Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/40
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37892
1   ...   32   33   34   35   36   37   38   39   40

KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI 
91 
 
Şagirdlər metal çubuq atomlarının öz tarazlıq vəziyyətləri ətrafında rəqsi hərəkət etdiklərini, 
rəqs  amplitudlarının  necə  artdığını  müşahidə  edirlər.  Bu  atomlar  qonşu  atomlarla  qarşılıqlı 
təsirdə olaraq öz artan daxili enerjilərinin bir hissəsini onlara verir (şəkil 2).  
 
Beləliklə,  cismin  teperaturu  yüksək  olan  hissəsindən  temperaturu  aşağı  olan  hissəyə  doğru 
daxili  enerjinin  ötürülməsi  istilikvermə  prosesi  gedir.  Bu  proses  bütün  çubuq  boyu  baş 
verdiyindən  o,  tədricən  qızır.  Bərk  cismin  atomları  enerjilərinin  bir  hissəsini  qonşularına 
verərkən  öz  tarazlıq  yerlərini  dəyişmirlər.  Nəticədə  cisimdə  maddə  daşınması  deyil,  enerjinin 
cismin  bir  hissəsindən  digər  hissəsinə  yaxud  toxunan  bir  cisimdən  digərinə  verilməsi, 
ötürülməsi  prosesi  baş  verir.  İstilikvermənin  bu  növü  istilikkeçirmə  adlanır.  Bundan  sonra 
şagirdləri qruplara ayırıb onlara aşağıdakı işçi vərəqləri paylanır. 
I qrup - Maddələrin istilikkeçirməsinin eyni, yaxud müxtəlif olmasını müəyyənləşdirmək. 
II  qrup - Mayelərin istilikkeçirməsinin tədqiqi. 
III  qrup - Qazların istilikkeçirməsinin araşdırılması. 
IV qrup - Maddələrin istilikkeçirməsinin onların aqreqat halından asılı olub, olmadığına aid 
esse hazırlayin. 
V qrup - Maddələrin istilikkeçirmə xassəsindən praktikada istifadə olunması. 
I  qrupun  şagirdləri  müxtəlif  metalların  istilikkeçirməsini  tədqiq  etmək  üçün  dəmir  və  mis 
(yaxud alüminium) çubuqlardan  istifadə etməklə  dərsin  əvvəlində  numayiş etdirilən təcrübəyə 
oxşar təcrübə qoyurlar  (şəkil 3). 
 
Şagirdlər dəmir  və  mis çubuqları ayrı-ayrı ştativlərə eyni səviyyədə  bərkidirlər. Çubuqlara 
ara  məsafəsi  eyni  olmaqla  mismarlar  plastilin  və  yaparafinlə  yapışdırılır.  Sonra  ştativlər  elə 
yerləşdirilir ki, sərbəst ucları qarşı-qarşıya olan çubuqlar bir düz xətt əmələ gətirsın. Çubuqların 
sərbəst ucları şamla qızdırılır  və  mismarların çubuqlardan qopub düşmə  ardıcıllığının  müxtəlif 
olmasına diqqət yetirilir. Şagirdlər müşahidənin nəticələrini qeyd edirlər. 
II  qrupun  şagirdləri  mayelərin  istilikkeçirməsini  yoxlamaq  üçun  sınaq  şüşəsinə  su  töküb, 
içərisinə buz parçası daxil edirlər. Buzu suyun dibində saxlamaq üçün onun üzərinə nisbətən ağır 
cisim,  məsələn  qayka  qoyulur.  Sınaq  şüşəsini  ştativə  maili  vəziyyətdə  bərkidib  spirt  lampası  ilə 
qızdırılır. Bir müddətdən sonra şagirdlər sınaq şüşəsinin yuxarı hissəsində suyun qaynadığnı, lakin 
buzun  ərimədiyini  müşahidə  edirlər  (şəkil  4,  a).  Mayenin  (suyun)  istilikkeçirməsi  haqqında 
şagirdlər öz fikirlərini qeyd edirlər. 
Şəkil 2. 
Atomların rəqsi 
hərəkət enerjisi artır 
Metal
 
İstilik 
Atoml
ar
 
Şəkil 3. 


KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI 
92 
 
III qrupun şagirdləri sinaq şüşəsini ortasından  mil  keçirilmiş tıxacla qapayırlar. Milin kənarda 
qalan ucundan tutub sınaq şüşəsi spirt lampasında qızdırılır. Sınaq şüşəsinin qızmasına baxmayaraq, 
milin isinmədiyi duyulur (şəkil 4, b). Bunun səbəbi işçi vərəqində qeyd edilir. 
IV qrupun şagirdləri müxtəlif informasiya mənbələrindən, 
o  cümlədən  uyğun  internet  ünvanlardan  istifadə  etməklə 
maddələrin  istilikkeçirməsinin  onların  aqreqat  halından  asılı 
olub, olmadığını araşdıraraq aşağıdakı cədvəli iş vərəqinə kö-
çürürlər  və onu  araşdırırlar. 
Bəzi maddələrin istilikkeçirməsi 
Qazlar 
(0°C) 
 
Mayelər 
 
Bərk 
cisimlər 
(20
 
o
C)
 
 
Su buxarı 
Azot 
Hava 
Oksigen 
Hidrogen 
Karbon 
qazı 
0.016 
0.024 
0.024 
0.025 
0.17 
0.14 
Su 
(10°C) 
Süd 
(20°C) 
Civə 
(0°C) 
Dəmir 
(1850°C) 
Qurğuşun 
(400°C) 
Alüminium 
(900°C) 
0.57 
0.49 
7.8 

15 
63 
Buz (0°C) 
Taxta 
Qurğuşun 
Dəmir 
Alüminium 
Mis 
2.26 
0.18 
34 
73 
209 
400 
 
Cədvəli  araşdıraraq  şagirdlər  maddələrin  istilikkeçirməsinin  onların  aqreqat  halından  asılı 
olması  haqqında qənaətə gəlirlər. Onlar cədvəldə verilənləri kompüter və proyektorla ekranda 
nümayiş etdirirlər. 
V qrupun şagirdləri dərslik və digər informasiya mənbələrindən istifadə edərək maddələrin 
istilikkeçirmə  xassəsinin  praktikada  tətbiqinə  aid    məlumatlar  hazırlayırlar.  Onlara  yardım 
məqsədilə Povver Point proqramında hazırlanan didaktik  məlumatlar nümayiş olunur. 
Çox  zaman  qızdırıcı  cihazlar,  elektrik  mühərrikləri,  avtomobil  və  məişət  radiatorları,  qazan, 
caydan,  samovar  və  s.-nin  istehsalında  istilikkeçirməsi  yaxşı  olan  metal  materiallardan  istifadə 
olunur. Avtomobil mühərriklərinin soyudulması üçün tətbiq olunan radiatorlar misdən hazırlanır. 
Daxilində dövr edən mayenin hava axını ilə sürətlə soyuması üçün o, həm məsaməli hazırlanır, həm 
də  avtomobilin  ön  tərəfində  yerləşdirilir.Bir  çox  hallarda  isə  istilikkeçirməsi  zəif  olan 
materialların  tətbiqi  zəruri  olur.  Məsələn,  binaların  istidən  və  soyuqdan  mühafizə  olunması 
üçün  tikintidə  içiboş  kərpiçlər,  məsaməli  gips,  karton,  polistirol  və  s.  bu  kimi  materiallardan 
istifadə  olunur.  İstilikkeçirməsi  kiçik  olan  hava  məsaməli  geyim  materialları,  soyuducu 
kameraların, termosların və s.-nin hazırlanmasında nəzərə alınır. 
Şəkil 4. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə