Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ ƏSASLARI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/40
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37892
1   ...   8   9   10   11   12   13   14   15   ...   40

TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ ƏSASLARI 
 
25 
 
tələblərin  sürətlə  yeniləşməsi,  informasiya  cəmiyyətinin  daha  çox  bərqərar  olması, 
müəllimlərin  istifadə  etdikləri  metodikalarda  fərqlər,  idrak  fəallığının  insanın  intellekti, 
təhsili,  savadı  qarşısında  qoyduğu  yeni  tələblər,  tədqiq  olunan  problemin  (idrak  fəaliyyəti) 
dinamikliyi  şagirdlərin  idrak  fəallığının  yüksəldilməsi  yollarını  tədqiq  etməyi  bir  daha 
aktuallaşdırır, məsələyə dəyişən zaman prizmasından baxmağı tələb edir.  
Şagirdlərin  idrak  fəallığının  yüksəldilməsi,  onun  mahiyyətinin  açıqlanması  problemi 
qeyd etdiyimiz kimi, pedaqoji tədqiqatların daim diqqət mərkəzində olmuşdur. 
Ənənəvi  təlimdə  müəllim  məlumat  verir,  şagird  qəbul  edir,  yadda  saxlayır.  Bu 
metodika şagirdin məlumatı yadda saxlaması üzərində qurulur. Hansı şagird məlumatı yaxşı 
yadda  saxlayırsa,  o  idrakı  cəhətdən  fəal  hesab  edilir,  əks  halda  isə  idraki  cəhətdən  passiv 
hesab edilir. Bu səbəbdən ənənəvi didaktik sistemi «hafizə məktəbi» adlandırırlar. Belə təlim 
növündə müəllimlər izaha daha çox üstünlük verirdilər. Metodik məqsəd ondan ibarətdir ki, 
şagirdlər verilən məlumatı anlayıb, şüurlu şəkildə dərk etsinlər.  
Şagirdə  sistematik  olaraq  onun  gücünə  müvafiq  materialın  verilməsi,  onun  idrak 
imkanlarını zəiflədir, intellektual inkişafını ləngidir. Ənənəvi təlimin şagirdin gücünə müvafiq 
qurulması 
prinsipi 
pedaqoji 
ədəbiyyatda 
«təlimin 
asanlaşdırılması» 
kimi 
qiymətləndirilməlidir.  Aparılan  fundamental  psixoloji  və  pedaqoji  tədqiqatlar  problemin 
alternativ istiqamətinin praktik baxımdan daha əhəmiyyətli olduğunu göstərir.  
Tədris  materialının  çətinlik  dərəcəsi  şagirdin  gücünə  (aktual  inkişaf  səviyyəsinə) 
müvafiq olduqda, şagirdin onu mənimsəməsi asanlaşır və nəticədə idraki fəallığı aşağı düşür. 
Ənənəvi  təlimin  əsas  nöqsanı  məhz  bundan  ibarətdir.  Əslində  təlim  prosesi  məlumatverici 
xarakterdə  olmayıb,  daha  çox  inkişafetdirici  xarakter  daşımalıdır.  Düzdür  şagirdə  sadə 
məlumat  verildikdə  də  müəyyən  (bəsit)  inkişaf  baş  verir.  Lakin  bu  inkişafın  səviyyəsi  zəif 
olur.  Şagird  ilk  növbədə  çətinliyə  salınmalı  və  ona  bu  çətinlikdən  çıxmağın  yolu 
göstərilməlidir. Təəssüf ki, ənənəvi təlimdə bu imkanlardan çox vaxt istifadə edilmir.  
Təhsil 
sektoru,  o  cümlədən  pedaqoji-psixoloji  elmlər  yeni  informasiya 
texnologiyalarının belə intensiv inkişafı ilə ayaqlaşa bilmir. Bu mənada fərdi kompyuterlərin 
elmi-metodik cəhətdən tədqiq olunmuş, aşkarlanmış, eksperimental olaraq özünü təsdiq etmiş 
didaktik  imkanları  sürətlə  inkişaf  edən,  yeni  yaranan,  hələ  kifayət  qədər  tədqiq  olunmayan 
didaktik  imkanlarından,  inkişaf  tempindən  daima  geri  qalır.  Kompyuterin  bir  çox  didaktik 
imkanları,  funksiyaları  hələ  də  tam  araşdırılmamışdır.  Lakin  indiyə  kimi  məlum  olan  elmi 
təhlillərin  nəticələri,  prosesin  inkişaf  tendensiyaları  kompyuterin  təlim  imkanları  haqqında 
müəyyən  fikir  söyləməyə,  proqnozlar  verməyə  imkan  yaradır.  Bu  mənada  təlim  prosesində 
kompyuterdən  səmərəli  istifadə  üçün  gələcəkdə  də  bir  sıra  pedaqoji-psixoloji  problemlərin 
tədqiqi və həlli zəruridir. Təlimin kompyuterləşməsinin əsas aspektlərinin elmi tədqiqi bir sıra 
yeni pedaqoji problemləri aşkara çıxaracaq, onların müvəffəqiyyətli həlli, öyrənmə obyekti və 
təlim vasitəsi kimi kompyuterdən məktəbdə səmərəli istifadə yollarını müəyyən edəcəkdir 
Ümumiyyətlə,  təlim  prosesində  müəllimin  yerinə  yetirdiyi  əsas  funksiyaları  4  qrupa 
ayırmaq olar: 
I. Təlim məzmunun seçilməsi: 
- təlim məqsədinə uyğun biliklərin seçilməsi; 
- şagirdlərin təlimin məqsəd və məzmununa uyğun fəaliyyətinin müəyyən edilməsi.  
II. Şagirdlər haqqında məlumat : 


TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ ƏSASLARI 
 
26 
 
- lazım olan bilik və bacarığın həcmini qabaqcadan müəyyənləşdirmək; 
- şagirdlərin fərdi xüsusiyyətləri haqqında məlumat almaq; 
- biliyin mənimsənilməsi haqqında məlumat almaq (əks əlaqə).  
III. Təlimə məzmunun daxil edilməsi: 
- təlimin müsbət motivlərinin yaradılması; 
- formalaşan fəaliyyətin izahı, göstərilməsi və ona nəzarət.  
IV. Tədrisdə istifadə olunan məsələlərin hazırlanması və təqdim edilməsi: 
- tədris məsələlərinin əsas sisteminin işlənib hazırlanması (əsas öyrədici proqramlar); 
Kompyuterdən  tədris  vasitəsi  kimi  istifadə  edərkən  bəzi  müəlliflər  onun  idarəedici 
imkanlarını  ön  plana  çəkirlər.  Bu  zaman  kompyuterdən  testləşdirmə,  təhsilin  gələcək 
istiqamətini  təyin  etmək,  informasiyanın  saxlanmasında  istifadə  v.  s.  amillər  əsas  götürülür. 
Kompyuterin bu funksiyalarının mahiyyəti aşağıdakılardır: 
 
-Kompyuterlə  şagirdlərin  biliyi testləşdirilir,  nəticədən asılı olaraq ona  mövzu 
ilə  bağlı  yeni  məsələ  verilir,  fədi  məşğul  olmaq  üçün  əlavə  məşğələlərə  cəlb  edilir,  ya  da 
bütün materialın (və ya onun zəif mənimsənilən hissəsinin) təkrar olunması təklif olunur.  
 
-Hər  bir  şagird  üçün  testləşdirmənin  nəticələri  kompyuterin  yaddaşında 
saxlanılır. Buna əsasən hər bir şagirdin, eləcə də bütün sinfin müvəffəqiyyəti təhlil edilir.  
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Respublikasında tələbə qəbulunun test üsulu 
ilə  TQDK  tərəfindən  aparılması  nəticəsində  son  illər  testləşdirmə  ilə  əlaqədar,  həmçinin 
respublikada  orta  təhsilin  real  səviyyəsi  barədə  ətraflı  statistik  informasiya  bankı 
formalaşdırılmışdır.  Bu  fakt  testləşdirmənin  təhsil  sistemində  mühüm  informasiya  mənbəsi 
olmasını, habelə təhsilin monitorinqi proseslərində müasir İKT vasitələrinin rolunu sübut edir.  
Tədris  prosesində  kompyuterin  funksiyalarını  müəyyənləşdirmək,  EHM-in  tədrisdə 
yerini təyin etmək üçün zəruridir. Bəzi tədqiqatçılar kompyuterdən proqramlaşdırılmış təlim 
vasitəsi  kimi  istifadə  etməyi  üstün  tutur,  kompyuterin  müəllimi  əvəz  edən  vasitə  olduğunu 
iddia edirlər. Onlar kompyuterin aşağıdakı öyrədici funksiyalarını göstərir: 
- informasiyanın təqdim edilməsi; 
- əyani materialın nümayişi; 
- məşq; 
- qiymətləndirmə;  
- əks əlaqənin həyata keçirilməsi; 
- düzəlişlər etmə; 
- tədrisi idarəetmə.  
Kompyuterdən  istifadə  etməklə  bütün  bu  göstərilən  funksiyaları  lazımi  səviyyədə 
həyata  keçirmək  olar.  Digər  tədqiqatçılar  kompyuterin  tədris  vasitəsi  kimi  istifadə  olunma 
fikrinə tərəfdar çıxır, lakin kompyuterin müəllimi əvəz edə bilməyəcəyini əsas götürürlər. N.İ. 
Maşbits təlimin mükalimə, mühakimə aparılması kimi əsas proseslərini kompyuterə nisbətən 
müəllimin daha yaxşı təşkil etdiyi qənaətindədir.  
Kompyuterli təlimin müəvəffəqiyyətlə həyata keçirilməsini təmin edən amillərdən biri 
öyrədici proqramlardır. «Öyrədici proqram» termini proqramlaşdırılmış təlim nəzəriyyəsi ilə 
əlaqədar yaranmışdır. Bu nəzəriyyəyə görə öyrədici proqram dedikdə tədris materialının kiçik 
hissələrə bölünməsi, onun verilmə (təsvir, ifadə olunma) ardıcıllığı, bir hissədən (informasiya 
porsiyasından)  digərinə  keçidi  dəqiq  (birqiymətli)  müəyyən  edən  təlim  materialı  (didaktik 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə