Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/40
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37892
1   ...   24   25   26   27   28   29   30   31   ...   40

METODİKA VƏ TƏCRÜBƏ 
71 
 
vasitələrin  və  audio  mərkəzlərin  yaranmasına  gətirib  çıxardı.  Akustik  vasitələr  dedikdə 
maqnitofonlar,audio  mərkəzlər,  elektrofonlar  və    bu  qurğularda  istifadə  olunan  didaktik 
materiallar isə qramafon valları, maqnit lentləri və s. informasiya daşıyıcıları başa düşülür. 
Bu  cür  vasitələrdə  istifadə  olunan  vəsaitlərlə  verilən  informasiyalar  eşitmə  orqanlarına 
təsir  edərək,  qəbul  edilib  mənimsədilir.  Maqnitofonla  keçirilən  sorğuda  səs  yazılarından 
istifadə  etmək  daha  məqsədəuyğundur.  Belə  ki,  bu  zaman  verilmiş  suallara  cavabı  hər  bir 
şagird mikrofonun köməyilə maqnitofona yazaraq müəllimə təhvil verir. Bu üsulu əslində zəif 
oxuyan uşaqlarla aparmaq daha məqsədəuyğundur, çünki onlar bəzi hallarda sinif qarşısında 
çıxış  etməkdən  qorxur  və  yaxud  çəkinirlər.  Sonra  isə  müəllim  onun  cavabını  dinləyərək 
onunla birlikdə təhlil edir və səhvlərini düzəldir. Xüsusən də informatika fənnində bu üsuldan 
dərsin tədrisində istifadə etmək məqsədə uyğundur. Belə ki,dərsdəki mövzunu tədris edərkən 
müəllim  müəyyən  məqamlarda  şagirdin  monotonluqdan  yorulmaması  üçün  öz  nitqinin 
ortasına görkəmli alimlərin dərsin  mövzusun uyğun çıxışlarından,yaxud  müəyyən  mətnə aid 
belə  materiallar yoxdursa müəllim özü dərsin  müəyyən qismini məhs diktafona yazıb dərsdə 
onun  köməyilə  diktafona  yazılmış  izahı  qoya  bilər.  Belə  olarkən  şagird  monotonluqda 
yorulmaz  və  dərsə  olan  maraq  artmış  olar.Və  dərsin  sonunda  şagirdlərə  suallar  məhz 
diktofona  yazılmış  suallar  şəkildə  verilərək  dərsin  marağı  daha  da  artmış  olar.  Hər  şeydən 
əvvəl  bu  prosesi  həyata  keçirmək  üçün  müəllim  dərsdə  səs  yazılmış  vasitələrdən  istifadə 
etmək  üçün  birinci  növbədə  özü  materialı  dinləyərəq  plan  tərtib  edir,sinifdə  dinləniləcək 
materialı  seçir  və  onu  fondda  olan  başqa  yazılarla  müqayisə  edərək  hansı  materialın 
məqsədəuyğun  olması  üçün  bir  növ  özü  seçim  aparır.  Müəllim  giriş  və  əlavə  izahatları 
müəyyənləşdirir, şagirlər üçün veriləcək sualları planlaşdırır və bütün bunları sistemtik olaraq 
qurur,  dərsin  gedişində  onların  yerini  müəyyənləşdirir.Təbii  ki,qarşısına  qoyduğu  məqsədə 
çatmaq  üçün  nəyin  izah  olunub-olunmadığına  xüsusi  diqqət  yetirməlidir.  Dərsdə  istifadə 
olunan  səs  yazılmış  vəsaitin  miqdarı,  veriləcək  materialın  həcmindən,fonoqramın 
məzmunundam  və  şagirdlərin  hazırlıq  səviyyəsindən  asılıdır.  Adətən  dərsin  izahat 
mərhələsinə nəzərən təkrar və möhkəmləndirmə mərhələlərinə daha çox yer verilir.Bu zaman 
müəllimin  izahını  bütünlüklə  fonoqram  yazısı  ilə  əvəz  etmək  olmaz.  Səsyazma  dinləməyə 
başlamazdan  əvvəl  yaxşı  olar  ki,  şagirdlərə  konkret  tapşırıqlar  verilsin.  Bu  tapşırıqlar 
şagirdlərin  yaş  və  bilik  səviyyələrinə  uyğun  olmalıdır.  Səs  yazılmış  materialı  dinlədikdən 
sonra şagirdlərə eşitdikləri informasiyalar üzərində düşünmək üçün vaxt vermək lazımdır ki, 
həmin  məsələlərə  öz  münasibətlərini  formalaşdırsınlar.  Bundan  sonra  müzakirələr 
aparılmalıdır.  
Digər  bir  vasitə  tədrisdə  vizual  vasitələrdən  istifadə  edilməsi  metodikasıdır.Vizual 
vasitələrlə  verilən  informasiyalar  görmə  orqanlarına  təsir  edərək  qəbul  edilir.  Araşdırmalara 
görə vizual olaraq öyrənilən material digər üsullarla öyrənilən materiallardan daha çox yada 
qalır. 
Statistik  proyeksiya  yaradan  texniki  vasitələrdən  dərsin  istənilən  mərhələsində:  ev 
tapşırıqlarının  yoxlanılmasında,  əsas  biliklərin  aktuallaşdırılmasında,  yeni  materialların 
izahında və möhkəmləndirilməsində  istifadə etmək olar. Statik ekran vasitələrinin məzmunu 
və  onlardan  istifadə  metodikası  dərsin  quruluş  elementlərinə  müvafiq,  didaktik  məqsəddən 
asılı olaraq tətbiq edilir. Dərsdə statik  ekran vasitələri şagirdlərin müstəqil işlərində az tətbiq 
olunsa  da  başqa  texniki  vasitələrlə  (səs  texnikası,  müəyyən  ənənəvi  əyani  vasitələrlə) 
kombinəedilmiş  formada  daha  çox  istifadə  olunur.  Onlar  tədris  materiallarının  illüstrasiya 


METODİKA VƏ TƏCRÜBƏ 
72 
 
edilmə funksiyasını yerinə yetirir, ümumiləşdirmə və sistemləşdirmə kimi işlərin aparılmasını 
təmin  edir.  O  həmçinin  şagirdlərin  müstəqil  işlərinin  yerinə  yetirilməsində  görmə  kanalını 
intensivləşdirməklə sorğu prosesində  köməkçi əyani vəsait kimi istifadə olunur. 
Dərsin  müəyyən  mərhələlərində  ekran  vasitələinin  tətbiqi  müəyyən  təşkilati  işin 
aparılmasını,  yəni  nümayiş üçün  hazırlanmasını tələb edir.  Bunun üçün  ən effektiv üsul  elə 
müsahibənin özüdür. Müəllim müəyyən mövzu ilə bağlı suallar qoyur və bu suallara verilən 
cavablara  əsasən  nəyi  bilib-bilmədiklərini  müəyyən  edərək  onlara  xatırladır.  Bu  vaxt  ekran 
vasitəsinin  nümayişinə  qədər  müəllimin  giriş  müsahibəsinə  uzun-uzadı  vaxtı  itirilməsinə 
ehtiyac  yoxdur.Cəmi  2-3  məsələnin  sual  formasında  qoyulması  kifayətdir.Ekran  vasitəsilə 
verilənlər naməlum mövzuya həsr olunmuşsa onda  bu zaman müəllimin giriş nitqi naməlum 
materialla  məlum  materialla  arasında  əlaqə  yaratmalıdır.  Ekran  vasitəsinin  məzmunu 
tələbələr,şagirdlər  üçün  nə  qədər  əlverişli  olarsa  müəllimin  giriş  müsahibəsi  də  bir  o  qədər 
qısa olar. 
Nümayişdən  sonra  isə  müəllim  apardığı  müsahibə  ilə  materialların  necə 
möhkəmlənməsini və alınmış təsəvvürləri dəqiqləşdirərək əlavə materiallarla zənginləşdirir. 
Bu məqsədlə başqa əyani vasitədən də istifadə etmək olar.Vəsaitin nayiş müddəti hər bir 
kadrın  şagirdlər  tərəfindən  necə  başa  düşülməsindən  və  onun  üzərində  tələb  olunan  işin 
aparılmasından  asılıdır.Xüsusilə  nümayişin aparılması  aşağı  sinif şagirdlərini  yorur.Verilmiş 
tədris materialının mənimsənilməsi üçün:  
Kadrla  -bütövlükdə  öyrəniləcək  materialı  əhatə  edən  izah  fasilələrlə  aparılmalıdır. 
Baxışın təhlili-kadrın izahı yüksək səviyyədə və keyfiyyətli yerinə yetirilməlidir. Elementlərin 
sintezi-müəyyən təhlildən sonra materialın bütövlükdə mənimsənilməsi başa çatmalıdır. 
Tədris  prosesində  digər  bir  üsul-audio  (ekran-səs)  texniki  vasitələrindən  istifadə 
metodikasını  misal  çəkə  bilərik.  Audiovizual  vasitələr  dedikdə  tədris  materialların  eyni 
zamanda  həm  eşitmə,  həm  də  görmə  orqanlarına  təqdim  edərək  verilməsi    başa  düşülür.Bu 
zaman  həm  eşitmə  həm  də  görmə  orqanları  fəal  olur.  Audiovizual  vasitələrə 
kinoproyektorları,  televizorları,  videomaniqtofonları,  kompüterləri  misal  çəkə  bilərik.  Bu 
vasitələr  üçün  olan  informasiya  daşıyıcıları  isə  kinolentlər,  videolentlər,  televerilişlər, 
səsləndirilmiş statik proyeksiya vəsaitləri, disketlər, optik və lazer disklər misal ola bilər. 
Tədris  kinosu  və  videolentlər-İnformasiya  zənginliyini,  emosional  təsirin  yaradılması, 
ekrana təqdim olunan informasiyaların verilmə sürəti, bütövlüyü , tamlığı və informasiyaların 
qəbul prosesinin idarə olunma xüsusiyyətləri ilə xarakterizə olunur. 
Kinofilmin  informasiya  zənginliyi  onunla  əlaqədardır  ki  nümayiş  zamanı  qısa  bir 
müddətdə elə  həcm  informasiya  vermək olar ki,  bu  informasiyanı dərs prosesində  verilməsi 
mümkün olmaya bilər. 
Tədris videofilmlərindən aşağıdakı məqsədlər üçün istifadə edə bilərik: 

 
məktəb  şəraitində  alınması  mümkün  olmayan  və  yaxud  real  həyatda  müşahidəsi 
mümkün olmayan obyektlər, proseslərlə əlaqədar olan  məlumatların  verilməsi zamanı (məs: 
EHMin I nəsilinə daxil olanlar,super  EHM-lər və s.); 

 
bilavasitə  müşahidəsi  mümkün  olmayan  proseslərin    daxili  quruluşu  və  iş  prinsipini 
verərkən (məs: ana plata üzərində olan prosessor daxilində gedən proseslər, daxili quruluşu, iş 
prinsipi    və s.); 

 
sistemin daxilində gedən mikro və yaxud makro proseslərin nümayişi zamanı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə