunmur. 
- Fənn üzrə dialoq  xarakterli  internet resurslar. Forum, audio/video konfrensiyalar  fənn üzrə 
təhsilə  cəlb olunmuş  subyektlərin (müəllim, şagird, pedaqogika üzrə  alimlərin  və s.)  məsafə 
və zamandan asılı olmayan “canlı” müzakirələrini təşkil etmək, virtual dərslərin, seminarların, 
viktorina/olimpiadaların,  online  video  görüntülərlə  açıq  dərslərin  keçirilməsini  təmin  etmək 
olar.  Bu  resurslar  həm  SMS  (məsələn,  phpBB),  həm  də  xüsusi  kliyent  proqramlar  vasitəsilə 
(ICQ,  Skype,  PalTalk,  MsMessenger  və  s.)  həyata  keçirilə  bilər.  Bu  vasitələrdən  istifadə 
xüsusi hazırlıq tələb etmir. İbtidai kompyuter biliklərinə/təhsilinə malik olan hər bir şəxs bu 
vasitələrdən istifadə etmək iqtidarındadır.  
5.
 
Fənn,  kompyuterlər  olan  otaqda  tədris  olunursa,  o  zaman,  kompyuterlərdə 
aşağıdakı proqram təminatlarının olması zəruridir: 
- Dərslərin və sərbəst işlərin hazırlanması üçün MsWord proqramı; 
- Dərslərin və sərbəst işlərin prezentasiyası üçün MsPowerPoint proqramı; 
- Bizim halda, riyaziyyatın tədrisinə yardım məqsədi üçün MsExcel proqramı. 
Aydındır  ki,  bu  proqramlarla  işləmək  üçün  müəllim/tələbələr  zəruri  ibtidai  biliklərə  malik 
olmalıdırlar.  
6.
 
Fənnin  tədrisində  yalnız  müəllim  kompyuterə  malikdirsə,  6-cı  bənddə  göstərilən 
proqram təminatı ilə yanaşı proyektorun olması zəruridir. 


METODİKA VƏ TƏCRÜBƏ 
36 
 
7.
 
Məktəbin  imkanları  daxilində  fənn  tədris  olunan  otaqda  printer,  skayner,  qrafik 
planşet kimi kompyuter qurğularının və internet çıxışın təmin olunması tədris/təlim prosesinin 
daha effektli aparılmasına yardım edər.  
 
İnkişaf  etmiş  ölkələrdə  fənnin  tədrisində  kompyuter  texnologiyalarından  yuxarıda 
göstərilən  kimi  istifadə  olunur.  Ölkəmizdə  də  bu  istiqamətdə  çoxlu  işlər  görülüb  və 
görülməkdədir. Bununla yanaşı aşağıdakı problemlər də mövcuddur: 
-  Ana  dilində,  milli  təhsil  sisteminin  tələbləri  əsasında  hazırlanmış  tədris/təlim  üzrə 
proqram təminatının olmaması; 
-  Fənn  müəllimlərinin  böyük  əksəriyyətinin  ibtidai  kompyuter  təhsilinə  malik 
olmaması; 
- Təhsil sistemi üçün nəzərdə tutulmuş informasiya resurslarının cüzi olması; 
- Milli informasiya təhlükəsizlik üzrə internet trafikin nəzarətdən kənar olması. 
Düşünürük  ki,  ölkəmizdə  həyata  keçirilən  təhsil  siyasəti,  bu  problemləri  həll  etmək 
üçün zəruri IKT vasitələrin hazırlanmasına gətirib çıxaracaq. 
Yuxarıda  dediklərimizə  dəstək  olaraq  mən  də  daxili  potensialımızın  hesabına 
Azərbaycan  Dövlət  Pedaqoji  Universitetinin  bir  qrup  tələbələri  ilə  birlikdə  “BabyTests”  
elektron tədris vəsaiti hazırlamışam. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bu  sistem  “TusiSoft    Excel&VBA  -2011”  qrupu  tərəfindən  riyaziyyat  fənninin  tədrisinə 
yardım məqsədilə yaradılmışdır (Şəkil 1). 
Sistemdə 5 alt-rejim realizə olunub: 
1.
 
Hesab.Bu  rejim  vasitəsilə  şagirdin  toplama,  çıxma,  vurma,  bölməüzrə  bilik-ləri 
yoxlanılır.  
2.
 
Tənlik. Bir dəyişənli sadə tənliklərin həlli üzrə biliklərin yoxlanılması. 
3.
 
Çevirmələr. Müxtəlif ölçü vahidləri arasında çevirmə bacarıqlarının yoxlanılması. 
4.
 
Müqayisə. Ədədlər arasında müqayisə etmək bacarıqlarının yoxlanılması. 
5.
 
Servis. Sistemin vacib parametrlərinin müəyyən olunması: 
 
Şəkil 1 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə