Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/40
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37892
1   ...   17   18   19   20   21   22   23   24   ...   40

METODİKA VƏ TƏCRÜBƏ 
50 
 
 
Məşhur rus türkoloqu akademik A.N.Kononov qədim türk yazılı abidələrində, eləcə də 
müasir türk dillərində zərflərin  4 formada düzəldiyini göstərmişdir: 
1. xüsusi affikslərin köməyi ilə 
2.hal və feli bağlama şəkilçilərinin təcrid olunması 
3. bir və ya bir neçə sözün birləşməsindən əmələ gələn 
4. adverbilizasiya yolu ilə /5; s.135/ 
Ə.Şükürlü  isə  zərfləri  əsli,  düzəltmə  və  zərfləşən  sözlər  formasında  üç  hissəyə 
bölmüşdür. /3;
 
107/
 
Tədqiqat  obyektimiz  olan  biriyə-sağa,  sağda,  cənubda;  bəriyə-sağda,  sağa,  cənubda; 
yıraya-sola, şimala, şimalda kimi mənaları olan sözlərə nəzər yetirmək maraqlıdır.  
Akademik  A.N.Kononov  bildirir    ki,  abidədə  işlənən  bəriya,qurıya,  yiraya  kimi 
sözlərin 2 morfemden əmələ gəldiyini söyləyir.  Beri, yira, qurı +ya, yə. Digər tərəfdən, bəri, 
quri(kirü), yıra, bər- yaxında olmaq, qur- arxada olmaq, yira –yi- yox olmaq kimi fellərindən 
düzəlmişdir. /5; s.138 /  
Biriyə tabğac bodun yağı ermis, yıraya Baz kağan tokuz oğuz bodun yağı ermis...  
Sağ tərəfdə tabğaç xalqı (bizə) düşmən olmuş, sol tərəfdə baz xanın doqquz oğuz xalqı (bizə) 
düşmən olnuş... (Ktb 14) 
Biriyə Tabğaçda atı küsi yok boltı.  
Cənubda Tabğaçda adı, şöhrəti yox oldu. (Mog36) 
Biriyə karluk bodun tapa sülatip tudun yamtarığ ittim.   
Cənubda qarluq xalqı tərəfə qoşun çəkib, Tudun Yamtarı göndərdim. (Mog40) 
Bəriyə Tabğaçığ önrə Kıtayığ, yıraya Oğuzığ üküs lürtü.  
Cənubda  Tabğaç elini,şərqdə Kidan elini,şimalda Oğuz elinin hamısını məhv etdi. (Ton7). 
Ə.Şükürlünün bölgüsünə görə burada işlənən biriyə, yıraya  kimi məkan zərfləri iş və 
ya  hərəkətin  yerini  ifadə  edir.  Qrammatik  baxımdan  yönlük  hal  görümündə  olmasına, 
işlənməsinə  baxmayaraq,  həmin  zərflər  semantik  baxımdan  yerlik  hal  manasını  bildirirlər. 
Digər tərəfdən  yönlük  halla  idarə  olunaraq cümlədə  məkan  bildirən   yer zərfliyi  vəzifəsində 
işlənirlər.   
Biriyə karluk bodun tapa sülə tip Tudun Yamtarıq ıtım.  
Cənuba karluk xalqına qarşı qoşun çək... (Mog 40) 
Bu  misalda  işlənən  biriyə  sözü  sağa,  cənuba  kimi  mənaları  əks  etdirməklə    ismin 
yönlük  halındadır.  Ə.Şükürlü  yönlük  halda  işlənən  sözün  semantik  vəzifəsinin  daha  geniş 
olduğunu bildirir. Onun verdiyi qruplaşmaya  əsasən biz biriyə sözünü iş və hərəkətin yerini 
ifadə etmək  məqsədilə  işlədilməsini  söyləyirik. /3;85/. Yönlük  hal görümündə  işlənən  biriyə 


METODİKA VƏ TƏCRÜBƏ 
51 
 
məna baxımından  da bu halın qrammatik xüsusiyətini ifadə edir. Həmin zərf bəriyə şəklində 
müasir Azərbaycan dilində də işlənir və istiqamət, yönəlmə mənasını bildirir.  
Türk  dillərində  bəzi  şəkilçilərin  əsasən  də  məkani  hal  şəkilçilərinin  sözdüzəldici 
şəkilçi funksiyasını yerinə yetirdiyi  tez-tez gözə çarpır.  Ğaru,gerü şəkilçiləri xüsusilə qeyd 
olunmalıdır. Bu şəkilçilər bəzi sözlərə artırılaraq zərf əmələ gətirir.  
Beləliklə,  biz  qədim  türk  abidələrində  birgərü  -sağa  (cənuba);  yırğaru  -sola  (şimala); 
Ilqərü-il-qabaq, qarşı,   ilin- şərq,   ılqərü-irəliyə(şərqə)   /4, 208/, kuriqaru-geriyə(qərbə), (ola 
bilsin  ki,  kuri  sözü  ilə    kirü  sözü  eyni  kökdəndir,  belə  ki,  kirü  geriyə,  qərbə,arxaya)  kimi 
mənaları ifadə edən və eyni köklü olduqları güman edilən kuri, kirü zərflərinə də rast gəlinir. 
Bodunığ  igidəyin  tiyin,  yırğaru  oğuz  bodun  tapa,  ilgərü  kıtan  tatabı  bodun  tapa,  birgərü 
Tabğaç tapa uluğ sü eki yəgirmi...  
Xalqı  yüksəldək  deyə  solda  (quzeydə)  oğuz  xalqına  tərəf,  irəlidə  (doğuda)  kidan, 
tatabı xalqına tərəf,sağda (güneydə) Tabğaça tərəf böyük bir qoşun (çəkdim)       (Ktb,28) 
Ilqərü  Şantun  yazıka  təgi  sülədim,  taluyka  kiçig  təgmədim,  birgərü  Toğuz  Ersənkə  təgi 
sülədim, Tüpütka kiçig təgmədim, kurığaruYinçü üg(üz) 
keçə Təmir Kapığka təgi sülədim, yırğaru Yir Bayırku yirinə təgi sülədim. 
İrəlidə Şantun çölünədək qoşun çəkdim, dənizə çatmağıma az qaldı, sağda doqquz Ərsənədək 
qoşun çəkdim, Tibetə çatmağıma az qaldı, arxa tərəfdə İnci çayını keçərək Dəmir Qapıya dək 
qoşun çəkdim, sol tərəfdə Yir Bayırku ölkəsinədək qoşun çəkdim...(Ktk,3,4) 
Tənri küç birlük üçün kanım kağan süsi böri təg ermis, yağısı kon təg ermis: ilqərü, kurığaru 
sülap tirmis...  
Tanrı  güc  verdiyinə  görə  xan  atamın  qoşununu  qurd  kimi  qorxmaz  olmuş,  düşməni 
qoyun kimi ürkək olmuş, şərqə, qərbə hücum edərək...(Ktb,12) 
Ilqərü Kadırkan  yışığ aşa  bodunığ ança konturtımız, ança  itdimiz.  Kuriğaru  Kənü Tarmanka 
təgi türk bodunığ ança konturtımız, ancaitdimiz. (B,21) 
Iduk Ötükan yış (bodun bardığ, ilgərü barığma)bardığ , kuriğaru barığma bardığ. (Ey) 
müqəddəs Ötükən meşəli dağının (camaatı), gah doğuya (şərqə) tərəf gedənlərdən oldun, gah 
da batıya (qərbə) tərəf gedənlərdən oldun.(Ktb,23,24)  
Uyğur eltəbər yüzçə ərin ilgərü təzip bardı... 
Uyğur eltəbər yüzə qədər döyüşçü ilə şərqə qaçıb getdi. (B,37) 
 
Burada ilqəru artıq “şərqə ” mənasını yox, günəşin doğduğu bir istiqaməti göstərir. Bu 
da  həmin  sözün  semantik  baxımdan  çoxmənalılığını  bildirməyi  ilə  yanaşı  qədim  türklərin 
coğrafi anlayışı ilə də bağlıdır. Ümumiyyətlə, bu leksemlər artıq formalaşmış, sabit formaları 
olan  məkan  zərfləridir  ki,  bunu  biz  yalnız  onların  köklərini  araşdırdıqdan  sonra  təxmin  edə 


METODİKA VƏ TƏCRÜBƏ 
52 
 
bilirik. Zərflik vəzifəsində işlənən ilqərü-yönəlmə istiqamət hal gğrümündə olan adlarla ifadə 
olunur. Zərfin bu növü müasir Azərbaycan dili üçün yaddır. Burada ilqərü iş və  ya hərəkətin 
istiqamətini bildirir. /3,86/ 
  Tenişevə görə, yönəlmə  istiqamət halı arı, əri, qarı, kəri, yarı, gəri şəkilçiləri müasir 
türk, türkmən,  özbək  dillərində  bir  qədər  sabit  formaya  keçmiş,  yəni  sözün  kökü  ilə  şəkilçi 
birləşərək bir ad altında işlənmişdir. Türk dilində içeri, özbək içkəri-içəri tərəfi, taşqaru-bayır 
tərəfi,  ilgari-  irəli,  türkmən  dilində  ileri,  terskari-ters  tərəfi.  -qarı,  yarı  başkirlərdə  yurayı  –
yuxarı, elgere –irəli, qaqauzlarda dışarı bayır, çöl hissə kimi mənaları vardır. /7; 99/ 
Müasir  Azərbaycan  dilinin  dialektlərində  də  bəzi  sözlərə  rast  gəlirik  ki,  qrammatik 
baxımdan leksik forması qədim türk dilində olan sözlərə bənzəməyi təsadüfi deyil. Bu sözlərə 
Şuşa, Gəncə Qazax, Borçalı, İrəvan şivələrində rast gəlinir. Mövzumuzla bağlı bəzi misalları 
nəzərinizə çatdıracağıq.  
Müasir  Azərbaycan  dilində    irəli-(bir  qədər  dəyişikliyə  uğramış),  ,geri,  yön,  içəri, 
yuxarı və azərbaycan dilinin dialektlərində də  buna rast gəlmək olur. Tişarı-Şuşa dialektində 
bayır  çöl  mənasında,  anqırki-  Şəki  dialektində  o  birisi,  o  yankı,  o  tərəfdəki,  anaru-Gəncə, 
Şəmkir,Tovuz) o tərəf, o yan,o biri tərəf, kənar, birəmə- Şəmkir birbaşa düz, ön-müasir azərb. 
dilində qabaq hissə mənasında, Gədəbəy, Basarkeçər, Çənbərək zonasında işlənən önür-yaxa, 
Gəncə  zonasına  xas  önürrü  –qabağı  iki  sıra  düyməli,  yönübəri-Borçalı  üzübəri,  sağalmağa 
doğru, övcə-(Meğri) qabaq, əvvəl (zaman), kadu(İrəvan) və kudu (Bakı) qabaq mənasındadır. 
Beləliklə,  tədqiqat  obyektimiz  olan  bu  zərf  vəzifəsində  işlənən  sözlərin  məna 
çalarlarının  bu  qədər  zəngin  olması,  həm  də  qədim  türklərin  dünyagörüşü  ilə  sıx  bağlıdır. 
Qədim türklərdə  məkan anlayışı yer üzünün tərəfləri ilə bağlı idi. Bu qədim runik yazılardan 
irəli gəlir. Bu yazılarda məkanın tərəfləri konkret göstərilirdi. Yer üzünün tərəflərini günəşin 
məkanda  hərəkəti  ilə  bağlayırdılar.  Bu  anlayış  qədim  dünyada  bir-birindən  asılı  olmayaraq 
bütün  sivilizasiyalara,  yəni  Qədim  Misir,  Çin,  Hind  mədəniyyətlərinə  xasdır.  Məkanın 
tərəfləri günəşin hərəkəti ilə sıx bağlı idi:   
Ilqərü  kün  toğsık(k)a,  birgərü  kün  ortusınaru,  kuriğaru  kün  batsıkına,  yırğaru  tün 
ortusınaru, anta içrəki bodun kop m(ana) körür.  
Irəlidə-şərqdə,sağda-cənubda,  geridə-qərbdə,  solda  şimalda,  orada  mərkəzi  xalqın  hamısı 
mənə tabedir. (Ktk,2)  
Günəşin üfüqdən qalxması istiqaməti qədim türklər üçün əsas götürülürdü. Onların bu 
istiqamətlərə  baxışı  bu  şəkildə  idi:  şərq  irəli,  qərb  arxa,  cənub  yuxarı,  şimal  isə  aşağını 
bildirirdi.  Digər  tərəfdən  isə  şımal  və  cənub  anlayışları  da  diqqəti  cəlb  edir.  Belə  ki,  üzü 
günəşin  çıxdığı  məkana  durduqda  şimal-sol,  cənub  sağ  ,  digər  tərəfdən  məkanın  şaquli 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə