Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/40
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37892
1   ...   16   17   18   19   20   21   22   23   ...   40

METODİKA VƏ TƏCRÜBƏ 
47 
 
reallaşmalıdır. Belə ki, onlardan ikisi sinifdə, oxşar ikisi isə sərbəst iş kimi evdə həlli edilməsi 
tapşırılmalıdır.  Bu  baxımdan  təkcə  dərslikdə  olan  layihələrin  reallaşması  ilə  müəllim 
kifayətlənməməlidir. Daha yeni layihələrin qurulmasına və yerinə yetirilməsinə nail olmalıdır. 
Bu şagirdləri daha yeni layihələr qurmağa və onun yerinə yetirilməsinə sövq edəcəkdir. 
Məsəslən:birincitədrisvahidininsonundabeləbirlayihəverilmişdir: 
LAYİHƏ 1. 
Tutaq ki, 2060-cı ildir və siz 2044-cü ildə doğulmusunuz. Sizdən 50 il qabaq yaşamış kimsəyə 
məktub  yazın və ona öz həyatınız və cəmiyyətiniz haqqında danışın. 
Bu  layihənin  məqsədi  şagirdlərdə  yeni  informasiya  mədəniyyətinin  formalaşması  haqqında 
biliklər nümayiş etdirmək, onlarda  bu  bilikləri təfəkkür və  idrakın köməyi  ilə  nəqli  formada 
ifadə  etmək  vərdişləri  yaratmaqdır.  İllərin  bir-  iki  il  fərqli  verilməsi  layihənin  həllinə  təsir 
etmir.  Burada  şagirdlər  intuisiya  ilə  illəri  təsəvvürünə  gətirir  və  həmin  illərdə  məktub 
göndərməyin yollarını öyrənib ifadə edir. Bunun üçün 2044-də doğulmuş şagird əlli il bundan 
qabağı beynində inikas etdirir. Fikirləşir ki, 50 il bundan qabaq məktub necə yazılırdı və necə 
göndərilirdi. Bu formada fikirlərini ifadə edirlər. 
Sonra yaxşı olar ki, rəqəmləri 30 il geriyə və ya irəli çəkməklə yeni layihə təklif etmək və onu 
yerinə yetirmək şagirdlərə tapşırılır. 
BİRGƏ LAYİHƏ 
Yoldaşınızla  birlikdə  işləyərək  elmi  fantastika  kimi  səslənən  bəzi  sontexnoloji  nailiyyətləri 
araşdırın. Öncə uçan maşınlar, video-telefonlar kimiideyaların siyahısını tərtib edin. Siyahıda 
göstərdiyiniz  ideyaları  aranızdabölüşdürün  və  bu  yeni  ideyaların  sizin  həyatınıza  necə  təsir 
göstərəbiləcəyini  fərdi  qaydada  araşdırın.  Tədqiqatlarınızın  nəticələrini  müqayisəedin  və  bu 
onillikdə  cəmiyyətdə  daha  çox  dəyişikliklərə  səbəb  ola  biləcəkiki  nailiyyət  haqqında  qısa 
təqdimat hazırlayın. 
Göründüyü kimi, bu layihə  şagirdlərin birgə fəaliyyəti üçün nəzərdə tutulmuşdur. Çoxsahəli 
və  çoxəhatəli  layihədir.  Burada  əvvəlcə  şagirdlər  insanları  heyrətləndirə  biləcək  elm  və 
texnikanın  son  nailiyyətlərindən  xəbər  tapmalı,  sonra  isə  son  vaxtlar  haqqında  tez-tez 
mətbuatdan  informasiya  verilən  uçan  maşınlar  və  video-telefonlar  haqında  ideyaları 
siyahılaşdırmalıdırlar. Daha sonra bu tapılan ideyaları şagirdlər öz aralarında bölüşdürməli və 
onlardan  hansının  onların  həyatında  mühüm  olduğunu  müəyyən  etməlidirlər.  Bu  sırf 
tədqiqatçılıq  işidir,  şagirdləri  də  tədqiqatçılıq  işinə  həvəsləndirməkdir.  Sonuncu  tapşırıq 
alınan  nəticələri  təhlil  etməklə  son  on  illikdə  cəmiyyətdə  baş  verən  yenilikləri  müəyyən 
etməkdir.  Həm  də  bu  dəyişikliklərdən  ən  mühüm  ikisini  seçmək  və  haqında  qısa  təqdimat 
hazırlamaqdır. Burada da şagirdləri gördüyü işlərə kontekst yanaşma mədəniyyəti aşılayır. 
Bu  layihəni  şagirdlər sinifdə  başlasalar da onu tam  başa çatdıra  bilməyəcəklər. Mütləq  evdə 
də korrektə işləri və əlavə tədqiqat aparmağa ehtiyac yaranacaqdır. 
Bu dərsdə  maraqlı  layihə  də adlandırmaq olacaq  “tənqidi  baxış” adlı tapşırıqda tədqiqatçılıq 
qabiliyyətlərini inkişaf etdirmək məqsədi iləverilmişdir: 
1992-ci  ildən  respublikamızda  ali  məktəblərə  tələbə  qəbulu,  2009-cu  ildən  isə  orta 
məktəblərdə  buraxılış  imtahanları  komputer  texnologiyaları  tətbiq  edilməklə  test  üsulu  ilə 
aparılır. Biliyin bu yolla qiymətləndirilməsinin üstünlükləri haqqında dərsdə məlumat verilib. 
Bu üsulun mənfi cəhətləri haqqında fikirlərinizi söyləyin. Sizcə, onları necə aradan qaldırmaq 
olar? 
  Buraya da şagirdlər müqayisə aparmaqla yeni fikir söyləməlidirlər. Əsasən onlar təcrübəli 


METODİKA VƏ TƏCRÜBƏ 
48 
 
müəllimlərdən  və  valideynlərdən  məlumat  ala  bilərlər.  Testin  tətbiqinin  üstün  cəhətlərini 
onlar söyləməkdə çətinlik çəkmirlər, lakin çatışmayan cəhətlərini müəyyən etməkdə çətinlik 
çəkəcəklər.  Belə  ki,  bu  təcrübə  onlarda  yoxdur,  həm  də  onu  müəyyən  etmək  üçün  xeyli 
eksperiment  və  müşahidə  aparmaq  lazımdır.  Bunun  üçün  şagirdlər  testologiya  elmindən 
anlayışları olmalı, müxtəlif test tapşırıqlarının növlərini təhlil etməyi bacarmalıdırlar. Ən azı 
testdə  fundamental  məsələlərin  həllinin  reallaşdırılmasının  mümkün  və  ya  çətin  olmasını 
bilməlidirlər. Bunların izahında müəllimin şərhinə və izahına ehtiyac vardır. 
  Fikrimizcə,  bir  akademik  dərs  saatında  bunları  istənilən  formada  mənimsətmək  çətin 
olacaqdır.  Bunun  üçün  müəllim  xeyli  əmək  sərf  etməli,  şagirdlərdə  həm  nitq  mədəniyyəti, 
həm də yazılı ifadə etmək mədəniyyətini formalaşdırmalıdır. 
 
Ədəbiyyat 
1. Ə.Q.Pələngov, M.V. Abdullayeva- Orta məktəbdə İnformatikanın tədrisi metodikası, Bakı, 
Elm-2015. 
2.Mahmudzadə  R.Ə., Sadıqov İ.S., İsayeva N.R.İnformatika  –  7. Ümumtəhsil  məktəblərinin 
7-ci sinfi üçün dərslik,Bakı, “Bakınəşr”, 2011, 128 s. 
3.Mahmudzadə R.Ə., Sadıqov İ.S., İsayeva N.R.İnformatika–11Ümumtəhsil məktəblərinin11-
ci sinfi üçün dərslik,Bakı, “Bakınəşr”, 2010. 
4. B.В. Малеев -Общая методика преподавания информатики, Воронеж, 2005. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


METODİKA VƏ TƏCRÜBƏ 
49 
 
Qədim türk yazılı abidələrində işlənən irəli, geri, sağ və sol bildirən  
məkan məzmunlu sözlərin semantikası 
 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
N. İbrahimova  
doktorant 
 
 
                              Xülasə 
Məqalədə  qədim  türk  yazılı  abidələrində  işlənən    məkan  bildirən  sözlərin  leksik  mənaları, 
semantik  xüsusiyyətləri  və  zaman  keçdikcə  uğradığı  dəyişikliklərin    müasir  Azərbaycan  dili  və  onun 
dialektlərində əks olunması araşdırılıb.  
 
 
Резюме 
В  статье  были  исследованы  лексические  значения,  семантические  особенности,  а 
также  подвергшиеся  изменениям  в  современном  Азербайджанском  языке  и  в  его  диалектах 
слова,    обозначающие  пространство  которые  встречаются  в  древне-тюркских  рунических 
памятниках. 
 
Summary 
Lexical meaning and semantic features of the words, as well
 as ones designating space which 
are met in ancient Turkish runic monuments and subjected to changes in modern Azerbaijan language 
and in his dialects were researched in this article. 
 
 
 
Sistemli dillərə aid ümumi və oxşar əlamətlər həmin dillərin daşıyıcıları olan xalqların 
keçdiyi mürəkkəb tarixi proseslərinin parlaq göstəriciləridir. Bu qohum dillərin tarixi inkişaf 
yolunu  izləyərkən  aşkara  çıxarılan  maraqlı  faktlar,  müxtəlif  məzmunlu  sözlərin  semantik 
xüsusiyyətlərinin,  məna  incəliklərinin  müəyyənləşdirilməsinə,  və  ya  digər  dərəcədə  müasir 
türk dilləri ilə birbaşa bağlılığına şübhə  edilməyən qədim türk yazılı abidələrində işlənən yer 
(məkan)  mənasını  bildirən  irəli,  geri,  sağ  və  sol  semantikalı  sözlərin  diaxronik  baxımdan 
linqvistik  təhlilini  verməyə  zəruri  ehtiyac  olduğunu  göstərir.  Aparılan  araşdırmalar,  əldə 
edilən  nəticələr  yer  məzmunlu  sözlərin  hər  birinin  konkret,  fərdi  mənaları  barədə  fikir 
söyləməyin məqsədəuyğunluğunu deməyə əsas verir. Məqalədə qədim türk yazılı abidələrində 
işlədimiş məkan anlamlı sözlərin konkret leksik-qrammatik mənaları(sağ, sol, geri, irəli) onun 
tədqiqat predmetidir. Burada ümumi  məkan anlayışının konkretləşdirilməsində  irəli, geri,sağ 
və sol zərflərinin həlledici rolu həmin leksik-qrammatik vahidləri əsas, başlıca xüsusiyyətləri, 
özəllikləri  sayılır.  Tədqiqat  obyekti,  predmeti  olan  bəzi  məkan,  yer  mənalı  sözlərin 
Azərbaycan ədəbi dilində  də ilkin forma və mənasını saxladığını görürük: təpə, yan, yer və s.  
Bir sıra məkan mənalı sözlərin Azərbaycan ədəbi dilində fono-morfoloji dəyişikliyə uğradığı 
müəyyən edilmişdir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə