Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/40
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37892
1   ...   32   33   34   35   36   37   38   39   40

KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI 
95 
 
Məqalədə paralel proseslərin aparat (prosessor), əməliyyat sistemi və proqram səviyyələrində 
həyata  keçirilməsi  araşdırılır;  paralel  proseslərin  proqramlaşdırılmasında  hesablama  sisteminin 
aparat və proqram resurslarından istifadə texnologiyası öyrənilir.   
Paralel  hesablama  texnologiyaları  əsasən  üç  aspektdə  (miqyasda)  baxıla  bilər.  Bunlardan 
birincisi - aparat dəstəyi (mikroprosessor və platforma) səviyyəsində, ikincisi - əməliyyat sistemi və 
üçüncüsü - tətbiqi proqram səviyyələrində paralel proseslərdir. 
Baxılan mövzuda paralel hesablama proseslərinin təşkili proqramlaşdırma baxımından tətqiq 
edilir. Lakin buna baxmayaraq paralel hesablamanın təşkili - sistemin mikroprosessorunun paralel 
hesablamanı  dəstəkləməsi  və  bunu  əməliyyat  sisteminin  nə  dərəcədə  reallaşdırmasından  asılıdır. 
Buna görə də öncə paralel hesablama texnologiyaları ilə tanış olaq. 
 
 
 
 
 
Hyper Threading (HT) texnologiyası.  
Hyper Threading texnologiyasının  mahiyyəti  bir prosessorun iki  nüvəyə  malik olmasından 
və bu nüvələrin eyni icra konveyerini, kəş yaddaşını (və digər qurğuları) bölüşmələrindən ibarətdir. 
Hyper Threading texnologiyasını dəstəkləyən mikroprosessor  əməliyyat sistemi tərəfindən iki fiziki 
prosessor kimi “görünür”.  
Ümumiyyətlə,  tətbiqi  proqramların  icrası 
zamanı prosessor resurslarının eyni anda yalnız bir 
hissəsi  istifadə  olunur.  Belə  halda  istifadə 
olunmayan  resursları  da  işlə  təmin  etmək  olar, 
məsələn  daha  bir  proqramın  paralel  yerinə 
yetirilməsi,  və  ya  eyni  proqramın  başqa    axınını 
(Thread) icra etməklə (şəkil 1).  
Burada,  çoxprosessorluluqla  coxaxınlılığı 
qarışdırmamaq  lazımdır.  Bu  məqsədlə  bir  məqama 
diqqətinizi  çəkməyi  vacib  sayırıq.  Prosessorun 
nüvəsinin obyekti prosesdir [1]. Hər bir icra olunan 
proqram- nüvə üçün bir prosesdir. Proses inert bir anlayışdır. Proqramın, yəni prosesin nəsə etməsi 
üçün o, bir və ya bir neçə axın (tread) kodlarını yerinə yetirməlidir [1]. Bir prosessorlu sistemlərdə 
bir neçə axının eyni zamanda icra olunması prosessor vaxtının kvantlanması hesabına  əldə olunur. 
Yəni prosessor ayrılmış zaman kvantında bir axını, digər zaman kvantında isə digər axını və s. icra 
edir.  Bu  halda  təbii  ki,  bir  axının  icrası  zamanı  digər  axının  icrası  dayandırılır.  Axınların  kiçik 
zaman kvantında sürətlə əvəzlənməsi prosessorun eyni anda bir neçə iş görməsi görüntüsü yaradır. 
Amma əslində, izah olunduğu kimi söhbət eyni nüvə və eyni axından getdiyindən, eyni vaxtda icra 
olunan  axın  sayı  artdıqca  baxılan  axına  nəzərən  prosessorun  məhsuldarlığı  (sürəti)  təbii  ki,  aşağı 
düşəcək.  Hyper  Threading  prosessorun  sərbəst  resurslarından  istifadə  etməklə  fiziki  olaraq  eyni 
anda iki axın icra etməyi nəzərdə tutur ki, bu da prosessorun ümumi məhsuldarlığını artırır. Burada, 
əslində  əmrləri  birbaşa  icra  edən  blokların  sayının  artırılmasından  deyil,  onların  yüklənməsinin 
optimallaşdırılmasından söhbət gedir. 
Intel-in  məlumatlarına  əsaslanaraq  qeyd  etmək  lazımdır  ki,  Hyper  Threading 
texnologiyasının tətbiqi prosessorun məhsuldarlığını 30%-dək artırmağa imkan verir. Təbii ki,  bu 
artım  konkret proqramın Hyper Threading texnologiyası üçün nə dərəcədə optimallaşdırılmasından 
asılıdır.  
 
Nüvə 1 
Nüvə 2 
Kəş
-
y
a
d
d
a
ş
 
Prosessorun nüvəsi 
Prosessor 
Periferiya 
 
Çipset 
Operativ yaddaş
 
 
Nüvə 1 
Nüvə 2 
Kəş
-
y
a
d
d
a
ş
 
Prosessorun nüvəsi 
Prosessor 
Periferiya 
 
Çipset 
Operativ yaddaş
 
 
 
Şəkil 1. Hyper-Threading texnologiyası.  


KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI 
96 
 
Digər  bir  məqamı  da  nəzərinizə  çatdırmaq 
istərdik. 
HT  texnologiyasının  işləməsi  üçün 
hesablama  sistemində  bu  texnologiyanı  dəstəkləyən 
Pentium prosessorunun olması, çipsetin, BIOS-un və 
əməliyyat  sisteminin  bu  texnologiyanı  dəstəkləməsi 
zəruridir.  Hazırda  Windows  ailəsindən  Windows  XP 
bu  texnologiyanı  tam  dəstəkləyən  yeganə  əməliyyat 
sistemidir. 
Deməli,  Hyper  Threading  texnologiyasının 
effektivliyi  təkcə  prosessorun  bu  texnologiyanı 
dəstəkləməsindən  asılı  deyil.  Hyper  Threading 
texnologiyasının 
tətbiqinin 
prosessorun 
məhsuldarlığını  artırması  üçün  proqramın  optimallaşdırılması  və  əməliyyat  sisteminin  də  bu 
texnologiyanı dəstəkləməsi zəruridir. 
İki və çoxnüvəli mikroprosessorlar.  
Proqramçı baxımından, bu, sadəcə bir korpusda iki (və daha çox) prosessorun ümumi giriş-
çıxış şinini bölüşməklə eyni zamanda (paralel) işləməsidir. Ümumiyyətlə, ilk baxışda  ikinüvəlilik 
(çoxnüvəlilik) bir korpusda iki (və ya bir neçə) prosessorun bu və ya digər formada birgə işləməsi 
kimi görünür. Proqram təminatı baxımından əməliyyat sistemi bir ikinüvəli prosessoru bir prosessor 
əvəzinə  iki  ayrı  prosessor  kimi  görür.  Əslində  məsələnin  mahiyyəti  bir  qədər  fərqlidir.  Bunu 
anlamaq üçün prosessor və prosessor nüvəsi kimi iki fərqli anlayışlarla tanış olmalıyıq.   
Əvvəla,  ikinüvəli  prosessor  eyni  anda  iki  təlimat  axınını  paralel  olaraq  icraetmə  imkanına 
malikdir.  Adi  prosessorlarda  “eyni  anda”  yerinə  yetirilən  əmrlər  isə  sadəcə  görüntüdür  -  əslində 
əmrlər  ardıcıl  olaraq  icra  olunur.  İkinüvəli  prosessor  Intel  Hyper-Threading  (HT)  texnologiyasını 
bizə  xatırladır. HT texnologiyasında iki virtual prosessor indi iki fiziki prosessorla  əvəz edilmişdir 
(şəkil 2). Birincidə (HT texnologiyasında) virtual prosessorlar fiziki prosessorun bütün resurslarını - 
kəş,  konveyer  və  icraedici  qurğularını  öz  aralarında  bölüşdürürdülər.  Belə  olanda  axınlardan  biri 
resursları məşğul etdiyi halda digəri gözləmək məcburiyyətində qalırdı. Yəni bu “iki prosessorun” 
bütün resursları ümumidir. Mahiyyət etibarilə Hyper-Threading tamamilə hər hansı bir çoxməsələli 
(çoxtapşırıqlı) əməliyyat sistemi (ƏS) kimi işləyir. Bu o deməkdir ki, ƏS işləyən hər bir prosesə bir 
“virtual”  maşın  ayırır  və  sonra  həmin  proseslərin  fiziki  avadanlıqdan  istifadə  zamanlarını 
planlamaqla  məşğul  olur.  Hyper-Threading  texnologiyasının  bundan  fərqi  bu  məsələnin  sadəcə 
daha aşağı - aparat səviyyəsində həyata keçirilməsindədir. Əgər Hyper-Threading texnologiyasında 
məhsuldarlığın  real  olaraq  10-20%  (NetBurst  arxitekturasında  olan  Pentium  4  prosessorları  üçün) 
artımı  əldə  olunursa,  gerçək  ikinüvəli  prosessorda  artım  80-100%    təşkil  edə  bilər.  İkinüvəli  
prosessor  miniatür  ölçüdə  SMP-sistemdir.  SMP  (Simmetrical  MultiProcessing-  simmetrik 
çoxprosessorluluq)  termini  sistem  resurslarını  bərabər  bölüşən  (xüsusən  də  operativ  yaddaşı)  N 
sayda prosessora malik hesablama sistemini ifadə edir.  
Konseptual  baxımdan  ikinüvəli  prosessor  iki  prosessorlu  sistemdən  heç  nə  ilə  fərqlənmir. 
İkinüvəlilik  (və  çoxnüvəlilik)  Hyper-Threading  texnologiyası  ilə  birlikdə  isə  mikroprosessorların 
məhsuldarlığının artırılması yolunda  daha bir addımı təşkil edir. Belə prosessor eyni anda dörd axın 
icra etməyə qadirdir.   
Praktik  baxımdan,  ikinüvəli  prosessor  istifadəçiyə  sistemdə  gerçəkdən  eyni  anda  iki 
proqramı  işlətməyə  imkan  verir-  məsələn,  antivirus  proqramı  ilə  faylların  yoxlanması  və  oyun 
proqramını və ya hər hansı bir multimedia sistemini eyni zamanda işlətmək kimi.  
 
Əməliyyat sistemi və paralel hesablamaların proqramlaşdırılması.  
 
Qeyd  olunan  aparat  vasitələrinin  paralel  hesablama  resurslarını  reallaşdırmaq  üçün 
əməliyyat  sisteminin  müvafiq  imkanları  mühüm  əhəmiyyət  kəsb  edir.  Məsələn,  DOS-da  paralel 
 
İcra konveyeri
 
Kəş
-
y
a
d
d
a
ş
 
Prosessorun nüvəsi 
Prosessor 1 
Kəş
-
y
a
d
d
a
ş
 
Prosessorun nüvəsi 
Prosessor 2 
İcra konveyeri
 
Periferiya 
 
Çipset 
Operativ yaddaş
 
 
Şəkil 2. İkinüvəli prosessor.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə